Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə59/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   55   56   57   58   59   60   61   62   ...   80

Dərs 71. ANA TƏBİƏTİN UŞAQLARA MƏKTUBU (4 saat)
Motivasiya.
Müəllim Amerika astronavtı Edqar Mitçeldən sitat gətirir (bu zaman slaydda
Yer kürəsinin Günəş sistemində hərəkətinə aid şəkil göstərilir)– “Birdən Ayın arxasından
nəhəng bir kürə çıxdı. Gözəl, mavi mirvariyə bənzəyən bu kürə işıq saça-saça kosmosun
sonsuz qaran lığında yuxarı qalxmağa başladı. Bir an içində anladım ki, bu bizim hamımızın
evi olan Yer kürəsidir”.
Uşaqlar, gözəl, şən, min nemətli Yer bizim anamızdırsa, deməli, biz də onun uşaqlarıyıq.
Amma bizim günahımız ucbatından onun gözəlliyi yavaş-yavaş itir. Okeanlar, dənizlər çirkab-
dan nəfəs ala bilmir, heyvanlar, quşlar, otlar məhv olur. Biz planetin harasında ya şa ma -
ğımızdan asılı olmayaraq onun taleyi üçün cavabdehik. Biz Yerin köməkçiləriyik, biz Yerlə
vahid ailəyik. 
Slayddakı görüntüdən Yerin səsi gəlir:
– Sizi eşitmək mənim üçün həm xoş, həm də kədərlidir.
– Uşaqlar, Yer bizim səsimizi eşitdi, amma onun səsi çox qəmgindir. Nə baş verib?
Yerin səsi:
– Mən çox-çox qədimlərdə xoşbəxt idim. Doğrudanmı, hər səhər yuxudan duranda mən
sevinirdim, sevirdim? Bəli, sevirdim, bütün dünyanı sevirdim, günəşi, səmanı, otları, çayların
şırıltısını, quşların nəğməsini sevirdim. O dövrlərdə mən necə də xoşbəxt idim...
Yer üzünə ilk insan gəldi. Əvvəl insan özünü təbiətin bir hissəsi hesab edirdi. Mən onun
beyninə ağıl qoydum, lakin bu ağıl yalnız qurmağa, yaratmağa deyil, həm də dağıtmağa
istiqa mətləndi. O məni, bitkiləri, heyvanları didməyə, parçalamağa başladı. Mənim damarla -
rım dan axan qanımı zəhərlə doldurdu, damarlarıma bənd çəkdi, zəhərli qazlarla məni bo ğ -
du, atom silahları ilə yaraladı.
Doğrudanmı, mənim yaratdığım mənə qarşı çevrilib?
Sizin hələ məni və özünüzü xilas etmək üçün vaxtınız var. Mən sizin gücünüzə, ağlınıza
və xeyirxahlığınıza inanıram. 
Müəllim– Uşaqlar, bizim yaşadığımız planetə nə olub? Planet niyə şikayət edir?
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır. 
Öz biliklərinə əsaslanaraq problemin həlli ilə
bağlı fikir bildirir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin
adlarını müəyyən edir. 
Rast gəldiyi yeni anlayışı ifadə edən sözü
müəllimin köməyi ilə müəyyənləşdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətnin məzmununu təşkil edən əsas faktları
seçir və münasibət bildirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Təbiəti necə qorumaq haqqında kiçikhəcmli
inşa yazır.
3.1.6. Sinif səviyyəsinə uyğun olaraq
müəyyən edilən sadə  əməli yazılar
(məktub, açıqca, elan, ərizə) yazır.
Mətnin məzmununa uyğun olaraq məktub
yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət və hərəkət bildirən sözləri
müəyyənləşdirir.
Dərslərin planlaşdırılması
VI bölmə
156
Çap üçün deyil


Şagirdlərin cavablarından sonra dərslikdən “Ana Təbiətin uşaqlara məktubu” mətni oxu nur.
1-2-ci tapşırıqlar yerinə yetirilir. 
Tədqiqat sualı:
– Təbiəti qorumaq üçün insanlar nə etməlidirlər?
Tədqiqatın aparılması. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər. Hər qrupa iki tapşırıq verilir. 
1. Ağasəf Osmanlının “Təbiətin dərdi” şeirinin bəndləri qruplara paylanır. Qruplar bəndləri
təhlil edib ona uyğun şəkil çəkir, qüsurların aradan qaldırılması yolları ilə bağlı fikirlərini
bildirirlər. 
2. Şagirdlər Ana Təbiətə cavab məktubu yazırlar. Onlara məktub yazmaqda ekoloqlar
kömək edəcək.
Müəllim ekoloqlar haqqında məlumat verir: – Ekoloqlar təbiət, ətraf mühit və onun prob -
lemlərini araşdırır, insanların təbiətə müdaxiləsi nəticəsində baş verə biləcək fəlakətləri
müəyyənləşdirirlər. 
Şagirdlər ekoloq-alim rolunda çıxış edərək Yer planetini xilas etmək üçün tədbirlər
düşünməlidirlər.
I qrup.  
1. Bəsdir qırdıq ağacları,
Axı ağac da canlıdır.
Təbiət hər həyəcandan
Necə həyəcanlıdır.
2. Botaniklər “planetimizin yaşıl sakinlərini” – bitkiləri hansı təhlükənin gözlə di -
yindən danışacaq və onun qarşısının alınması yolları haqqında Ana təbiətə
məktub yazacaqlar.  
II qrup.
1. Zavod, fabrik tüstüsüylə,
Yay gəlməmiş istisiylə,
Texnika da öz səsiylə
Təbiəti məhv eləyir.
2. Zooloqlar “kiçik dostlarımız” olan heyvanları hansı təhlükənin gözlə diyindən
danışacaq və onun qarşısının alınması yolları haqqında Ana Təbiətə məktub
yazacaqlar.  
III qrup.
1. İnsanlar qırıb-dağıdır,
Yalan söz düşmür dilindən.
Gələcəyə ümid olar,
Əl çəksə bəd əməlindən.
2. Coğrafiyaşünaslar ətraf mühiti – torpağı, suyu, havanı hansı təhlükənin gözlə -
diyindən danışacaq və onun qarşısının alınması yolları haqqında Ana təbiətə
məktub yazacaqlar.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olu nur. Təqdimatlardan sonra müəllim yazı taxtasından asılmış “Dəhşətli fə la kətin əlamət -
ləri” cədvəlinə hər qrupun gəldiyi son nəticəni qeyd edir:
1. Meşələrin qırılması
2. Heyvanların tələf olması
3. Suyun çirklənməsi
4. Havanın çirklənməsi
5. Zibil qalıqlarının yığılması
6. Ətraf mühitin zəhərlənməsi
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
157
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə