Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə10/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   6   7   8   9   10   11   12   13   ...   80

“Azərbaycan dili” dərslik dəsti
Müasir şəxsiyyətyönümlü təlim bir çox tədris materiallarını və informasiya
mənbələrini nəzərdə tutan mürəkkəb prosesdir. Dünyanın bir çox ölkəsində çoxdan -
dır ki, ənənəvi olaraq “dərslik” adlandırdığımız şagird kitabı tədris materiallarından
yalnız biri kimi istifadə olunur. İnteraktiv təlim üsulları üçün zəmin yaradan müasir
dərslik komplektləri ənənəvi dərsliklərlə müqayisədə tədris prosesinin daha geniş
spektrini əhatə edir və bu prosesə kompleks yanaşmanı təmin edir. Müasir dərslik
komplektlərinə şagirdlərin daha fəal və yaradıcı yanaşması üçün dərslikdən əlavə,
iş dəftəri, müəllimə pedaqoji yardımı nəzərdə tutan metodik vəsait də daxil edilir.
Təqdim olunan dərslik komplekti 2-ci sinifdə Azərbaycan dilinin tədrisinin 8
mərhələdə keçilməsini nəzərdə tutur. Dərslik, iş dəftəri və müəllim üçün metodik
vəsaitdə bu mərhələlər aşağıdakı bölmələr şəklində təqdim olunub: 1. Dəyərlərimiz;
2. Ailə; 3. Sinfimizin uşaqları; 4. Heyvanlar və quşlar; 5. Yaxşı nədir, pis nədir; 6. Tə -
biətin sirləri; 7. Söz sənətimiz; 8. Nağıllar aləmində. 
Hər bölmə 38-48 saat üçün nəzərdə tutulub ki, bu da həftədə on saat olmaqla
təqribən bir dərs ayına bərabərdir (cəmi 340 saat).
Dərslikdə müvafiq mövzular üzrə mətnlər, dilçiliklə bağlı sadə nəzəri materiallar
və “Oxu”, “Danışma”, “Dil qaydaları” məzmun xətləri ilə bağlı bacarıqların inkişafı
üçün tapşırıqlar verilir. Qeyd etmək lazımdır ki, müasir metodikada nitq bacarıqlarının
inkişafı üçün uğurlu seçilmiş mətnlərin rolu çox böyükdür. Onlar həm də uşaqların
dünyagörüşünün genişlənməsi üçün əvəzsiz rol oynayır və fənlərarası inteqrasiya
üçün geniş imkanlar yaradır.
Dərslikdəki tapşırıqlar aşağıdakı 
rubrikalar altında verilir.
Şifahi nitq şagirdlərin düzgün, səlis danışıqlarının formalaşmasına, müstəqil
fikirlərinin ifadə edilməsinə, nitqin inkişafına xidmət edir.
Şüurlu oxu rubrikası şagirdlərin oxuyub-anlama bacarıqlarının inkişafına xidmət
edir. Buradakı tapşırıqlar vasitəsilə şagirdin oxu materialını nə dərəcədə mənimsədiyi
yoxlanılır.
Düşün və cavab ver. Bu rubrikadakı tapşırıqlar vasitəsilə şagirdlər mətndə
oxuduqlarını real həyatla bağlayır, düşündürücü suallara cavab tapmağa çalışırlar.
Sözlük. Mətndə rast gəlinən yeni sözlərin izahı verilir.
Söz ehtiyatı. Şagirdlərdən tələb olunur ki, mətnin kontekstindən çıxış edərək bir
sıra sözlərin izahını özləri versinlər, bu sözlərlə yaxınmənalı və ya əksmənalı olan
sözlər tapsınlar.
Araşdırma. Şagirddən mətnin mövzusu ilə bağlı yeni bilik və məlumatların əldə
edilməsi üçün araşdırma aparmaq tələb olunur.
Məntiq. “Dördündən biri fərqlidir” və ya “Ardıcıllığı davam etdir” tipli çalışmalar
verilir. Məzmun etibarilə bu çalışmalar, adətən, dil qaydaları ilə bağlı olur.
Dil qaydaları. Mətndəki nitq materialı əsasında şagirdlərin dil qaydaları üzrə bilik
və bacarıqları yoxlanılır və inkişaf etdirilir.
31
Çap üçün deyil


Dil qaydaları ilə bağlı nəzəri materialdan sonra şagirdlərin həmin qaydaları nə
dərəcədə mənimsədikləri “test”, “doğru, yoxsa yanlış”, “cütləri müəyyən et” tipli
çalışmalar vasitəsilə yoxlanılır. 
Dərslikdə dil qaydaları üzrə nəzəri materiallar “Qaydalar” rubrikasında verilmişdir.
Dil qaydaları üzrə alt-standartlar bölmələr üzrə aşağıdakı şəkildə paylanmışdır. Bu
bölgü nitq vahidlərini sadədən mürəkkəbə doğru öyrənməyə imkan verir: I bölmə –
səs, hərf (fonetika), II bölmə (orfoqrafiya, orfoepiya), III və IV bölmələr – nitq hissələri
(morfologiya), V bölmə – mürəkkəb sözlərin yazılışı (sözün tərkibi, orfoqrafiya), VI
bölmə – söz birləşməsi, cümlə (sintaksis), VII bölmə – cümlə (sintaksis). VIII bölmədəki
dil qaydaları əvvəlki bölmələrdə yerinə yetirilən praktik çalışmalar vasitəsilə müvafiq
ardıcıllıqla təkrar olunur.
İş dəftəri dərslikdə verilən biliklərin tətbiqinə, şagirdlər tərəfindən daha dərindən
mə nim sənilməsinə xidmət edir. İş dəftəri problemin həllinə yönəlmiş çalışmalar üçün
geniş imkanlar açır.
Təqdim edilən iş dəftəri dərslikdəki mövzuları əhatə etməklə yanaşı, tapşırıq
modellərinin rəngarəngliyinə və əyləncəliyinə görə seçilir. Krossvordlar, anaqramlar
və bu kimi başqa tapşırıqlar şagirdə öz işinin real nəticəsini müstəqil  yoxlamağa və
bundan zövq almağa imkan verir.
İş dəftəri strukturuna görə müvafiq dərsliyi təkrar edir. Funksional baxımdan isə o,
şagirdin biliyini daha da dərinləşdirməyə, onu qiymətləndirməyə yönəldilmişdir. Bu,
müəllimin işini son dərəcə asanlaşdırır; şagirdi həm sinifdə, həm də evdə müvafiq
möv zu üzərində işlətmək üçün onun əlində kifayət qədər material olur. Bununla ya -
naşı, müəllim tapşırıqlar vasitəsilə istənilən mövzu üzrə şagirdin biliyini qiymət lən -
dirmək imkanı əldə edir.
Bundan əlavə, iş dəftərində müxtəlif dinləmə materialları yerləşdirilmişdir ki, bu
da şagirdin şifahi nitqinin inkişafında əvəzsiz rol oynayır.
İş dəftərində, ilk növbədə“Yazı” məzmun xətti ilə bağlı bacarıqların inkişafı və
qiymətləndirmə üçün materiallar verilir. Hər bölmədə əlifbadakı dörd hərfin hüsnxət
normalarına uyğun yazılışını göstərən və şagirdlərin nümunələri təkrar etmələri üçün
boş sətirlər saxlanmış səhifələr vardır.
Hər bölmənin sonunda oxuyub-anlama və dil qaydaları üzrə test tapşırıqları
verilmişdir.
Müəllim üçün metodik vəsaitdə dərslik və iş dəftərindəki materiallardan istifadə
yolları göstərilir və əlavə materiallar verilir. Burada müvafiq məzmun standartları şərh
olunur, hər bir mövzu üzrə dərsin mərhələləri göstərilir. Mövzuların saatlar üzrə
bölgüsü (dərs planı) müəllimin öhdəsinə buraxılır.
32
GİRİŞ
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə