“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə13/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
tutulub. 
Reaktorun maksimal işçi təzyiqi bu diskin qırılma təzyiqinin 90%-i qədərdir. Bu təzyiq aşılarsa qırıcı disk 
zədələnir  və  normal  işçi  təzyiqdə  də  qırıla  bilər.  Yüksək  təzyiq  həyəcan  siqnalı  yüksək  təzyiqi  qırılma 
təzyiqinə qədər göstərir və diskin qırılmasının qarşısını alır. 
Diskin qırılması bu disk ilə qoruyucu klapan arasında quraşdırılmış monometrdə qeydə alınır.  
Qırılma diskinin çıxışı reaktorun layihə təzyiqindən asılı verilmiş təzyiqə davamlı olan qoruyucu klapanla 
möhkəmləndirilib. Əgər disk yüksək işçi təzyiq nəticəsində deşilərsə, qoruyucu klapan operatorların düzgün 
işçi təzyiqi tənzimləyə bilməsi üçün tutumda işçi təzyiqin saxlanılmasını təmin edir. Əgər təzyiqi nizamlamaq 
mümkün oldusa istehsalatı davam etdirmək olar. Zədələnmiş disk qurğunun növbəti boşdayanması zamanı 
dəyişdirilə bilər. 
Qırılma diskinin verilmiş təzyiqinin 60%-ə qədər təzyiqlər üçün çox yüksək təzyiq həyəcan siqnalı nəzərdə 
tutulur. Belə halda bloklama işə düşür və Bituroks
®
 prosesinin qəza dayanması baş verir. Texnoloji hava, 
texnoloji su, xammal və məhsul axını dayandırılır. 
Əgər işçi təzyiq verilmiş həddə çatarsa qoruyucu klapan yüksək təzyiqi atqı hovuzuna (23-SU-101) ötürür. 
 
3.4.6  Mayenin səviyyəsi 
Reaktorda səviyyə tənzimləyici maye sütununun statistik təzyiqinin ölçülməsi prinsipi ilə işləyir. Səviyyə 
reaktorun  yuxarı  və  aşağı  hissələri  arasındakı  təzyiq  düşgüsü  hesabına  təyin  olunur.  Səviyyənin 
hesablanması üçün istifadə olunan mayenin faktiki qatılığı, səviyyənin hesablanmasında dəqiqliyi artırmaq 
üçün faktiki işçi şərtlərdə müəyyən edilir. Bu məqsədlə mayenin mayenin qatılığını hesablamaq üçün maye 
sütununun müəyyən hündürlükdəki (2 m) təzyiq düşgüsü istifadə olunur. 
Səviyyə tənzimləyici xammal/məhsul istilikdəyişdiricilərdən əvvəl boşaltma xəttinin üzərində quraşdırılmış 
səviyyə tənzimləyici klapanı aktivləşdirir.  
Mayenin  aşağı  səviyyəsi  reaktorun  daxilindəki  dövrana  mənfi  təsir  edir,  buna  görə  də  o  reaktorun 
yüklənməsi zamanı aşağı səviyyəli həyəcan siqnalı ilə göstərilir. 
İstismar  zamanı  bir  neçə  istilik  çeviricilər  maye  səviyyəsinin  vacib  qiymətlərini  göstərir  (aşağı,  normal, 
yüksək və aralıq səviyyələr) və maye səviyyəsini əlavə olaraq yoxlayırlar. Səviyyənin göstərilməsi maye və 
qaz fazaların təxmini 40ºC-60ºC ölçüdə temperatur fərqi əsasında həyata keçirilir. 
İstismar  zamanı  reaktorun  dolub  daşmasının  qarşısını  almaq  üçün  təzyiqin  ikinci  ölçmənin  köməyi  ilə 
yüksək səviyyəli həyəcan siqnalı müəyyənləşdirilir və nəticədə bloklama işə düşür, bundan başqa Bituroks
®
 
prosesi dayanır. Yüksək səviyyəli həyəcan siqnalını işə salan səviyyə qapayıcı yüksək səviyyəli həyəcan 
siqnalı bloklaşdırıcıdan bir qədər yuxarıda quraşdırılıb. 
Aşağı təzyiq reaktor daxilindəki sirkulyasiyaya mənfi təsir göstərir, buna görə də o reaktorun doldurulması 
zamanı özünü göstərir və aşağı səviyyə həyəcan siqnalı işə düşür. Çox aşağı səviyyə olduqda bloklayıcı 
qarışdırıcını (23-MX-101) və nəticədə Bituroks
®
 prosesini dayandırır. 
 
3.4.7  Xammalın qızdırılması və məhsulun soyudulması 
Xammalın qızdırılması 
Vakuum qalığı iki mərhələdə - xammal qızdırıcının (23-EX-102)  və xammal/məhsul istilikdəyişdiricisinin 
(23-EX-101A/D) köməyi ilə qızdırılır. 
Birinci  mərhələdə  vakuum  qalığı  xammal  qızdırıcısına  verilir  və  orada  qaynar  yağın  köməyi  ilə  135ºC-
140ºC-ə  qədər  qızdırılır.  Qızdırılma  mühiti  kimi  çatdırılma  temperaturu  250ºC  olan  qaynar  yağ  istifadə 
olunur. Vakuum qalığının temperatur tənzimləyicisi qaynar yağın geri qaytarma xəttində quraşdırılmış istilik 
tənzimləyici klapana təsir edir. 
İkinci  mərhələdə  vakuum  qalığı  xammal/məhsul  istilikdəyişdiricisinə  verilir  və  250ºC  temperaturla 
reaktordan daxil olan qaynar məhsulun köməyi ilə 140ºC-dən 210ºC-yə kimi qızdırılır. 
Xammal qızdırıcı  istismara başlama  zamanı da, “qaynar saxlama” zamanı da istifadə  olunur. İstismara 
başlama  zamanı,  nə  vaxt  ki,  qaynar  məhsul  yoxdur  və  ya  “qaynar  saxlama”  rejimində  işləmə  zamanı 
Bituroks
®
  blokundakı  (reaktorun  tərkibi,  xammal,  məhsul  və  istilikdəyişdirici  xətləri)  məhsulun 
temperaturunun 180-200ºC-də olmasını təmin etmək üçün, reaktorun daxilindəkilər Bituroks
®
 prosesinin 
 
EKOLOGİYA İDARƏSİ 
27 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
başlanması üçün 210ºC ilkin temperaturu almaq məqsədi ilə, məhsul nasosunun köməyi ilə reaktordan 
xammal qızdırıcıya və geriyə reaktora sirkulyasiya edir. 
Məhsulun soyudulması 
Bituroks
®
 prosesinin köməyi ilə istehsal olunmuş məhsul reaktordan 250ºC temperaturla çıxır. 
Məhsul 11 bar çıxış təzyiqi ilə və 67 m
3
/saat layihə məhsuldarlığı ilə məhsul nasosu vasitəsilə səviyyə 
tənzimləyici  klapandan  keçərək  xammal/məhsul  istilikdəyişdiricisinə  yüklənir.  Burada  o  soyuq  vakuum 
qalığının  köməyi  ilə  182ºC-dək  soyudulur.  Məhsul  nasosu  vasitəsilə  vurulan  daimi  məhsul  axının  artiq 
hissəsi təzyiq tənzimləyici klapandan keçərək geriyə reaktora ötürülür. 
 
3.4.8  Texnoloji hava sistemi 
Bituroks
®
 prosesi üçün texnoloji hava qurğunun sərhədində hava kompressoru vasitəsilə istehsal edilir. 
Sıxılmış  hava  7  bar  təzyiqlə  texnoloji  hava  toplayıcısına  verilir,  istifadənin  tənzimlənməsi  ilə  reaktorun 
yuxarı hissəsinə verilir. 
 
3.4.9  Texnoloji/çiləyici su sistemi 
Mineralsızlaşdırılmış su qurğunun sərhəddindən 20ºC temperatur və 6 bar təzyiqlə daxil olur. Bu su həm 
Bituroks
®
 prosesində texnoloji su kimi, həm də çıxış qazının soyudulmasında injeksiya suyu kimi istifadə 
olunur. 
Su texnoloji su tutumuna ikipozisiyalı qapayıcının tənzimlənməsi ilə verilir və texnoloji su mərkəzdənqaçma 
nasosunun köməyi ilə 11 bar çıxış təzyiqi, 5 m
3
/saat layihə məhsuldarlığı ilə qurğuya verilir. 
Texnoloji su sərfini tənzimlənməsi ilə reaktorun  yuxarı hissəsinə  verilir.  Suyun texnoloji havada optimal 
bölüşdürülməsini təmin etmək üçün hər hava ötürücüdə iki çiləyici işləyir. Bundan əlavə texnoloji suyun 
həcmindən asılı olaraq avtomatik tənzimlənən ikipozisiyalı klapanlar, işləyən çiləyicilərin sayını müəyyən 
etmək üçün və çiləmə effektivliyini optimallaşdırmaq üçün istifadə olunur. 
Qəza  zamanı  reaktorun  bloklanması  işə  düşərkən  texnoloji  su  ötürücü  xətdə  quraşdırılmış  ikipozisiyalı 
klapan qapanır. 
Çilənən su sərfin nizamlanması ilə qaz çıxışı xəttinə verilir. 
 
3.4.10  Soyuducu buxar 
Normal istismar zamanı (qaz fazasının temperaturu ˃170ºC) aşağı təzyiqli buxar qırılma diskinə verilir. 
Qaz  fazasının  temperaturunun  245ºC-yə  qədər  artması  zamanı  operator  otağından  müvafiq  düymənin 
sıxılması ilə operator reaktora qəza buxarı verə bilər ki, bu da qaz fazasının yüksək temperatur bloklanması 
ilə prosesin dayandırılmasının qarşısını alır. 
 
3.5  Qaz çıxışı bloku 
3.5.1  Çıxan qazların xarakteristikası 
Bituroks
®
  prosesi  zamanı  ayrılan  qazlar  əsasən  azot  və  buxardan  (˃90%  həcmlə)  ibarətdir.  Bu  iki 
komponentin distillə effekti nəticəsində yüngül karbohidrogenlər maye məhsuldan ayrılır. Reaksiyanın digər 
məhsulları olan CO
2
, CO, SO
2
, H
2
S, R-SH, yüngül alkoqollar, keton və aldehidlər, azotla və buxarla birlikdə 
reaktordan boşaldılır. Oksidləşmə prosesi zamanı oksigendən effektiv istifadə nəticəsində qalıq oksigenin 
miqdarı çıxış qazının tərkibində həcmə 0,3-5% təşkil edir. 
 
3.5.2  Separator 
Çıxan  qaz  Bituroks
®
  reaktorundan  180-220ºC-də  ayrılır  və  tənzimləyici  təzyiq  klapanından  qaz  çıxışı 
blokuna verilir. 
Çıxan qazdan karbohidrogenlərin rekuperasiyası və inseneratorun girişində stabil şərtlərin təmin edilməsi 
üçün çıxan qaz separatora verilənə qədər soyudulur.  
 
EKOLOGİYA İDARƏSİ 
28 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə