“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə5/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   2   3   4   5   6   7   8   9   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
İxtisarlar 
 
AB 
Avropa Birliyi 
AMSI 
Amerika Milli Standartlar İnstitutu 
AN 
Avropa Normaları 
AWWA  
American Water Works Association - Amerika Su İşləri Assosiasiyasi Standartları 
ASTM 
Materialların Sınağı üzrə Amerika Standartları  
AQS 
Avropa Qonşuluq Siyasəti 
AŞ 
Avropa Şurası  
ABŞ EMA 
Amerika Birləşmiş Ştatları Ekoloji Mühafizə Agentliyi 
BBAH 
Buraxila Bilən Axinti Həddi 
BDÖZ 
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu 
BMT 
Birləşmiş Millətlər Təşkilatı 
BS 
Britaniya Standartları 
ÇSTQ 
Çirkab Su Təmizləmə Qurğusu 
dB(A) 
Desibel-səs səviyyəsi – “A” şkalalı səs səviyyəsi filtrindən istifadə etməklə ölçülür 
DST 
Dünya Səhiyyə Təşkilatı 
DEE 
Dövlət Ekoloji Ekspertizası 
DSK 
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 
EM 
Ekoloji Meneceri 
EİQ 
Ekoloji İdarəetmə Qrupu  
ETSN 
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 
ƏMTQ 
Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi  
ƏMİP 
Ətraf Mühiti İdarəetmə Planı 
FHN 
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 
FMV 
Fərdi Mühafizə Vasitələri  
IUCN 
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi  
ISO 
Beynəlxalq Standartlar Təşkilatı 
İFC 
Beynəlxalq Maliyyə Korporasiyası 
İMSTKL 
İkinci Milli Su Təchizatı və Kanalizasiya Layihəsi 
KTN 
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi 
QHT 
Qeyri-Hökumət Təşkilatları  
QOST 
Dövlət Sahə Standartlari 
QKH 
Qazın Kompleks Hazırlanması 
MLSS 
Aktiv Lil və Çirkab Su Qarışığında Asılı Bərk Hissəciklər 
MİP 
Materialları İdarəetmə Planı 
OKT 
Oksigenə Kimyəvi Tələbat 
OBT 
Oksigenə Bioloji Tələbat 
RİH 
Rayon İcra Hakimiyyəti 
 
EKOLOGİYA İDARƏSİ 



 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
SOCAR 
State  Oil  Company  of  Azerbaijan  Republic  (Azərbaycan  Respublikası  Dövlət  Neft 
Şirkəti) 
SN 
Səhiyyə Nazirliyi 
SIPE 
Qurğu və Avadanlıqların Təchizatı və Quraşdırılması 
STQ 
Su Təmizləmə Qurğusu 
SNIP 
Tikinti Normaları və Qaydaları 
TTTS 
Təhlükəsiz Təsirin Təxmini Səviyyəsi 
TƏS 
Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi  
TP 
Təhlükəsizlik Planı 
TİP 
Tullantıların İdarəetmə Planı 
ÜDM 
Ümumi Daxili Məhsul 
YQSS 
Yeraltı Qaz Saxlama Stansiyası 
YVQH 
Yol Verilən Qatılıq Həddi  
 
 
 
EKOLOGİYA İDARƏSİ 



 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Anlayışlar: 
 
 
 
Alternativlər  
Bunlar plan və  ya təklifin  məqsədlərinə nail  olmağın  müxtəlif  yollarıdır. 
Alternativlərə variantlar da deyilir. 
Quru İqlim 
İllik yağıntının 254 mm-dən az olması ilə xarakterizə olunan iqlim növü. 
Yayınmaq 
Təsirlərin ilk növbədə baş verməsinin qarşısı alınmasına yönələn tədbirlər. 
Ətraf  Mühitin  İlkin 
Vəziyyəti 
Hər  hansı  gələcək  dəyişiklikləri  müqayisə  etmək  üçün  ətraf  mühitin 
müəyyən və təsvir olunmuş vəziyyəti. 
Təzminat 
Təbii  yaşayış  məskənlərinin  və/və  ya  növlərinin  tam  itirilməməsi 
məqsədilə  qalıq  təsirlərin  təbii  yaşayış  məskənlərinə  və/və  ya  onun 
növlərinə  olan  təsirlərini  kompensasiya  etmək  üçün  təbii  yaşayış 
məskəninin  genişləndirilməsi,  bərpası  və  ya  yaradılması  üçün  görülən 
tədbirlər.  Bu  kimi  tədbirlər  adətən  ərazidən  uzaq  olmaqla  yanaşı,  eyni 
zamanda əraziyə mümkün qədər də yaxın olur. 
Mədəni İrs 
Mədəni əhəmiyyəti olan hər hansı yer və ya obyekt, o cümlədən tikililər, 
strukturlar,  məzarlar,  landşaftlar,  geoloji,  arxeoloji  və  paleontoloji 
ərazilər. 
Kumulyativ Təsirlər 
Layihə, plan, proqram və ya siyasətin digər keçmiş, hazırkı və ya yaxın 
gələcəkdə  nəzərdə  tutulan  planlar  və  tədbirlərlə  birgə  törətdiyi 
dəyişikliklərdən  yaranan  təsirlər.  Kumulyativ  təsirlərin  nəzərə  alınması 
təsirlərlə bağlı geniş və ətraflı məlumatlara ehtiyac olduğunu vurğulayır. 
Tullantı Su 
Çirkab  suların  təmizlənməsi  qurğusundan,  kanalizasiya  və  ya  sənaye 
xəttindən çıxan təmizlənmiş və ya təmizlənməmiş maye, məsələn, çirkab 
su. 
Ətraf Mühit 
İnsanların mövcud olduğu və aşağıdakılardan ibarət olan ətraf aləm: 
a.  Torpaq, su və Yerin atmosferi. 
b.  Mikroorqanizmlər, bitki və heyvanat aləmi. 
c.  a  və  b  bəndlərində  göstərilənlərin  hər  hansı  bir  hissəsi  və  ya 
onların kombinasiyası, onlar arasındakı qarşılıqlı münasibətlər. 
d.  Yuxarıda göstərilənlərin insan sağlamlığına və rifahına təsir edə 
biləcək  fiziki,  kimyəvi,  estetik  və  mədəni  xüsusiyyətləri  və 
şəraitləri. 
Ekoloji 
Qiymətləndirmə 
Əhəmiyyətli ekoloji təsirləri qiymətləndirməklə ekoloji məsələlərin qərar 
qəbul etmə prosesinə inteqrasiyasını ifadə edən ümumi anlayış. 
Ekoloji Təsirlər 
Arzu olunan və ya arzu olunmayan fəaliyyətin ekoloji aspektindən yaranan 
ətraf mühitdə baş verən dəyişiklik. Təsir fəaliyyətin birbaşa və ya dolayı 
nəticəsi ola bilər. 
Ətraf Mühitə 
Təsirlərin 
Qiymətləndirilməsi 
(ƏMTQ) 
Layihə,  plan,  proqram  və  ya  siyasətin  keçmiş,  hazırkı  və  ya  yaxın 
gələcəkdə  nəzərdə  tutulan  planlar  və  tədbirlərlə  birgə  törətdiyi 
dəyişikliklərdən  yaranan  təsirlər.  Layihələrə  tətbiq  olunan  ekoloji 
qiymətləndirmə. 
Ətraf Mühiti 
İdarəetmə Planı 
(ƏMİP): 
Layihənin fəaliyyəti dövründə müsbət təsirlərin genişləndirilməsi və/və ya 
mənfi ekoloji təsirlərin məhdudlaşdırılması və ya qarşısının alınması üzrə 
tövsiyələrin  həyata  keçirilməsini  təmin  etmək  üçün  hazırlanmış  ətraflı 
tədbirlər planı. 
Ümumi 
Ümumi  anlayış  əhəmiyyətli  ekoloji  təsirləri  qiymətləndirməklə  yanaşı 
ekoloji məsələlərin qərar qəbul etmə prosesinə inteqrasiyasını təsvir edən 
 
EKOLOGİYA İDARƏSİ 



Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə