Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə6/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   2   3   4   5   6   7   8   9   ...   80

Fəal təlim 
Fəal təlim nədir?
Məktəblərdə tədrisin əsas məqsədi şagirdlərə hazır bilik və ehkamlar vermək deyil,
onların faktlar və mənbələrlə sərbəst işləmək, təhlil etmək, müstəqil nəticələr
çıxarmaq bacarıqlarını inkişaf etdirməkdir. Bu cür təlimdə yoxlama və qiymətləndirmə
sistemi də fərqlidir. Burada yalnız mənimsənilmiş biliklərin aşkarlanması deyil,
şagirdlərin sərbəst işləmək bacarıq və vərdişləri əsas qiymətləndirmə meyarı kimi
götürülür. 
Ana dilinin tədrisi zamanı müəllim elə bir metodikaya üstünlük verməlidir ki, onun
tət biqi, sadəcə, şagirdlərin linqvistik biliklər qazanmasına deyil, eləcə də onlarda yük -
sək nitq mədəniyyətinin formalaşmasına, müəyyən sosial və intellektual vərdişlə rin
in kişafına kömək etsin. 
"İnteraktiv" termini "qarşılıqlı fəaliyyətə əsaslanan" deməkdir. İnteraktiv təlim
müəllim qarşısında yüksək tələblər qoyur. Şagirdləri tədqiqata, diskussiyaya cəlb
etmək, müstəqil fikir yürütməyi öyrətmək onlara müəyyən biliklər toplusunu
mənimsətməkdən daha çətindir. Müəllim sinifdəki işə həmişə özü rəhbərlik etməyə
də bilər. O, bütün qərarları özü qəbul etməyib müəyyən məsələləri şagirdlərin mü ha -
kiməsinə verə bilər. Bu yolla qazanılan biliklər şagirdlərin yaddaşında uzun müddət
qalır və onlar həmin bilikləri praktikada tətbiq etmək bacarığına malik olurlar. Bu
yanaşmadan danışarkən pedaqoqlar tez-tez Konfusinin kəlamını yada salırlar:
"Qulaq asıram – unuduram, görürəm – yadda saxlayıram, özüm edirəm – anlayıram".
Müasir pedaqoji və sosial araşdırmalar da göstərir ki, ənənəvi dərs-mühazirələrin
passiv dinlənilməsi faktların tez bir zamanda unudulmasına gətirib çıxarır. Bu
araşdırmalara əsasən, şagird oxuduğunun, gördüyünün və eşitdiyinin çox az
hissəsini qısa müddətdə yadda saxlayır. Lakin o, cəlb olunduğu fəaliyyət prosesində
öyrəndiklərinin böyük bir qismini qavrayır və uzun müddət unutmur.
Bütün bunlarla yanaşı, demək lazımdır ki, interaktiv metod məqsəd deyil, vasitədir.
Dünya təcrübəsi sübut edir ki, bu, çox yaxşı vasitədir. Lakin sadəcə, interaktivlik
xatirinə bu üsuldan istifadə etmək uğursuzluqla nəticələnə bilər. İnteraktiv təlim
metodlarının seçimi zamanı bir çox amilləri, ilk növbədə, sinfin hazırlıq səviyyəsini
nəzərə almaq lazımdır. Əsas məsələ isə budur ki, müəllim özü psixoloji və intellektual
baxımdan seçdiyi üsulu tətbiq etməyə hazır olsun.
17
Çap üçün deyil


İnteraktiv dərs modeli
“Ümumtəhsil məktəblərinin I–IV sinifləri üçün fənn kurikulumları”nda fəal dərsin
mərhələləri göstərilmişdir (səh. 284-286). MMV-də bir çox dərslərin şərhi bu model
üzərində qurulmuşdur.
Bu model yeni bilik və bacarığın mənimsədilməsi zamanı tətbiq olunur. Çünki
məhz informasiya qəbuletmə və ona münasibət bildirmə prosesində şagirdin tənqidi
təfəkkürünün inkişafına geniş imkanlar açılır. 
Nəzərə almaq lazımdır ki, bir çox dərslərdə oxunan mətnlə bağlı fəaliyyət və yeni
dil qaydasının mənimsədilməsi prosesləri bir-biri ilə inteqrasiya olunsa da, fərqli bilik
və bacarıqların mənimsədilməsini nəzərdə tutur. Məhz buna görə də fəal təlimin
mərhələləri hər bir proses üçün ayrı-ayrılıqda tətbiq və şərh olunur. Bu proseslərdən
18
GİRİŞ
MOTİVASİYA
PROBLEMİN QOYULMASI
TƏDQİQATIN APARILMASI
İNFORMASİYA MÜBADİLƏSİ
İNFORMASİYANIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ
NƏTİCƏ VƏ ÜMUMİLƏŞDİRMƏ
YARADICI TƏTBİQETMƏ
EV TAPŞIRIĞI
QİYMƏTLƏNDİRMƏ
Çap üçün deyil


hər birinə nə qədər vaxt ayrılması müəllimin öhdəsinə buraxılır. Dərslərin şərhini
yazarkən müəlliflərin əsas vəzifəsi müəllimlərə dərsin maraqlı və səmərəli
təşkili üçün ideyalar (motivasiyanın təşkili, suallar, inşa, esse mövzuları və s.)
və materiallar (dinləmə, imla, ifadə mətnləri və s.) təqdim etməkdir. Bütün bunlar
nümunə və tövsiyə xarakteri daşıyır. Yaradıcı müəllimlər məzmun standartlarını və
onlardan doğan təlim məqsədlərini reallaşdırmaq üçün fərqli material, texnika və
üsullardan da istifadə edə bilərlər. Bir daha qeyd edirik ki, əsas məqsəd məzmun
standartlarında nəzərdə tutulan bacarıqları şagirdlərə mənimsətməkdir.
Fəal təlim modeli əsasında dərsi uğurlu qurmaq üçün müəllimlər bir sıra qaydalara
riayət etməlidirlər.
1. Motivasiya (buzun sındırılması) çox önəmli mərhələdir. Bu, dərsin mövzusunun
şagirdlər üçün “doğmalaşmasına” gətirib çıxarır. Motivasiya mərhələsini keç -
mədən dərsə başlayan müəllim dəmiri qızdırmamış döyən dəmirçiyə bənzəyir.
2. Qoyulan tədqiqat sualı dərslikdəki mətnin məzmunu ilə birbaşa bağlı olmalıdır.
3.  Tədqiqatın aparılması zamanı sinfi qruplara bölməmək, ümumi diskussiya,
cütlərlə iş, səhnəcik kimi formalardan da istifadə etmək olar. Lakin əgər kiçik
qruplarla iş forması seçilibsə, onlara verilən tapşırıqlar tədqiqat sualının müxtəlif
yönümlərdən işıqlandırılmasına xidmət etməlidir. Əks halda bu mərhələ xaotik
prosesə çevriləcək.
4. Məlumat mübadiləsi və müzakirə zamanı mümkün qədər çox şagirdin iştirakını
təmin etmək lazımdır.
5. Əldə edilən nəticə tədqiqatın nəticəsini və tədqiqat sualına cavabı əks etdirməlidir.
6. Bütün mərhələlərdə Azərbaycan dili üzrə məzmun standartlarının tələbləri –
şagirdlərdə nitq bacarıqlarının inkişafı daim müəllimin diqqət mərkəzində
olmalıdır.
Qeyd etmək lazımdır ki, bəzi dərslərin strukturu fəal dərs modelində nəzərdə
tutulmuş mərhələlər üzrə qurulmaya da bilər. Kurikulumda qeyd olunduğu kimi,
müəllimlər qeyri-standart dərslərin tətbiqinə geniş yer verməlidirlər. MMV-də şərh
olunan bu cür dərslər anlama (oxu, dinləmə) 
özünüifadə (danışma, yazı)
modeli üzərində qurulmuşdur. Bu dərslərin mərhələlərini kurikulumda təsbit olunmuş
məzmun xətləri – dörd nitq bacarığı təşkil edir. 
19
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə