Heccin vacib olmasi doc



Yüklə 377,46 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix30.10.2018
ölçüsü377,46 Kb.
#76153
1   2   3   4   5   6   7   8   9   10

 

 

 



15 

Ibni  Qudamə  demişdir:  "Elm  əhli,  bu  üç  həccdən  hər  hansına 

niyyət  etməyin  caiz  olmasına  ittifaq  ediblər".  Buna  dəlil 

Aişənin  t  aşağıdakı  sözüdür:  "Biz    Peyğəmbər  r  ilə  həccə 

çıxdıq.  Bəzilərimiz  ümrəyə,  digərləri  isə  ümrə  və  həccə,  bir 

başqaları isə yalnız həccə niyyət etmişdilər" (Buxari). 



 

Ehramda qadağan olan əməllər! 

1.  Səbəbsiz yerə  bədənin  hər  hansı  bir  hissəsindən tükü qoparmaq 

və ya saçı kəsmək. 

2.  Əl və ya ayaq dırnaqlarını səbəbsiz yerə tutmaq. 

3.  Kişilərin  qəsdən  başlarını  örtmələri.  Həmçinin  səhih  budur  ki, 

üzü də hər hansı bir örtük ilə örtmək olmaz. 

Qadınlar  niqab  (üz  örtüyü  –  tər.)  və  əlcək  geyinmirlər.  Çünki 

Peyğəmbər  (s.a.s)  bunları  yasaq  edib.  O,  buyurur:  "Ehramda  olan 

qadın  nə  niqab,  nə  də  əlcək  geyinir"  (Buxari).  Lakin  kişilərin 

arasından  keçdiyi  zaman  üzünü  örtə  bilər.  Çünki  qadın  səhabələr 

belə edərdilər. 

4.  Kişilərin  bilərəkdən  bütün  bədənləri  yaxud  bədənlərinin  bir 

hissəsi  üçün  tikilmiş  paltar  geyinmələri.  Tikilmiş  paltar 

deyəndə:  Bədən  üzvlərini  birini  digərindən  ayıran  paltar 

nəzərdə  tutulur.  Buna:  Köynək,  əmmamə,  şalvar,  əlcək,  corab, 

xuff və s. misal çəkmək olar. 

5.  Ehrama  girdikdən  sonra  bilərəkdən  paltara  və  bədənə  ətir 

vurmaq. 


6.  Ov ovlamaq. 

7.  Nigah  bağlamaq.  Evlənmək  yaxud  evləndirmək.  Ehramda  olan 

adam  özü  birbaşa  yaxud  vəkalət  yolu  ilə  nə  evlənə,  nə  də 

digərlərini  evləndirə  bilər.  Həmçinin  nişan  etmək  və 

nişanlamaq da olmaz (Müslim). 

8.  Ehramda  olarkən  cinsi  əlaqədə  olmaq.  Kim  birinci  təhəllüldən 

əvvəl  cinsi  əlaqədə  olarsa  onun  həcci  batil  sayılar"həcdə 

olarkən qadınla yaxınlıq.....etmək yaramaz" (əl-Bəqərə: 197). 

9.  Zövcə ilə oynaşmaq, onu öpmək və şəhvətlə baxmaq yasaqdır. 

*Həmçinin  haramda  (Məkkə  hüdudlarında  –  tər.)  olan  adama 

ov ovlamaq, ağac qırmaq və bitki qoparmaq yasaqdır. 

 



 

 

 



16 

Yasaqları edənin boynuna düşən kəffarə! 

1.  Saçını  və  dırnağını  kəsən,  başını  örtən  və  tikili  paltar  geyinən 

kişi,  əlcək  və  niqab  geyinən  qadın,  ətir  vuran  adam,  bütün 

bunlara  görə:  ya  bir  qoyun  kəsib  Məkkədə  yaşayan  kasıblara 

paylamalı,  yaxud  altı  nəfər  fağırın  hərəsinə  yarım  saa  (iki 

ovuc)  miqdarında  yedizdirməli,  yaxud  da  üç  gün  oruc 

tutmalıdır. Bu üç kəffarənin hansını istərsə onu seçə bilər. 

2.  Cinsi  əlaqədə  olmaq.  Kim  birinci  təhəllüldən  öncə  cinsi 

əlaqədə  olarsa  onun  həcci  batil  olar.  O,  bir  heyvan  kəsib 

Məkkənin  fağırlarına  paylamalıdır.  Gələn  il  isə  yenidən  həccini 

qəza  etməlidir.  Birinci  təhəllüldən  sonra  cinsi  əlaqədə  olan 

yalnız  bir  qoyun  kəsməli  və  Məkkə  fağırlarına  paylamalıdır. 

Burada  edilən  cinsi  əlaqəyə  qadının  da  razılığı  olubsa,  qadının 

da hökmü kişi ilə eyni olur. 

3.  Ov  ovlayanın  cəzası.  Əgər  ovun  müqabili  varsa  onda  ovlayan 

insan  üç  şeyi  seçə  bilər:  Ya  ovun  mislində  bir  heyvan  kəsib 

Məkkənin  fağırlarına  paylamalı,  yaxud  həmin  ovun  müqabili 

miqdarda  yemək  çıxarmalı  və  Məkkə  fağırlarının  hərəsinə 

yarım  saa  (iki  ovuc)  miqdarında  verməli,  yaxud  da  hər  fağırın 

yeməyi  müqabilində  oruc  tutmalıdır.  Əgər  ovun  müqabili 

yoxdursa  bu  zaman  onun  qiymətinə  uyğun  yemək  hesablayır 

və  Məkkə  fağırlarının    hərəsinə  iki  saa  (iki  ovuc)  miqdarında 

paylayır,  yaxud  da  hər  fağırı  yedizdirməyin  əvəzinə  bir  gün 

oruc tutur. 

4.  Qadının  öpülməsi,  onunla  oynaşılması  və  ya  şəhvət  ilə 

yanaşılması  məni  çıxıb  çıxmamasından  asılı  olmayaraq, 

ehramda  yasaq  olan  əməllərdəndir.  Belə  edən  adamın  həcci 

doğrudur.  Lakin  o,  Allaha  tövbə  etməli  və  bağışlanma 

diləməlidir.  Bəzi  təhqiqatçı  alimlər  deyiblər  ki,  bundan  əlavə 

bir  qoyun  kəsmək  və  Məkkə  fağırlarına  paylamaq,  yaxud  altı 

nəfər  fağıra,  hərəsinə  yarım  saa  (iki  ovuc)    miqdarında  yemək 

yedizidrmək,  yaxud  da  üç  gün  oruc  tutmaq  yaxşı  olardı.  Bunu 

etmək vacib deyil. Allah daha yaxşı biləndir. 

5.  Həcc  və  ya  ümrə  niyyəti  ilə  ehrama  girəndən  sonra  həccini 

davam  etməsi  qadağan  olunan  adam,  maneə:  xəstəlik,  yol 

qəzası,  üzərində  olan  mal-dövlətin  itməsi  və  s.  aradan 




 

 

 



17 

götürülənə  qədər,  bir  müddət  ehramda  gözləməlidir.  Maneə 

götürüldükdən  sonra  həccini  davam  etməlidir.  Belə  hallarda 

səbrli  olmalı  və  problemi  həll  etməyə  çalışmalıdır.  Əgər 

maneəni  götürə  bilməsə  olduğu  yerdə  qurbanını  kəsib  saçını 

qırxır  və  ya  azaldır.  Yalnız  bundan  sonra  təhəllül  etmiş  (yəni, 

ehramdan  çıxmış)  sayılır.  Bu  haqda  Allah  təalə  buyurur: 

"Allahdan ötrü  həcc və ümrə əməllərini tam yerinə yetirin, əgər 

arada  sizə  maneəçilik  olarsa,  (sizə) müyəssər olan bir qurbanlıq 

göndərin,  qurbanlıq  öz  yerinə  çatıncaya  qədər  başınızı 

qırxdırmayın"  (əl-Bəqərə:  196).  Həmçinin  Peyğəmbər  (s.a.s) 

buyurub:  "Kimin  ayağı  sınar,  topal  olar  və  xəstələnərsə  o 

təhəllül  edir  və  gələn  il  bunun  əvəzinə  həcc  edir"  (Müslim). 

Lakin  ehrama  girərkən  bu  duanı:  "Fə  in  həbəsəni  habisun 

fəməhilli  heysu  həbəstəni"  (Buxari  və  Müslim)  deyən  adam 

ehramdan  çıxır  və  qurban  kəsmir.  Belə  bir  natamam  həccin 

qəzasının  olub  olmaması  isə  ixtilaflı  məsələdir.  Lakin  daha 

doğru  rəyə  görə  bunu  qəza  etmək  lazım  deyil.  Yalnız  islamın 

əsaslarından olan həcci və ümrəni edən adam qəza etməlidir. 

 

Ehramda olana icazə verilən əməllər! 

1.  Ehramda  olan  və  olmayan  adam  zərərli  heyvanları  hər  vaxt 

öldürə  bilər.  Aişə  y  deyir:  Peyğəmbər  (s.a.s)  buyurub:  "Beş 

heyvan  vardır  və  onlar  zərərli  heyvanlardır.  Bu  heyvanlar 

ehramda  olarkən  və  ehramda  olmayarkən  öldürülür.  Bunlar: 

Çalağan,  əqrəb,  qarğa,  siçan  və  quduz  itdir"  (Buxari  və 

Müslim)  imam  Müslim  öz  rəvayətində  "...  və  ilan"  sözlərini 

əlavə edibdir (Müslim). 

2.  Geyinməyə  ehram  paltarı  tapa  bilməyən  adam  şalvar,  ayaqqabı 

tapa bilməyən  adam  isə  xüff  geyinə  bilər. Buxari  və  Müslim bu 

hədisi Ibn Abbasdan y rəvayət etmişdir . 

3.  Uzunluğu  topuqdan  aşağı  olan  xüfu  geyinmək  olar.  Çünki xüff 

bu halda ayaqqabıya bənzəyir. 

4.  Sərinləşmək  üçün  çimmək  olar.  Bu  zaman  saçlarını  ehtiyatla 

ovuşdura bilər. 



Yüklə 377,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə