Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə7/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   2   3   4   5   6   7   8   9   10   ...   80

Dilin tədrisində mətnin rolu
Dilin öyrədilməsində mətn əsas material rolunu oynayır. Ana dili kurikulumunda
təsbit olunmuş məzmun standartları, ilk növbədə, mətn vasitəsilə reallaşır. Mətn
istənilən nitq vahidi  (səs, hərf, söz, cümlə) ilə bağlı fəaliyyət qurmağa imkan verir. 
Mətn şagirdin analitik, məntiqi, tənqidi, yaradıcı təfəkkürünün inkişafı üçün də
əvəzolunmaz material rolunu oynayır. Lakin nəzərə almaq lazımdır ki, dil tədrisində
mətnlə bağlı çalışmalar, ilk növbədə, kurikulumda təsbit olunmuş nitq bacarıqlarının
inkişafına xidmət etməlidir. Mətnin məzmunu ilə bağlı qazanılan biliklər, əslində,
Azərbaycan dili fənninin predmeti deyil. Bu biliklər, sadəcə, fənlərarası inteqrasiyaya,
şagird təfəkkürünün inkişafına, dünyagörüşünün genişlənməsinə xidmət edir. Ona
görə də Azərbaycan dili dərsinin əsas məqsədi heç də mətndə ehtiva olunan biliklərin
mənimsənilməsi deyil, mətni dinləyib və ya oxuyub anladığını danışmaq və ya
yazmaq yolu ilə nümayiş etdirməkdir. Əgər şagird bunu edə bilirsə, deməli, o, biliyi
də mənimsəyir.
Mətndən çıxış edərək nitq bacarıqlarını inkişaf etdirmək üçün bir sıra çalışma
modelləri var ki, müəllimlər onlardan istifadə etməklə özləri mətn hazırlaya və əlavə
dərslər keçə bilərlər.
Müəllim üçün vəsaitin “Dərslərin planlaşdırılması” bölməsində imla, ifadə, üzündən
kö çürmə və dinləmə üçün bir çox mətnlər verilmişdir. Vəsaitin həcmi bu mətnlərlə bağlı
dərs lərin təfərrüatlı təsvirinə imkan vermir. Odur ki aşağıda mətnlə bağlı çalışma mo -
delləri verilmişdir. Həmin dərslərin təşkilində müəllim bu modellərdən istifadə edə bilər.
MƏTNLƏ BAĞLI ÇALIŞMA MODELLƏRİ
Oxuyub (və ya dinləyib) anlama
1.  Mətndə 2-3 cümlənin yeri boş saxlanılır (nöqtələr və ya rəngli zolaq verilir).
Çalışmada həmin cümlələr qeyri-ardıcıl verilir və şagirddən tələb olunur ki,
cümlələri müvafiq boşluqlarda işlətsin (yazsın və ya oxusun).
2. Mətnin abzasları qeyri-ardıcıl şəkildə verilir. Onları məzmuna uyğun olaraq ardıcıl
düzmək (yazmaq və ya oxumaq) tələb olunur.
3. Çalışmada mətnin məzmununu ifadə edən 3-4 cümlə qeyri-ardıcıl verilir. Şa gird dən
tələb olunur ki, mətnin məzmununa uyğun olaraq cümlələrin ardıcıllığını tapsın.
4. Çalışmada mətnin məzmununu ifadə edən 4-5 şəkil qeyri-ardıcıl verilir. Şa girddən
tələb olunur ki, mətnin məzmununa uyğun olaraq şəkillərin ardıcıllığını tapsın.
5. Bir neçə atalar sözü verilir. Onlardan mətnin ideyasını daha dəqiq ifadə edənini
tapmaq tələb olunur.
6. Mətndən bir neçə cümlə çıxarılır. Şagird bu cümlələr arasında mətnin məzmunu
üçün daha əhəmiyyətli olanını seçməlidir (daha çox elmi-kütləvi və publisistik
mətnlərə aiddir).
7. Doğru, yoxsa yanlış. Çalışmada bir neçə cümlə verilir. Bunlardan bəziləri mətnin
məzmununa uyğun, digərləri isə məzmuna ziddir.  
Dərslikdə şagirdlərin mətni oxuduqdan sonra nə dərəcədə anladıqlarını yoxlamaq
məqsədilə kifayət qədər “Doğru, yoxsa yanlış” başlıqlı tapşırıqlar var.  Bu tip
20
GİRİŞ
Çap üçün deyil


tapşırıqlar mətnin şüurlu oxusunu yoxlamaq məqsədilə verilir. Bütün şagirdlərin tez
və qısa zaman kəsiyində bu bacarığını müşahidə etmək üçün yaxşı olar ki, hər bir
şagirdin stolunun üzərində  kartondan kəsilib hazırlanmış smayliklər olsun. Bu
smayliklərin bir tərəfində gülən, bir  tərəfində isə kədərli smaylik rəsmi təsvir
olunmuşdur.  Şagirdlər tapşırığı dinləyərkən doğru fikirlər səslənəndə gülən smayliki,
yanlış fikirlər səslənərkən kədərli smayliki göstərsinlər.  
8. Hansı suala cavab var? Çalışmada mətnin məzmunu ilə bağlı bir neçə sual verilir.
Bu suallardan yalnız birinə mətndə cavab var. Şagird həmin sualı tapmalıdır.
9. Hansı suala cavab yoxdur? Çalışmada mətnin məzmunu ilə bağlı bir neçə sual
verilir. Bu suallardan birinə mətndə cavab yoxdur. Şagird həmin sualı tapmalıdır.
10. Analiz. Mətndən sonra bir neçə əlamət (keyfiyyət) bildirən söz verilir. Onlardan
han sıların baş qəhrəmanın xarakterinə uyğun gəldiyi soruşulur.
11. Lüğət ehtiyatının zənginləşdirilməsi. Mətndə müəyyən sözlərin altından xətt çə -
kilir. Çalışmada həmin sözləri yaxınmənalı sözlərlə əvəz etmək tələb olunur.
Danışma
12. Mətn verildikdən sonra şagirddən tələb olunur ki, mətnin məzmununu bir neçə
cüm lədə ifadə etsin.
13. Mətn kulminasiya nöqtəsində yarımçıq saxlanılır. Şagirdlərdən tələb olunur ki,
mətni özləri davam etdirsinlər.
14. Mətndə dialoqlar çoxluq təşkil edirsə, mətn səhnələşdirilir.
15. Mətndəki məsələlərin fərqli həllini tapmaq üçün sinifdə müzakirələr  təşkil olunur.
Yazı
16. Şeir verilir. Şeirin məzmununu nəsrlə yazmaq tələb olunur.
17. Şagirdlərdən əsərin baş qəhrəmanına məktub yazmaq tələb olunur.
18. Mətndə göy rəngdə verilmiş bir neçə söz deyiliş formasında yazılır. Şa gird dən
həmin sözləri orfoqrafik cəhətdən düzgün yazmaq tələb edilir.
19. Mətnin kiçik bir hissəsini üzündən köçürmək tələb olunur.
Yaradıcılıq
20. Mətn adsız verilir. Çalışmada bir neçə başlıq verilir ki, şagird onlardan mətnin
məz mununa uyğun olanını seçməlidir.
21. Mətn kiçik hissələrə (fəsillərə) bölünür. Şagirddən mətnin hissələrini adlan dır -
maq tələb olunur.
Dil qaydaları
22. Mətn üzərində işin sonunda dil qaydalarına keçid məqsədi ilə mətndən müvafiq dil
qaydası ilə bağlı nitq situasiyası seçilir və motivasiya xarakterli tapşırıq qoyulur.
21
Çap üçün deyil


İntellektual oyunlar
Aşağıda təklif edilən intellektual oyunlar sinfin səviyyəsinə uyğun təşkil olunarsa,
nəzərdə tutulan şagird nailiyyətlərinin tez və asan qazanılmasına kömək edə bilər.
“Loto” oyunu sözün məna qrupunu müəyyənləşdirmək bacarığının formalaşdırıl -
masında, “Xanaqraf” və “Doqquzdaş” oyunları isə söz ehtiyatının zənginləş dirilmə -
sində əvəzedilməz vasitələrdir.
“Xanaqraf” oyununun qaydaları iş dəftərində şərh olunur və bu oyunu oynamaq
üçün iş dəftərinin 44-45-ci səhifələrində xanaqraf cədvəlləri verilir. 
DOQQUZDAŞ
Bu oyunu yalnız məktəbdə deyil, evdə, valideynlərin iştirakı ilə də oynamaq olar.
“Doqquzdaş” sinif şəraitində oynanılarkən şagirdlər iki və daha artıq qrupa bölünürlər. 
Oyunda tərəflərinə hərflər yazılmış kiçik kublardan – zərlərdən istifadə olunur.
Kubun altı tərəfi olduğundan burada 54 (9x6) hərf iştirak edir. Azərbaycan dilində 32
hərf olduğundan dilimizdə daha çox işlənən hərflər (əsasən saitlər) bir neçə kubda
təkrarlanır. Müəllim və ya şagirdlərdən biri kubları müəllim masasının üstünə atır.
Üstə düşən hərflər yazı taxtasına yazılır. Bu hərflərin köməyi ilə daha çox söz
düzəldən qrup oyunda qalib gəlir.
Bu kubları şagirdlər özləri müəllimin köməyi ilə karton və ya qalın kağızdan
düzəldə bilərlər. Hərflərin kublar üzrə aşağıdakı şəkildə paylanması tövsiyə olunur.
22
GİRİŞ
1.
B, Ş, D, T, X, I
2.
A, O, E, U, Ə, İ
3.
Ü, H, S, E, K, İ
4.
U, E, Ə, İ, O, A
5.
Ç, P, G, M, N, R
6.
Z, J, E, Ö, Y, Q
7.
A, Ə, E, K, F, İ
8.
D, C, Ğ,  V, X, B
9.
S, Ə, L, N, P, T
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə