Harold Pinter Ad Günü


Qoldberq. Cavab ver.  Stənli



Yüklə 335,44 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix26.10.2017
ölçüsü335,44 Kb.
#6789
1   ...   7   8   9   10   11   12   13   14   15

Qoldberq. Cavab ver. 

Stənli. Arvadım? 

Qoldberq. Sən arvadına nə etmisən? 

MəkKen. O, arvadını öldürüb. 

Qoldberq. Nəyə görə arvadını öldürmüsən? 

Stənli. Arvadımı? 

MəkKen. Onu necə öldürüb? 

Qoldberq. Sən onu necə öldürmüsən? 

MəkKen. Sən onu boğub öldürmüsən. 

Qoldberq. Zəhərlə. 

MəkKen. Bu da sənin adamın! 

Qoldberq. Sənin qoca anan haradadır? 

Stənli. Sağlamlıq mərkəzində. 

MəkKen. Hə! 

Qoldberq. Sən nə üçün heç vaxt evlənməmisən? 

MəkKen. Uebber, o səni eyvanda gözləyirdi. 

Qoldberq. Sən toydan qaçıb gizlənmisən. 

MəkKen. O, onu darda qoyub qaçdı. 

Qoldberq. O, arvadını klubda qoyub getdi. 

MəkKen. O, kilsədə gözləyirdi. 

Qoldberq. Uebber, nəyə görə adını dəyişdin? 

Stənli. O birisini unutmuşdum. 

Qoldberq. İndi sənin adın nədir? 

Stənli. Co Soup. 

Qoldberq. Sən bütün günah içindəsən. 

MəkKen. Mən bunu hiss edirəm. 

Qoldberq. Sən xarici qüvvələri tanıyırsan? 

Stənli. Nə? 

Qoldberq. Sən xarici qüvvələri tanıyırsan? 

MəkKen. Sual budur. 

Qoldberq. Sən xarici qüvvələri, sənə görə cavabdeh olan qüvvələri tanıyırsan? 

Stənli. Artıq gecdir. 

Qoldberq. Gecdir. Kifayət qədər gecdir! Axırıncı dəfə nə vaxt dua etmisən? 

MəkKen. O tərləyir. 

Qoldberq. 846 nömrəsi mümkündür, yoxsa vacib? 

Stənli. Hər ikisi. 

Qoldberq. Səhvdir! Vacibdir, mümkün deyil. 

Stənli. Hər ikisi. 

Qoldberq. Nəyə görə sən fikirləşirsən ki, 846 rəqəmi vacib və mümkündür? 

Stənli. Ola bilər. 

Qoldberq. Səhvdir. Ancaq vacibdir! Vacib olduqdan sonra mümkünlüyü qəbul etmək 

olar. Bu mümkündür, çünki vacibdir. Mümkünlük ancaq vaciblik təsdiq olduqdan sonra 

mümkündür. 

MəkKen. Düzdür. 

Qoldberq. Əlbəttə ki düzdür. Biz düz deyirik. Sən isə tamamilə yalan içindəsən. 



MəkKen. Tamamilə düzdür.  

Qoldberq. Səni yolundan döndərən murdarlar haradadır? 

MəkKen. Sən buna görə cavab verəcəksən. 

Qoldberq. Sən özünü quru çörəklə aldadırsan. 

MəkKen. Sən qadınlara ləkə yaxırsan. 

Qoldberq. Sən nə üçün kirayə haqqı ödəmirsən? 

MəkKen. Bir adam ki anasını gözdən salıb ləkələyir... 

Qoldberq. Nəyə görə burnunu qurdalayırsan?  

MəkKen. Mən ədalət tələb edirəm! 

Qoldberq. Sənin sənətin nədir? 

MəkKen. Bəs İrlandiya? 

Qoldberq. Sənin sənətin nədir? 

Stənli. Mən pianoçuyam. 

Qoldberq. Neçə barmağından istifadə edirsən? 

Stənli. Heç birindən. 

Qoldberq. Heç kəs, heç bir cəmiyyət sənə kömək etməyəcək. 

MəkKen. Sən xəyanətkarsan. 

Qoldberq. Sən alt paltarı üçün nədən istifadə edirsən? 

Stənli. Heç nədən. 

Qoldberq. Əclaf. 

MəkKen. Küfr haqqında nə bilirsən? 

Qoldberq. Melurndakı kriket oyununda kim daha yaxşı idi? 

MəkKen. Bəs müqəddəs Oliver Plunket haqda nə deyə bilərsən? 

Qoldberq. Danış, Uebber. Nəyə görə toyuqlar yolu keçir? 

Stənli. O istəyirdi – o istəyirdi –  

Qoldberq. Nəyə görə toyuqlar yolu keçir? 

Stənli. O istəyirdi –  

MəkKen. O bilmir. O bilmir ki hansı birinci gəlir! 

Qoldberq. Hansı birinci gəlir? 

MəkKen. Toyuq, yoxsa yumurta? Hansı birinci gəlir? 

Qoldberq və MəkKen. Hansı birinci gəlir? 

 

Stənli qışqırır. 



 

Qoldberq. O bilmir. Sən heç özünü tanıya bilmirsən. 

MəkKen. Oyat onu. 

Qoldberq. Sən bəlasan, Uebber. Sən uğursuz adamsan. 

MəkKen. Sən atılmış insansan. 

Qoldberq. Amma bizim sənə cavabımız var. Biz səni sağaldacağıq. 

MəkKen. Droqheda haqda nə bilirsən? 

Qoldberq. Sən artıq ölüsən, hər şeyini itirmisən.  

MəkKen. Sən vətəninə xəyanət etmisən. 

Qoldberq. Sən bizim hamımıza xəyanət etmisən. 

MəkKen. Sən kimsən, Uebber? 

Qoldberq. Nəyə görə fikirləşirsən ki yaşayırsan? 


MəkKen. Sən ölüsən. 

Qoldberq. Sən ölmüsən. Sən yaşaya bilməzsən, fikirləşə bilməzsən, sevə bilməzsən. 

Sən cansız bir cəsədsən. 

 

Sakitlik. Onlar Stənlinin başı üstündə dayanırlar. O, stulda rahat əyləşir. Yavaşca yuxarı 



baxır və Qoldberqin qarnına zərbə endirir. Qoldberq yıxılır. Stənli qalxır. MəkKen stulu 

götürüb onun başı üstünə qaldırır. 

 

Qoldberq. Möhkəm ol, MəkKen. 

Stənli. (Hərəkət edərək) Uuuuhhh! 

Qoldberq. (Qalxaraq) Möhkəm dayan, MəkKen. 

MəkKen. Bura gəl! 

Stənli. Uuuhhh! 

MəkKen. Deyəsən o tərləyir. 

Stənli. Uuuhhh! 

Qoldberq. Asta ol, MəkKen. 

MəkKen. Bu donuz tərləyir. 

 

Sol tərəfdə ayaq səsləri eşidilir. Qoldberq Stənlidən stulu alır. Onlar stulu yerə qoyurlar. 



Sakitcə dayanırlar. Bu zaman Meq ziyafət libasında içəri girir. 

 

Meq. Mən təbil gətirmişəm və şənlik üçün geyinmişəm. 



Qoldberq. Əla. 

Meq. Paltarım xoşunuza gəlir? 

Qoldberq. Əlbəttə, əladır. 

Meq. Bunu mənə atam alıb. (Təbili stolun üstünə qoyur) Çox gözəl səsi var, elə 

deyilmi? 



Qoldberq. Bəlkə Stənli nəsə çalar? 

Meq. Çox gözəl. Bizim üçün nəsə çalarsan, Stən? 

Stənli. Eynəyimi verə bilərsiz? 

Qoldberq. Əlbəttə. (O, əlini MəkKenə tərəf uzadır. MəkKen eynəyi ona verir). Budur. 

(Stənli eynəyi götürür). İndi burada bizim üçün nə var? Deməli dörd şüşə skoç və bir 

şüşə ayriş. 

Meq. Mister Qoldberq, mən nə içəcəm? 

Qoldberq. İlk əvvəl qədəhlər. MəkKen, skoç şüşəsini aç! 

Meq. (Şkafdan qədəhi götürərək) Budur, mənim ən sevimli qədəhim. 

Qoldberq. Yaxşı. Məncə, misis Bols, birinci sağlığı Stənli deməlidir, elə deyil? 

Meq. Elədir. Buyur, Stənli. (Stənli yavaş-yavaş stola yaxınlaşır) Siz mənim paltarımı 

bəyəndiz, mister Qoldberq? 



Qoldberq. Zəhmət olmasa, çevrilin. O başa gedin, sizə baxım. 

Meq. Xeyr.  

Qoldberq. Utanmayın. 

Meq. Oohh! 

Qoldberq. Bir az gəzişin. Qoy sizə baxaq. MəkKen, sizin fikriniz nədir? Çox əladır, elə 

deyil? İndi isə mətbəx tərəfə gedin. 




Yüklə 335,44 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə