Harold Pinter Ad Günü


Meq. Atam bağışlayıb.  Lulu



Yüklə 335,44 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix26.10.2017
ölçüsü335,44 Kb.
#6789
1   ...   7   8   9   10   11   12   13   14   15

Meq. Atam bağışlayıb. 

Lulu. Bilmirdim ki, səninlə burada tanış olacam. 

MəkKen. Karikarmasda heç olmusan? 

Meq. (İçərək) Mən Kinqkrossda olmuşam. (Qalxır) Mən rəqs etmək istəyirəm. 

 

Lulu və Qoldberq gözlərini bir-birinə zilləyirlər. MəkKen içir.  



 

Meq. (Stənliyə tərəf gedərək) Stənli, gəl rəqs edək. (Stənli hələ də sakit dayanıb. Meq 

otaqboyu təkcə rəqs edir. Sonra MəkKenə tərəf irəliləyir. MəkKen onun qədəhini içki 

ilə doldurur və Meq əyləşir).  

Lulu. Sənə bir şey demək olar? 

Qoldberq. Nə? 

Lulu. Mən sənə inanıram. 

Qoldberq. (Qədəhini qaldıraraq, almanca) Gesundheit! 

Lulu. Sən evlisən? 

Qoldberq. Evli idim. Həmişə arvadım məni “Simi” deyə çağırardı. “Tez ol, soyumamış  

gəl”! Həmişə stolda dadlı yemək və doğranmış tərəvəz. 



Lulu. Mən elə bilirdim sənin adın Netdir. 

Qoldberq. O mənə həmişə “Simi” deyərdi. 

Lulu. Əminəm ki, sən gözəl ər olmusan. 

Qoldberq. Sən onun dəfn mərasimini görməli idin... 

Lulu. Nə üçün? 

Qoldberq. Necə mərasim idi! 

Meq. (MəkKenə müraciətlə) Bir dəfə atam məni İrlandiyaya aparmaq istəyirdi. Ancaq 

özü tək getdi. 



Lulu. Səncə, sən məni uşaq olanda tanıyırdın? 

Qoldberq. Sən uşaqlıqda gözəl idin? 

Lulu. Bəli, gözəl idim. 

Meq. Amma bilmirəm o İrlandiyaya gedib, yoxsa yox. 

Qoldberq. Ola bilsin sən uşaq olanda, səninlə müxtəlif oyunlar oynamışıq. 

Lulu. Bəlkə də. 

Meq. O məni aparmadı. 

MəkKen. Nəyə görə o səni İrlandiyaya aparmadı? 

Lulu. Sən məndə böyük maraq oyadırsan. 

Qoldberq. Onda sən narahat olmalısan. 

Lulu. Mən həmişə yaşlı kişiləri xoşlamışam. Onlar həmişə adamın qeydinə qalırlar. 

 

Onlar bir-birini qucaqlayırlar. 



 

MəkKen. Mən bir qız tanıyıram, adı Roskridir. 

Meq. Mən balaca olanda həmişə otağıma ay işığı düşürdü. 

MəkKen. Bir dəfə mən oğlanlarla bütün gecəni orada keçirdim. Mahnı oxuyub içirdik.  

Meq. Mənim dayəm həmişə yanımda oturub mahnı oxuyardı. 

MəkKen. Səhərlər isə qızardılmış çörək. 


Meq. Mənim otağım çəhrayı idi. Çəhrayı xalça, çəhrayı pərdə. Otaqda çoxlu musiqi 

qutularım var idi. Onlar oxuyanda mən yuxuya gedirdim. Atam çox gözəl həkim idi. 

Ona görə sağlamlığımdan heç vaxt şikayətim olmayıb. Hamı mənim qayğıma qalırdı. 

Mənim kiçik bacı və qardaşlarım vardı. 



MəkKen. Tulamor, hardasan? 

Meq. (MəkKenə müraciətlə) Bizə bir az da içki ver. 

MəkKen. (Qədəhi doldura-doldura mahnı oxuyur). 

Meq. Çox gözəl səsin var. 

Qoldberq. Bizim üçün mahnı oxu, MəkKen. 

Lulu. Sevgiyə aid. 

MəkKen. (Təkrar edərək) Yazıq Peddi gecə yıxılmışdı! Sonra biz onu ziyarət etdik. 

Qoldberq. Sevgiyə aid mahnı! 

MəkKen. (Möhkəm səslə nə isə oxuyur) 

Lulu. (Qoldberqə) Sən mənim ilk sevdiyim adama bənzəyirsən. 

Qoldberq. Yəqin ki elədir. 

Meq. (Qalxaraq) Mən oyun oynamaq istəyirəm. 

Qoldberq. Oyun? 

Lulu. Nə oyunu? 

Meq. Hər hansı bir oyun. 

Lulu. (Sevinclə atılaraq) Gəlin oyun oynayaq. 

Qoldberq. Nə oyunu? 

MəkKen. Gizlənpaç. 

Lulu. Gözbağlayıcı. 

Meq. Hə! 

Qoldberq. Gözbağlayıcı oynamaq istəyirsiz? 

Lulu və Meq. Hə! 

Qoldberq. Lap yaxşı. Onda hamı ayağa dursun! MəkKen. Stənli, Stənli! 

Meq. Stənli, ayağa dur. 

Qoldberq. Ona nə olub? 

Meq. (Ona tərəf əyilərək) Stənli, biz oyun oynamağa hazırlaşırıq. Gəl, belə kefsiz 

dayanma, Stən. 



Lulu. Gəlin başlayaq.  

 

Stənli və MəkKen qalxır. 



 

Qoldberq. Bəs indi kimin gözünü birinci bağlayaq? 

Lulu. Misis Bolsun. 

Meq. Mən birinci olmaq istəmirəm. 

Qoldberq. Gəlin. 

Meq. Mən? 

Lulu. (Öz şərfini boğazından çıxararaq) Budur. 

MəkKen. Bu oyunu necə oynayırlar? 

Lulu. (Meqin gözünü bağlayaraq) Sən heç axt gözbağlayıcı oynamamısan? Sakit 

dayanın, misis Bols. Sənə heç kim toxunmamalıdır. Onun gözü bağlı olanda sən tərpənə 




bilməzsən. Sən olduğun yerdə durmalısan. Əgər o sənə toxunsa, sənin gözünü 

bağlayacağıq. Çevrilin. Burada neçə barmaq görürsən? 



Meq. Görə bilmirəm. 

Lulu. Lap yaxşı. 

Qoldberq. Hər kəs kənara çəkilsin. MəkKen, Stənli. İndi hamı dayansın. 

 

Stənli sağ tərəfdə dayanır, Meq otaqboyu hərəkət edir.  Qoldberq Lulunun əlindən tutub 



dayanır. Meq MəkKenə toxunur.  

 

Meq. Tutdum səni! 



Lulu. Şərfi çıxart. 

Meq. Necə gözəldir. 

Lulu. (Şərfi açaraq) Buyurun. 

Meq. Bu sənindir! 

Qoldberq. İndi sən gözlərini bağla, MəkKen. 

Lulu. (MəkKenin gözlərini bağlayaraq) Hazırdır. Çevrilin. Burada neçə barmaq 

görürsən? 



MəkKen. Bilmirəm. 

Qoldberq. İndi hamınız kənara çəkilin. İndi isə dayanın. Sakit olun. 

 

MəkKen hərəkət etməyə başlayır. 



 

Meq. Oh, bu çox gözəl oyundur. 

Qoldberq. sakit olun! Hamınız bir də hərəkət edin. Dayanın! Sakit olun! 

 

MəkKen otaqboyu hərəkət edir. Qoldberq Lulunun əlindən tutub bir kənarda dayanır. 



MəkKen Stənliyə yaxınlaşır. əlini uzadır və Stənlinin qədəhinə toxunur. 

 

Meq. Bu Stənlidir! 



Qoldberq. (Luluya) Oyun xoşuna gəlir? 

Meq. İndi sənin növbəndir, Stən. 

 

MəkKen şərfi gözündən açır. 



 

MəkKen. (Stənliyə) Mən sənin eynəyini götürərəm. 

 

MəkKen Stənlinin eynəyini götürür. 



 

Meq. Şərfi ənə verin. 

Qoldberq. (Lulunun əlindən tutaraq) Onun gözlərini bağlayın, misis Bols. 

Meq. Mən də onu edirəm. (Stənliyə) Sən mənim burnumu görürsən? 

Qoldberq. O görmür. Hazırsız? İndi hamınız kənara çəkilin. Dayanın. Sakit olun! 

 

Stənli sakitcə dayanır. MəkKen yavaşca sola doğru hərəkət edir. O, Stənlinin qədəhini 



sındırır. Meq aşağı tərəfdə solda, Lulu və Qoldberq yuxarı tərəfdə mərkəzdə yanaşı 


Yüklə 335,44 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə