Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə14/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   10   11   12   13   14   15   16   17   ...   80

Qruplarla iş. İş vərəqləri paylanır. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Sözlərdə saitlərin altından xətt çəkin, rast gəlmədiyiniz saitləri ayrıca sətirdə yazın.
II qrup. Samitlə başlayıb saitlə bitən sözlər yazın.
III qrup. Saitlə başlayıb samitlə bitən sözlər yazın. 
IV qrup. Samitlə başlayıb samitlə bitən sözlər yazın.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Təqdimatlar dinlənilir və müzakirə olunur.
Dərsliyin 16-cı səhifəsindəki nəzəri hissə oxunur və təhlil edilir, 5-8-ci tapşırıqlar yerinə ye-
tirilir.
Tapşırıq 6. Şəhər – səhər – yəhər – zəhər; bağ – tağ – sağ – bar – ban; xala – bala, qala,
mala, tala  və s.
Tapşırıq 7. Xal – şal – sal – qal – mal – yal – bal – bol – boy və s. 
Nəticə:
Saitlər tələffüz zamanı uzana bilir. Dilimizdə 23 samit, 9 sait səs var. 
Tətbiqetmə:
İş dəftərinin 7-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə ye-
tirilir.
Ev tapşırığı:
– Kompüterdə Paint proqramından istifadə etməklə bayraq şəkli çəkin.
“Böyüyəndə bayrağımı yüksəklərə qaldıracağam” mövzusunda təqdimat hazırlayın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 4. ƏBƏDİ MƏŞƏL (4 saat)
Motivasiya.
Lövhədən bitki, meşə, sular, neft, əsgər, qaz, dəmir filizi, çörək, bəstəkar
təsvir olunmuş şəkillər  asılır. Verilmiş şəkilləri üç qrupa paylamaq tapşırılır. 
Tədqiqat sualı:
– Azərbaycanın maddi və mənəvi sərvətləri deyəndə nə başa düşürsünüz?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasi bə tini
əsaslandırır.
Maddi və mənəvi dəyərlər mövzusunda
mətnləri dinləyir, öz münasibətini bildirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Oxuduğu mətnin bir hissəsini üzündən
köçürür.
3.1.1. Yazısında sadə hüsnxət norma 
-
larına riayət edir.
“A” hərfini hüsnxət normalarına uyğun
yazır və digər hərflərlə birləşdirir.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Əzbərdən bildiyi nəzm nümunəsini nəsrə
çevirərək yazır.
4.1.1. Sait və samit səsləri fərqləndirir.
Sözdə saitləri fərqləndirir və buna əsasən
hecaları müəyyənləşdirir.
SƏRVƏTLƏR
YERALTI
YERÜSTÜ
MƏNƏVİ  
Dərslərin planlaşdırılması
ДЯЙЯРЛЯРИМИЗ
41
Çap üçün deyil


I qrup. Yerüstü sərvətlər, onların qorunması.
II qrup. Yeraltı sərvətlər, onların qorunması.
III qrup. Vətənimizin milli qəhrəmanları.
IV qrup. Zəbt olunmuş ərazilərimiz.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Təqdimatlar dinlənilir və müzakirə olunur.
Dərslikdən mətn oxunub təhlil olunur. 18-ci səhifədəki 1-ci tapşırıq yerinə yetirilir. 
Yazı. Mətnin sonunda Əhmədin babasına verdiyi sualın cavabını dəftərə köçürmək tapşırılır. 
Nəticə:
Vətənin sərvətlərinə qayğı ilə yanaşmaq, onları qorumaq hər bir vətəndaşın bor-
cudur. Azad vətənimizi qoruyanların xatirəsinə hörmətlə yanaşmalı, onların adını əməlimiz,
təhsilimiz, işimizlə ucaltmalıyıq.
Tətbiqetmə.
İş dəftərinin 8-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI
Motivasiya.
Lövhədə hərflər yazılır: b, d, y, k, n, m, ş, t, p, h. 
Şagirdlərə tapşırıq verilir: 
– Yalnız bu hərflərdən istifadə etməklə sözlər düzəldin. 
Köməkçi sual: – Nə üçün bu qədər hərfdən bir söz belə düzəltmək mümkün olmadı?
(Çünki hecaları düzəltmək üçün sait səslər lazımdır.)
Dərsliyin 18-ci səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilir. Verilmiş cümlədəki sözlər he ca -
la ra ay rıl maqla tələffüz olunur və hecalardakı sait və samitlərin sayı müəyyən edilir. Tap şı -
rıqdakı suallar cavablandırılır.
Tədqiqat sualı:
– Sözlərdə hecaların sayını necə müəyyənləşdirmək olar? 
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Sözləri cədvəldə qruplaşdırın: yol, alma, çiyələk, yolçu, çayçı, armud, kəpənək,
ata, tar, şar, ayı, meyvə, vətən, yer, qarışqa.
II qrup. Bu sözlərin əvvəlinə və ya sonuna bir heca artırmaqla onları ikihecalı sözə çe-
virin: duz, daş, tar, şam, qar, gül (ulduz, yoldaş, tarla, şamdan, qarpız, güldan). 
III qrup. Sözləri cədvəl üzrə yazın: məktəb, taxıl, qarğıdalı, günəş, əncir, şamama, top,
yol, lift, ana.
IV qrup. Hecalardan mümkün qədər çox söz düzəldin:  mud, dəf, də, tab, so, to, lə, və,
ki, ar, tər, yuq
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. 18-ci səhifədəki nəzəri hissə izah olunur, 3-4-cü tapşırıqlar yerinə ye-
tirilir.
Nəticə:
Hecalar sait səslərin hesabına yaranır. Hər hecada yalnız bir sait səs ola bilər. 
Söz
Samitlərin sayı
Saitlərin sayı
Hecaların sayı
məktəb
4
2
2
1 hecalı
2 hecalı
3 hecalı
Dərslərin planlaşdırılması
Ы бюлмя
42
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə