“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə14/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Bunun üçün minerallardan təmizlənmiş su çıxan qazın 160ºC-yə qədər soyudulması üçün onun üzərinə 
çilənir və bu temperatur separatordan kənarda ölçülür. 
Müvafiq  çiləyici  tənzimləyici  təzyiq  klapanının  qarşısında  quraşdırılıb.  Çıxan  qazın  soyudulması 
separatordan  kənarda  quraşdırılan  temperatur  tənzimləyicisinin  köməyi  ilə  nizamlanır.  Temperatur 
tənzimləyici çilənən suyun sərfi nizamlayıcısını idarə edir. 
Çıxan qazın soyudulması çilənən suyun buxarlanması nəticəsində baş verir, bu zaman karbohidrogenlərin 
bir hissəsi soyuma effekti nəticəsində kondensləşir. Soyudulmuş qaz sonra separatora verilir. 
Toplanmış qara solyar fasiləli rejimlərlə (stop stopor iş rejimi, iki keçid nöqtəsi ilə tənzimlənən – separatorda 
aşağı  səviyyə  və  yuxarı  səviyyə)  maksimal  160ºC-də  qara  solyar  nasosunun  köməyi  ilə  boşaldılır  və 
qurğunun sərhədinə verilir. 
Maye faza ayrıldıqdan sonra çıxan qaz tullantı komponentlərin yandırılması üçün inseneratora verilir. 
 
3.5.3  Qaz yanacağı separatoru 
İstənilən  mayenin  yanacaq/təbii  qaz  xəttindən  yığılması  üçün  insenerator  və  qaynar  yağ  qızdırıcısının 
qarşısında qaz yanacağı separatoru quraşdırılıb. Qaz yanacağı separatorunun aşağı hissəsində toplanmış 
maye operator tərəfindən müntəzəm olaraq boşaltma sisteminə yönləndirilir. 
 
3.5.4  İnsenerator 
Separatordan  daxil  olan  çıxış  qazı  fasiləsiz  olaraq  inseneratora  verilir,  burada,  qalıq  yüngül 
karbohidrogenlərin, H
2
S, R-SH və CO-nun 850ºC-dən aşağı olmayan temperaturda yandırılması və CO
2

SO
2
, H
2
O-ya çevrilməsi baş verir. 
Alovun inseneratordan çıxış/ventilyasiya qazı xətlərinə sıçramasının qarşısını almaq üçün hər bir xətdə əks 
alov qapadıcıları quraşdırılır. Əks alov qapadıcısından tələb olunan minimal qaz axınını təmin etmək üçün 
və çıxış/ventilyasiya qazının sərfinin mövcud olmaması halında minimal surəti təmin etmək üçün fasiləsiz 
olaraq tələb olunan həcmdə aşağı təzyiqli buxar verilir. 
Əlavə  olaraq  saxlama  çənlərindən  (xammalın  və  məhsulun  saxlanması  çənlərindən)  və  doldurma 
stansiyasından ventilyasiya qazları inseneratora daxil olur. 
Separatordan daxil olan çıxış qazının istilik yaratma qabiliyyəti nisbətən çox olduğuna görə, təbii/yanacaq 
qazı ilə işləyən yandırıcı azaldılmış gücdə işləyir. İnseneratordan əvvəldə yanacaq təbii/yanacaq qazından 
mayeni ayırmaq üçün qaz yanacağı separatoru quraşdırılıb. 
Yandırma kamerasında temperatur 
Yandırma kamerasında temperatur tənzimləyicisi vasitəsilə nizamlanır və təbii/yanacaq qazını tənzimləyən 
klapanı işə salır. Təbii/yanacaq qazı yandırılmada havanın stexiometrik artıqlığı şəraitində yandırılır, hansı 
ki, hava ventilyatoru vasitəsilə yandırılma/soyutmaya verilir və sərfin nizamlanması ilə inseneratora verilir. 
Havanın ikinci hissəsi çıxış qazının yandırılması üçün yanma havası kimi yandırılma kamerasına və/və ya 
artıq enerji halında yanma temperaturunu tənzimləmək üçün soyuducu hava kimi verilir. 
Oksigenin miqdarı avtomatik tənzimlənir, bununla da yanma kamerasından çıxan tüstü qazında oksigenin 
tələb olunan minimal miqdarı təmin olunur. Bituroks prosesindən çıxan qazın böyük istilik yaratması ilə 
əlaqədar olaraq yandırıcının minimal gücü ilə işləməsi halında, bu hava soyuducu hava funksiyasını yerinə 
yetirir. Bu halda hava tənzimləyici klapan ikinci yanma kamerasının temperatur tənzimləyicisi ilə nizamlanır 
və oksigenin miqdarı tələb olunan həcmdən yüksəkdir. 
Çıxan qazın daha az yüklənməsi və tələb olunan yanma temperaturuna çatmaq üçün yandırıcının artırılmış 
gücü ilə işləməsi halında, hava klapanı oksigen tənzimləyicinin köməyi ilə nizamlanır. 
 
3.6  Qaynar yağ sistemi 
Qurğuda istifadə olunan qaynar yağ, yağ qızdırıcıda 250ºC-ə qədər qızdırılır və aşağıdakı məqsədlər üçün 
istifadə olunur: 

  Xammal qızdırıcıda; 

  Xammal və məhsulun saxlanması çənlərində ilanvari qızdırıcılarda; 
 
EKOLOGİYA İDARƏSİ 
29 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 

  Nasosların qızdırılmasınada (vakuum qalığı və məhsul); 

  Doldurma stenderlərinin qızdırılmasınada ; 

  Xammal və məhsul xətlərinin peyk qızdırılmasında. 
Odluğun işi üçün təbii/yanacaq qazı istifadə olunur. Qaynar yağ qızdırıcı kritik aşağı sərf və həddən artıq 
qızmadan bloklaşdırıcılarla qorunur. Hal-hazırda odluğun idarəetmə məntiqi dəqiqləşdirilir. 
Tüstü qazı odluqdan 280ºC maksimal işçi temperaturla tüstü borusundan atmosferə atılır.  
Qaynar  yağın  sirkulyasiyası  qaynar  yağ  sirkulyasiya  nasosunun  köməyi  ilə  9,2  bar  çıxış  təzyiqlə  və 
100m
3
/saat layihə məhsuldarlığı ilə, qaynar yağ qayıdış temperaturunun 210ºC-250ºC-yə çatdırılması üçün 
qaynar yağ qızdırıcıya verilir. Bundan sonra o qaynar yağ paylayıcı sistemə verilir. Bu sistem uç qaynar 
yağ dövründən ibarətdir və aşağıdakı kimi quraşdırılıb: 

  Bituroks
®
 blokunda (minimal sərf xətti ilə qaynar yağın əsas dövranı – tənzimləyici sərf klapanı 
yalnız minimal sərfin qaynar yağ qızdırıcısında tələb olunan sərfdən aşağı olduğu halda açılır); 

  Xammal və məhsul çənlər parkında (əsas dövrana qoşulmaqla); 

  Məhsulun doldurulması stansiyasında (əsas dövrana qoşulmaqla). 
Sorucu  tərəf, sistemdə həcmin dəyişməsini kompensasiya etmək və qaz fazasını kənarlaşdırmaq üçün 
genişlənmə/qazsızlaşdırma xəttinin köməyi ilə qaynar yağ genişlənməsi tutumu ilə birləşdirilib. Qaynar yağ 
səviyyəsi genişlənmə tutumunda daşma qol borunun vasitəsilə məhdudlaşdırılır. Qol boru qaynar yağın 
toplanması üçün quraşdırılmış qaynar yağ çəni ilə birləşdirilib. Qaynar yağ kollektorları əgər lazım olarsa 
sistemin ayrı-ayrı bölmələrindən qaynar  yağın toplanması/boşaldılmasını təmin etmək üçün qaynar  yağ 
çəni ilə birləşdirilib. Qaynar yağ çəninin boşaldılması üçün, qaynar yağ nasosu qaynar yağın geri, qaynar 
yağ sisteminə və ya çəlləklərə, avtosisternlərə vurulmasını təmin etmək məqsədilə, şlanq birləşdirilməsi 
üçün qol boru ilə təchiz edilib. 
Genişləndirici tutum kritik çox aşağı səviyyədən bloklaşdırıcılarla qorunur, eləcə də, qaynar yağ çəni kritik 
çox yüksək səviyyədən tutumun yerləşdiyi yerdə akustik siqnalla qorunur. 
 
3.7  Məhsulun saxlanması və doldurulması 
Bituroks
®
 blokundan 182ºC temperaturla daxil olan bitum üç ədəd saxlama çənində saxlanır (gələcəkdə 
genişlənmə məqsədi ilə iki ədəd saxlama çəni nəzərdə tutulur), hər birinin təmiz tutumu 3000 m
3
-dir. Bu üç 
çəndən biri məhsulun buraxılması üçün, digərləri isə məhsulun sertifikatlaşdırılması və satışı üçün nəzərdə 
tutulub. 
Saxlama çənlərindən buxarın atmosferə çıxmasının qarşısının almaq üçün çənlər azotla örtmə sistemi ilə 
təchiz ediliblər. Azotla örtmə sistemi haqqında ətraflı məlumat 3.8-ci bölmədə verilib. 
 
EKOLOGİYA İDARƏSİ 
30 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə