Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə17/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   13   14   15   16   17   18   19   20   ...   95

                                                                                48 
 
 
stabil  beynəlxalq  valyutada  öz  aktivlərini  yerləşdirməyə  can  atırlar. 
Beləliklə də həmin zəifləmiş beynəlxalq valyutanın mövqeyi daha da 
zəifləyir. 
5. Beynəlxalq biznesin inkişafında, beynəlxalq hesablaşmalarda 
müəyyən  beynəlxalq  valyutanın  istifadə  olunma  səviyyəsinin 
müəyyənləşdirilməsinin 
əhəmiyyəti: 
Beynəlxalq 
valyuta 
məzənnələrinə  beynəlxalq  hesablaşmalarda  onların  istifadə  olunma 
səviyyəsi  çox  böyük  təsir  göstərir.  90-cı  illərin  əvvəlindən  bütün 
ödəmələrin  55%-i,  neftlə  hesablaşmaların  85-90%-i,  xarici  borclarla 
hesablaşmaların  70%-i  dollarla  aparılırdı.  Buna  görə  də  dünya 
bazarlarında  neftin  qiymətlərinin  dəyişməsi  və  s.  dolların 
məzənnəsinə təsir edir. 
6. Beynəlxalq biznesin inkişafında, milli və dünya bazarlarında 
beynəlxalq valyutaya olan inamın səviyyəsinin əhəmiyyəti: Bu faktor 
ilk  növbədə  həmin  ölkədəki  iqtisadi  və  siyasi  vəziyyətlə  müəyyən 
olunur.  Beynəlxalq  valyuta  bazarlarının  iştirakçıları  nəinki  iqtisadi 
artım  tempini,  inflyasiyanın  tempini,  milli  pulun  alıcılıq 
qabiliyyətinin  səviyyəsini,  tələb  və  təklifin  nisbətini  və  hətta 
valyutanın  dinamikasının  perspektivlərini  də  nəzərə  alırlar.  Hətta 
rəsmi  ticarət  və  tədiyyə  balansı  haqda  məlumatlar  barədə  xəbərlər, 
seçkinin  nəticələri  kimi  xəbərlər  beynəlxalq  valyuta  məzənnəsinə 
təsir göstərir. 
7.  Beynəlxalq  biznesin  inkişafında,  beynəlxalq  valyuta 
siyasətinin  əhəmiyyəti:  Beynəlxalq  valyuta  məzənnəsinin  bazar  və 
dövlət  tənzimlənməsi  onun  dinamikasına  təsir  göstərir.  Beynəlxalq 
valyuta bazarlarında tələb və təklif mexanizmi vasitəsilə formalaşan 
beynəlxalq  valyuta  məzənnəsi  kəskin  sıçrayışlara  məruz  qalır. 
Beynəlxalq  valyuta  bazarlarında  iqtisadiyyatın,  maliyyənin,  pul 
dövriyyəsinin,  kreditin  və  müəyyən  beynəlxalq  valyutaya  olan 
inamın göstəricisi kimi real beynəlxalq valyuta məzənnəsi formalaşır. 
Beynəlxalq  məzənnənin  dövlət  tərəfindən  tənzimlənməsi  ümumi 
iqtisadi  valyuta  siyasətindən  asılı  olaraq  yüksəlməyə  və  azalmağa 
istiqamətlənmişdir.  Bu  məqsədlə  bütün  dövlətlərdə  müəyyən 
beynəlxalq valyuta siyasəti aparılır. 
Beynəlxalq 
biznesin 
inkişafında, 
beynəlxalq 
valyuta 
məzənnəsinin  formalaşması  prosesi  çoxfaktorlu  prosesdir,  milli, 
dünya iqtisadiyyatının və siyasətin qarşılıqlı əlaqəsi ilə şərtlənmişdir. 
Buna  görə  də  beynəlxalq  valyuta  məzənnəsini  proqnozlaşdıran 


                                                                                49 
 
 
zaman  bütün  bu  məzənnə  əmələ  gətirən  amillərin  təsiri,  konkret 
vəziyyətdən asılı olaraq nəzərə alınmalıdır. 
Beynəlxalq  biznesin  milli  və  dünya  bazarlarının  dəyər 
göstəriciləri  arasında  əlaqə  vasitəsi  kimi  çıxış  edən  beynəlxalq 
valyuta  məzənnəsi  beynəlxalq  iqtisadi  əlaqələrdə  və  təkrar  istehsal 
prosesində  aktiv  rol  oynayır.  Beynəlxalq  valyuta  məzənnəsindən 
istifadə  etməklə  sahibkarlar  özləri  istehsal  etdikləri  malların  maya 
dəyərini dünya bazarlarındakı qiymətlərlə müqayisə edirlər. Bu, ayrı-
ayrı  sahibkarların  və  bütövlükdə  ölkənin  xarici  iqtisadi 
əməliyyatlarının  nəticələrini  aşkara  çıxartmağa  imkan  verir. 
Beynəlxalq  valyuta  bazarlarında  valyutanın  beynəlxalq  dəyərinin 
portreti aşkara çıxır. Ölkənin dünya ticarətində xüsusi çəkisini nəzərə 
almaqla beynəlxalq valyuta məzənnələrinin nisbəti əsasında səmərəli 
beynəlxalq  valyuta  məzənnəsi  hesablanır.  Beynəlxalq  valyuta 
məzənnəsi  idxal-ixrac  əməliyyatlarına,  müəssisənin  rəqabət 
qabiliyyətinə və mənfəətinə müəyyən təsir göstərir. 
Beynəlxalq  valyuta  məzənnələrinin  enib-qalxması  beynəlxalq 
iqtisadiyyatda, o cümlədən maliyyə-kredit sahələrində qeyri-sabitliyi 
gücləndirir və neqativ sosial-iqtisadi nəticələrə gətirib çıxarır. 
Beynəlxalq  biznesdə  valyuta  məzənnəsinin  aşağı  düşməsi 
nəticəsində,  əgər  başqa  faktorlar  təsir  göstərmirsə,  həmin  ölkə 
iqtisadiyyatı  bir  çox  üstünlüklər  əldə  edir.  Məsələn,  ixracatçılar 
istehsal  etdikləri  məhsulu  dünya  bazarlarında  daha  aşağı  qiymətə 
satmaq  imkanı  əldə  edir  və  beləliklə,  kütləvi  əmtəə  ixracından 
gəlirlərini  artırırlar.  Eyni  zamanda  beynəlxalq  valyutanın  aşağı 
düşməsi  idxalı  bahalaşdırır  və  xarici  əmtəələrə  olan  tələbin  aşağı 
düşməsinə  səbəb  olur.  Bununla  yerli  istehsalçılar  tərəfindən 
istehsalın  genişləndirilməsinə  stimul  yaranır.  Beynəlxalq  valyuta 
məzənnəsinin  aşağı  düşməsi  milli  pul  vahidində  ifadə  olunmuş  real 
borcların  azaldılmasına,  beynəlxalq  valyutada  ifadə  olunmuş 
borcların artmasına səbəb olur. 
Beynəlxalq valyuta məzənnəsinin artması ilə ixracın səmərəliliyi 
aşağı düşür. Yerli istehsallı əmtəələr xarici əmtəələrlə rəqabət apara 
bilmir. Bununla bərabər idxal ucuzlaşır və ölkəyə əmtəə idxalı artır, 
kapital və investisiya axını stimullaşır. 
Beynəlxalq  biznesdə,  beynəlxalq  valyuta  məzənnələrinin 
dəyişməsi  dünya  bazarlarında  reallaşdırılan  məcmu  umumi  milli 
məhsulun  dövlətlər  arasında  yenidən  bölüşdürülməsinə  təsir  edir. 
Üzən  valyuta  məzənnələri  şəraitində  məzənnə  nisbətlərinin 


                                                                                50 
 
 
qiymətəmələgəlmə  və  inflyasiya  proseslərinə  təsiri  güclənir.  Üzən 
valyuta  rejimində  verilmiş  faktorun  daxili  qiymətlərə  təsiri  daimi 
xarakter aldığı zaman, təsbit edilmiş beynəlxalq valyuta məzənnələri 
dövründə  bu  hala  ancaq  rəsmi  devalvasiyalar  zamanı  rast  gəlmək 
olur. 
Beynəlxalq  biznesin  inkişafında,  üzən  valyuta  rejimində 
məzənnənin  dəyişməsinin  kapitalın,  əsasən  də  qısamüddətli 
spekulyativ  kapitalın  hərəkətinə  təsiri  böyükdür.  Spekulyativ 
kapitalın ölkəyə axını nəticədə beynəlxalq valyutanın məzənnəsinin, 
ssuda kapitalının və kapital qoyuluşlarının artmasına səbəb olur ki, 
bu  da  iqtisadiyyatın  inkişafına  və  büdcə  kəsirinin  aradan 
qaldırılmasına kömək edir. Ölkədən kapital axını isə investisiyaların 
azalmasına və işsizliyin artmasına gətirib çıxarır. 
Beynəlxalq 
biznesin 
inkişafında, 
beynəlxalq 
valyuta 
məzənnələrinin 
enib-qalxması 
ölkənin 
iqtisadi-valyuta 
potensialından,  ixrac  kvotalarından  və  beynəlxalq  iqtisadi 
münasibətlərdə mövqeyindən asılıdır. Beynəlxalq valyuta məzənnəsi 
dövlətlər,  idxalçılar  və  ixracatçılar  arasında  mübarizə  obyektidir  və 
ölkələr  arasında  ziddiyətlərin  mənbəyidir.  Bu  səbəbdən  beynəlxalq 
valyuta  məzənnəsinin  problemlərinin  öyrənilməsi  iqtisadiyyat 
elmində xüsusi yer tutur. 
Beynəlxalq  biznes  təcrübəsindən  göründüyü  kimi  bazar 
iqtisadiyyatı şəraitində beynəlxalq valyuta münasibətlərini dövlət və 
bazar  tənzimləyir.  Beynəlxalq  valyuta  bazarlarında  valyutaların 
tələb,  təklifi  və  onların  məzənnə  nisbətləri  formalaşır.  Beynəlxalq 
valyuta  bazarlarında  rəqabət  şəraitində  bu  qanunların  fəaliyyəti 
valyuta  mübadiləsinin  nisbətən  ekvivalentliyini,  beynəlxalq  valyuta 
axınının dünya təsərrüfatının tələblərinə uyğunlaşmasını təmin edir. 
Beynəlxalq  valyuta  bazarlarında  iqtisadi  agentlər  tərəfindən  qiymət 
mexanizmi  vasitəsilə  valyuta  alıcılarının  tələblərini  ödəyə  biləcək 
təkliflər  öyrənilir.  Bununla  bazar  beynəlxalq  valyuta  əməliyyatları 
barədə informasiya mənbəyi kimi çıxış edir. 
Beynəlxalq  biznesin  inkişafında  dövlət  beynəlxalq  valyuta 
münasibətlərinin  beynəlxalq  iqtisadi  əlaqələrdə  mümkün  rolunu 
nəzərə alaraq əvvəlcə qismən, sonra isə bütöv bu sahəni öz nəzarəti 
altına  almalıdır.  Məzənnə  nisbətlərinin  kəskin  dəyişməsi  dünya  və 
milli  iqtisadiyyata  mənfi  təsir  göstərir.  Bu  isə  öz  növbəsində  sosial-
iqtisadi  vəziyyətin  kəskinləşməsi  ilə  nəticələnir.  Beynəlxalq 
valyutanın  dövlət  və  bazar  tənzimlənməsi  metodları  bir-birini 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə