Heccin vacib olmasi doc



Yüklə 377,46 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix30.10.2018
ölçüsü377,46 Kb.
#76153
1   2   3   4   5   6   7   8   9   10

 

 

 



xəlifətu  fil  əhl,  Allahummə  inni  əuzu  bikə  min  vəsais-səfər  və 

kəabətil mənzər və suul munqaləb, filməli vəl-əhl". (Müslim). 

13. Həmçinin  müsafir  yola  çıxarkən  təkbaşına  səfərə  çıxmamalıdır. 

Çünki Peyğəmbər (s.a.s) bunu qadağan edib (Buxari). 

14. Müsafirlər  sözlərinin  yekdil  olması  üçün  öz  aralarından  bir 

nəfəri  başçı təyin edirlər. Peyğəmbər (s.a.s) buyurub: "Üç nəfər 

səfərə  çıxdıqda  aralarından  bir  nəfəri  başçı  seçsinlər"  (Əbu 

Davud rəvayət edib. Albani hədisin etibarlı olduğunu bildirib). 

15. Istirahət  üçün  dayandıqda  həmin  yerin  şərindən  Peyğəmbərin 

(s.a.s)  etdiyi  aşağdakı  dua  ilə  Allaha  sığınmaq  lazımdır:  "Əuzu 

bikəlimətilləhit-təmməti  min  şərri  mə  xaləq".  Bu  duanı  deyən 

adama  qaldığı  yerdə  oradan  gedənə  qədər  heç  bir  zərər 

toxunmaz (Müslim). 

16. Səfərdə  olarkən  çoxlu  dua  etmək  müstəhəbdir.  Çünki  səfərdə 

olarkən duaların qəbul olma ehtimalı daha çoxdur (Əbu Davud, 

Tirmizi  və  İbn  Macə  rəvayət  ediblər.  Albani  hədisin  etibarlı 

olduğunu bildirib). 

17. Səfərdə  olarkən  bacardığı  qədər  yaxşı  işləri  əmr  etməli,  pis 

işlərdən  isə  çəkindirməli  və  eyni  zamanda  mülayimlik  və 

hikmət kimi davranış qaydalarına riayət etməlidir. 

18. Bütün  günahlardan  çəkinməlidir.  Heç  kəsə  nə  dili,  nə  də  əli  ilə 

əziyyət  verməməlidir.  Həmçinin  izdihama  səbəb  olacaq 

əməllərə  yol  verməyərək  insanlara  narahatçılıq  törətməməlidir. 

Qeybət  və  söz  gəzdirməkdən  çəkinməlidir.  Dostları  ilə 

mübahisələrə  yol  verməməlidir.  Allah  təalə  buyurur:  "Həccin 

vaxtı  məlum  olan  aylardır.  Həmin  aylarda  həcc  ziyarəti  vacib 

olan  şəxsə  həcdə  olarkən  qadınla  yaxınlıq,  söyüş  söyüb  pis 

sözlər  danışmaq  dava-dalaş  etmək  yaramaz"  (əl-Bəqərə:  197:) 

Məkkə  və   onun  ətrafında  edilən günahlar digər yerlərdə edilən 

günahlardan  fərqli  olaraq  daha  böyükdür.  Allah  təalə  buyurur: 

"(Məscidül  həramda)  zülmə,  haqsızlığa  meyl  etmək  istəyənlərə 

də şiddətli əzabdan daddıracağıq!"  (əl-Həcc: 25). 

19. Bütün  vacibləri  yerinə  yetirməyə  çalışmaq.  Bunların  ən 

əzəmətlisi  namazdır.  Namazı  vaxtında  camaat  ilə  qılmağa 

çalışmaq  lazımdır.  Həmçinin  başqa  ibadətləri  məsələn,  Quran 

oxumaq,  zikr  və  dua  etmək,  insanlarla  davranışda  səmimi  və 



 

 

 



10 

mülayim  olmaq,  çətinliklər  zamanı  onlara  kömək  etmək  və  s. 

bu kimi əməlləri də etməlidir. 

20. Insanlarla gözəl əxlaqla davranmaq. 

21. Zəiflərə və acizlərə: canı, malı və s. ilə kömək etmək. 

22. Səfərdən  geri  dönməyə  tələsməlidir.  Onun  səbəbsiz  gecikməsi 

bəyənilmir.  Peyğəmbər  (s.a.s)  buyurub:  "Səfər  əzabın  bir 

parçasıdır.  Sizlərdən  biriniz  səfərdə  olarkən  yeməyindən, 

içməyindən  və  yuxusundan  məhrum  olur.  Elə  isə  səfər  işini 

yekunlaşdırdıqdan  sonra  öz  ailənizin  yanına  qayıtmağa 

tələsin!" (Buxari və Müslim). 

23. Səfərdən  qayıdarkən  bu  duanı  oxumaq  lazımdır.  "Lə  iləhə 

illəllah  vəhdəhu  lə  şərikə  ləhu,  ləhul  mulku  və  ləhul  həmdu  və 

huvə  alə  kulli  şeyin  qadir.  Ayibunə,  təibunə, abidunə, səcidunə, 

lirabbinə  hamidunə,  sədəqəllahu  vədəhu,  və  nəsərə  abdəhu,  və 

həzəmə əl-əhzabə vəhdəhu" (Buxari, Müslim). 

24. Ailəsinin  yanına  gecə  vaxtı  gəlməməlidir.  Çünki,  Peyğəmbər 

(s.a.s)  bunu  qadağan  etmişdir.  Yalnız  öncədən  xəbər  verərsə 

gələ bilər. 

25. Səfərdən  qayıdan  adamın  ona  yaxın  olan  məsciddə  iki  rükət 

namaz qılması müstəhəbdir (Buxari və Müslim). 

26. Səfərdən  qayıdan  adam  öz  ailəsi,  uşaqları,  onu  qarşılayan 

qonşuları və yaxınları ilə xoş davranmalıdır. 

27. Həmçinin  hədiyyə  vermək  müstəhəbdir.  Çünki  hədiyyə  vermək 

insanlar  arasında  düşmənçiliyə  son  qoyur  və  onları  daha  da 

mehriban  edir.  Səbəbsiz  yerə  hədiyyəni  rədd  etmək  bəyənilmir. 

Peyğəmbər  (s.a.s)  buyurub:  "Hədiyyə  edin,  sevilin"  (Hədis 

həsəndir). 

28. Səfərdən  qayıdan  adam  onu  qarşılayanlarla  qucaqlaşıb  görüşə 

bilər.  Bu,  Peyğəmbərin  (s.a.s)  əshabının  y  riayət  etdikləri 

əməldir.  Onlar  səfərdən  qayıdarkən  qucaqlaşıb  görüşərdilər. 

Bu  haqda  Ənəs t deyir: "Onlar üz-üzə gəldikdə əl ilə görüşər, 

səfərdən  qayıtdıqda  isə  qucaqlaşardılar"  (Təbərani  rəvayət 

etmişdir. Heysəmi onun isnadının səhih olduğunu bildirib). 

29. Səfərdən  qayıtdıqdan  sonra  dostları  yığıb  ziyafət  vermək 

müstəhəbdir. Bunu Peyğəmbər (s.a.s) belə edərdi. 

 



 

 

 



11 

Həcc və ümrənin başlama miqatları (məntəqələri)! 

Həcc və ümrə miqatları iki yerə bölünür: 

1.  Zaman  miqatları.  Həccin  zaman  miqatı  Şəvval  ayının 

əvvəlindən  Zilhiccə  ayının  onuna  qədər  olan  müddətdir.  Allah 

təalə  buyurur:  "Həccin  vaxtı  məlum  olan  aylardır.  Həmin 

aylarda  həcc  ziyarəti  vacib  olan  şəxsə  həcdə  olarkən  qadınla 

yaxınlıq,  söyüş  söyüb  pis  sözlər  danışmaq  dava-dalaş  etmək 

yaramaz"  (əl-Bəqərə:  197).  Lakin  ümrənin  zaman  miqatına 

məhdudiyyət yoxdur və o istənilən vaxt icra edilə bilər. 

2.  Məkan  miqatları:  Bu  miqatlar  Peyğəmbərin  (s.a.s)  qeyd  etdiyi 

kimi  beşdir.  Ibn  Abbas  t 

rəvayət 


edərək 

deyir: 


Peyğəmbər 

(s.a.s) 


mədinəlilər 

üçün 


Zül-

Hüleyfəni,  Şam  əhli  üçün 

Cühfəni,  Nəcd  əhli  üçün 

Qərənəl  Mənəzili,  Yəmən 

əhli  üçün  Yələmləmi  miqat 

təyin  etmişdir.  Adı  keçən 

miqatlar 

bu 


yerlərdə 

yaşayanlar,  həmçinin  oradan 

həcc  və  ümrə  niyyəti  ilə 

keçənlər  üçündür.  Həmin 

ərazilərdən  sonra  (Məkkəyə 

daha 


yaxın 

– 

tər.) 



yaşayanların 

miqatı 


evlərindəndir. 

Həmçinin 

Məkkə  əhlinin  miqatı  da 

Məkkədəndir"  (Buxari  və 

Müslim).  Aişə  t  deyir:  Peyğəmbər  (s.a.s) Iraq  əhli  üçün Zətə-

irqi miqat seçmişdi (Albani hədisin etibarlı olduğunu bildirib). 

Bu  yerlərdən,  quru,  hava  və  dəniz  yolu  olmasından  asılı 

olmayaraq,  həcc  və  ya  ümrə  niyyəti  ilə  keçən  hər  kəsə  həmin 

miqatlardan  ehrama  girmək  vacibdir.  Ehrama  girməmiş  bu 

miqatları  keçmək  haram  sayılır.  Təyyarə  ilə  Ciddə  şəhərinə  yola 

düşənlər  təyyarəyə  minmədən  öncə  qüsl  almalıdırlar.  Miqata 



Yüklə 377,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə