Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə16/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   12   13   14   15   16   17   18   19   ...   95

                                                                                45 
 
 
göstərilir. 
Kənar 
kapitalın 
alınması 
dönərliliyin 
qiymətləndirilməsində  olduğu  kimi  abstrakt  deyil,  faizlərin 
ödənilməsi və kreditin qaytarılması yolu ilə dəqiq hesablanır. 
         Beləliklə  iqtisadi  səmərəliliyi  effektivliyi  hesablamaq  üçün 
aşağıdakı məqamlar önəmlidir. 
 
Dövrlər 





Real 
transaksiyalar 
-2000  -2000   
 
10000 
Kredit 
 
 
 
 
 
Daxilolmalar 
1000 
1000 
 
 
 
Faizlər 
 
 
 
 
-795 
Ödənilmə 
 
 
 
 
-2000 
Təmiz pul axını 
-1000  -1000   
 
7205 
 
       Beynəlxalq biznesdə pul axınları cədvəli, lahiyyənin bütün vacib 
ödəmə və daxilolmalarını özündə əks etdirməlidir. Əsas etibarı ilə ən 
mühüm elementlər aşağıdakılardır: 

 
maliyyə transaksiyalarının daxilolması (kredit alınması) 

 
satışdan mədaxil (dövriyyə) 

 
əmlakın tamamilə satılmasından mədaxil( qalıq dəyəri ilə satış) 

 
lahiyyənin hazır olması daxil olmaqla,  əsas istehsal fondlarına 
ödəmələr 

 
zəruri dövriyyə kapitalının yaradılmasına edilən ödəmələr. 

 
maliyyə transaksiyaları ilə bağlı ödəmələr (borcun ödənilməsi) 

 
cari istehsal xərcləri 

 
vergi ödəmələri. 
                                          
 
                          Fəsil-2:Beynəlxalq maliyyə sistemi 
2.1. Beynəlxalq biznesin inkişafında beynəlxalq valyuta 
sisteminin əhəmiyyəti 
 
          
Beynəlxalq  biznesin  inkişafında  ən  önəli  faktorlardan  olan 
valyuta  məzənnəsi  beynəlxalq  valyuta  sisteminin  əsas  elementidir. 
Çünki  beynəlxalq  iqtisadi  münasibətlərin  inkişafı  ayrı-ayrı  ölkələrin 
valyutaları  arasında  dəyər  nisbətlərinin  müəyyən  olunmasını  tələb 
edir. Beynəlxalq valyuta məzənnələri aşağıdakı səbəblərdən vacibdir: 


                                                                                46 
 
 
1.Əmtəə, xidmət, kapital  və  kreditin hrəkətinin təmin edilməsi 
baxımından; 
2.Valyuta  məzənnəsi  mübadilə  vasitəsi  kimi  əmtəə,  xidmət  və 
kapitalın  hərəkətini  təmin  edir.  İxracatçı  qazandığı  beynəlxalq 
valyutanı  milli  valyutaya  dəyişir,  çünki  beynəlxalq  valyuta 
həmin  ölkənin  ərazisində  hərəkət  edə  bilməz.  İdxalçı  isə  aldığı 
malların dəyərini ödəmək üçün beynəlxalq valyuta alır; 
         3.Milli  və  dünya  bazarlarında  qiymətlərin  səviyyələrinin        
müqayisəsi üçün.      
Beynəlxalq valyuta məzənnəsi ” bir ölkənin pul vahidinin başqa 
ölkənin pul vahidində ifadə olunmuş qiymətidir. Beynəlxalq valyuta 
məzənnəsi beynəlxalq bazarlarda tələb və təklifin nisbəti ilə müəyyən 
edilir.  Lakin  beynəlxalq  valyuta  məzənnəsinin  əsasını  əmtəə  və 
xidmətlərin  orta  qiymət  səviyyələrini  ifadə  edən  valyutanın  alıcılıq 
qabiliyyəti təşkil edir. Bu iqtisadi kateqoriya əmtəə istehsalına xasdır 
və əmtəə istehsalçısı ilə dünya bazarları arasında münasibətləri ifadə 
edir.  Belə  ki,  dəyər  əmtəə  istehsalının  ifadəsidir,  ona  görə  də  ayrı-
ayrı  ölkələrin  pul  vahidlərinin  müqayisəsi  istehsal  və  mübadilə 
prosesi  zamanı  yaranan  dəyər  münasibətlərinə  əsaslanır.  Əmtəə 
istehsalçıları və istehlakçıları beynəlxalq valyuta məzənnələri vasitəsi 
ilə  ölkələr  arasında  səviyyələrini  müqayisə  edir.  Bu  müqayisə 
nəticəsində  istehsalın  həmin  ölkənin  ərazisində  və  kənarda  inkişaf 
etdirilməsinin faydalılıq səviyyəsi müəyyən edilir. 
Milli  istehsalın  nəticəsi  olan  əmtəə  dünya  bazarlarına 
çıxarıldıqda  onun  beynəlxalq  dəyər  ölçüsü  formalaşır.  Bununla 
beynəlxalq  valyuta  məzənnəsi  dünya  təsərrüfatı  çərçivəsində  əmtəə 
mübadiləsini  təmin  edir.  Beynəlxalq  valyuta  məzənnəsinin  dəyər 
əsasını  dünya  qiymətlərinin  əsasını  təşkil  edən  istehsal,  dünya 
bazarlarının  əsas  əmtəə  istehsalçısı  olan  ölkələrdəki  istehsalın  milli 
qiymətləri təşkil edir. 
Bütün qiymətlər kimi beynəlxalq valyuta məzənnəsi də tələb və 
təklif arasında nisbətin təsiri nəticəsində öz real dəyərindən yayınır. 
Tələb  və  təklif  arasında  belə  nisbət  bir  çox  faktorlardan  asılıdır. 
Beynəlxalq  valyuta  məzənnələrinin  çoxfaktorluluğu  dəyər,  qiymət, 
faiz, pul, tədiyyə balansı kimi kateqoriyalarla bağlılığını əks etdirir. 
Onlar arasında bir neçəsini göstərmək olar: 
1.Beynəlxalq  biznesin  inkişafında,  inflyasiya  tempinin 
əhəmiyyəti:  Alıcılıq  qabiliyyətinə  görə  valyutalar  arasında  nisbət, 
dəyər  qanununun  fəaliyyətini  əks  etdirir.  Ona  görə  də,  beynəlxalq 


                                                                                47 
 
 
valyuta  məzənnəsinə  inflyasiyanın  tempi  təsir  göstərir.  Hər  hansı 
ölkədə inflyasiyanın tempi nə qədər yüksəkdirsə, beynəlxalq valyuta 
məzənnəsi  bir  o  qədər  yüksəkdir.  Ölkədə  inflyasiya  nəticəsində  pul 
vahidinin qiymətdən düşməsi onların alıcılıq qabiliyyətini aşağı salır 
və  onların  başqa  ölkələrin  valyuta  məzənnələri  ilə  nisbətdə 
məzənnəsinin aşagı düşməsinə səbəb olur. Bu tendensiya adətən orta 
və ya uzun müddətli dövrü əhatə edir. 
2.  Beynəlxalq  biznesin  inkişafında,  tədiyyə  balansının 
əhəmiyyəti:  Müsbət  saldolu  tədiyyə  balansı  beynəlxalq  valyuta 
məzənnəsinin  artmasına  səbəb  olur.  Belə  ki,  xarici  borclular 
tərəfindən  həmin  beynəlxalq  valyutaya  tələb  artır.  Əksinə,  mənfi 
saldolu  tədiyyə  balansı  beynəlxalq  valyuta  məzənnəsinin  aşağı 
düşməsinə  səbəb  olur.  Tədiyyə  balansının  qeyri-sabitliyi  beynəlxalq 
valyutaya  olan  tələb  və  təklif  arasında  nisbətin  dəyişməsinə  səbəb 
olur.  Müasir  şəraitdə  beynəlxalq  kapitalın  hərəkətinin  tədiyyə 
balansına  və  beynəlxalq  valyuta  məzənnəsinə  təsiri  artmışdır  və 
artmaqda davam edir. 
3.  Beynəlxalq  biznesin  inkişafında,  faiz  dərəcələri  arasında 
fərqin  əhəmiyyəti:  Bu  amilin  beynəlxalq  valyuta  məzənnəsinə  təsiri 
iki faktorla müəyyən olunur: Birincisi, ilk növbədə qısamüddətli faiz 
dərəcələrinin  dəyişməsi  beynəlxalq  kapitalın  hərəkətinə  təsir  edir. 
Faiz  dərəcələrinin  artması  ölkəyə  kapital  axınını  stimullaşdırır. 
Əksinə,  faiz  dərəcələrinin  aşağı  düşməsi  ölkədən  kapital  axınına 
səbəb olur. Kapitalın hərəkəti, əsasən də spekulyativ pulun hərəkəti 
tədiyyə  balansındakı  qeyri-stabilliyi  gücləndirir.  İkincisi,  faiz 
dərəcələri  beynəlxalq  valyuta  bazarlarında  əməliyyatlara  və  ssuda 
kapitalının  hərəkətinə  təsir  edir.  Çünki  beynəlxalq  valyuta 
əməliyyatları  aparan  banklar  ölkədəki  və  dünyadakı  faiz  dərəcələri 
arasında  fərqi  nəzərə  alır  və  daha  aşağı  faizlə  ssuda  kapitalını  cəlb 
etməyə çalışır. Onlar xarici bazarlardan ssuda kapitalını cəlb edir və 
yerli  kredit  bazarlarında  yerləşdirərək  faiz  dərəcələri  arasında 
fərqdən mənfəət əldə etməyə çalışırlar. 
4.  Beynəlxalq  biznesin  inkişafında,  beynəlxalq  valyuta 
bazarlarının  fəaliyyəti  və  spekulyativ  valyuta  əməliyyatlarının 
əhəmiyyəti:  Beynəlxalq  valyuta  bazarları  iqtisadiyyat  və  siyasətdə 
istənilən cuzi dəyişikliklərə, beynəlxalq valyuta məzənnələrinin enib-
qalxmasına  çox  tez  reaksiya  verir.  Əgər  hər  hansı  bir  beynəlxalq 
valyutanın  məzənnəsinin  aşağı  düşmək  tendensiyası  hökm  sürərsə, 
banklar  və  firmalar  həmin  beynəlxalq  valyutanı  satıb,  başqa  daha 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə