Heccin vacib olmasi doc



Yüklə 377,46 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix30.10.2018
ölçüsü377,46 Kb.
#76153
1   2   3   4   5   6   7   8   9   10

 

 

 



7.  Ibn  Ömər  t  Peyğəmbərin  (s.a.s)    belə  buyurduğunu  rəvayət 

edir:  "Allah  yolunda  döyüşən,  həcc  və  ümrə  edən  Allahın 

qonaqlarıdır.  Onlar  Allahın  dəvətini  qəbul  ediblər.  Onlar  bunu 

Allahdan  istəyiblər  Allah  da  onlara  istədiklərini  verib"  (İbn 

Macə  və  İbn  Hibban  rəvayət  ediblər.  Albani  hədisin  etibarlı 

olduğunu bildirib). 

8.  Aişə  t  deyir  ki,  Peyğəmbər  (s.a.s)  buyurub:  "Ərəfa  günündən 

başqa,  Allahın  bəndələrinin  çoxusunu  cəhənnəmdən  qurtardığı 

bir  gün  yoxdur.  O  gün  Allah  insanlara  daha  yaxın  olaraq 

mələklərə buyurar: Bunlar nə istəyirlər?!" (Müslim). 

9.  "Ən  xeyirli  dua  Ərəfa  günü  edilən  duadır..."  (Tirmizi  və  Malik 

rəvayət ediblər. Albani hədisin etibarlı olduğunu bildirib). 

10.  Peyğəmbər  (s.a.s)  buyurub:  "...Ramazan  ayında  ümrə  edən 

şəxs, mənimlə həcc etmiş sayılar" (Buxari və Müslim). 

11. Peyğəmbər  (s.a.s)  buyurub:  "Məscidul-Həramda  qılınan 

namaz,  digər  məscidlərdə  qılınan  namazdan  yüz  min  dəfə 

üstündür"  (Əhməd  rəvayət  edib  və  Albani  hədisin  etibarlı 

olduğunu bildirib). 

 

Səfərin, ümrənin və həccin ədəb qaydaları! 

Həcc  və  ümrəsinin  qəbul  olunmasını  istəyən  adam  bir  sıra 

ədəb  qaydalarını  öyrənməli  və  onlara  əməl  etməlidir.  Onlardan 

bəziləri  vacib,  digərləri  isə  müstəhəbdir.  Indi  isə  bu  ədəb 

qaydalarının bəzilərini sizə xatırladıram: 

1.  Allaha  istixarə  edərək  Ondan  münasib  vaxtı,  miniyi,  dostu  və 

gedəcəyi  yolu  istəməlidir.  Həccin  özlüyündə  xeyirli  ibadət 

olmasına  görə  onu  istixarədə  demək  lazım  deyil.  Istixarənin 

edilmə  qaydası  isə  iki  rükət  namaz  qılmaq  və  namazda  varid 

olan  duanı  etməkdir.  Istixarə  duasını  "Allahummə  inni 



əstəxirukə  bi-ilmikə  və əstəqdirukə biqudrətikə və əsəlukə min 

fadlikəl-azim  fəinnəkə  təqdiru  valə  aqdiru  və  tələmu  va  lə 

aləmu və əntə alləmul ğuyub. Allahummə in kuntə tələmu ənnə 

həzəl əmrə -burada istədiyini deyir- xeyrun li fi dini və məaşi 

və  aqibəti  əmri  acilihi  və  əcilihi  faqdurhu  li  və  yəssirhu  li 

summə barik li fihi və in kuntə tələmu ənnə həzəl əmrə şərrun li 

fi  dini  və  məaşi  və  aqibəti əmri  acilihi və əcilihi  fəsrifhu  anni 


 

 

 





vəsrifni  anhu  vəqdur  liyəl-xeyra  heysu  kənə  summə  ərdini 

bihi". 

2.  Həcc  və  ümrə  etmək  istəyən  adam,  bu  əməlini  sırf  Allaha 

məxsus  etməli  və  Allaha  daha  yaxın  olmağı  qəsd  etməlidir. 

Həcc  və  ümrə  edən  insanın  niyyəti:  dünya,  fəxr,  titul,  ləqəb, 

riya  və  ya  təkəbbürlük  qazanmaq  olmamalıdır.  Bu  cür  niyyətli 

olmaq  əməli  batil  edər  və  Allah  yanında  qəbul  edilməz.  Allah 

təalə  buyurur:  "De  ki:  Mənim  namazım  da,  ibadətim  də, 

həyatım  və  ölümüm  də  aləmlərin  Rəbbi  Allah  üçündür!  Onun 

heç  bir  şəriki  yoxdur.  Mənə  belə  buyurulmuşdur  və  mən  ilk 

müsəlmanam!"  (əl-Ənam:  162-163).  Həmçinin  Allah  təalə 

buyurur:  "Kim  Rəbbi  ilə  qarşılaşacağına  ümid  bəsləyirsə,  yaxşı 

iş  görsün  və  Rəbbinə  etdiyi  ibadətdə  heç  kəsi  şərik  qoşmasın" 

(Kəhf:  110).  Müsəlman  məhz  belə  olmalıdır.  O,  yalnız  Allahın 

razılığını  və  axirəti  qazanmağı  istəməlidir.  Bu  haqda  Allah 

təalə  buyurur:  "Hək  kəs  fani  dünyanı  istəsə,  dilədiyimiz  şəxsə 

orada  istədiyimiz  neməti  tezliklə  verərik.  Sonra  isə  ona 

cəhənnəmi  məskan  edərik.  O,  cəhənnəmə  qınanmış  və 

qovulmuş bir vəziyyətdə daxil olar" (əl-Isra: 18). 

Bir  Qüdsi  hədisdə  Allah təalə buyurur: "Mən şərik qoşulanların 

arasında  şırkdən  ən  uzaq  olanıyam.  Kim  bir  əməlində  başqasını 

Mənə  ortaq tutarsa  Mən  onu  və  onun  şirk  əməlini  qəbul  etmərəm" 

(Müslim).  Peyğəmbər  (s.a.s)  öz  ümməti  üçün  kiçik  şirkdən 

qorxaraq  belə  buyurardı:  "Mən  sizin  üçün  ən  çox  kiçik  şirkdən 

qorxuram". Əshabələr:  bəs  o  kiçik  şirk nədir? - deyə soruşduqda o 

buyurdu:  "Riya"  (Əhməd  rəvayət  edib  və  Albani  hədisin  etibarlı 

olduğunu bildirib). 

3.  Həcc  və  ümrə  edən  adam  bu  iki  ibadət  haqqında  ətraflı 

məlumata  malik  olmalıdır.  Həmçinin  səfərə  çıxmadan  öncə, 

səfərdə  namazın  qısaldılması,  cəm  edilməsi,  təyəmmümün, 

ayağa  məsh  etməyin  və  s.  bu  kimi  ehtiyac  duyulacaq  əməllərin 

hökmlərini də bilməlidir. 

4.  Həcc  və  ya  ümrə  etməsindən  asılı  olmayaraq,  bütün  günah  və 

asiliklərdən  tövbə  etmək.  Həqiqi  tövbə,  bütün  günahları  tərk 

etmək,  keçmişdə  etdiyi  günahlara  görə  peşmançılıq  çəkmək  və 

bir  daha  belə  günahlara  qayıtmamaqla  olur.  Həmçinin  haqqını 



 

 

 



tapdaladığı  kimsələrin  haqlarını  qaytarmalı  və  onlardan 

halallıq  almalıdır.  Bunu,  Qiyamət  günü  etdiyi  yaxşı  əməlləri 

götürüb,  haqqı  tapdalanan  adama  verilməməsi  üçün  etməlidir. 

Yaxşı  əməli  olmayan  adamın  aqibəti,  haqqını  tapdaladığı 

adamın günahlarının ona yüklənməsi ilə nəticələnəcəkdir. 

5.  Həcc  və  ümrə  edən  şəxs,  bu  ibadətləri  halal  yolla  qazandığı 

malı  ilə  yerinə  yetirməlidir.  Allah  pakdır  və  yalnız  pak  olan 

işləri  qəbul  edər.  Çünki  "haram  mal,  ibadətin  qəbul 

olmamasına  səbəbdir"  (Müslim).  "Allaha  asiliklə  yetişən 

(qidalanan)  ətin  aqibəti  cəhənnəmə  daha  layiqdir"  (Albani 

hədisin etibarlı olduğunu bildirib). 

6.  Həccə  və  ümrəyə  gedənin  vəsiyyətini  yazması  müstəhəbdir.  O, 

alacağı və verəcəyini bu vəsiyyətdə bildirməlidir. 

7.  Həccə  gedənin  öz  ailəsinə  Allahdan  qorxmağı  nəsihət  etməsi 

müstəhəbdir. 

8.  Yola  çıxarkən  saleh  dost  seçmək  müstəhəbdir.  Onun  şəriəti 

bilən  tələbələrdən  olması  bəyənilir.  Çünki,  bu  onun  həccinin  və 

ümrəsinin daha düzgün olmasına bir səbəbdir. 

9.  Öz  ailəsi,  qonşuları,  elm  əhli  və  dostları  ilə  vidalaşmaq 

müstəhəbdir. 

10. Dördüncü  günün  əvvəlində  səfərə  çıxmaq  müstəhəbdir.  Çünki 

Peyğəmbər (s.a.s) belə edərdi. 

11. Evdən  çıxarkən  "Mənzildən  çıxarkən  oxunan"  duanı  oxumaq 

da  müstəhəbdir.  "Bismilləh,  təvəkkəltu  aləl-lah,  və  lə  havlə  və 

lə  quvvətə  illə  billəh  (Əbu  Davud  və  Tirmizi).  Allahummə  inni 

auzu  bikə  ən  ədillə  əv  udəllə,  əv  əzillə  əv  uzəllə,  əv  əzlimə  əv 

uzləmə,  əv  əchələ  əv  yuchələ  aləyyə"  (Əbu  Davud,  Tirmizi, 

Nəsai və İbn Macə). 

12. Həmçinin  maşına,  təyyarəyə  və  başqa  miniklərə  minərkən 

səfər  duasını  oxumaq  müstəhəbdir.  "Allahu  əkbər,  Allahu 

əkbər,  Allahu  əkbər,  Subhənəlləzi  səxxara  lənə  həzə  və  mə 

kunnə  ləhu  muqrinin  va  innə  ilə  rabbinə  ləmunqalibun. 

Allahummə innə  nəsəlukə  fi  səfərinə həzə əl-birra vət-təqva  və 

minəl  əməli  mə  tərda,  Allahummə  havvin  aleynə  səfərənə  həzə 

vətvi  annə  budəhu,  Allahummə  əntəs-sahibu  fis-səfər  vəl 




Yüklə 377,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə