HəBİBİ ŞEİRLƏR



Yüklə 351,58 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix30.12.2017
ölçüsü351,58 Kb.
#18802
1   2   3   4   5   6   7   8   9   10   ...   13

____________Milli Kitabxana____________ 

33 


 

 

Şol tiri-qamətini sərvi görürsə doğru,  



Qaşm kimə əgilür, olur kəman çəməndə. 

 

Məşuqə eyni sənsən, ey eşq əri Həbibi,  



Gərçəksən aşiqanə ol canfəşan çəməndə. 

 

Tut saqinin əlini, qoy başunu ayaqda, 



İç cami-eşqi, məst ol sən bu zaman çəməndə. 

 



 

Dur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizə,  

Gözlərin çünkim yedirdi, sehr edib, əfyun bizə. 

 

Valehü biəqlü sərxoş, məstü heyran olmuşuz,  



Görünəli şol gözü nərgis, yüzü gülgün bizə. 

 

Ruxların şol cami-Cəm giti-nümadır kim yəqin,  



Rövşən ol yüzdən görünür xaliqi-biçün bizə. 

 

Pür edüb peymanəyi, saqi, əlümə sun müdam,  



Nuş edəlüm, kim bilür, neydə bu çərxi-dun bizə. 

 

Ol səfa camın peyapey nuş edəlüm, ey həkim,  



Çunki ol piri-muğandan oldu bu qanun bizə. 

  



____________Milli Kitabxana____________ 

34 


 

Şol ləbi-yaqutini qut etməkiçün canına,  

Dəmbədəm yedirdügü qandır dili-pürxun bizə. 

 

Ey Həbibi, əqli qoy, tut cami-eşqi hər nəfəs,  



Şöylə layəqəl əli gör kim gülə Məcnun bizə. 

 

9  



 

Dur uru, ey saqiyi-məhru bizə,  

Sun bərü bir qaç qədəh vinu

1

 bizə. 



 

Ləblərindir gərçi kim, tiryaki-can,  

Əfi zülfin içirür ağu bizə. 

 

Gün yüzündən şadü xəndandır könül,  



Saçların əbri salar qayğu bizə. 

 

Eyni-aşubi-cahandır gözlərin,  



Afəti-can oldu ol cadu bizə. 

 

Rövzəyi-hüsni-camalın görəli,  



Hasil oldu cənnəti-minu bizə. 

                                                            

1

 Çaxır, şərab 



 


____________Milli Kitabxana____________ 

35 


 

Gərçi kim səhmi-səadətdir qaşın, 

Ox edər tiz ol kəman-əbru bizə. 

 

Dür dişinlə ləli-nabun zövqini  



Verməz, ey can, laləvü lölö bizə. 

 

Abi-heyvan çeşməsindən dadlıdur,  



Versə ləlin çün bir içim su bizə. 

 

Rəhzəni-candır, Həbibi, xaki-dust,  



Vəh ki, edər ol dil siyəh hindu bizə. 

 

10 



 

Şol mübarək zatına işim sənadır, ya nəbi,  

Asilik bimarına adın şəfadır, ya nəbi. 

 

Ayağın toprağının qədrin nə bilsin hər kişi,  



Kun-fəkan ol toprağə kəmtər bəhadır, ya nəbi. 

 

Ey günəş yüzlü həbib, hər kim səni həq bilmədi,  



Danla məhşərdə anın yüzi qəradır, ya nəbi. 

 

Çün sənin xoşlığına yaratdı sane-aləmi,  



Ayağın toprağına aləm fədadır, ya nəbi. 

 

Bu Həbibi xəstəyə qılğıl şəfaət ruzi-həşr,  



Çünki əslində səninlə aşinadır, ya nəbi. 

 



____________Milli Kitabxana____________ 

36 


 

11 


 

Ol zaman kim məst qıldı çeşmi məxmurun məni!

1

  

Xaki-pakə ol dəm etdim, mən fəda canü təni. 



 

Əqlimü fikrim dağıldı, bir yerə cəm olmadı,  

Bu pərişan könlümün olalı zülfin məskəni. 

 

Bu cəhanü can dimağın tazəvü xoşbu edər,  



Dəprədə badi-səba çünkim şu zülfi-müşkini. 

 

Ey şahənşahi-cəhan, vey padşahi-insü can,  



Gör bu bipa, sər-fütadə qandə qalmış məskəni. 

 

Sən məni bir dəmdə min gəz öldürürsən cövr ilə,  



Bir nəfəs mən şükrü həmddən qeyri anmazam səni. 

 

Yığmagil ğəm ləşgəriylə, billah, ey sultani-can,  



Görəli can Kəbəsində çün o vəchi-əhsəni. 

 

Bu Həbibi surəti-rəhmanə edər səcdəsin, 



Bu viran dil kim olubdur, gənci-eşqin məxzəni. 

                                                            

1

 Bu qəzəl vəzn və qafiyə etibarilə nöqsanlıdır. 




____________Milli Kitabxana____________ 

37 


 

12 


 

Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degül,  

Gün yüzün şəmi önündə ta gülə gülşəndə gül. 

 

Cümlə aləm gülşən olsa, gülsə hər dəm yüzümə,  



Çün gülər yüzün mənə gəlmiyə, ol gülşən degül. 

 

Rövzəyi-hüsnü cəmalın ərz edəldən, ey sənəm,  



Güldü bağü lalə, nəsrin, süsənü gülşəndə gül. 

 

Bitirəldən gülsitam, bağbani-kainat, 



Bitmədi bir gül yüzün misli dəxi gülşən degül. 

 

Lalə yüzün həsrətindən oda yaxar içini,  



Qönçə ləlün qeyrətindən su olar gül şən degül 

 

Sünbülün vəsfin səbadən eşidübdürür məgər,  



Anın üçün yelə verür xirmənin gülşəndə gül. 

 

Bu Həbibi irişəldən növbahari-vəslünə, 



Aləm ana cənnət oldu, yalnız gülşən degül.  

  



____________Milli Kitabxana____________ 

38 


 

 

13 



Fəzli-fəyyazi-əzəl çün eylədi feyzini am,  

Saqiya, dur cami-Cəm sun, sübhdürür, vəssəlam. 

 

Sufiya, qoy nəngü nami, cami-safi nuş qıl,  



Saqiyi-məhru əlindən, aşiqa, sən alma xam. 

 

Könlünün ayinəsini hər nəfəs pak eyləgil,  



Şol müsəffa ab ilə bu yengini anun müdam. 

 

Meykədə içrə muqim ol, der isə piri-muğan,  



Sən anun dür kimi sözün sima qıl, al ələ cam. 

 

Rətbü yabis sözü qoy vaiz dimağın xuşgünü,  



[Gərmü]-tər et cami-Cəmdən kim budur xeyrül-kəlam. 

 

Ey Həbibi, sən müdam iç şol şərabın camını,  



Anun əsrarını saxla, bilməsünlər xasü am. 

  



Yüklə 351,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə