HəBİBİ ŞEİRLƏR



Yüklə 351,58 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix30.12.2017
ölçüsü351,58 Kb.
#18802
1   2   3   4   5   6   7   8   9   ...   13

____________Milli Kitabxana____________ 

27 


 

 

Vəchi-adəmdir sirati-müstəqim,  



Ana doğru getməyən birah ola. 

 

Etməyən səcdə mələkvəş adəmə  



Divi-məlun, asiyi-gümrah ola. 

 

Öldürür sultan iki aləmdə bəs,  



Çün Həbibi hər ki, Abdullah ola. 

 



 

Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəha,  

Pünhan olan gözün ol dəm şol afitab olur, şəha, 

 

Ləlü-ləbi-yaqutuna can necə təşnə olmasın,  



Çünkim anın hər qətrəsi dürri-xoşab olur, şəha. 

 

Yüzünə Zöhrə, Müştəri, Mehr ilə Mah ögünməsin,  



K-ol günəşin bir zərrəsi min mahtab olur, şəha. 

 

Mehrinlə kinən odunu canım içində yaxalı,  



Eynül-yəqin yerin yüzü eynimdən ab olur, şəha. 

 

Ol dəm ki, sən nuş edəsən cami-səfayi Cəm kimi,  



Ləlinə cam erdügünə bağrım kəbab olur, şəha. 

 



____________Milli Kitabxana____________ 

28 


 

  

Nəzr etdügün bir busəyi dərviş içün etsən əda,  



Vallahi kim, andan sana min-min səvab olur, şəha. 

 

Ləlündürür ehya edən hər dəm o bicismi, vəli,  



Sərxoş gözündən sayru can məsti-xərab olur, şəha, 

 

Abi-zülali-vəslinə şol rəsmə təşnədir bu can,  



Kim gözlərimə bu cəhan eyni-sərab olur, şəha. 

 

Bağrım qanını gözlərin hər dəm, Həbibi, tökdügü,  



Budur ki, rəngin ab ilə ol xoş xizab olur, şəha. 

 

4  



 

Türreyi-tərrarını sən edəlidən piçü tab,  

Canü dildən səbrü aram getdi, gəlməz gözə xab. 

 

Valehü heyran olur, hər kim görür gün yüzünü,  



Sən necə hurü mələksima bəşərsən, ey şəbab. 

 

Ruxlarınla arizin hər kim görürsə der rəvan,  



Zi əcəb qüdrət ki, atəş yanarü həm axar ab. 

 

Pərtövi-hüsnü cəmalın aləmi rövşən qılır, 



Sən doğaldan can gögündə, ey qəmərrux, afitab. 

 



____________Milli Kitabxana____________ 

29 


 

  

Ol siyəhdil mənlərindən əqli-dildir münfəil,  



Şol pərişan sünbülündən cana irər iztirab. 

 

Şəhpəri-ərş-aşiyanın, yəni ğəmzən, ey sənəm  



Məkr ilə yıxdı cəhanı, [aləmi] qıldı xərab. 

 

Ey Həbibi, ol həbibin dərdi-eşqi-suzunu  



Canü könlün yoldaş eylə kim, budur xeyrül-məab 

 



 

Şu kafər çeşmi gördüm İstefadə,  

Ülumi andan etdim istifadə 

 

Ki, ana bənzər dəxi bir büt bulunmaz  



Xətavü Çinü Rumü İstivadə. 

 

Şu kəcbaz zülf aldı iki ruh müft,  



Dəxi sürməzdən ol xali piyadə. 

 

Sən, ey saqi, əlümə sun, səhər dur,  



Səbu - sağər, piyalə - cami-badə. 

 

Düz, ey mütrib, rübabü çəngini rast  



İraqü İsfahan ilə Nəvadə. 

  



____________Milli Kitabxana____________ 

30 


 

Gəl, ey sufi, iki kövnin səfasın  

Dilərsən, istə, bul cami-səfadə. 

 

Anın çün hörməti məlum olundu  



Kitabi-İsa, Musa, Mustafadə. 

 

Dolaşdı can səri-zülfünə yarın,  



O müşkil üqdəyi istər güşadə. 

 

Bu könlüm dərdini sordum təbibə,  



Ləbidir, der, dəva darüşşəfadə. 

 

Həbibi, gər dilərsən ömri-baqi,  



Özünü fani et darül-fənadə. 

 



 

Erdi qulağıma səhər çün hayü huyi-meykədə,  

Dər xastəm, kərdəm səfər ma niz suye meykədə

1



 

Rəftəm dər an meyxanəra, didəm bəsi divanəra,  

Hər dəm peyapey mikəşəd, əz xom səbuye meykədə

2



 

 

                                                            



1

 Qalxıb, biz də meyxanəyə səfər etdik. 

2

 Gedib o meyxanədə bir çox divanə gördüm, hər ləhzə meyxanənin küpündən dalbadal içirdilər. 




____________Milli Kitabxana____________ 

31 


 

Bir dəm təfərrüc eylədim, çün ol məqami-aliyi,  

Dərhal məst etmiş məni gördüm ki, buyi-meykədə. 

 

Piri-muğanın yüzünə tuş oldu ol dəm gözlərim,  



Dedim: nədir rahi-nicat, ey abi-ruyi-meykədə. 

 

Qıldı nəzər çün halimə, bir dolu sundu əlimə,  



Dedi təbəssüm edərək: künci-kədüyi meykədə. 

 

Ol cami çün nuş eylədim, bu əqli sərxoş eylədim,  



Görüb təəccüb eylədi cümlə əhli-kuyi-meykədə. 

 

Sən məntiqin dərsin mənə söyləmə, ey müfti, dəxi,  



Hər müşkili təhqiq edər, çün güftü guyi-meykədə. 

 

Şol Kəbəyi təzvir ilə, ey arizu edən kişi,  



Olmaq dilərsən can əmin, et arizuyi-meykədə. 

 

De Ruhi-Qüdsi bülbülə, taki edə hərdəm ğülğül,  



Xamuş etməkdir müdam, gördün ki, xuyi-meykədə. 

 

Etgil təharət, ey fəqih, qüsl eyləgil pakü lətif,  



Xoş bu rəvan sovidürür çünki abi-cuyi-meykədə. 

 



____________Milli Kitabxana____________ 

32 


 

Təblü ələm meyxanəyə çək, gəl səhər dur şahvar,  

Gördüm ki, çün eylər xuruş sümayi-nayi-meykədə. 

 

Məndən eşit doğru xəbər, edəm sənə söz müxtəsər,  



Sən, ey Həbibi, dur səhər, et cüstücuyi-meykədə. 

 



 

Bir dəm salınsa çün ol sərvi-rəvan çəməndə,  

Gözüm edər həzaran abi-rəvan çəməndə. 

 

Şövqinə gül yüzünün hər dəm həzar dastan  



Edüb bu bülbüli-can, eydür şu an çəməndə. 

 

Zülfin görəli sünbül, gülgün yüzünü lalə,  



Hər dəmdə eklədərlər sevdavü qan çəməndə. 

 

Buyi-saçundan erdi badi-bahara çün kim,  



Sərməstü dəngü heyran oldu dəvan çəməndə. 

 

Vehyi-rəmim olanlar yöhyil-izam olurlar,  



Sən bir nəfəs urarsan ol dəm rəvan çəməndə. 

 

Dövri-zaman içində görmədi bir bəşər heç  



Səncileyin pəri-rux, huri-cinan çəməndə. 

 

  




Yüklə 351,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə