HəBİBİ ŞEİRLƏR



Yüklə 351,58 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix30.12.2017
ölçüsü351,58 Kb.
#18802
1   ...   5   6   7   8   9   10   11   12   13

____________Milli Kitabxana____________ 

57 


 

Qaşın mehrabi can ikən əcəb bu,  

Kim əhli-şirkin ol meyxanəsidür.  

 

Saçı zəncirinün hər dəm Həbibi,  



Bu əqlü canü dil divanəsidür.  

 

Zülali-ləlin içün olmayaq xak,  



Həvan oduna hər dəm yanəsidür.  

 

32  



 

Kainatın varlığından mənə sən şafi yetər,  

Qibleyi-mehrabı, cana, qaşının taqi yetər. 

 

Nari-hicranın duxani zülmətini sürməgə,  



Şəmsi-can, zöhrə-cəbin, mahin yüzü taqi yetər. 

 

Cani-miskin mari zülfi ağularsa, qəm degil,  



Zərrəcə şirin ləbinin çünki tiryaki yetər. 

 

Gərçi yaran məst olub, nuş eyləməzlər kasəyi,  



Bizə Fəzlin dövlətində cürəyi-baqi yetər. 

 

Şəmsi-dinün söhbətində bizə, ey yari-zərif,  



Noqlü şəmü səbzə abü saz ilə saqi yetər. 


____________Milli Kitabxana____________ 

58 


 

Biz bu bipavü sərü üftadə, dilrişin müdam,  

Tutmağa əlində camı saidi-saqi yetər. 

 

Dürdü safi nə sunarsa saqiyi-can, nuş qıl,  



Dinməsün kim, ey Həbibi, məstdürür saqi, yetər. 

 

33 



 

Pərtövi-hüsni-cəmalın aləmi pürnur edər,  

Əhsəni-vəchi-xəyalın adəmi məsrur edər. 

 

Ləli-canbəxşin əgərçi mürdə cismə can verir,  



Çeşmi-bimarın, nigara, canları rəncur edar. 

 

Kilki-qüdrət alnına çün fəzli-bismillah yazar,  



Yəni rəhman surətin şeytanı gözdən dur edər. 

 

Eyni-fəttanınla qaşın, zülfin, ey məhru sənəm,  



Neçə izzət əhlini pamal edübən xar edər. 

 

Cəm degil, xeyli-xəyalın yıxsa, ey şəh, can evin,  



Çünki hüsnün gənci-eşqünlə anı məmur edər. 

 

Ruxlərin şəminə can pərvaz edüb pərvanəvəş,  



Yandığınca saçların ol miskini məhcur edər. 

  

 




____________Milli Kitabxana____________ 

59 


 

 

Münşiyi-qüdrət yazar çün dəftərinin surətin,  



Xətti-tövqiünü ol dəm riqəyi-mənşur edər.  

 

Hüsnünün təqvimini çün bağlar əhsən vəchilə,  



Xəttü xalinin rüqumi əbcədin məstur edər. 

 

Həqşini pərgarinin nəqqaşi-surət yazacaq,  



Abu rəngin rəsm içində büt kibi məstur edər. 

 

Ləlü lölönün Həbibi nəzm edəcək mədhini,  



Eşidən der bu Məsihadir ki, nəfhi-sur edər. 

 

34 



 

Nigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylər,  

Mənim ol ömrümü badə verüb, hər dəm təbah eylər. 

 

Sən ol insani-kamilsən, ola, ey surəti-rəhman  



Ki, daim hüsninə səcdə süruşü mehrü mah eylər. 

 

Əmin olan həvadisdən, dü aləmdə o aşiqdir  



Ki, sən məşuqi-qeybinin eşigin ol pənah eylər. 

 

Səadətli ayağınun tozu hər başa kim qonsa,  



Əlini erdürür ərşə, adın sahib-külah eylər. 

  



____________Milli Kitabxana____________ 

60 


 

 

Bu xaki cismimi mehrin odunun yeli yaqdıqca,  



Gözüm seylab olur ol dəm, həm ahim kuhi kah eylər. 

 

Qamu şahmat olur şaha fərəs filiylə fərzin sür,  



Qaçan kim baydaqi-xalin rüxün nətində şah eylər.  

 

Müənbər zülfinə müşki-xəta öygənmək etdikcə,  



Yanar fikri-xətasının oduna çün günah eylər. 

 

A Şəmsəddini-canpərvər, titirər gög, qamu əxtər,  



Həbibi eşqin odundan k-o dəm dərd ilə ah eylər. 

 

35 



 

Məgər badi-səba zülfin ucundan key pərişandır  

Ki, başü canü dil hər dəm ayaq altında rizandır. 

 

Müfərrih ləlü yaqutun xəyali-fikrin edəldən,  



Bu cani-şirin, ey dilbər, əcəb diltəngü heyrandır. 

 

Gözünlə zülfi-şəbrəngin görəldən canü dil hər dəm,  



Pərişanhalü aşiftə, nizarü zarü giryandır. 

 

Qaşınla kirpigü zülfün, xəti-xalinlə həm ləlin,  



Oxuyan müshəfi-candan der ol ayati-Qurandır. 

  



____________Milli Kitabxana____________ 

61 


 

Məni rüsvayi-xəlq etsə əcəbmidir qəmi-eşqin 

Ki, hər dəm navəki-qəmzən dilü can içrə pünhandır. 

 

Qiyamət qamətin eynim görəldəndir rəvan, ey dust,  



Bəlayi-nagəhandır bu, kim ol aşubi-dövrandır. 

 

Həbibi dərvişin şövqin görəldən, ey pəri peykər,  



Rəvan axıtdığı gözdən əqiqü ləlü mərcandır. 

 

36 



 

Gül yanağun üzrə çün ol sünbüli-sərkəş yatur,  

Cümlə sərkəş dillər ana bağlu xoş-naxoş yatur. 

 

Hərki hüsnin Kəbəsində görsə fəttan eynünü,  



Der rəvan mehrab içində bir-iki sərxoş yatur. 

 

Çüstü çapuq bir əcəb oğrudur ol hindu sənün,  



Baği-cihandan

1

 sibü gül-şəftalü verüb xoş yatur. 



 

Qabi-qövseynünlə qəmzən oxuna canü dili  

Sinəmiz içində həm qurbanü, həm tirkəş yatur. 

 

Gözümün yaşilə ahim atəşindən yerü gög 



Xüşkü tər olmuş, Həbibi, həm quru, həm yaş yatur. 

 

  



                                                            

1

 "Baği-candan" olmalıdır 



 


____________Milli Kitabxana____________ 

62 


 

Çin elindən çin səhər çün şol büti-ziba gəlür,  

K-ayü gündən rüxlarının pərtövi-ziba gəlür. 

 

Çün gəlür min naz ilə ol sərvi-səməndam yar,  



Sanasan Məcnunə Leyli, Vamiqə Əzra gəlür. 

 

Ey ki, qəddi-dilbəri sərvi-səhiyə bənzədən,  



Rast et, billah, nəzər kim, müntəha bəla gəlür. 

 

Müshəfı-hüsnün təfəül etdügümcə ruzü şəb,  



Taleimdə görünən bu surəyi-tənha gəlür. 

 

Hər qaçan badi-səhər dəprətsə müşkin zülfini,  



Xatirim olur pərişan, başuma sevda gəlür. 

 

Huri-eynə dəvət etmə məni, vaiz, varmazam,  



Hüsn içində çünki, şol bimislü bihəmta gəlür. 

 

Nərgisi-məxmurə din



1

 kim, taki xudbin olmasun,  

Bağ içində seyr edə şol gözləri şəhla gəlür. 

 

Kəbeyi-kuyin ziyarət etməyə badi-səba,  



Eşiginə hər səhərgah bisərü bipa gəlür. 

 

                                                            



1

 Deyin, deyiniz 

 



Yüklə 351,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə