Harold Pinter Ad Günü



Yüklə 335,44 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix26.10.2017
ölçüsü335,44 Kb.
#6789
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

Stənli. Çıx bayıra.  

 

MəkKen içki şüşələri ilə içəri girir.  



 

MəkKen. Bu içkiləri götürün, onlar markasızdır.  

Qoldberq. Mister Uebber, siz bu gün çox pisəhvaldasız.  

 

MəkKen içki şüşələrini kənara qoyur. 



 

Stənli. Mən sizə dedim ki, bu şüşələri götürün. 

Qoldberq. Cənab Uebber, bir dəqiqə oturun. 

Stənli. İcazə verin, hər şeyi aydınlaşdırım. Siz məni narahat etmirsiz. Mənə görə siz heç 

nəsiz. Ancaq mən bu qabanlara görə məsuliyyət daşıyıram, onlar uzun müddətdir ki

buradadırlar. Nə isə, bu ev sizin üçün bir fincan çay deyil. Nəyə görə artıq problemlər 

yaratmadan getmirsiz? 



Qoldberq. Oturun, mister Uebber.  

Stənli. Daha artıq narahatçılıq törətmək lazım deyil. 

Qoldberq. Oturun. 

Stənli. Nəyə görə? 

Qoldberq. Əgər düzünü bilmək istəyirsinizsə, siz artıq məni bezdirmisiz. 

Stənli. Həqiqətən? Onda –  

Qoldberq. Oturun aşağı! 

Stənli. Xeyr! 

 

Qoldberq ah çəkir və sağ tərəfdə stulda əyləşir. 



 

Qoldberq. MəkKen

MəkKen. Net? 

Qoldberq. Ona deyin otursun. 

MəkKen. Yaxşı, Net. (MəkKen Stənliyə tərəf gedir) Oturmağa etiraz etmirsiz? 

Stənli. Edirəm. 

MəkKen. Bəli, amma otursaz daha yaxşı olar. 

Stənli. Bəs siz niyə oturmusuz? 

MəkKen. Mən yox, siz oturun.  

Stənli. Xeyr, sağ olun, oturmuram. 

 

Sükut. 



 

MəkKen. Net. 

Qoldberq. Nədir? 

MəkKen. O oturmayacaq.  

Qoldberq. Yaxşı, bir də soruşun. 

MəkKen. Artıq soruşmuşam. 

Qoldberq. Yenə soruşun. 

MəkKen. (Stənliyə müraciət edərək). Oturun. 


Stənli. Nə üçün? 

MəkKen. Sizin üçün daha rahat olacaq. 

Stənli. Onda siz də oturun. 

 

Sükut. 



 

MəkKen. Yaxşı, əgər siz otursanız, mən də oturaram. 

Stənli. Birinci siz oturun. 

 

MəkKen astaca sol tərəfdə stulda əyləşir. 



 

MəkKen. Yaxşı. 

Stənli. Hər ikiniz dincəldiz, indi çıxıb gedə bilərsiz. 

MəkKen. (Qalxaraq) Bu çox pis zarafat idi. 

Qoldberq. Xeyr. Mən artıq qalxmışdım. 

MəkKen. Oturun yenidən. 

Qoldberq. Əgər mən qalxmışamsa, bir də oturmuram. 

Stənli. Elədir ki var.  

MəkKen. (Stənliyə tərəf gedərək) Siz mister Qoldberqi məcbur etdiz ki, ayağa dursun. 

Stənli. Bu onun üçün yaxşıdır. 

MəkKen. Oturun yerinizə. 

Qoldberq. MəkKen. 

MəkKen. Dedim ki, oturun! 

Qoldberq. (Stənliyə yaxınlaşaraq) Uebber, (Sakitcə) oturun. 

 

Sükut. Stənli yenidən fit çalmağa başlayır. Onlar Stənliyə baxırlar. O dayanır və oturur. 



 

Stənli. Yaxşı olar ki, ehtiyatlı olasız. 

Qoldberq. Uebber, dünən siz nə edirdiz? 



Stənli. Dünən? 

Qoldberq. Həmçinin srağagün, siz srağagün nə edirdiz? 

Stənli. Nə demək istəyirsiz? 

Qoldberq. Nəyə görə siz hamının vaxtını aparırsız, Uebber? Nəyə görə hamının 

qarşısına sədd çəkirsiz? 



Stənli. Mən? Siz nə- 

Qoldberq. Mən sizinləyəm, Uebber. Siz uğursuzluğa düçar olmuş bir insansız. Nəyə 

görə hamını bədbəxt edirsiz? 



MəkKen. O belə etməyi xoşlayır. 

Qoldberq. Nəyə görə belə pis rəftar edirsiz, Uebber. Nəyə görə həmin yaşlı adamı 

məcbur edirsiz ki, şahmat oynasın? 



Stənli. Mən? 

Qoldberq. Nəyə görə həmin yaşlı qadınla dəli kimi rəftar edirsiz? O dəli deyil, Uebber. 

Stənli. Siz nə-  

Qoldberq. Keçən həftə nə geyinmişdiz, Uebber? Siz kostyumlarınızı harada 

saxlayırsız? 




MəkKen. Nəyə görə təşkilatı tərk etdiz? 

Qoldberq. Sizin qoca ananız nə deyərdi, Uebber? Siz çox çirkin oyun oynayırsız.  

MəkKen. Bütün bunlar çox çirkin faktlardır. 

Qoldberq. O fikirləşir ki, o kimdir? 

MəkKen. Səncə sən kimsən? 

Stənli. Siz səhv edirsiz. 

Qoldberq. Sən buraya nə vaxt gəlmisən? 

Stənli. Keçən il. 

Qoldberq. Haradan gəlmisən? 

Stənli. Başqa yerdən. 

Qoldberq. Nəyə bura gəlmisən? 

Stənli. Ayaqlarım ağrıyır. 

Qoldberq. Nəyə görə burda qaldın? 

Stənli. Başım ağrıyır. 

Qoldberq. Bunun üçün nə isə etmisən? 

Stənli. Bəli. 

Qoldberq. Nə? 

Stənli. Meyvə duzları! 

Qoldberq. Enos ya Endrus? 

Stənli. En – En –  

Qoldberq. Onlar oxuyurdu? 

Stənli. Dayanın siz –  

Qoldberq. Onlar oxuyurdu, yoxsa yox? 

MəkKen. O bilmir. 

Qoldberq. Bilmirsən. Axırıncı dəfə nə vaxt vanna qəbul etmisən? 

Stənli. Həftədə bir- 

Qoldberq. Yalan demə. 

MəkKen. Sən təşkilata xəyanət etmisən. Mən onu tanıyıram! 

Stənli. Xeyr, tanımırsan. 

Qoldberq. Sən eynəksiz nə isə görürsən? 

Stənli. Hər şey. 

Qoldberq. Onun eynəyini çıxart. 

 

MəkKen onun eynəyini çıxarır və Stənli qalxan kimi onun stulunu otağın mərkəzinə 



gətirir. Stənli stula tərəf əyilib dayanır. 

 

MəkKen. Uebber, sən yalançısan. (Onlardan biri stolun bir başında, digəri isə o biri 

başında dayanmışdı). Axırıncı dəfə nə vaxt fincan yumusan? 

Stənli. Keçən milad günü. 

Qoldberq. Harada? 

Stənli. Layns Korner hausda. 

Qoldberq. Hansı? 

Stənli. Mərmər Arka. 

Qoldberq. Arvadın harada idi? 

Stənli. Ora –  



Yüklə 335,44 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə