Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə15/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   11   12   13   14   15   16   17   18   ...   80

Tətbiqetmə. 
İş dəftərinin 8-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə ye-
tirilir.
Yazı.
İfadə mətni. Şagirdlərə aşağıdakı şeiri əzbərləyib məzmununu yazmaq tapşırılır.
Hüsnxət. “A” hərfi. İş dəftəri, səh. 9.
Ev tapşırığı:
– Azərbaycanın dövlət tarixi qoruqlarından biri haqqında məlumat toplayın. 
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 5. VƏTƏN (4 saat)
Motivasiya.
Maqnitofonda Rəşid Behbudovun ifasında “Azərbaycanım” mahnısı  (mus.
Rauf Hacıyev) səsləndirilə bilər. Lövhədən Azərbaycanın xəritəsi və bilməcə-plakat asılır.
SAĞSAĞAN
Sağsağan qonur dama,
Öyrəşibdir adama.
İstədim bir daş atam,
Qışqırdı mənə atam:
– Dəyməzlər sağsağana, 
Müjdəylə yaşayır o.
Həmişə qanadında
Şad xəbər daşıyır o. 
Əziz Kərimov
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi mətnlə bağlı suallara cavab verir.
1.2.1. Müşahidə etdikləri, eşit 
dikləri və
oxuduqları haqqında danışır.
Öyrəndiyi, araşdırdığı məlumatları nəql
edir. Qazandığı bilikləri əvvəl bildikləri ilə
müqayisə edir.
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən
istifadə edir.
Nitqində bədii ifadə vasitələrindən istifadə
edir.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Öyrəndiyi yeni sözləri bir məna qrupuna
aid edir.
2.1.3. Öyrəndiyi yeni sözlərdən nitqində
istifadə edir.
Yeni sözlərin mənalarını dərk edərək
nitqində istifadə edir.
2.1.4. Yaxınmənalı və əksmənalı
sözlərdən nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni sözlərin mənasını
izah edir, onları əksmənalı sözlərlə əvəz edir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Vətən haqqında düşündükləri əsasında
kiçikhəcmli inşa yazır. 
4.1.1. Sait və samit səsləri  fərqləndirir.
Sözdə hecaların sayı nın saitlərin sayından
asılı olduğunu bilir. 
Dərslərin planlaşdırılması
ДЯЙЯРЛЯРИМИЗ
43
Çap üçün deyil


20 – 12 = a
10 + 7 = c
30 + 30 = n
16 – 6 = y
90 – 40 = z
19 + 1 = ə
9 + 9 = b
3 + 3 + 3 = r
Şagirdlər hesab əməllərini yerinə yetirərək rəqəmlərlə verilmiş sözü oxuyurlar.
(Azərbaycan)
Tədqiqat sualı:
– “Vətən” dedikdə nə başa düşürsünüz?
Tədqiqatın aparılması. 
Qruplarla iş.
I qrup. Şagirdlərin vətən qarşısında borcu nədir?
II qrup. “Azərbaycan” sözündəki hərflərdən istifadə edərək mümkün qədər çox söz yazın
və vətənə aid cümlə qurun.
III qrup. Azərbaycanın hansı göllərini, çaylarını, dağlarını, səfalı yerlərini tanıyırsınız?
IV qrup. “Atalar sözü” kitabında vətən haqqında 5 atalar sözü seçib yazın və mənasını
izah edin.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatları dinlənilir və
müzakirə olunur. Dərsliklə iş. “Vətən” şeiri oxunur və təhlil olunur. Şagirdlərə suallarla
müraciət olunur:
– Şeirdə vətənimizə heyranlıqdan danışılır. Bu heyranlıq nədən yaranır?
Dərsliyin 19-20-ci səhifələrindəki 1-6-cı tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 1. Vətən – qürbət, doğma – yad, dərin – dayaz, göyçək – çirkin.
Tapşırıq 2. “Düz” sözü işlənmə məqamından asılı olaraq həm ad, həm əlamət, həm də
hərəkət bildirir. (Sualın cavabı tapıldıqdan sonra şagirdlər “düz” sözünü müxtəlif cümlələrdə
ad, əlamət, hərəkət bildirən söz kimi işlədirlər.)
Tapşırıq 3.
2. Vətənimin dupduru gölləri, yamyaşıl çölləri, uca dağları var.
3. Vətənimin düzləri  geniş, dərələri dərin, yaylaqları sərindir.
4. Vətənimin kəndləri güllü-çiçəkli, şəhərləri gözəl, dənizləri coşqundur.
4-5-ci tapşırıqlar şagirdlərdən həm də özünüifadə (danışma) bacarığı tələb edir.
Tapşırıq 6. Adətən, şəhər haqqında “göyçəkdir” sözü işlənmir. Lakin qafiyəyə uyğun
olduğuna görə burada məhz bu söz işlənmişdir.
Dinləmə
ŞUŞA
Bir gün Pənahəli xan Bərdə xanına qonaq gəlir. Bərdə xanı hörmətli qonağın
şərəfinə ov təşkil edir. Onlar say-seçmə Qarabağ atlarına minib nökərləri, tazıları
ilə yaxınlıqdakı sıx meşələrə ova çıxırlar. Dağlardan ətrafa göz gəzdirən Pənahəli
xan heyran qalıb deyir: “Bura nə gözəl yerdir. Necə də saf havası var. Burada gözəl
bir şəhər salmaq lazımdır”. Beləcə, Pənahəli xanın məsləhəti  ilə Qarabağın həm
səfalı, həm şəfalı, şüşə kimi aydın, göy kimi şəffaf yerində Şuşa adlı şəhər salınır.
Suallar:
– Pənahəli xan nəyə heyran qaldı?
– Hadisələr Azərbaycanın hansı bölgəsində baş verirdi?
Qruplarla iş davam etdirilməklə şagirdlərə aşağıdakı tapşırıqlar verilə bilər:
1. Azərbaycanın rayonları və bu rayonların təbiəti, sərvəti haqqında bildiklərinizi danışın.
2. Xarici ölkədən qonaq gəlmiş bir dostuna vətənimizin paytaxtı Bakını necə tanıdardın?
3. Dövlət rəmzlərimiz haqqında bildiklərinizi danışın.
4. İşğal olunmuş torpaqlarımız haqqında nə bilirsiniz? Bu torpaqları azad etmək üçün nə
etmək lazımdır?
8
50
20
9
18
8
10
17
8
60
Dərslərin planlaşdırılması
Ы бюлмя
44
Çap üçün deyil


Əlavə sual: – Azərbaycan deyəndə gözünüzün önündə nə canlanır?
Dərsliyin 20-ci səhifəsindəki 7-8-ci tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 8. Duru – dupduru, yaşıl – yamyaşıl, düz – dümdüz, qara – qapqara, sarı –
sapsarı.
Əlavə sual: – Sol sütundakı sözlər sağ sütundakı sözlərdən nə ilə fərqlənir?
Yazı. “Mən böyüyəndə vətənim üçün nə edəcəyəm” mövzusunda inşa yazılır.
Nəticə:
Vətənimiz Azərbaycandır. O, anamız qədər doğma olduğu üçün ona “Ana vətən”
deyirik. Vətən bizim üçün müqəddəs və əzizdir. Onu sevməli, qiymətləndirməli və tanıt malıyıq.
Tətbiqetmə.
İş dəftəri, səh.10. “Azərbaycan deyirəm” şeiri mavi boşluqların yerinə 1-ci
tapşırıqda verilən müvafiq misralar əlavə edilməklə oxunur və 2-6-cı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı.
– “Vətən” mövzusunda bayatı tapıb dəftərinizə köçürün.
Qiymətləndirmə.
Təqdimata əsasən aparılır.
Dərs 6. RƏNGLƏRİN ANASI (4 saat) 
Motivasiya.
Suallar:
– Təbiətdə ən çox rast gəldiyiniz rəng hansıdır?
– Özünüzə paltar seçəndə hansı rənglərə üstünlük verirsiniz? Nə üçün?
Tədqiqat sualı:
– Hansı rəng daha gözəldir?
Tədqiqatın aparılması. 
Dərsliklə iş. Mətn hissə-hissə oxunub təhlil olunur. Dərsliyin
22-ci səhifəsindəki 1-4-cü tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 1. Mətnin məzmununa uyğun gəlməyən cümlə seçilir. (“B” variantı)
Məzmun standartı 
Təlim məqsədi
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Kontekstdən çıxış edərək mətndə rast
gəldiyi yeni sözlərin mənasını izah edir.
2.1.3. Öyrəndiyi yeni sözlərdən nitqində
istifadə edir.
Öyrəndiyi yeni sözləri cümlədə işlədir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Düzgün səs tonu seçməklə mətni ifadəli
oxuyur.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və
münasibət bildirir. 
3.1.1. Yazısında sadə hüsnxət norma 
-
larına riayət edir.
“B” hərfini hüsnxət normalarına uyğun
yazır və digər hərflərlə birləşdirir.
4.1.1. Sait və samit səsləri  fərqləndirir.
Sözdəki saitlərə görə hecaları müəyyən
edir və sözü sətirdən-sətrə düzgün keçirir. 
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısındakı deyilişi və yazılışı
fərq lə nən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
Dərslərin planlaşdırılması
ДЯЙЯРЛЯРИМИЗ
45
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə