Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə4/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   2   3   4   5   6   7   8   9   ...   80

Oxu
Qeyd olunduğu kimi, şifahi nitq
bacarıqlarından (dinləmə və danışma)
fərqli olaraq yazılı nitq bacarıqları uşaq -
larda məktəb şəraitində dərsliyin və
müəllimin köməyi ilə formalaşdırılır.  
Şagirdlərdə oxu bacarığının inkişa -
fını iki mərhələyə bölmək olar:
1) oxu texnikasının inkişafı (səlis,
sürətli oxu);
2) şüurlu oxu (oxuyub-anlama).
2-ci sinifdə şagirdlərdə oxu texnikası
təkmilləşdirilməklə yanaşı, şüurlu oxu
bacarığı da formalaşdırılır.
Bədii əsərlərin təhlilini apararkən şa -
gird lərlə ünsiyyəti asanlaşdırmaq üçün
onlara bir sıra termin və ifadələri (obraz,
qəhrəman, nəzm, nəsr, abzas, ideya və
s.) an lat maq lazımdır. 
Əsərdəki hadisələr arasındakı sə 
-
bəb-nəticə əlaqələrini müəyyən etmək
şüurlu oxunun əsas göstəricilərindən
biridir. Bu, əsərin məzmununu daha
dərindən qavramağa kömək edir.
Ana dili kurikulumunda təsbit olun -
muş 2.1.2 alt-standartının xüsusi şər -
hə ehtiyacı var. Sözün mənasını dəqiq
və səlis izah etmək bacarığı yük sək nitq
mədəniyyətinə malik olma 
ğın bariz
göstəricisidir. Bunun üçün sözün aid olduğu məna qrupunu və xüsusi əlamətlərini
sadalamaq lazım gəlir. Lakin 2-ci sinif şagirdindən sözlə rin bu cür izahını tələb etmək
tezdir. Bu bacarığın formalaşdırılması prosesi mərhələlərə bölünməlidir. İlkin mərhə -
lədə şagird sözün aid olduğu məna qrupunu müəyyən etməyi və ya sözü yaxınmənalı
sözlə əvəz etməyi bacarmalıdır. Buna görə də vəsaitdə bəzi oxu dərslərinin
planlaşdırılmasında  
“Sözü müvafiq məna qrupuna aid edir və yaxınmənalı sözün
köməyi ilə izah edir”
kimi şagird nailiyyəti əks olunmuşdur ki, bu da 2.1.2 alt-
standartına uyğun gəlir. 
2.2.2 alt-standartında şeir, nağıl, hekayə, təmsil kimi folklor nümunələrinin adı
qeyd olunur. Lakin uşaq folklorundan danışarkən təkcə bu nümunələrlə
məhdudlaşmaq olmaz. Bunları nəzərə alaraq dərsliyin “Söz sənətimiz” bölməsinə
atalar sözləri, tapmacalar, sanamalar, oyunlar, laylalar, yanıltmaclar, bayatılar kimi
kiçikhəcmli folklor nümunələri salınmışdır ki, bunlar müvafiq yaş qrupunun intellektual
səviyyəsinə və maraq dairəsinə tamamilə uyğundur.
İbtidai təhsildə “Oxu” məzmun xəttinin inkişafında ən yüksək nailiyyət zövq üçün
12
GİRİŞ
2.1. Şagird qarşılaşdığı yeni sözlərin
mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin
adlarını  müəyyən edir. 
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını izah
edir.
2.1.3. Öyrəndiyi yeni sözlərdən nitqində
istifadə edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
2.2. Şagird oxu bacarıqlarına yiyələn 
-
diyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu, ifadəli
oxu yur.
2.2.2. Bədii mətnləri janrlara  görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə
məzmununa aid sadə plan  tutur.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun  nəql edir.
(Ana dili kurikulumu, səh.9)
Çap üçün deyil


oxu, yəni mütaliə vərdişinin formalaşdırılmasıdır. Buna uşaqların yaş dövrünə uyğun
kiçik bədii və elmi-kütləvi mətnləri oxutmaq və birgə müzakirə etmək yolu ilə nail
olmaq mümkündür. Oxumaq həvəsi son nəticədə uşaqların a) dünyagörüşünü
genişləndirir, b) nitq qabiliyyətini inkişaf etdirir, c) mənəviyyatını formalaşdırır.
Müşahidələr göstərir ki, çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir
və onlar təhsilin bütün sahələrində uğurlar qazana bilirlər. İbtidai təhsildə, o cümlədən
2-ci sinifdə mütaliə vərdişinin formalaşdırılması aşağıdakı bilik və bacarıqların
inkişafına xidmət edir:
söz ehtiyatının zənginləşdirilməsi;
nitq mədəniyyətinin formalaşdırılması və inkişafı (orfoqrafik normalarla
tanışlıq, sözlərin məna çalarlarını anlamaq və yerli-yerində işlətmək və s.);
əldə edilən bilik və məlumatların sistemləşdirilməsi və analitik təfəkkürün
inkişafı (hekayə xəritəsinin tərtibi);
tənqidi təfəkkürün inkişafı, şəxsi və sosial dəyərləri qiymətləndirmə (hadisə
və qəhrəmanlara münasibətin bildirilməsi);
yaradıcı təfəkkürün inkişafı (“Mən qəhrəmanın yerinə olsa idim, nə edərdim?”
“Mən hekayəni necə bitirərdim?”);
məlumat mənbələrindən istifadə;
müqayisəli təhlil.
Göründüyü kimi, mütaliə vərdişindən danışarkən “Oxu” məzmun xətti, sadəcə, oxu
texnikasının nümayişi ilə məhdudlaşmamalıdır. Şagirdləri oxuduqları mətnlərlə bağlı
araşdırmalar aparmağa, mövzu üzrə daha çox məlumat toplamağa, bildiklərini başqaları
ilə bölüşməyə, ətrafdakıların bu haqda fikirlərini öyrənməyə sövq etmək lazımdır. Mütaliə
edən sinif üçün daim diskussiya mühiti yaratmaq, ona düşün dük   lərini müzakirəyə
çıxarmaq imkanı ver mək lazımdır. 
2-ci sinif  Azərbaycan dili dərslik  komplektinə daxil olan  "Müəllim üçün metodik
vəsait”də “Dərslərin saatlar üzrə bölgüsü” cədvəlində sinifdənxaric oxu dərsləri üçün
ayrıca saat ayrılmamışdır. Lakin bu o demək deyil ki, şagirdlər əlavə bədii kitablar-
dan klassiklərin,  yazıçı və şairlərimizin yazdığı əsərləri, şifahi xalq ədəbiyyatı
nümunələrini  oxumamalıdırlar. Yaxşı olar ki, müəllim hər həftəsonu şagirdlərə hər
hansı bir əsəri oxumağı tapşırsın. Növbəti həftə həmin əsərin müzakirəsi keçirilir.
Əsərin məzmununa uyğun ideyası müəyyənləşdirilir, nəticə çıxarılır, hekayə xəritəsi
tərtib olunur, məzmunla bağlı şagirdlər bir-birinə suallar verir və s.  
Əsərlərin oxunması və sinif şəraitində müzakirəsi şagirdlərin intellektinin for ma -
laşmasına, dünyagörüşünün genişlənməsinə gətirib çıxarır. Bununla yanaşı, söz eh -
tiyatının zənginləşməsində, nitq mədəniyyətinin inkişafında mühüm rol oynayır. Şəxsi
bacarıqları üzə çıxarır, məntiqi təfəkkürü inkişaf etdirir. Bütün bunlar isə kurikulum
konsepsiyasına uyğundur və onun tələbidir.
n
n
n
n
n
n
n
13
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə