Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə16/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   12   13   14   15   16   17   18   19   ...   80

Tapşırıq 2. Bitki adlarından götürülən rəng adları seçilir: şabalıdı, palıdı, narıncı,
bənövşəyi. Yaxşı olar ki, hər rəngə  uyğun ad bildirən sözlər tapılıb dəftərə yazılsın:
Şabalıdı göz, palıdı mebel, narıncı köynək, bənövşəyi çiçəklər.
Əlavə sual: Rəng adları əşyanın nəyini bildirir? (əlamətini)
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Dərsin ideyası açıqlanır: Torpaq
bərəkətdir. Ətrafımızda olan bütün canlılar torpaqla sıx əlaqəlidir. Canlıların qidası ondan
asılıdır. Torpaq olmasa, çörək də olmaz.
Müəllim şagirdlərə un, buğda, sünbül və çörək (yaxud onların şəkillərini) göstərir.
– Bunlar hansı ardıcıllıqla düzülməlidir?
– Taxıl bitkiləri hansılardır?
– Taxıl bitkiləri bitən torpaq sahəsi necə adlanır?
– Nə üçün çörəyi müqəddəs sayırıq?
Çörəyin süfrəyə gələnə qədər hansı mərhələlərdən (sünbül–buğda–un–çörək) keçdiyi
aydınlaşdırılır. Çörəyə necə qənaət edilməsi qaydaları açıqlanır. 
Nəticə:_Qara_torpaq_həyatverici_qüvvədir._Tətbiqetmə._İş_dəftərinin'>Nəticə:
Qara torpaq həyatverici qüvvədir.
Tətbiqetmə.
İş dəftərinin 11-12-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə  y e t i  ri -
lir.
DİL QAYDALARI
Motivasiya.
Heca ilə bağlı biliklər təkrarlanır, suallar verilir.
– Heca hansı səslərin hesabına yaranır?
– Hər hecada neçə sait səs ola bilər?
Dərsliyin 22-23-cü səhifələrindəki 5 və 6-cı tapşırıqlar yerinə yetirilir.
Lövhədə bir neçə söz yazılır: uşaq, ata, ana, ağac, alma, təbii, paltar, ailə, maneə.
Tapşırıq: Bu sözlər arasından elələrini seçin ki, onların birinci və ya sonuncu hecası yalnız
bir səsdən ibarət olsun. 
Tədqiqat sualı:
– Sözü hecalara bölməklə sətirdən-sətrə keçirmək arasında fərq varmı?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Lövhədə yazılmış sözləri cədvəl üzrə yazın və fərqini müəyyən edin.
II qrup. Verilmiş mətndən elə sözlər seçin ki, bir səsdən ibarət hecası olsun. Onların
sətirdən-sətrə keçirilmə qaydalarını müəyyənləşdirin.
III qrup. Üçüncülər”, “ağacların”, “uşaqlarda” sözlərini sətirdən-sətrə necə keçirərdiniz? 
IV qrup. Odunçu”, “müəllim” və “direktor” sözlərində neçə heca var və bu sözlər sətirdən-
sətrə neçə cür keçirilə bilər?
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliyin 23-cü səhifəsindəki sözün sətirdən-sətrə keçirilməsi ilə bağlı olan nəzəri
hissə mənimsədilir. Dərslikdəki 7-9-cu tapşırıqlar yerinə yetirilir.  
Nəticə:
Bir saitdən ibarət hecaları nə sətrin sonunda saxlamaq, nə də yeni sətrə keçirmək
olmaz. 
Hecaya bölmə
Sətirdən-sətrə keçirmə
Dərslərin planlaşdırılması
Ы бюлмя
46
Çap üçün deyil


Tətbiqetmə.
İş dəftərinin 11-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə
yetirilir.
Dil qaydaları. İmla mətni:
Yazı.
Hüsnxət. “B” hərfi. İş dəftəri, səh. 13.
Ev tapşırığı:
– 9-cu tapşırıqda verilmiş mətndəki cümlələri sətirdən-sətrə düzgün keçir -
mək lə dəftərinizə yazın (dərslik, səh 23).
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 7. NOVRUZ  BAYRAMI (4 saat)
Motivasiya.
Müəllim lövhədə sözlər yazır: tonqal, xonça, axır çərşənbə, paxlava, bayram,
Keçəl, şəkərbura, qulaq falı.
Sual: – Bu sözlər sizə nəyi xatırladır? (Novruz bayramı)
Köməkçi sual: – Bu siyahıya başqa hansı sözləri aid etmək olar? (Su çərşənbəsi, Kosa,
qoğal və s.)
Daha sonra müəllimin köməyi ilə şagirdlər “mərasim” sözünün mənasını araşdırırlar.
Tədqiqat sualı:
– Novruz bayramı ilə bağlı hansı mərasimlər var?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər. Qruplara “Səməni”, “Kos-kosa oyunu”, “Novruzda bayram süfrəsi”,
“Qulaq falı” mövzularında kiçik mətnlər verilir. Qruplar mətnləri oxuduqdan sonra müvafiq
mövzu üzrə şifahi məruzələr təqdim etməlidirlər.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı müna si bətini
əsaslandırır.
Maddi-mənəvi dəyərlər mövzusunda mət n -
ləri dinləyir, öz münasibətini bildirir.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Öyrəndiyi yeni ifadələrin mənasını sadə
şəkildə izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olun muş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni oxuyarkən obrazların nitqindəki hiss-
həyəcanı müxtəlif səs çalarları ilə ifadə
edir. 
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Sevdiyi bayram haqqında kiçikhəcmli inşa
yazır.
3.1.6. Sinif səviyyəsinə uyğun olaraq
müəyyən edilən sadə  əməli yazılar
(məktub, açıqca, elan, ərizə) yazır.
Bayram münasibətilə açıqca yazır.
TƏNBƏLLƏR (30 söz)
Uşaqlar bağçada oynayırdılar. Çiçəklərin yarpaqları solmuşdu. Güllər su istəyirdi.
Amma heç kəs onlara su vermədi. Bir azdan yağış yağdı. Güllər doyunca su içdi.
Tənbəl uşaqlar isə başlarını aşağı salıb utandılar.
Dərslərin planlaşdırılması
ДЯЙЯРЛЯРИМИЗ
47
Çap üçün deyil


I qrup. “Səməni”
II qrup. “Kos-kosa oyunu”
III qrup. “Novruzda bayram süfrəsi”
IV qrup. “Qulaq falı”
(Müəllim bu mövzuları seçərkən “Altun kitab” nəşrlər evinin “Bayramlar və tarixi günlər”
kitabından istifadə edə bilər.)
Dərsliklə iş. Dərslikdə “Novruz bayramı” mətni oxunur. Müəllim mətndən çıxarılmış
aşağıdakı hissəni oxuyur və həmin hissənin mətndəki yerini müəyyən etməyi tapşırır: 
Nə yax şı ki, Novruz bayramında böyüklər tonqal qalamağı qadağan etmir lər.
Başqa vaxt deyirlər ki, odla oynamaq olmaz. İlaxır çərşənbəsində isə nəinki ton-
qal qalamağa, hətta üstündən tullanmağa da icazə verirlər.
Sonra dərslikdən 1-2-ci tapşırıqlar yerinə yetirilir. 
Müəllim uşaqlarla birlikdə “təntənə” sözünün mənasını açıqlayır və iş dəftərinin 14-15-ci
səhifələrindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir. 
Dinləmə mətni.
NOVRUZ BAYRAMI VƏ ÇƏRŞƏNBƏLƏR
Novruz bayramı yazda gecə ilə gündüzün bərabər olduğu günə düşür.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox tən -
tənəli, həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikin ci
günləri Su, Od, Yel və Torpaq çərşənbəsi günləri kimi qeyd  olu  nur. 
Xalq inancına əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir və
hərəkətə gəlir. Su çərşənbəsi hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü
yuyur, su üstündən atlanır. 
İkinci çərşənbə  – Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından
irəli gəlir. Adət-ənənəyə görə, bu axşam tonqal qalayıb alovun üstündən tullanmaqla
bütün azar-bezarlarını yandırırlar. 
Üçüncü çərşənbə – Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir.
Çərşənbələrin axırıncısı Torpaq çərşənbəsidir. Həmin gün bütün evlərdə bayram
süfrəsi açılır, cürbəcür yeməklər, əsasən, aş, paxlava, şəkərbura, şəkərçörəyi, şor qo -
ğalı, badambura və s. bişirilir. Bayram xonçasının ortasında səməni, ətrafında hər
ailə üzvünə şam, boyadılmış yumurta qoyulur. 
Bayram həm də qədim oyunlarla zəngindir. Xalq yaradıcılığı janrlarından  ən çox
nağıllar, hekayələr, dastanlar, lətifələr, məsxərələr və s. istifadə olunur. Bunlardan
“Xıdır İlyas” (məhsuldarlıq, çiçəklənmə rəmzi), “Kosa-kosa” – meydan oyunu (baharın
gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.
Dinləmə mətni 4 hissəyə bölünüb qruplara da verilə, “Ziqzaq” üsulu ilə oxutdurula bilər.
Suallar:
– Novruza qədərki çərşənbələrin adlarını deyin.
– Bayram xonçasına hansı nemətlər düzülür?
– Novruz bayramında hansı xalq oyunları oynanılır?
Yazı. Şagirdlər bayram münasibətilə açıqca hazırlayırlar.
Siniflə birlikdə lövhədə Novruz bayramı ilə əlaqədar təbrik mətni tərtib olunur.
Şagirdlərin nəzərinə aşağıdakı qaydalar çatdırılır:
– mətni tərtib edərkən bayramın adı düzgün yazılmalıdır (bayram adları böyük hərflə
yazılır);
– təbrik mətni səmimi olmalı, xoş sözlərlə müşayiət olunmalıdır;
Dərslərin planlaşdırılması
Ы бюлмя
48
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə