Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə63/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   59   60   61   62   63   64   65   66   ...   80

1-ci MƏTN. FİL VƏ QARIŞQA
Motivasiya. 
Müəllim: – Göydə uçan təyyarə böyük görünür, yoxsa yaxından gördüyünüz
təyyarə? Səbəbini açıqlayın.
Tədqiqat sualı:
– Nə zaman eyni cisimlər müxtəlif ölçüdə görünür?
Tədqiqatın aparılması.
Mətn (dərslik, səh. 146) oxu nur, təhlil edilir. Qruplarla iş. Şa -
gird lər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər. 
I qrup. Göydəki ay böyükdür, yoxsa yaşadığın bina? 
II qrup. Yarpağın uçması ilə quşun uçması arasında nə fərq var?
III qrup. Doğrudanmı, qarışqa yerə enənə qədər fil böyümüşdü?
IV qrup. Qarışqa göydən baxanda nəyə görə fil ona balaca görünürdü?
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Nəticə:
Eyni cisimlər yaxından böyük, uzaqdan kiçik görünür.
Tətbiqetmə. 
Şagirdlərə iki şəkil çəkmək tapşırılır: 1) qayıqda üzən uşaqlar, 2) çimərlikdə
əylənən uşaqlar və uzaqda üzən qayıq. Şəkillərdə uşaq və qayıq təsvirlərinin ölçü nisbəti
müqayisə olunur.
Dil qaydaları. “Fil və qarışqa” mətnində neçə cümlə olduğu araşdırılır. Dərsliyin 146-cı
səhifəsindəki 4-5-ci tapşırıqlar yerinə yetirilir. Cümlələri yazarkən birinci sözün böyük hərflə
yazılmasına diqqət yetirilir.  
Yazı. İfadə mətni:
2-ci MƏTN. QARIŞQALAR NİYƏ AZMIR
Motivasiya. 
Yazı taxtasında sxem çəkilir.  
YANĞINSÖNDÜRƏN QARIŞQALAR  (75 söz)
Alimlər qarışqalar üzərində maraqlı təcrübə apardılar. Onlar qarışqa yuvasına
yanan şam atdılar. Bu zaman bütün qarışqalar şamın ətrafına yığışıb odun üstünə
tüpürdülər. Bir neçə qarışqa odda yansa da, onlar odu söndürə bildilər. Yanğınla
mübarizə təxminən bir dəqiqə çəkdi. 
Bir neçə həftədən sonra təcrübə təkrar edildi. Bu dəfə qarışqalar daha ehtiyatlı
və çevik tərpənib alovu qırx beş saniyəyə söndürdülər. İkinci təcrübə zamanı bir
qarışqa da məhv olmadı. Bu o deməkdir ki, qarışqalar əvvəlki təcrübədən nəticə
çıxardılar.
güclü
?
bəzən qanadlı
da olur
şirin sevən
zəhmətkeş
çox kiçik
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
167
Çap üçün deyil


Şagirdlərə suallar verilir:
– Sxemin mərkəzindəki xanada hansı həşəratın adı yazılmalıdır?
– Qarışqaların daha hansı xüsusiyyətləri var?
Mətn oxunub təhlil olunur. 
Dərslikdən 6-cı tapşırıq yerinə yetirilir. Cavab “B” variantıdır.
Tapşırıq. Verilmiş sözlərin aid olduğu məna qruplarını müəyyən et.
Qarışqa, kəpənək, arı – 
Şir, canavar, ayı – 
İnək, keçi, at – 
Müəllim: – Qarışqanı səciyyələndirən əsas əlamətlər hansılardır? (balaca olması, zəh -
mətkeşliyi) 
Zəhmətə aid atalar sözləri verilir:
Yaz günündə tərləməyən qış günündə titrəyər.
Yayda işləyən, qışda dişləyər.
Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar.
Dinləmə mətni
Masanın üstündə içi bal dolu banka vardı. Qarışqalar şirəyə daraşmışdı. Ev
yiyəsi qarışqaları qovdu. Sonra bankanın ağzını kəndirlə bağlayıb tavandan asdı.
Özü də bir aylıq səfərə getdi.
Bir qarışqa bankanın içində qalmışdı. Yeyib doyandan sonra bankadan
çıxmaq istədi, kəndirin düyünləndiyi yerdən kiçicik bir deşik tapıb birtəhər
içəridən çıxdı. Kəndirlə tavana qalxdı. Oradan divarla enib qarışqalara xəbər
apardı. Qarışqalar divardan bankaya kimi cığır saldılar. Bal qurtarana qədər
qalxıb-endilər. 
Ev yiyəsi qayıdanda qarışqaların ağlına heyran qaldı, onlara qəzəblənmədi.
Sual: – Oxuduğunuz və dinlədiyiniz mətn əsasında qarışqalar haqqında nə demək olar? 
Şagirdlər öz mülahizələrini yürüdürlər. Ümumi nəticəyə gəlinir ki, qarışqalar öz yollarını
qoxuları ilə tapırlar.
Müəllim: – Hansı həşəratları tanıyırsınız? Onlar haqqında bildiklərinizi cədvəldə yazın.
Dil qaydaları. Müəllim: 
– Mətnin hər abzasındakı cümlələrin sayını müəyyən edin.
– Hansı cümlədə daha çox söz var?
– Hansı cümlədə daha az söz var?
Yazı. Mətnin sonuncu abzasını dəftərinizə köçürün.
3-cü MƏTN. SƏRKƏRDƏ VƏ QARIŞQA
Motivasiya. 
Müəllim: – Hər hansı bir məsələnin həlli zamanı çətinlik yarananda nə
edirsiniz? (Kömək istəyirəm, həll etmirəm, bir daha cəhd edirəm.) 
Dərsliklə iş. Mətn oxunur, qarışqa və sərkərdə obrazları təhlil edilir (dərslik, səh. 147).
– Sizcə, sərkərdə bundan sonra nə edəcək? 
Həşəratın adı
Həşəratın faydası
Həşəratın ziyanı 
Dərslərin planlaşdırılması
VI bölmə
168
Çap üçün deyil


Şagirdlər cütlərlə cavab hazırlayırlar. Cavabları kiçik hekayə şəklində təqdim edirlər. 
“Uğursuzluqdan sonra ruhdan düşmək zəiflərə xas xüsusiyyətdir” mövzusunda müzakirə
keçirilir. 
Şagirdlər sonda belə bir nəticəyə gəlirlər ki, məqsədə nail olmaq üçün hər çətinliyi
adlamağı bacarmaq lazımdır. 
“Cümlə” mövzusu üzrə qiymətləndirmə.
Testlər:
1. Hansı sırada cümlə verilib?
A) Səhər-səhər
B) Mən səhər tezdən qalxıram
C) Səhər tezdən yuxudan duranda
2. Mətndə neçə cümlə var?
Soyuq qış günləri qurtarır qar əriyir havalar isinməyə başlayır ağaclar
tumurcuqlayır isti ölkələrə uçmuş quşlar geri qayıdırlar onlar özlərinə yuva qu-
rurlar rəngbərəng çiçəklər açılır
A) 10 
B) 7
C) 8  
Ç) 4
3. Cümləni seçin.
A) Quşların şən səsləri
B) Mən gələn yay
C) İlqar dərslərini hazırladı
4. Hansı cümlədə hərəkət bildirən sözlərin sayı daha çoxdur?
A) Qarışqalar yem tapmaq üçün uzaq səfərlərə çıxırlar.
B) Sərkərdə gəlib qayalıqda oturdu, fikrə daldı.
C) Qarışqa qırxıncı cəhdində buğdanı yuvasına çatdırdı.
Tapşırıqlar:
1. Bu sözlərdən cümlə düzəldin:
1) olur, isti, yayda, havalar, çox.
2) lazımdır, dərsləri, oxumaq, yaxşı.
3) odunu, atam, balta, yardı, ilə.
4) dəsmal, Günel, ilə, silir, stəkanları.
5) tutur, xatirəsini, şəhidlərin, əziz, xalqımız.
2. Verilmiş söz birləşmələrini cümlədə işlədin:
kitabın üzü, ilin fəsilləri, atamın əlləri, Bakı şəhəri, qoca fəhlə.
İş dəftərinin 105-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Mətnin ikinci abzasını dəftərinizə köçürün. 
Hüsnxət. “Ö” hərfi. İş dəftəri, səh. 106.
Ev tapşırığı:
– Əldə etdiyiniz məlumatlar əsasında qarışqalar haqqında esse yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən və
müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
169
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə