Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə13/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   9   10   11   12   13   14   15   16   ...   80

Tətbiqetmə: 
Şagirdlər tanıdıqları hər hansı bir ölkənin bayrağını dəftərlərində çəkirlər.
Bu bayraqla  ölkəmizin bayrağının fərqli və oxşar cəhətlərini tapırlar.
Dil qaydaları. İmla mətni:
Ev tapşırığı:
– Bayraq haqqında şeir öyrənin. Rəngli kağızlardan Azərbaycanın bayrağını
düzəldin.
Qiymətləndirmə.
Tədqiqatın nəticələri və müzakirə əsasında aparılır.
Dərs 3. ÜÇRƏNGLİ BAYRAQ (4 saat)
Motivasiya.
Müəllim şagirdlərə Olimpiya oyunlarında Azərbaycan bayrağını başı üzərinə
qaldırmış güləşçimizin şəklini nümayiş etdirir. Suallar:
– Şəkildə Olimpiya çempionunu görürsünüz. Sizcə, o, hansı ölkənin idmançısıdır?
– Bunu necə təyin etdiniz?
“Əlindəki bayrağa görə” cavabını aldıqdan sonra tədqiqat sualı verilir.
Tədqiqat sualı:
– Azərbaycanın bayrağındakı rənglər nəyi bildirir?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər 4 qrupa bölünürlər. Qrupların üçü bayra -
ğın rəngləri, 4-cü qrup isə bayrağın üzərindəki ay və ulduzun mənası haqqında bildikləri ilə
bağlı təqdimat hazırlayır. 
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Təqdimatlar dinlənilir və müzakirə olunur.
Dərsliklə iş. Hər şagird iki misra səslən dirməklə şeiri bir neçə nəfər oxuyur. Dərslikdəki
1-2-ci tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 1. “Qaş” sözünün bir neçə mənası var. Şeirdə bu söz “üzüyə taxılan qiymətli daş”
mənasında işlənmişdir.
Tapşırıq 2. “Gözümün işığı” frazeoloji ifadəsi əziz, qiymətli bir varlıq haqqında işlədilir.
DOSTUM MANAF (38 söz)
Manaf mənim dostumdur. O da ikinci sinifdə oxuyur. Yaxşı şəkillər çəkir. Amma
həmişə mənimlə zarafat edir. Kağıza ev, ağac şəkli çəkib deyir ki, guya mənim
şəklimi çəkib. Mən inanmıram. O isə deyir ki, sən burdasan, ağacların arxasında
gizlənmisən.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi mətndəki məlumatları əvvəl bil -
dikləri ilə müqayisə edir. 
2.1.2 Öyrəndiyi yeni sözlərin mənasını izah
edir.
Mətndəki çoxmənalı sözün kontekstə görə
hansı mənada işləndiyini müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Şeiri məzmununa uyğun intonasiya ilə  oxu -
yur və şərh edir.
3.1.3. Marağına uyğun seçdiyi nəzm
nümunəsini əzbərdən yazır.
Şeirdə seçilmiş hissəni əzbərdən yazır. 
4.1.1. Sait və samit səsləri  fərqləndirir.
Sait və samit səsləri tanıyır, onları bir-
birindən fərqləndirir.
Dərslərin planlaşdırılması
ДЯЙЯРЛЯРИМИЗ
39
Çap üçün deyil


Digər tərəfdən, dilimizdə “gözlərinə işıq gəldi” (dirçəldi, gücə, qüvvətə gəldi) ifadəsi də var.
Bu iki mənanı birləşdirərək demək olar ki, mətndə bu ifadə “əziz”, “qiymətli”, “mənə güc ve rən”
mənalarında işlənmişdir. 
2-ci cümlə izah olunarkən Azərbaycanın müstəqillik əldə etməsindən sonra üçrəngli bay -
ra ğın qaldırılması haqqında qısa məlumat verilə bilər. Azadlıq uğrunda mübarizə Azər -
baycanın müstəqilliyi və üçrəngli bayrağın ucaldılması ilə nəticələndi. Bunu yağışdan sonra
səmada göy qurşağı nın əmələ gəlməsinə bənzətmək olar. 
9 noyabrın Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunduğu yada salınır. 
3-cü cümlənin izahı zamanı müəllim bildirir ki, mayak gəmilərə yol göstərdiyi kimi, bayraq
da yolumuza işıq saçır, yol göstərir. 
Yazı.
Şagirdlərin marağına əsasən şeirdən seçilmiş hissə əzbərdən yazılır. 
3-cü tapşırığın icrasından əvvəl müəllim aşağıdakı mətni səsləndirir. 
AZƏRBAYCAN BAYRAĞI
Hər bir bayraqda rəng və işarələrin xüsusi mənası var. Azərbaycan bayrağında da
belədir.
Çox qədimdə vahid türk xalqı olmuşdur. Müasir türk, özbək, tatar, qırğız, qazax və bir
çox başqa millətlər bu xalqdan törəmişdir. Bayrağımızdakı mavi rəng Azərbaycan xalqının
da türk soyundan olduğunu bildirir.
Azərbaycan bayrağının ortasındakı zolaq qırmızı rəngdədir. Bu isə müasirlik rəmzidir.
Müasir olmaq öndə olmaq, yeniliyə can atmaq deməkdir.
Dünyada müxtəlif dinlər var: islam, xristianlıq və s. Hər xalq bir dinə inanır.
Bayrağımızdakı yaşıl rəng azərbaycanlıların islam dininə sitayiş etdiyini və müsəlman
olduğunu göstərir.
Nəticə:
Azərbaycan bayrağı üçrənglidir. Hər rəngin öz mənası var.
Tətbiqetmə.
İş dəftərinin 7-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir. 
DİL QAYDALARI
Motivasiya.
Müəllim doldurulmuş hava şarlarından birinin “boğaz”ından ehmalca dar-
taraq şardakı havanı ciyiltili səslə çıxarır. Digər şara isə iynə batırmaqla partlayış səsi yaradır.
Köməkçi sual: – Hər iki səs şardakı havanın hesabına yarandı. Bəs onların arasındakı
fərq nədədir? 
Şagirdlər ikinci səsdən fərqli olaraq birinci səsin uzandığını söyləyirlər.
Tapşırıq 4. “Ü” səsinin uzun tələffüz olunduğu qeyd edilir.
Tədqiqat sualı:
– Tələffüz etdiyimiz səslərdən hansılarını uzatmaq olur?
Tədqiqatın aparılması.
Azərbaycan əlifbasını əks etdirən plakat asılır. Sual:
– Hərflərin bildirdiyi səsləri tələffüz edin. Hansı səsləri uzatmaq olur? Həmin səsləri
bildirən hərfləri dəftərinizdə qeyd edin.
Müəllimin nəzərinə:  Şagirdlər l, m, n, r, j, ş, s, z samitlərinin tələffüz zamanı uzana bildiyini
düşünərək bu səsləri də səhvən sait kimi qəbul edə bilərlər. Fonetik qaydalara əsasən,
bu səslər uzana bilsə də, saitlərdən fərqli olaraq ağız boşluğunda maneəyə rast gəlir.
Lakin 2-ci sinif şagirdi üçün bu qaydanı mənimsəmək çətin olar. Odur ki müəllim bu
mərhələdə, sadəcə, sait səsləri uşaqlara əzbərlətdirib qalan səslərin samit səs olduğunu
bildirməklə kifayətlənə bilər.
Dərslərin planlaşdırılması
Ы бюлмя
40
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə