Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə18/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   14   15   16   17   18   19   20   21   ...   95

                                                                                51 
 
 
tamamlayır, rəqabətə əsaslanan inkişafı stimullaşdırır və beynəlxalq 
valyuta  münasibətlərinin  bazar  tənzimlənməsi  zamanı  yaranan 
neqativ ünsürləri aradan qaldırmağa kömək edir. Ona görə də bunlar 
arasında  nisbət  tez-tez  dəyişir.  Böhran,  müharibə,  müharibədən 
sonrakı  dövr  şəraitində  bu  nisbət  daha  da  sərtləşir.  İqtisadi 
konyukturanın 
yaxşılaşdığı 
dövrdə 
beynəlxalq 
valyuta 
əməliyyatlarının  liberallaşması  baş  verir.  Lakin  beynəlxalq  valyuta 
münasibətləri  üzərində  nəzarəti  müəyyən  alətlər  vasitəsilə  dövlətlər 
həmişə  öz  nəzarətində  saxlayırlar.  Bazar  iqtisadiyyatının 
tənzimlənməsi sistemində əsas yeri beynəlxalq valyuta siyasəti tutur. 
Valyuta  siyasəti  -  beynəlxalq  valyuta  və  digər  iqtisadi  münasibətlər 
sferasında  həyata  keçirilən  və  ölkənin  cari  və  strateji  məqsədlərinə 
uyğun  olan  tədbirlər  məcmusudur.  Beynəlxalq  valyuta  siyasətinin 
istiqaməti  və  forması  ölkənin  iqtisadiyyatının  vəziyyəti  ilə  müəyyən 
olunur.  Müxtəlif  tarixi  dövrlərdə  ön  plana  beynəlxalq  valyuta 
siyasətinin  valyuta  böhranlarının  aradan  götürülməsi,  beynəlxalq 
valyuta 
sabitliyinin 
təmin 
olunması, 
beynəlxalq 
valyuta 
məhdudiyyətləri, 
beynəlxalq 
valyutanın 
dönərliyinə 
keçid, 
beynəlxalq valyuta əməliyyatlarının liberallaşdırılması və s. bu kimi 
konkret məqsədlər keçir. 
Beynəlxalq  biznesin  inkişafında,  beynəlxalq  valyuta  siyasəti 
ölkələr  arasında  qarşılıqlı  əlaqə  prinsipini  özündə  əks  etdirir. 
Beynəlxalq  valyuta  siyasətinin  əsasını  rəsmi  kurs  səviyyəsinə 
qaldırılmış müəyyən nəzəriyyə təşkil edir. Beynəlxalq valyuta siyasəti 
hüquqi  baxımdan  valyuta  qanunvericiliyi  ilə  möhkəmləndirilmişdir. 
Beynəlxalq  valyuta  qanunvericiliyi  ölkə  ərazisində  və  kənarda 
aparılan  beynəlxalq  valyuta  əməliyyatlarının  tənzimlənməsi 
qaydaları, həmçinin ölkələrarası beynəlxalq valyuta razılaşdırmaları 
kimi hüquqi normalar məcmusudur. 
Beynəlxalq 
biznesdə, 
beynəlxalq 
valyuta 
siyasətinin 
reallaşdırma  vasitələrindən  biri  də,  valyutanın  tənzimlənməsidir. 
Valyutanın  tənzimlənməsi  ”  beynəlxalq  hesablaşmaların  və 
beynəlxalq  valyuta  əməliyyatlarının  aparılması  qaydalarının 
reqlamentləşdirilməsidir. 
Birbaşa 
valyutanın 
tənzimlənməsi 
qanunvericilik aktları və icraedici orqanlar vasitəsilə həyata keçirilir. 
Dolayı  beynəlxalq  valyuta  tənzimlənməsi  metodları  ”  iqtisadi 
metodlardan,  xüsusilə  bazar  iştirakçılarına  təsir  etmək  məqsədilə 
valyuta-kredit  metodlarından  istifadə  edilməsini  nəzərdə  tutur. 
Təsərrüfat  əlaqələrinin  beynəlmiləlləşməsi  dövlətlərarası  beynəlxalq 


                                                                                52 
 
 
valyuta tənzimlənməsinin inkişafına zəmin yaradır. O, aşağıdakı bir 
neçə  məqsədləri  güdür:  ayrı-ayrı  ölkələrin  valyuta  siyasətinin 
koordinasiyasını,  valyuta  böhranlarının  aradan  qaldırılması 
sahəsində  birgə  fəaliyyəti,  aparıcı  ölkələrin  digər  ölkələrə  qarşı 
yeritdiyi valyuta siyasətinin razılaşdırılmasını. 
Beynəlxalq  biznesin  inkişafında,  beynəlxalq  valyuta  siyasəti, 
valyuta  problemlərinin  həlli  sahəsində  qərarların  hazırlanması, 
qəbulu  və  reallaşmasını  müəyyən  edir.  Beynəlxalq  valyuta  siyasəti 
onun forma və məqsədlərindən asılı olaraq struktur və cari valyuta 
siyasətinə  bölünür.  Struktur  valyuta  siyasəti  -  dünya  valyuta 
sistemində  struktur  dəyişikliklərinin  aparılmasına  istiqamətlənmiş 
uzunmüddətli  tədbirlər  məcmusudur.  O,  islahatlar  vasitəsilə  bütün 
ölkələrin  maraqlarına  uyğun  prinsiplərin  təkmilləşdirilməsi 
məqsədilə  həyata  keçirilir.  Struktur  beynəlxalq  valyuta  siyasəti  cari 
beynəlxalq valyuta siyasətinə  təsir  göstərir. Cari  beynəlxalq valyuta 
siyasəti ” valyuta məzənnəsinin beynəlxalq valyuta əməliyyatlarının, 
beynəlxalq valyuta bazarlarının fəaliyyətinin operativ tənzimlənməsi 
istiqamətində görülən qısamüddətli tədbirlər məcmusudur. 
Beynəlxalq biznesin dünya təcrübəsində ən çox istifadə olunan 
beynəlxalq  valyuta  siyasətinin  aşağıdakı  formaları  tətbiq  olunur: 
diskont, deviz siyasəti, valyuta ehtiyatlarının idarə edilməsi, valyuta 
məhdudiyyətləri,  valyutanın  dönərlilik  dərəcəsinin  tənzimlənməsi, 
valyuta məzənnəsinin rejimi, devalvasiya və revalvasiya və s. 
Beynəlxalq  biznesdə  diskont  siyasəti  ”  mərkəzi  bankın  faiz 
dərəcələrinin  dəyişilməsi  bir  tərəfdən  valyuta  məzənnələrinin  və 
beynəlxalq  kapital  axınına  təsiri  vasitəsilə  tədiyyə  balansının,  digər 
tərəfdən  məcmu  tələbin,  qiymətin,  pul  kütləsinin,  daxili  kreditlərin 
dinamikasının  tənzimlənməsinə  istiqamətlənmişdir.  Məsələn,  mənfi 
saldolu  tədiyyə  balansında  kapitalın  sərbəst  hərəkəti  şəraitində  faiz 
dərəcələrinin  dəyişməsi  ölkəyə  axını  stimullaşdırır.  Əksinə,  faiz 
dərəcələrinin aşağı düşməsi ölkədən kapital axınına səbəb olur. 
Beynəlxalq  biznesin  inkişafının  müasir  mərhələsində    diskont 
siyasətinin  səmərəliliyi  bir  qədər  aşağı  düşmüşdür.  Birinci  növbədə 
bu  ölkənin  xarici  və  daxili  məqsədləri  arasında  ziddiyətlərdən  irəli 
gəlir.  Faiz  dərəcələrinin  aşağı  düşməsi  ölkədəki  iqtisadi 
konyukturanın  yaxşılaşmasına  və  ölkədən  kapital  axınına  səbəb 
olur.  Faiz  dərəcələrinin  qalxması  isə  iqtisadi  konyukturanın 
pisləşməsinə və ölkəyə kapital axınına səbəb olur. 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə