HəBİBİ ŞEİRLƏR



Yüklə 351,58 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix30.12.2017
ölçüsü351,58 Kb.
#18802
1   ...   5   6   7   8   9   10   11   12   13

____________Milli Kitabxana____________ 

51 


 

25 


 

Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən,  

Zülfi bənəfşə, hüsni çəmən, boyu yasəmən. 

 

Sahib cəmalü əhli-kəmal, şəkkərin məqal,  



Yusif sifətli, İsa nəfəs, vəchidə Həsən. 

 

Ey könlü səngü adəti cəng, xuyi həm pələng,  



Haz eyləyən, kirişmə qılan, aşiq öldürən. 

 

Yox-yox, xəta dedim, qələt etdim, koc anladım,  



İşi vəfa və könlü səfa, aşiqin sevən. 

 

Az eylə, ey Həbibi, şikayət ze cövri-dust,  



Dərdi-bəladən inciməsin aşiqəm deyən. 

 

26 



 

Gözüm eydür könlümə: şol huri-məhvəşdən saqın,  

Könlüm eydür: yürü sən

1

, var san şol, gözü qaşdan saqın. 



 

Könlümü gözüm xəyalünə vətəndir gərçi kim,  

Ey sənəm, billah, lütf et, abu atəşdən saqın. 

 

                                                            



1

 

 



"Sən" artıqdır.

 

 



 


____________Milli Kitabxana____________ 

52 


 

Ey bəlalü dil-şikəstə, vey pərişan-hal, eşid  

Sözümü: şol cadi sünbül, zülfi-sərkəşdən saqın. 

 

Sana gər rüsvayi-xəlq olmaq gərəkməzsə, a dil,  



Yürü var şol məsti-cadu iki sərxoşdan saqın. 

 

Ol həbibi-bivəfanın qövlinə inanma sən,  



Ey Həbibi, sana dedim abu atəşdən saqın. 

 

27 



 

Xabi-qəflətdən oyansun eşqi-dildar istəyən,  

Bülbüli-şuridə olsun vəsli-gülzar istəyən. 

 

Ney kimi bağrın dəlib, hər dəmdə nalan eyləsün,  



Dərdilə yansın, yaxılsın vəsləti-yar istəyən. 

 

Aşiqin yanmaqdan özgə dərdinə dərmanı yox,  



Yanmağa pərvanə bolsun şəmi-rüxsar istəyən. 

 

Aşiq oldur canü dildən dərd qıldı ixtiyar,  



Dərdinə dərman buldu dərdi təkrar istəyən. 

 

Can verib bir can üçün yansa Həbibi, qəm deyil,  



Masəvadan fariğ oldu vəsli-dildar istəyən. 

 

 




____________Milli Kitabxana____________ 

53 


 

28  


 

Könlümü həm dəmbədəm edər pərişan saçların,  

Əqli qılur dəngü valeh, məstü heyran saçların. 

 

Bir dükənməz qarə sevdadir ki, ucu yox anın  



Mən pərişan-xatirin başunda, ey can, saçların. 

 

Gün yüzündür gərçi iymaniylə dini aşiqin,  



Mana yetər dünyada küfr ilə iman saçların. 

 

Gər dü kövni bir qılına versələr min can ilə, 



Ey sənəm, billahi, vermə k-ola

1

 məccan saçların. 



 

Üqdəsindən bir gireh çözərsə ərşin üstünə,  

Tutar Ayü Günəşin yüzünü yeksan saçların. 

 

Qaliyəvü müşkü ənbər qıldı təblü ud, ney,  



Sərbəsər xaki-cəhani ənbərəfşan saçların. 

 

İki kövnə bir qılı niycəsi olmasın mühit,  



Qurdu çün ərşül-əzim üstünə sayan saçların. 

 

Dört kitabın müşkilini bu Həbibi etsə həl,  



Nola çünkim oldu ana nəqlü bürhan saçların. 

 

29 



 

                                                            

1

 K-ola - ki ola 



 


____________Milli Kitabxana____________ 

54 


 

29 


 

Qamu cövri ki, cana, cana etdin,  

Qamusun xub key mərdanə etdin. 

 

Gözün qan ağladuğu, ey pəriru  



Ki, hərdəm zülmünü insanə etdin. 

 

Əlinə tiğ verdün iki məstin,  



Bu rəsmü adəti türkanə etdin. 

 

Şu məst etdiklərin mehrab içində  



Görən der: məscidi meyxanə etdin. 

 

Şu can deyrində yaxdın iki şəmi,  



Cəhani yeksər atəşxanə etdin. 

 

Çü zənciri saçuna şanə urdun,  



Tökəli aqili divanə etdin. 

 

Cəmalin şəminə yanmağa hər dəm  



Qamu can mürğünü pərvanə etdin. 

 

Yüzün nətində xalin baydaqunu  



Sürəldən şahları fərzanə etdin. 

  

 



 

 



____________Milli Kitabxana____________ 

55 


 

Saçunun bir qılın, ey müshəfi-can,  

Həzaran qisseyi-əfsanə etdin.  

 

Könül mürğün giriftar etməgiçün  



Şu zulfu xali damü danə etdin.  

 

Həbibi, qulağuna söylə yarın,  



Sözünü çünkü sən dürdanə etdin. 

 

30 



 

Nə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndir,  

Nə qəbqəbdir ki, ətrafı gülü reyhanü gülşəndir. 

 

Nə xəddü arizü xət kim, mühəqqəq nəqşi-Çin olmuş,  



Nə şirin nöqtədir ağzı ki, elmi-qeyb üçün fəndir. 

 

Nə müşkil üqdədir zülfi ki, əql am edəməz həl, 



…………………………………………….  

 

Şirin ləbdir ol Xosrov ki, can Fərhadidir anın,  



Nə Leylidir ki, Məcnunu həzaran həmçu mən səndir. 

  



____________Milli Kitabxana____________ 

56 


 

Əgər şeytan degilsən, gəl mələk kimi sücud eylə,  

Şu ziba vəchinə yarın niçün kim vəchi-əhsəndir. 

 

Şu caduyi kəmankeşdir ki, qan içməkdən usanmaz  



Şu hindu xali-dilkəş gör, neçə yıldır ki, rəhzəndir. 

 

Əgərçi sufinin fikri həmişə hurü cənnətdir,  



Həbibi sevdigü candan şu dinün nuru oğlandır. 

 

 31 



 

Tapun kim, canların cananəsidür,  

Bu aşiq can anun cana nəsidür? 

 

Yüzü bir şəmi-candır, aləm-əfruz,  



Kim anun mehrü meh pərvanəsidür. 

 

Rüxün nətində xalün baydaqınun,  



Qamu şahi-cəhan fərzanəsidür. 

 

Bu cümlə zülfü canun zülfü xalun,  



Birisi damü, biri danəsidür. 

 

Saçın məşşatəsinin dil olubdur,  



Necə getsün ki, hər dəm şanəsidür. 

 

  




Yüklə 351,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə