Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov


III. Meymunun şirdən gətirdiyi xəbər



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə55/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   51   52   53   54   55   56   57   58   ...   80

III. Meymunun şirdən gətirdiyi xəbər.
6. Şirin istəyi 
7. Tülkünün sevinci
IV. Zəifləmiş şir
8. Şirin etirafı
9. Şad-xürrəm həyat sürən sakinlər
10. Ceyranın təklifi
V. Yamanlığa yaxşılıq
11. Ceyranla razılaşan heyvanlar
12. Şir zalımlığa son qoydu
13. Hamının dostu
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Lövhədə mətnin illüstrasiyaları ardıcıl düzülür.
Tutulmuş plana görə mətn nəql olunur.
Tapşırıq 1. Mətnin məzmununa “A” variantındakı  atalar sözü uyğun gəlir.  
Tapşırıq 2. 1-ci hissə – B, 2-ci hissə – D, 3-cü hissə – Ç, 4-cü hissə – A, 5-ci hissə – C
şəklinə uyğun gəlir.
Tətbiqetmə.
İş dəftərinin 88-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Meşə kralının öz səhvini başa düşdüyü hissəni tapıb dəftərinə köçür.
Nəticə:
İnsan nə qədər güclü olsa da, müəyyən məqamlarda köməyə ehtiyacı olur. Ona
görə də güclü olan vaxt zəifləri incitmək olmaz.
Dil qaydaları. Tapşırıq: – Cədvəlin I sütununa mətndə adları çəkilən heyvanların adlarını,
II sütununa I hissədə işlənən əlamət bildirən sözləri, III sütununa isə IV hissədə işlənən
hərəkət bildirən sözləri yazın.
Yazı. Hüsnxət. “M” hərfi. İş dəftəri, səh. 89.
Ev tapşırığı:
– Mətni oxuyun və növbəti dərs üçün mətni səhnələşdirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Ad bildirən sözlər
Əlamət bildirən sözlər
Hərəkət bildirən sözlər
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
145
Çap üçün deyil


Dərs 63. İKİ GONBUL VƏ DOVŞAN (2 saat)
Motivasiya.
Müəllim: – Qarışqa zəhmət çəkir, zülmlə özündən on dəfə ağır yükü yuvasına
daşıyır. Yuvasına az qalmış bir sərçə uçub onun dənini aparır. Sərçə pırıltı ilə uçanda bir
budağa dəyib zədələnir. 
Sual: – Bu hekayədə kimə yazığınız gəlir?
Şagirdlərin fikirləri dinlənilir və müzakirə olunur.
Dərslikdən “İki gonbul” mətni tələffüz normalarına uyğun ifadəli, düzgün oxunur. 
2-ci tapşırıq. Yaxşı olar ki, şagirdlər mətnin sonundakı suala necə cavab vermək üçün
atalar sözlərinə müraciət etsinlər. (“Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı”; “Əkəndə yox,
biçəndə yox, yeyəndə ortaq qardaş” və s.)
Sual: – Təmsildəki dovşan obrazını hansı sözlə xarakterizə etmək olar?
Müəllimin yönəldici sualları ilə şagirdlər “müftəxor” sözünün üzərində dayanırlar. Bu sözün
mənası izah olunur: özü zəhmət çəkməyib başqalarının hesabına yaşayan insan
Sual: – Bəs gonbullar haqqında nə deyə bilərsiniz? 
Tapşırıq 1. Mətnə uyğun şəkillərin ardıcıllığı müəyyən olunur: Ç, C, B, A. 
Yazı. Hər şəklə aid mətndən bir, yaxud iki cümlə tapılıb dəftərə köçürülür. 
Tapşırıq 3. Abzasın mətndəki yeri müəyyənləşdirilir.(“Bərk yapışın, buraxmayın!” – cüm -
lə sin dən sonra)
Müəllim şagirdlərin diqqətini mətndəki belə bir cümləyə yönəldir: – “Gonbullar yolu
hamarladılar. Kənarlara yol nişanları düzdülər”. Bu işləri etməkdə onların məqsədi nə idi?
Sual: – Hansı yol nişanlarını tanıyırsınız? Yol işarələrinin əhəmiyyəti nədədir? (tapşırıq 4)
Şagirdlərin cavablarından sonra müəllim belə bir açıqlama verə bilər: – Yollar rahat və
təhlükəsiz olmalıdır. Hər kəs yol hərəkəti qaydalarını bilməli, yol nişanlarını tanımalıdır. Əks
halda özümüz və başqaları üçün təhlükə yaradarıq. Səki ilə getməli, qadağan işarəsi olan
yerlərdən keçməməliyik. Belə işarələr qoyulmayan yerlərdə ehtiyatlı olmalıyıq. Yeraltı və
yerüstü keçidlər olan yerlərdə mütləq onlardan istifadə etməliyik. 
Məzmun standartları 
Təlim məqsədləri
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən
istifadə edir. 
Situasiyaya uyğun olaraq nitqində atalar
sözü və məsəllərdən istifadə edir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin
adlarını  müəyyən edir. 
Əsərdəki obrazın xarakterik cəhətini mü-
vafiq əlamət bildirən sözlə adlandırır.
2.1.3. Öyrəndiyi yeni sözlərdən nitqində
istifadə edir.
Öyrəndiyi yeni sözlərdən istifadə etməklə
fikrini izah edir. 
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Düzgün səs tonu seçməklə mətni ifadəli oxu yur.
Buraxılmış hissənin yerini müəy yənləş dirərək
mətni tamamlayır. 
Şəkillərlə mətnin hissələri arasındakı
uyğunluğu müəyyən edir. 
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndən çıxardığı nəticəyə əsaslanaraq sual-
lara cavab verir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətnin müəyyən olunmuş hissəsini üzündən
köçürür.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
Lüğətdən istifadə edərək sözlərin yazılış və
tələffüzü arasındakı fərqi müəyyənləşdirir.
Dərslərin planlaşdırılması
V bölmə
146
Çap üçün deyil


Sonra müəllim şagirdlərə yol nişanlarını göstərir, mənasını soruşur. 
Müzakirə. Mövzu: “Müxtəlif fənlərdən qiymətləndirmə tapşırıqları yazılarkən bəzi uşaqlar
yaxşı oxuyan yoldaşlarından köçürürlər. Buna münasibətinizi bildirin”. 
İş dəftərinin 90-cı səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə: Başqasının əməyini mənimsəmək istəyən müftəxorlara heç kimin yazığı gəlmir.
Dil qaydaları. 5-ci tapşırıq yerinə yetirilir. Cavab “C” variantıdır.
Ev tapşırığı:
– “Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı” atalar sözünə uyğun gələn
mətn qurun.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 64. NİCAT VƏ DƏCƏL (4 saat)
Motivasiya. 
Müəllim: – İnsanla heyvanın dostluğu mümkündürmü?
Fərziyyələr söylənilir. 
“Bir qalanın sirri” filmindən fraqment. (Yaxud müəllim özü şifahi şərh edir.)
Sual: – Yallı ilə Xallı sahibini xilas etmək üçün nə edir?
– Əsl dost necə olmalıdır?
Dərslikdən mətnin 1-ci hissəsi oxunur. Baş qəhrəmanların dostluğunu sübut edən
hissələrə diqqət yetirilir.
Mətnin hissəsinə başlıq verilib plan tutulur: 
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır. 
Müşahidə etdiyini, oxuduğunu düşüncələrinə
uyğun tərzdə çatdırır.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Hadisələrin davamını təxmin edərək mətni
şüurlu oxuduğunu nümayiş etdirir.
Əsərdəki hadisələrin ardıcıllığını müəyyən
etməklə və boşluqları doldurmaqla mətni
oxuyub anladığını nümayiş etdirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan  tutur.
Mətnin məzmununa əsasən hissələrə
başlıq verir və plan tutur.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və ona
münasibət bildirir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun  nəql edir.
Tutulmuş palna görə mətni danışır.
3.1.1. Yazısında sadə hüsnxət norma ları na
riayət edir.
“N” hərfini hüsnxət normalarına uyğun ya zır
və digər hərflərlə birləşdirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Oxuduğu mətnin ideyasını həyatda
gördükləri ilə əlaqələndirərək inşa yazır.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısındakı deyilişi və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
147
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə