Harmonik rəqslər və onların xarakteristikaları. Yaylı, fiziki və riyazi rəqqaslar və rəqs konturu. Eyni istiqamətdə və eyni tezlikli harmonik rəqslərin toplanması. Döyünmə. Qarşılıqlı perpendikulyar rəqslərin toplanması



Yüklə 0,78 Mb.
səhifə8/46
tarix23.12.2023
ölçüsü0,78 Mb.
#155291
1   ...   4   5   6   7   8   9   10   11   ...   46
C fakepathMühazir l r T tbiqi fizika(1)

III MÜHAZİRƏ

1.Dalğavari proses. Uzununa və eninə dalğalar.
2. Qaçan dalğa. Qaçan dalğa tənliyi.
3. Faza sürəti.
4. Dalğanın enerjisi. Enerji selinin sıxlığı.
Dalğavari proses.
Elastiki harmonik dalğa.

Mühitin ( bərk, maye və ya qaz ) hər hansı bir nöqtəsini həyəcanlandıraraq orada rəqsi hərəkət yaratmış olsaq, dərhal mühitin hissəcikləri arasında qarşılıqlı təsir nəticəsində bu rəqslər mühitin bir nöqtəsindən diğərinə mühitin xüsusiyyətindən asılı olaraq, müəyyən sürətlə ötürüləcək.
Rəqslər öyrənilərkən, mühitin quruluşunun xırdalıqları nəzərə alınmır; mühitə bütöv, fəzada kəsilməz paylanan və elastiki xüsusiyyətə malik olan materiya kimi baxılır.
Bütöv mühitdə dalğaların yayılması prosesinə, dalğavari proses və ya dalğa deyilir. Dalğanın yayılması zamanı hissəciklər özünün tarazlıq vəziyyəti ətrafında rəqs edərək, dalğanın ardınca yerlərini dəyişmirlər. Dalğa ilə birlikdə hissəcikdən-hissəciyə rəqsi hərəkətin halı və enerjisi ötürülür.
Bütün dalğaların əsas xüsusiyyəti - maddə daşınmadan enerjinin ötürülməsidir.
Hissəciklərinin rəqsi harmonik olan mühitdə yaranan elastiki dalğalar harmonik olurlar.
Uzununa dalğalar – mühitin hissəciklərinin rəqs etdiyi istiqamətdə yayılan dalğalardır.
Uzununa dalğalar, sıxılma və dartılma deformasiyası zamanı (bərk, maye və qaz halında olan cisimlərdə) elastiki qüvvələr yarana bilən mühitlərdə yayılırlar. Belə dalğalara misal olaraq, elastiki çubuqda yayılan dalğaları və ya qazlardakı səs dalğalarını göstərmək olar.
Eninə dalğalar - mühitin hissəciklərinin rəqs müstəvisinə perpendikulyar müstəvidə yayılan dalğalardır.
Eninə dalğalar yalnız sürüşmə deformasiyası zamanı elastiki qüvvələr yaranan mühitlərdə (yalnız bərk cisimlərdə) yayıla bilirlər. Bunlara misal olaraq, dartılmış ipdə və ya simdə yayılan dalğaları göstərmək olar.

Harmonik dalğanın OX oxu istiqamətində v sürəti ilə yayılmasına baxaq.


Mühitin hissəciklərinin yerdəyişməsini S=S(x,t) ilə işarə edək.
Verilmiş t zaman anında mühitin hissəciklərinin yerdəyişməsinin bu hissəciklərin O rəqs mərkəzindən olan x məsafəsindən asılılığını dalğa qrafiki şəklində göstərək.

Eyni faza ilə rəqs edən ən yaxın iki hissəcik arasındakı məsafə, λ – dalğa uzunluğu adlanır.


Dalğa uzunluğu, harmonik dalğanın T rəqs perioduna bərabər zaman müddətində yayıldığı məsafədir:

ν – dalğa mənbəyinin rəqs tezliyidir. υ – dalğanın yayılma sürətidir.


Eyni faza ilə rəqs edən nöqtələrin müəyyən t müddəti ərzində qət edərək yerləşdiyi həndəsi yerə, dalğa cəbhəsi deyilir.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə