Harold Pinter Ad Günü



Yüklə 335,44 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix26.10.2017
ölçüsü335,44 Kb.
#6789
1   ...   7   8   9   10   11   12   13   14   15

dayanırlar. Stənli yavaş-yavaş sola doğru hərəkət edir. MəkKen təbili götürür və Stənli 

tərəfə qoyur. Stənli hərəkət edərkən təbilə toxunur və onun üzərinə yıxılır. 

 

Meq. Ooh! 

Qoldberq. Sss! Susun. 

 

Stənli qalxır. O yenə də Meqə tərəf irəliləyir. Meqə yaxınlaşır və dayanır. Stənli  əlini 



ona tərəf uzadır və onun boğazından tutur. O əli ilə onu sıxmağa başlayır. MəkKen və 

Qoldberq ona tərəf irəliləyir və Stənlini kənara itələyirlər. 

 

 

İşıqlar sönür. İndi hətta pəncərədən belə işıq düşmür. Səhnə qaranlıq içindədir. 



 

Lulu. İşıqlar! 

Qoldberq. Nə oldu? 

Lulu. İşıqlar! 

MəkKen. Bir dəqiqə dayanın. 

Qoldberq. O haradadır? 

MəkKen. Burax məni! 

Qoldberq. O kimdir? 

Lulu. Kimsə mənə toxunur! 

MəkKen. O haradadır? 

Meq. İşıqlar nəyə görə söndü? 

Qoldberq. Sənin fənərin haradadır? (MəkKen fənəri Qoldberqin üzünə tutur) Mənə 

yox! (MəkKen fənəri söndürür. Fənər onun əlindən düşür və kənara diyirlənir). 



MəkKen. Fənər! 

Lulu. Aman Allah! 

Qoldberq. Fənər haradadır? Fənəri tap! 

MəkKen. Mən onu tapa bilmirəm. 

Lulu. Tut məni. 

Qoldberq. Əyil və ona fənəri tapmaqda kömək elə. 

Lulu. Bacarmaram. 

MəkKen. Fənər itib. 

Meq. İşıq niyə sönüb? 

Qoldberq. Sakit olun! Ona fənəri tapmağa kömək edin. 

 

Sükut. MəkKen və Qoldberq dizi üstə dayanıb deyinirlər. Qəflətən otağın arxasından 



möhkəm səs gəlir. Sükut. Lulu qışqırır. 

 

Qoldberq. Bura gəlin. MəkKen! 



MəkKen. Bura.  

Qoldberq. Mənə tərəf gəlin. Buraya gəlin. 

 



MəkKen və Qoldberq stolun soluna tərəf hərəkət edir. Stənli stolun sağına tərəf 

irəliləyir. Lulu qəflətən Stənlinin ona tərəf gəldiyini hiss edir. Lulu qəflətən qışqırır. 

Qoldberq və MəkKen çevrilib bir-birinə dəyirlər. 

 

Qoldberq. Bu nədir? 



MəkKen. Kimdir? 

Qoldberq. Bu nədir? 

 

Qaranlıqda Stənli Lulunu qaldırır və stolun üstünə qoyur. 



 

 

Meq. Bu Luludur! 



Qoldberq. O haradadır? 

MəkKen. O yıxılıb. 

Qoldberq. Harada? 

MəkKen. Buralarda bir yerdə. 

Qoldberq. Kömək elə onu qaldıraq. 

MəkKen. Mən onu tapa bilmirəm. 

Qoldberq. O buralarda bir yerdədir. 

MəkKen. O burada deyil. 

Qoldberq. Olmalıdır. 

MəkKen. O yox olub. 

 

MəkKen fənəri döşəmədən tapır, fənəri stola və Stənliyə doğru yönəldir. Lulu stolun 



üstündə oturub və Stənli ona tərəf əyilib. İşıq üzünə düşən kimi o, gülməyə başlayır. 

MəkKen və Qoldberq ona tərəf yaxınlaşır. Fənərin işığı yaxınlaşdıqca Stənli daha 

ucadan gülür. Onlar onun dalınca sol tərəfə gedirlər. O gülərək mətbəxin pəncərəsinə 

söykənir. Fənəri daha da yaxınlaşdırırlar. O, divara söykəndikcə daha da ucadan gülür. 

Onların kölgələri onun üstünə düşür. 

 

   



  

 

 



 

 

III pərdə. 



 

Səhəri gün. Petey əlində qəzet sol tərəfdən daxil olur və stulda əyləşir. Oxumağa başlayır. 

Meqin səsi mətbəx pəncərəsindən eşidilir. 

Meq. Bu sənsən, Stən? (Sükut). Stən? 

Petey.'>Petey. Necə? 

Meq. Bu sənsən? 

Petey. Mənəm. 

Meq. (Mətbəx pəncərəsindən baxır). Ah, bu sənsən? Sıyığımız qurtarıb. 

Petey. Yaxşı, yeməyə başqa nə var? 

Meq. Heç nə. 

Petey. Heç nə? 

Meq. Bir dəqiqə. (Mətbəxə daxil olur). Qəzet almısan? 



Petey. Hə. 

Meq. Maraqlıdır? 

Petey. Pis deyil. 

Meq. Axırıncı qızarmış çörəkləri evdəki iki centlmen yedi. 

Petey. Onlar yedi? 

Meq. Ancaq çaydanda bir az çay qalıb. (Ona çay süzür). Bazarlığa gedirəm. Sənə nə isə 

dadlı bir şey alaram. Başım bərk ağrıyır. 



Petey. (Oxuyaraq). Gecə daş kimi yatmışdın. 

Meq. Doğrudan? 

Petey. Hə, çox bərk yatmışdın. 

Meq. Ola bilsin yorulmuşdum. (Ətrafa baxır və sınmış təbili görür). Ora bax. (Qalxır və 

təbili götürür). Sınıb. (Petey yuxarı baxır). Nəyə görə sınıb? 



Petey. Bilmirəm. 

 

Meq əli ilə təbili vurur. 



 

Meq. Hələ də səsi çıxır. 

Petey. Sən hər zaman başqasını ala bilərsən. 

Meq. (Qəmgin halda)Yəqin dünən şənlikdə sınıb. (Təbili yerə qoyur). Nə pis oldu. 

Petey. Meq, sən hər zaman başqasını ala bilərsən. 

Meq. Heç olmasa o gözəl ad günü keçirdi, elə deyil? 

Petey. (Oxuya-oxuya) Hə. 

Meq. Sən onu aşağıda görmüsən? 

Petey. Kimi? 

Meq. Stənlini. 

Petey. Xeyr.  

Meq. Mən də görməmişəm. Ola bilsin yuxarı qalxıb. O, səhər yeməyinə gecikir. 

Petey. Yeməyə heç nə yoxdur. 

Meq. Hə, amma o bilmir. Gedirəm onu çağırmağa. 

 

 



Petey. (Tələsik) Yox, Meq, lazım deyil. Qoy yatsın. 

Meq. O çox yatır. 

Petey. Qoy bu səhər yatsın. Dəymə ona. 

Meq. Mən bir dəfə yuxarı qalxdım bir fincan qəhvə ilə. Amma mister MəkKen. qapını 

açdı. O dedi ki onlar söhbət edirlər. Deyəsən o tezdən oyanıb. Bilmirəm onlar nədən 

danışırdılar. Çox təəccübləndim. Mən hər səhər onun qəhvəsini aparanda, o çox möhkəm 

yatırdı. Ancaq bu səhər elə olmamışdı. O, söhbət edirdi. (Sükut) Səncə onlar bir-birini 

tanıyırlar? Məncə onlar köhnə dostdurlar. Stənlinin çoxlu dostu var. (Sükut). Mən ona 

çay verməmişəm. O, həmişə içirdi. Aşağı düşdüm və öz işimi görürdüm. Sonra bir azdan 

onlar səhər yeməyinə aşağı düşdülər. Ola bilsin Stənli yenidən yatmağa gedib. 

 

Sükut. 



 

Petey. Sən nə vaxt bazarlığa gedəcəksən, Meq? 


Yüklə 335,44 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə