Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə62/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   58   59   60   61   62   63   64   65   ...   80

Motivasiya._Müəllim'>Motivasiya.
Müəllim– “Qızıl” sözünün mənasını izah edin. 
– Bəs aşağıdakı ifadələrdə “qızıl” sözü hansı mənalarda işlənib?
(qızıl üzük, qızıl payız, qızıl əllər, qızıl balıq)
Tədqiqat sualı.
Müəllim metal adları (alüminium, polad, gümüş, qızıl və s.) sadalayır və
suallarla şagirdlərə müraciət edir:
– Bu metallardan hansı daha qiymətli hesab olunur? (qızıl)
– Onların hansı sarı rəngdədir? (qızıl)
– Bu söz nə bildirir: ad, əlamət, yoxsa hərəkət? (ad)
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
Şagirdlər qruplara bölünüb aşağıdakı ifadələrin mənasını araşdırırlar:
I qrup.
Ağ qızıl
II qrup. Qızıl xasiyyətli insan
III qrup. Qızıl torpaq
IV qrup. Qara qızıl
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Dərsliklə iş. Dərslikdən şeir oxunur, təhlil olunur. 
Dərsliyin 144-cü səhifəsindəki 1-5-ci tapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıq. Hər iki cümlədə qızıl sözü məcazi mənada işlənib. Birincidə yarpağın rəngi,
ikincidə torpağın çox məhsul verməsi, onun altında qızıl kimi qiymətli sərvətlərin olması
mənalarını bildirir. 
2-ci tapşırıq. Əkinçi çöldə işləyir, məhsul əkir, toplayır, ailəsini dolandırır. Balıqçı isə göldən
balıq tutub satır, ailəsini dolandırır. Ona görə də əkinçi “qızıl çöldədir”, balıqçı “qızıl göldədir”
deyir. 
3-cü tapşırıq. “Qara qızıl” – neftə, “ağ qızıl” – pambığa işarədir.
4-cü tapşırıq. Gözəl xasiyyəti olan insana qızıl xasiyyətli insan deyirlər.
5-ci tapşırıq. “Qızıl üzük” ifadəsində “qızıl” sözü üzüyün hazırlandığı metal mənasında
işlənib. “Qızıl ürək” ifadəsində isə “qızıl” sözü hər hansı insanın böyük, humanist qəlbə, ürəyə
malik olduğuna işarədir.
Dil qaydalarıSual– Şeirin hansı bəndindəki misraların hər biri cümlədir?
Yazı. Şeiri əzbərləyin və məzmununu nəsrə çevirərək dəftərlərinizə yazın.
Nəticə:
Bəzi sözlərin bir deyil, bir neçə mənası olur.
Tətbiqetmə. 
“Dəmir” sözünü “qapı”, “bilək”, “iradə” sözləri ilə işlədərək cümlələr qurun
və hər bir cümlədə bu sözün mənasını izah edin.
Ev tapşırığı:
– Dərsliyin 144-cü səhifəsindəki 6-cı tapşırıq yerinə yetirilir.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərslərin planlaşdırılması
VI bölmə
164
Çap üçün deyil


Dərs 76. ÇAYIN GİLEYİ (2 saat)
Motivasiya.
Suallar: – Su mənbələri deyəndə nə başa düşürsünüz? (Çay, göl, bulaq,
dəniz, okean) Yayda onların suyu niyə azalır? (Buxarlanır)
Tədqiqat sualı:
– Niyə təbiətdə su mənbələri (çay, göl və s.) tükənmir? 
Tədqiqatın aparılması.
Dərsliklə iş. “Çayın gileyi” mətni (dərslik, səh. 145) oxunur,
təhlil olunur.  
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Suallar– Çay nədən gileylənirdi? O, haqlı
idimi? (1-ci tapşırıq)
– Sizcə, gölün cavabından sonra çay özü üçün hansı nəticəyə gəldi?
– Təbiətdə suyun dövranı nəyə xidmət edir?
– Yağışın əhəmiyyəti haqqında nə bilirsiniz?
– Azərbaycanda olan hansı çayları və gölləri tanıyırsınız? (Kür, Araz, Tərtərçay, Girdi-
mançay, Göygöl, Maralgöl, Ağ göl və s.) Kür çayı axıb hara tökülür? (Kür çayı Xəzər dənizinə
tökülür.) (2-ci tapşırıq)  
Tapşırıq: Verilmiş sözlərin aid olduğu məna qrupunu müəyyən edin:
Çay, göl, dəniz – (su hövzələri)
Yağış, qar, dolu – (yağıntı)
Dinləmə. Müəllim suyun dövranını təcrübə ilə də nümayiş etdirə bilər. Kiçik qabdakı su
spirt lampası ilə qızdırılır. Üzərindəki şüşədə damcılar əmələ gəlir və yenidən qaba tökülür.
Şagirdlər gördüklərini izah edirlər. 
GÜLLÜ VƏ DAMCI
Bir dəfə möhkəm yağış yağırdı. Güllü pəncərənin qabağında durub yağışın
yağmasına tamaşa edirdi. Bu vaxt pəncərənin qabağına yağış damcısı düşdü.
Damcı Güllünü görüb dedi: 
– Mən bu qızı tanıyıram. 
Güllü soruşdu: 
– Sən məni haradan tanıyırsan?
– Bir dəfə anan çaydan məni vedrə ilə doldurub evə gətirdi. Samovara töküb
Məzmun standartları 
Təlim məqsədləri
1.1.1. Sual verməklə dinlədiyi fikrin ma -
hiyyətini aydınlaşdırır.
Dinlədiyi fikrin mahiyyətini aydınlaşdırmaq
məqsədi ilə sual verir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır. 
Qazandığı bilikləri əvvəl bildikləri ilə
ümumiləşdirərək araşdırdığı məlumatları
nəql edir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin
adlarını müəyyən edir. 
Rast gəldiyi yeni anlayışı ifadə edən sözü
müəllimin köməyi ilə müəyyənləşdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və
münasibət bildirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Əldə etdiyi məlumatlar əsasında esse yazır.
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
165
Çap üçün deyil


qaynatdı. Fincana süzüb sənin qabağına qoydu. Çay soyusun deyə sən fincanı
pəncərənin qarşısına qoyub oynamağa getdin və çayı unutdun. Sən gələndə
mən artıq çayın içində yox idim.
Sual: –  Bəs damla harada idi?
Qruplarla iş. Şagirdlər yağışın əhəmiyyəti ilə bağlı öz fikirlərini iş vərəqlərində qeyd
edirlər.
I qrup. Əgər yağış yağmasa, nə baş verəcək?
II qrup. İsti yay günü idi. Aysel kiçik vedrə ilə su gətirirdi. O yıxıldı və vedrədəki su yerə
dağıldı. Aysel evə getdi. Bir neçə saatdan sonra yenə həyətə düşdü. O, suyu
töküldüyü yerdə görmədi. Sual: – Sizcə, nə baş vermişdi? Su yox olurmu?
III qrup. Yağışın az, çox az yağdığı, quraqlığın olduğu ili tez-tez yağış yağan illə mü qa -
yisə edin. Bu müqayisədə təbiətdə hansı fərqi görürsünüz?
IV qrup. Gözəl təbiət mənzərəsi olan şəkil verilir. Hər yan qızılı rəngə boyanıb.
Ağaclarda meyvələr var. Asta-asta yağış yağır. Sual: – Burada hansı fəsil təsvir 
olunub? 
Nəticə:
Yağış yağmasa, su dövranı pozular. Təbiətdə su daim dövr edir. Ona görə də Yer
üzündə su tükənmir.
Tətbiqetmə.
İş dəftərinin 103-104-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə
yetirilir.
Dil qaydaları. Suallar: – Mətnin sonuncu abzasında neçə cümlə var? Hər cümlədə neçə
söz var?
İş dəftərinin 103-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı:
– Təbiətdə suyun dövranı haqqında kiçik esse yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 77. QARIŞQALAR (6 saat)
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikrə münasibət bildirərək
əsaslandırır. 
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır. 
Qazandığı bilikləri əvvəl bildikləri ilə
ümumiləşdirərək araşdırdığı məlumatları
nəql edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“Ö” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni üzündən köçürür.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Əldə etdiyi məlumatlar əsasında esse yazır.
4.1.6. Cümləni digər nitq vahidlərindən
fərqləndirir. 
Cümlə quraraq onu digər nitq vahidlərindən
fərqləndirir.
Dərslərin planlaşdırılması
VI bölmə
166
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə