HəBİBİ ŞEİRLƏR



Yüklə 351,58 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix30.12.2017
ölçüsü351,58 Kb.
#18802
1   ...   5   6   7   8   9   10   11   12   13

____________Milli Kitabxana____________ 

39 


 

 

14 



 

Dur uru, ey saqi, billah, xoşxiram,  

Cami-Cəmdən nuş edüb sərxoş həram. 

 

Ləli-yaquti rəvani lütf edüb,  



Sun əlümə ödəvüz bəzmi-müdam. 

 

Gün yüzünlə zülfi-şəbrəngün, a dost,  



Virdimü zikrim olubdur sübhü şam. 

 

Ey qəmərrux, şəmsi-can, saqi, saqın,  



Puxtə olmuş aşiqini etmə xam. 

 

Səbzəvü abü hərifü sazü mey,  



Budürür əsbabi-işrət, vəssəlam, 

 

Hazır ikən dur içəlüm durmadan 



Kim, gedər Cəm taxtdan uşanur bu cam. 

 

Söhbəti bir xas edəlim yar ilə,  



Müttəli olmasın ana heç avam. 

  



____________Milli Kitabxana____________ 

40 


 

Cəhd qıl, sənligi səndən zail et,  

Şol müsəffa ab ilə sən, ey qulam. 

 

Ey Həbibi, hali olma bir nəfəs,  



İç şərabı il on iki ay tamam. 

 

15 



 

Bir səhər piri-muğani çün ziyarət eylədim,  

Ayağında baş qodum

1

, çox-çox ibadət eylədim. 



 

Bir əcəb rətli-giran sundu əlümə piri-məst,  

Aldım içdim, canü dil mülkün imarət eylədim. 

 

Çün məni məst eylədi ol rətlilə piri-muğan,  



Mən dəxi mütriblə saqiyə işarət eylədim. 

 

Mütriba, rast gu nəvadə çün düzətdir çəngini,  



Akifi-meyxanəyə çünkim bəşarət eylədim. 

 

Cəm olub kaşanə içrə, nuş qıldıq cami-mey,  



Sayiqi-məhruyi gördüm, çox şətarət eylədim. 

                                                            

1

 Baş qoydum 



 


____________Milli Kitabxana____________ 

41 


 

Canü könlü, əqlü dini cümlə verdim saqiyə,  

Şol ziyangər sofiyə sankim xəsarət eylədim. 

 

Pürgüşayiş olduğumu gördü, der: ey binəva,  



Çox sevinmə, cismü cani yoxsa qarət eylədim. 

 

Eşidüb pirün sözün, içtüm hüzuri-qəlb ilə,  



Cümlə isqati-səlatimə kəfarət eylədim. 

 

Bir zaman çün sakini-meyxanə oldum pır ilə,  



Nəfsi-şum əyyamını xeyli həqarət eylədim. 

 

Pirimün bir cürəsinə satmam iki kövni mən,  



Ey Həbibi, key bilürsən xoş ticarət eylədim. 

 

16 



Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedim?

1

  



Ömrüm kimi getdi rəvan şol şəmi-can qıymaz

2

, nedim? 



 

Hərdəm nəzər pak eyləyüb, baxsam cəmali-ayinə,  

Günəş yüzü ayinəsi ayına göz doymaz, nedim? 

                                                            

1

 Nə edim 



2

 Mətndə "göyməz" getmişdir. 

 



____________Milli Kitabxana____________ 

42 


 

Şol fitneyi-dövri-qəmər, eyni bəladır kim məgər?  

Sərxoş olub, qəmlər içər, netdügünü

1

 duymaz, nedim? 



 

Ol dil siyəh, fəttan firəng, hər ox kimi atar bidirəng,  

Doğru rəvanə irişür, ayruq gözə qıymaz, nedim? 

 

Can bülbülü hər sübhü şam əfğanü ah eylər müdam,  



Ol qönçələb, gülrux qulam, çün şəminə qoymaz, nedim? 

 

Bir dəmdə min canü cəhan tərk eylər olsam yoluna,  



Ol alihimmət dilbərüm minin birə saymaz, nedim? 

 

Yarın qapusunda müdam, xar olduğum budur ki mən,  



Doyar kişi hər nəsnəyə, bu cürmünə doymaz, nedim? 

 

Ey nasihi-müşfiq, bizə pəndü nəsihət eyləmə,  



Kimsə əzəldə yazılan yazıyu çün yuymaz, nedim? 

 

Şeyxim, o can saqisinün sərxoş gözündən məst olan,  



Mərdümləri iki cəhan xalqı dəxi duymaz, nedim? 

 

Sən, ey Həbibi, cami-mey nuş eylə, çaldır, cəngü ney,  



Gördüm ki, ol settarü ney qullarına qıymaz, nedim? 

 

  



                                                            

1

Nə etdiyini 



 


____________Milli Kitabxana____________ 

43 


 

17 


 

Can alıcı xuni gözün bir dəm aman verməz, nedim?  

Dil-xəstəyə kirpiklərün ol dəxi can verməz, nedim? 

 

Şirin ləbün əsrarını Ruhül-qüdüsdən sordu can,  



Der ol qeybün sirridir, namü nişan verməz, nedim? 

 

K-ol vaizin əfsanəsin, saqi, sun ol cami-Cəmi,  



Gördün yəqin kim bu zaman dövri-zaman verməz, 

nedim? 


 

Gərçi ənəlhəq sirrini zərrati-aləm söyləşür, 

Eynin kimi rövşən xəbər, bir şey əyan verməz, nedim? 

 

Ol ləzzəti kim canıma ləli-rəvan bəxşin verür,  



Vallahi, anın zövqini canü cahan verməz, nedim? 

 

Ey səbzeyi-can gülşəni, sərvi-rəvanin lütfini  



Baği-behiştü [...] huri-cinan verməz, nedim. 

 

Şol cami ki, sundun müdam, cani-Həbibiyə müdam,  



Ey saqi, məhru çün qulam, pirü cəvan verməz, nedim? 

  



____________Milli Kitabxana____________ 

44 


 

 

Müstədam olğıl həmişə, ey gözəl xanım mənim,  



Gözləri nərgiz, yüzü gül, zülfi reyhanım mənim. 

 

Gün yüzün gördükcə, vallahi, bu könlüm şad olur,  



Həq səni var eyləsün, dövlətli sultanım mənim. 

 

Sən fərağət, şadü xürrəm, mən qılıram nalələr  



Xoşmidir, dilbər, sana bu ahü əfğanım mənim? 

 

Həsrətindən xəstə oldum, dərdimi bilməz təbib,  



Dilbəra, vəslindədir, var istə dərmanım mənim. 

 

Ey Həbibim, iştə ğori mədhini təkrar edəm,  



Bülbüli-şuridənəm, sənsən gülistanım mənim. 

 

19 



Mən ki, ləlin can yerində görmüşəm,  

Dərdini dərman yerində görmüşəm. 

 

Tiri-qəmzən zəxmini candan rəvan  



Mərdüm axar qan yerində görmüşəm. 

  



Yüklə 351,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə