Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə4/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   2   3   4   5   6   7   8   9   ...   58


 
həmin  bayrağın  altına  pənah  gətirməlidir.  Biz  təslim  olmarıq,  gedin,  əlinizdən 
gələni əsirgəməyin”. 
1927-ci  ildə  təĢkil  edilmiĢ  Ġran  Kommunist  partiyasının  II  qurultayında 
qəbul  edilmiĢ  qətnaməyə  əsasən  hər  millətin  tam  müstəqilliyi,  hətta  mərkəzi 
hökumətdən  ayrılmaq  hüququna  malik  olduğu  bildirilir.  Partiyanın  təsdiq  etdiyi 
“Əməliyyat  proqramı”  adlı  sənədin  siyasi  sahədəki  bölməsində  milli  məsələnin 
qoyuluĢu və həlli barədə belə qeyd olunmuĢdur: “Ġran Kommunist firqəsi və Ġran 
məmləkəti tərkibində  yaĢayan  millətlərin tam azadlığı və  hətta onların  mərkəzdən 
ayrılması  uğrunda  mübarizə  aparır.  Bu  Ģərtlə  ki,  o  millətlərin  zəhmətkeĢlərinin 
əksəriyyəti  bu  iĢə  meyl  göstərmiĢ  olalar”.  Ġran  Kommunist  partiyasının 
proqramında millətin zəhmətkeĢ təbəqəsi və zümrəsinin arzusu əsas tutulurdu. 
Əslində millətin azadlığı uğrunda mübarizədə milli burjua əsas rol oynayır. 
Ona  görə  də  milləti  müxtəlif  təbəqələrə  ayrımaq  kökündən  yanlıĢdır.  Hazırda 
Güney  Azərbaycanda  ana  dilində  təhsil  almaq  hüququ  uğrunda  mübarizə 
ĢiddətlənmiĢdirsə,  bunun  həm  varlı,  həm  yoxsul,  həm  zəhmətkeĢ  təbəqəyə  xeyri 
vardır. Özünü idarə etmək uğrunda gedən mübarizəyə də millətin bütün təbəqələri 
qoĢulur.  Çünki  onlar  proletariat  diktaturası  deyil,  öz  müqəddəratını  təyin  etmək 
üçün bütöv bir millət ayağa qalxır. 
Ġran  Xalq  partiyası  da  1942-ci  ildə  5  maddədən  ibarət  qəbul  etdiyi 
məramnaməsində  milli  məsələni  proletar  hegemonluğundan  asılı  etmiĢdir.  Bu  da 
proletar beynəlmiləlçiliyi Ģüarı ilə əlaqədar idi. 
Ġran Xalq partiyasının 1960-cı  ildə  qəbul etdiyi proqramda Ġranda  milli və 
demokratik  respublika  yarandıqdan  sonra  ölkədə  yaĢayan  xalqların  öz 
müqəddəratlarının  təyin  edilməsi  qeyd  edilmiĢdir.  Bir  sözlə,  Ġran  Xalq  partiyası 
milli  məsələnin  həllini  Ġranın  istiqlaliyyəti  uğrunda  imperializmin  zülm  və 
qarətçiliyə qarĢı bütün Ġran xalqlarının birgə mübarizə Ģüarına tabe etmiĢdir. Guya 
Ġran  istiqlaliyyət  əldə  etdikdə,  demokratik  cümhuriyyət  rejimi  bərqərar  olduqdan 
sonra milli məsələ özü-özünə həll olunacaqdır. 
Sonralar  XX  əsrin  60-70-ci  illərində  Ġran  Xalq partiyası  milli  məsələdə  bir 
az da irəli gedərək qəbul etdiyi tezislərin V maddəsində belə Ģərh edilmiĢdir: “Ġran 
Xalq  partiyası  Ġranda  yaĢayan  bütün  millətlərin,  milli  əqəliyyətlərin  tam  hüquq 
bərabərliyini və onların  vahid vətən çərçivəsi daxilində Ġranın ərazi bütövlüyünün 
qorunması  əsasında  könüllü  birləĢməsinin  tərəfdarıdır.  Belə  bir  məqsədə  nail 
olmaq  üçün  milli  zülmün  kökünü  kəsmək  əsas  Ģərt  hesab  olunur.  Milli  zülmün 
kökünü kəsmək məqsədinə nail olmaq yolu isə Ġrandakı məhrum millətlərin özünü 
idarə etməsini təmin etməkdən ibarətdir”. 
Ġran inqilabının qələbəsindən, Ģahlıq rejiminin devrilməsindən sonra da Ġran 
Xalq partiyası 1981-ci ildə Tehranda təĢkil edilmiĢ XVII geniĢ plenumunda Ġranda 
milli  məsələnin  qoyuluĢu  və  həllini  Ġran  inqilabının  sabitləĢməsindən, 


10 
 
nailiyyətlərindən,  möhkəmlənməsindən  asılı  edərək  qəbul  etdiyi  məramnamədə 
milli  məsələyə  aid  belə  bir  formula  vermiĢdir:  “Ġnqilabi  yolla  yıxılmıĢ  irtica 
rejiminin siyasətindən doğmuĢ gerilikləri aradan qaldırmaq və fars olmayan bütün 
xalqların  mədəni  və  özünü  idarəetmə  hüququnu  tanımaq  milli  vəhdətin  əsas 
dayaqlarından,  ölkə  istiqlaliyyətinin  və  ərazi  bütövlüyünün  ən  mühüm 
əmanətlərindən biridir”. 
Deməli,  hətta  Ġran  inqilabı  qələbə  çaldıqdan  sonra  da  Ġran  Xalq  partiyası 
milli məsələyə daha yumĢaq yanaĢmıĢ, hər millətin tam müstəqilliyi, hətta mərkəzi 
hökumətdən ayrılıb milli muxtariyyət əldə etməsi hüququnu da ĠXP rəhbərliyində 
qeyri-azərbaycanlıların əksəriyyət təĢkil etməsi ilə əlaqədar idi. Sonralar Ġran Ġslam 
Cümhuriyyəti  baĢçıları,  xüsusilə  bu  yaxınlarda  dünyasını  dəyiĢmiĢ  cəllad  Sadıq 
Xalxali  kürdlərin  və  bəlucların  özünü  idarəetmə  hüquqları  uğrunda  apardıqları 
mübarizə hərəkatını qan dəryasında boğması ilə nəticələndi. 
Təbrizli  Əli  1980-ci  ildə  Tehranda  çap  etdirdiyi  “Dil  və  ədəbiyyat” 
kitabında  haqlı  olaraq  yazmıĢdır:  “Bir  millət  gərək  niyə  və  nədən  özünü  unudub 
qonĢu  ümidinə  yaĢasın  və  ya  öz  dili  ola-ola  özgə  dilini  özünə  qablaĢdırsın. 
Bunlardan  baĢqa,  bu  qədər  təcrübə,  bu  qədər  acı-acı  sınaqlar,  bu  qədər  tarixlər 
boyu  ədavət  ilə  yaĢamaqlar  bu  zatıqırığı  tanımaq  üçün  bəs  deyilmiĢ.  Bunlar  bizi 
qoyun kimi əldən-ələ keçiriblər. Fars Ģahı bizi təhvil verib fars vəzirinə, fars vəziri 
qaçıb  bizi  təhvil  verib  fars  mollasına  və  fars  axundu  da  ola  bilər  ki,  bizi  təhvil 
versin fars çerikinə və habelə o buna, bu ona. Çünki bunları ayrı Allah yaradıbdır”. 
“Quran”ın  90-cı  surəsinin  9-cu  ayəsində  deyilir:  “Biz  (danıĢmaq  üçün) 
insana  dil,  iki  dodaq  vermədikmi?”  (Qurani-Kərim,  Tehran,  1954,  s.934).  Allah-
təala  insana  danıĢmaq  üçün  bir  dil,  iki  dodaq  veribdirsə,  nə  üçün  35  milyonluq 
azərbaycanlı  öz  ana  dilində  yazıb  oxumaq,  danıĢmaqdan  məhrumdur.  “Quran”da 
deyilmir  ki,  insana  bir  dil,  iki  dodaq  vermiĢəm  ki,  məcburi  olaraq  fars  dilində 
danıĢsın.  Məhəmməd  Peyğəmbərin  ana  dili  ərəb  dili  olduğu  üçün  Allah-təala 
tərəfindən  Qurani-Kərim  əcəm  dilində,  hətta  fars  dilində  deyil,  ərəb  dilində  nazil 
oldu.  Bu  barədə  Qurani-Kərimin  “Məryəm”  surəsinin  (19-cu  surə)  97-ci  ayəsində 
deyilir:  “Biz  Quran  həqiqətlərini  yalnız  sənin  dilində  asanlaĢdırdıq  ki,  onun 
həqiqətlərini  dərk  etsinlər”  (Qurani-Kərim,  Tehran,  1954,  s.769).  Həmçinin 
Quranın  16-cı  surəsinin  103-cü  ayəsində  deyilir:  “Bizə  tam  aydındır  (kafirlər) 
deyirlər  ki,  Quranın  möhtəvasını  peyğəmbərə  bəĢər  övladı  öyrədir.  Halbuki,  o 
bəĢərin dili əcəmidir və bu Quran tam aydın ərəb dilindədir”. 
BaĢqa  sözlə  bir  yerə  Allah-təalanın  bir  peyğəmbər  göndərdiyi  qeyd  edilir. 
Qurani-Kərimin 13-cü surəsinin 4-cü ayəsində deyilir: “Biz etnik qrup arasına heç 
bir peyğəmbər göndərmədik, yalnız o etnik qrupun dilində (peyğəmbər göndərdik) 
ki, maarif və Allah ehkamlarını onlara bəyan etmiĢ olsun” (Qurani-Kərim, Tehran, 
1354,  s.369).  Deməli,  Allah-təala  hər  bir  insan  kütləsinin  öz  dilində  ona 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə