Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə19/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   15   16   17   18   19   20   21   22   ...   95

                                                                                53 
 
 
Beynəlxalq  biznesdə  deviz  siyasəti  ”  mərkəzi  bank  tərəfindən 
beynəlxalq  valyuta  məzənnəsinə  təsir  etmək  məqsədilə  beynəlxalq 
valyutanın  (deviz)  alqı-satqısıdır.  Beynəlxalq  valyuta  məzənnəsinin 
artırılması  məqsədilə  mərkəzi  banklar  beynəlxalq  valyuta  satır  və 
aşağı salmaq məqsədilə digər beynəlxalq valyuta alır. Deviz siyasəti 
əsasən  beynəlxalq  valyuta  bazarlarına  müdaxilə  formasında  həyata 
keçirilir.  Mərkəzi  banklar  beynəlxalq  valyuta  məzənnəsinə  təsir 
etmək  məqsədilə  beynəlxalq  valyuta  bazarlarına  müdaxilə  edir. 
Beynəlxalq  valyuta  bazarına  müdaxilə  ölkənin  qızıl-valyuta 
ehtiyatlarını  istifadə  etməklə  həyata  keçirilir.  Bir  çox  ölkələrdə 
valyuta  məzənnəsinin  sabitliyini  təmin  etmək  məqsədilə  xüsusi 
stabilləşdirici fondların yaradılması xarakterikdir. 
Beynəlxalq 
biznesin 
inkişafında, 
beynəlxalq 
valyuta 
ehtiyatlarının idarə edilməsi - beynəlxalq valyuta hesablaşmalarının 
aparılması,  beynəlxalq  valyuta  müdaxiləsinin  tətbiq  edilməsi  və 
beynəlxalq  valyuta  riskinin  azaldılması  məqsədi  ilə  beynəlxalq 
valyuta  ehtiyyatlarının  tərkibinə  müxtəlif  beynəlxalq  valyutaların 
daxil edilməsi yolu ilə tənzimlənməyə istiqamətlənmiş siyasətdir. Bu 
siyasət  adətən  qeyri-stabil  beynəlxalq  valyutaların  daha  etibarlı 
beynəlxalq 
valyutalarla 
əvəz 
olunması 
və 
beynəlxalq 
hesablaşmalarda ən çox istifadə olunan beynəlxalq valyutaların əldə 
edilməsindən ibarətdir. 
Beynəlxalq  biznesdə,  ikili  valyuta  bazarı  beynəlxalq  siyasətin 
bir  formasıdır  və  əsasən  70-ci  illərin  əvvəllərində  İtaliyada, 
Fransada,  Belçikada  tətbiq  olunurdu.  Bu  siyasətin  əsas  mahiyyəti 
valyuta bazarının iki yerə ayrılmasıdır: kommersiya əməliyyatları və 
xidmətləri  üzrə  rəsmi  məzənnə  tətbiq  olunur,  maliyyə  əməliyyatları 
üzrə  (kapitalın,  kreditin  axını)  bazar  məzənnəsi  tətbiq  olunur. 
Kommersiya  əməliyyatları  üzrə  məzənnənin  aşağı  səviyyədə 
saxlanması  ixracın  stimullaşdırılması  üçün  istifadə  olunur.  İkili 
valyuta bazarı valyuta”qızıl ehtiyatlarına qənaət etməyə imkan verir. 
Beynəlxalq  biznesdə  devalvasiya  və  revalvasiya  ”  valyuta 
siyasətinin  ənənəvi  metodudur.  Devalvasiya  milli  valyutanın  xarici 
valyutaya  münasibətdə  məzənnəsinin  aşağı  düşməsidir.  Onun 
obyektiv əsasını beynəlxalq valyutanın bazar məzənnəsinə nisbətdə, 
məzənnəsinin  yüksək  olmasını  təşkil  edir.  Revalvasiya  milli 
valyutanın  beynəlxalq  valyutaya  münasibətdə  məzənnəsinin  yuxarı 
qalxmasıdır.  Devalvasiya  və  revalvasiyanın  nəticələri  konkret 
şəraitdən  asılıdır  və  müəyyən  müddətdən  sonra  aşkar  olunur. 


                                                                                54 
 
 
Devalvasiya əhalinin həyat səviyyəsinin aşağı düşməsinə, revalvasiya 
işsizliyin artmasına səbəb olur. 
Beynəlxalq  valyuta  siyasətində  iki  əks  istiqamətli  tendensiya 
qarşılaşır,  bir  tərəfdən  valyuta  böhranlarının  aradan  qaldırılması 
istiqamətində  fəaliyyətlərin  koordinasiyası,  digər  tərəfdən  ayrı-ayrı 
ölkələrin  müəyyən  üstünlüklər  əldə  etmək  məqsədi  güdülür.  Bu 
səbəbdən satış bazarlarının ucuz xammal mənbələrinin əldə edilməsi 
uğrunda  dövrü  olaraq  ölkələr  arasında  valyuta  müharibələri  baş 
verir.  Bu  mübarizə  devalvasiya  və  revalvasiya,  müxtəlif  valyuta 
rejimləri,  valyuta  müdaxiləsi  kimi  alətlərin  istifadə  olunması  ilə 
aparılır. 
Beynəlxalq 
biznesdə, 
beynəlxalq 
valyuta 
siyasətinin 
formalarından biri kimi dövrü olaraq valyuta məhdudiyyətlərindən ” 
inzibati  və  qanunvericilik  qadağaları,  rezidentlərin  və  qeyri-
rezidentlərin 
beynəlxalq 
valyuta 
əməliyyatlarının 
reqlamentləşdirilməsi  kimi  tədbirlərdən  istifadə  olunur.  Beynəlxalq 
valyuta  məhdudiyyətləri  valyuta  qanunvericiliyi  ilə  bərkidilmiş  və 
konkret  sərəncam  və  direktivlərə  əsaslanır.  Beynəlxalq  valyuta 
məhdudiyyətləri  beynəlxalq  valyuta  siyasətinin  bir  forması  kimi 
aşağıdakı məqsədləri güdür: 
1.Tədiyyə balansının tarazlaşdırılması; 
2.Valyuta məzənnəsinin sabitliyi
3.Valyuta  ehtiyatlarının,  strateji  və  cari  məsələlərin  həlli  üçün 
dövlətin əlində cəmləşməsi. 
Beynəlxalq  biznesdə,  beynəlxalq  valyuta  məhdudiyyətləri 
adətən  proteksionizm  siyasətinin  tərkib  hissəsidir.  Onların 
reallaşdırılmasında  siyasi  motivlər  az  rol  oynamır.  Beynəlxalq 
valyuta  məhdudiyyətlərinin  mahiyyətini  müəyyən  edən  aşağıdakı 
prinsiplər fərqlənir: 
1.Mərkəzi 
banklarda 
valyuta 
əməliyyatlarının 
mərkəzləşdirilməsi; 
2.Beynəlxalq valyuta əməliyyatlarının lisenziyalaşdırılması; 
3.Beynəlxalq  valyuta  hesablarının  tam  və  ya  qismən 
dondurulması; 
4.Beynəlxalq valyuta dönərliyinin məhdudlaşdırılması. 
Beynəlxalq  biznesidə,  beynəlxalq  valyuta  məhdudiyyətlərinin 
əsasən 2 forması mövcuddur: tədiyyə balansının cari əməliyyatları və 
maliyyə  əməliyyatları.  Beynəlxalq  valyuta  məhdudiyyətlərinin 
formaları  onların  daxili  mahiyyətini  və  strukturunu  əks  etdirir. 


                                                                                55 
 
 
Tədiyyə 
balansının 
cari 
əməliyyatları 
üzrə 
valyuta 
məhdudiyyətlərinin aşağıdakı formaları tətbiq olunur: 
1.Xarici  ixracatçıların  ölkələr  daxilində  əmtəə  satışından  əldə 
etdikləri  gəlirlərin  dondurulması.  Onların  əldə  etdikləri 
gəlirlərin istədikləri kimi istifadə edilməsinə məhdudiyyətlər; 
2.İxracatçıların  əmtəə  ixracından  əldə  etdikləri  beynəlxalq 
valyutanın məcburi mərkəzi banklara satılması; 
3.Əmtəə idxalçılarına məhdud çərçivədə beynəlxalq valyutanın 
satılması.  Bəzi  ölkələrdə  idxalçı,  lisenziya  almaq  üçün  bankda 
müəyyən depozit saxlamaq məcburiyyətindədir; 
4.İdxalçıların  xarici  valyutaların  qabaqcıl  kontraktlar  ilə 
alınmasına məhdudiyyətlər; 
5.Yerli 
əmtəələrin 
xaricdə 
milli 
pula 
satılmasına 
məhdudiyyətlər; 
6.Müəyyən  idxal  edilən  mallarla  beynəlxalq  valyutada 
ödənilməsinin qadağan edilməsi; 
7.İdxal və ixrac üzrə hesablaşma müddətlərinin tənzimlənməsi; 
8.Beynəlxalq  məzənnələrinin  müxtəlifliyi  ”  müxtəlif  əməliyyat 
üzrə  valyuta  məzənnəsinin  differensiyası.  İlk  dəfə  müxtəlif 
valyuta  məzənnəsi  formalarından  1929-30-cu  illərin  böhran 
dövründə istifadə olunmuşdur. 
Beynəlxalq biznesin inkişafında, milli valyutanın məzənnəsinin 
yüksəldilməsi  birinci  növbədə,  müəyyən  mallar  və  əməliyyatlar  üzrə 
idxalın  ucuzlaşdırılması,  xarici  borclara  görə  ödəmələrin  verilmiş 
beynəlxalq  valyutada  aşağı  salınması,  müəyyən  malların  ixracını 
məhdudlaşdırmaq  kimi  məqsədləri  güdür.  Burada  məzənnə  fərqi 
rəsmi  məzənnə  ilə  nisbətdə  premiya  və  ya  güzəşt  kimi  çıxış  edir. 
İdxalın lisenziyalaşdırılması ölkəyə əmtəə mədaxilini məhdudlaşdırır. 
Beynəlxalq 
biznesin 
inkişafında, 
beynəlxalq 
valyuta 
ehtiyatlarına  qənaət  məqsədi  ilə  xarici  səfərlərə  çıxan  rezidentlərə 
beynəlxalq  valyuta  satışı  məhdudlaşdırılır.  Beynəlxalq  valyuta 
məhdudiyyətlərinə sığortalama, komission mükafatları, mənfəətin və 
faizin  köçürülməsi  kimi  tədbirlərin  məhdudlaşdırılmasını  da  aid 
etmək olar. 
Beynəlxalq  biznesdə,  maliyyə  əməliyyatları  üzrə  beynəlxalq 
valyuta məhdudiyyətlərinin formaları kapital axınının tənzimlənməsi 
istiqamətlərindən  asılıdır.  Ölkənin  tədiyyə  balansı  passiv  olanda 
valyuta 
məzənnəsinin 
sabitliyi, 
ölkənin 
kapital 
axınını 
məhdudlaşdırmaq məqsədilə aşağıdakı tədbirlər tətbiq edilir: 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə