Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə54/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   50   51   52   53   54   55   56   57   ...   80

Tapşırıq 3. “Soyqırımı” sözünün mənası açıqlanır.
Soyqırımı – irqi, milli və ya dini səbəblərə görə əhalinin ayrı-ayrı qruplarının məhv edilməsi.
Xocalı şəhərində yaşayan insanları uşağa, qocaya aman vermədən qırıblar. Buna görə
də bu faciə soyqırımı adlanır.
Yazı. Tapşırıq 4. Tapşırığın şərtinə görə, şeirin sonuncu dörd misrası dəftərə köçürülür. 
2-ci tapşırıq. Şagirdlər 1-ci sinif dərsliyində “Dostluq köməyi” mətnini keçərkən Xocalı
faciəsi haqqında məlumat alıblar. Ona görə də bu hadisənin baş verdiyi tarixi xatırlaya
bilərlər. Onların bu haqda məlumatlarını genişləndirmək üçün müəllim aşağıdakı mətni
oxu yur.
Dinləmə mətni:
Xocalı faciəsini unutmuruq
26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. Həmin gecə erməni
quldurları Rusiya ordusunun Xankəndində yerləşən hərbi hissələrinin yardımı
və iştirakı ilə Azərbaycanın Xocalı şəhərini məhv etdilər. Şəhər güclü top atəşinə
tutuldu. Aeroport və ona yaxın olan evlər dağıdıldı. Təkcə aeroportun müdafiəsi
zamanı rus alayının top atəşi ilə 150-yə yaxın adam öldürüldü. Buna baxma-
yaraq, şəhərin qəhrəman müdafiəçiləri düşmənə inadlı müqavimət göstərirdilər.
Düşmənlər şəhərə daxil olduqdan sonra da hər küçə, məhəllə, hər ev uğrunda
döyüşlər davam edirdi. Xocalı sakinləri Vətən torpağını qəhrəmanlıqla qoruyur-
dular. Erməni quldurları müdafiədə dayananları güllələyir, evlərdə əllərinə keçən
nə varsa hamısını qarət edir, özləri ilə gətirdikləri yük maşınlarına yükləyir,
Xankəndi tərəfə göndərirdilər. Ermənilər görünməmiş vəhşiliklə insanları məhv
edir, evlərə-eşiklərə od vururdular.
Aramsız güllə yağışından qurtulub ayağı yalın, başıaçıq halda meşələrə,
dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü.  Tarixin hələ
indiyədək şahidi olmadığı bu müsibəti ancaq insanlığını, mərhəmət hissini itirən
vəhşi ermənilər törədə bilərdilər. Bu vəhşilikləri heç nə ilə müqayisə etmək müm -
kün deyil.   
26 fevral bundan sonra Azərbaycan xalqının və dünyada bir çox insanların
yaddaşında kədərli, matəmli bir gün kimi qalacaqdır. Erməni qaniçənlərin bu
cinayəti xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımı günü kimi tarixə
yazılmalıdır.
Şagirdlər bir-birinə sual verməklə dinlədikləri mətndəki fikrin mahiyyətini aydınlaşdırırlar.
Şagirdlərə suallarla müraciət olunur:
– Xocalı camaatı düşmənə qarşı necə müqavimət göstərirdi?
– Erməni quldurları Xocalıda hansı vəhşilikləri törədirdilər?
– Erməni quldurlarının Xocalıda törətdiklərinə nə ad vermək olar? (vəhşilik, azğınlıq,
qəddarlıq və s.)
– Nə üçün Xocalı faciəsi xalqımızın tarixində soyqırımı kimi yadda qalacaqdır?
Cavablardan sonra şagirdlər belə bir fikrə gəlirlər ki, Xocalı soyqırımı Azərbaycan xalqının
yaddaşından heç zaman silinməyəcək. 
İş dəftərinin 87-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Araşdırma. 20 Yanvar faciəsi ilə Xocalı faciəsini birləşdirən və fərqləndirən cəhətlər
hansılardır? Bu haqda danışın. 
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
143
Çap üçün deyil


Ev tapşırığı:
– Xocalıda qəhrəmancasına şəhid olan oğullarımızdan biri də Azərbaycanın
Milli Qəhrəmanı Əlif Hacıyevdir. Onun haqqında məlumat toplayın. 
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 62. MEŞƏ KRALI (2 saat)
Motivasiya.
Müəllim meşənin təbiəti, canlı aləmi haqqında söhbət aparır, bu mövzuda
şəkillər nümayiş etdirir. Uşaqlar mövzu ətrafında fikirlərini bildirirlər (meşə bitkiləri, vəhşi hey-
vanlar).
Köməkçi sual: – Hansı heyvana “Meşə kralı” deyirlər? (Şir, aslan) 
Şagirdlər şir haqqında bildikləri məlumatları söyləyirlər.
Tədqiqat sualı:
– Sizcə, güclülərin köməyə ehtiyacı ola bilərmi?
Tədqiqatın aparılması. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərinə qeyd edirlər.
Qruplara mətnin hissələri (dərslik, səh.124-125) paylanır. Hər qrup ona düşən hissəni
oxumalı, həmin hissəyə başlıqlar verərək plan tutmalı və həmin hissənin 125-ci səhifədəki
hansı şəklə uyğun gəldiyini müəyyənləşdirməlidir. 
Hər qrup oxuduğu hissəyə başlıqlar verərək plan tutur. 
I. Qəddar şir
1. Şir heyvanlara göz verib işıq vermirdi.
2. Şiri heç kim sevmirdi.
II. Talaya gəlib çıxmayan şir
3. Şiri gözləyən heyvanlar
4. Çaqqalın təklifi
5. Kralın yanına yollanan meymun
Məzmun standartları 
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətn çəkilmiş illüstrasiyalara uyğun gələn
hissələri müəyyən edir. 
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan  tutur.
Mətnin hissələrini adlandıraraq plan tutur.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun  nəql edir.
Mətni plana uyğun nəql edir.
3.1.1. Yazısında sadə hüsnxət norma ları na
riayət edir.
“M” hərfini hüsnxət normalarına uyğun ya zır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndə müəyyən olunmuş hissəni dəftərinə
köçürür.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət və hərəkət bildirən sözləri
fərqləndirir.
Dərslərin planlaşdırılması
V bölmə
144
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə