“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə12/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
3.2  Bituroks prosesi və işçi parametrlər 
3.2.1  Texnoloji parametrlər 
Qurğunun məhsuldarlığına əlavə olaraq (xammal üzrə məhsuldarlıq) xammal və məhsulun xüsusiyyətlərinə 
reaktor və qurğunu layihələndirmək üçün texnoloji parametrlər – texnoloji temperatur, təzyiq, xüsusi hava 
sərfi və saxlama vaxtı lazımdır. 
Cədvəl 3.2 Bituroks
®
 parametrlərinin laborator sınaq nəticələrini qısa şəkildə əks etdirir, bu parametrlər 
qurğu və reaktorun layihələndirilməsi zamanı tətbiq edilir. 
Cədvəl 3.2  Texnoloji parametrlər 
Xarakteristika 
Ölçü vahidləri 
Qiymət 
Layihə xammalı: 
 
 
Vakuum qalığı 
% çəkiyə görə 
100% 
Xammal peneterasiyası 
0,1 mm 
169 
Xammalın yumşalma temperaturu 
°C 
43,0 
Texnoloji parametrlər: 
 
 
Texnoloji Temperatur 
°C 
250 
Texnoloji təzyiq 
bar. 

Xüsusi hava sərfi 
Нм3/ч/т 1) 
30 
Saxlama vaxtı 
saat 
2,25 
Məhsul çıxışı 
% çəkiyə görə 
98,8 
 
3.3  Prosesin və qurğunun təsviri 
3.3.1  Xammalın saxlanması 
Vakuum Qalığı qurğunun sərhədindən 135ºC temperatur və 4 bar izafi təzyiqlə qurğuya daxil olur, hər birinin 
tutumu  3000  m

olan  3  ədəd  23-T-001/002/003  saxlama  tutumlarında  saxlanılır.  O  Bituroks
©
  prosesi 
vasitəsilə bitumun alınmasında xammal kimi istifadə olunur. 
İstilik itkisinin qarşısının alınması və temperaturun 135ºC-də saxlanılması üçün tutumlar ilanvari Qaynar 
Yağ qızdırıcıları ilə təchiz edilmişdir. Tutumlarda temperatur tənzimləyicilər vasitəsilə idarə olunur, hansı ki, 
qaynar yağ xəttinin çıxışında quraşdırılmış tənzimləyici klapanlara təsir edir. 
 
Şəkil 3.1 
Xammalın saxlanması qurğusu 
Qapadıcılar saxlama tutumlarını yüksək səviyyəli kritik qızmadan qoruyur.  
Tutumlardan buxarın (ventilyasiya qazının) atmosferə çıxmasının qarşısını almaq üçün saxlama tutumları 
Azot örtük sistemi ilə təchiz olunublar. 
 
EKOLOGİYA İDARƏSİ 
24 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Vakuum qalığı nasosunun köməyi ilə (23-P-001A/B) xammal 11 bar çıxış təzyiqi ilə Bituroks
© 
blokuna verilir. 
Nasosun nominal buraxma qabiliyyəti 67 m
3
/saat-dır.  
Vakuum qalığı Bituroks
©
 blokuna sərfin nizamlanması ilə verilir ki, nəticədə nizamlayıcı təzyiq klapanından 
23-P-001A/B nasosu ilə vurulan fasiləsiz Vakuum qalığı axının artıq qalan hissəsi yenidən həmin tutuma 
qaytarılır. 
 
3.4  Bituroks
©
 bloku 
3.4.1  Bituroks
©
 prosesi haqqında ümumi məlumat 
Bituroks
© 
oksidləşdirilmiş  bitum  istehsalı  üçün  prosesdir.  Bitumun  fərqli  xüsusiyyətləri  fərqli  vakuum 
qalıqlarından – qarışdırılmış və ya qarışdırılmamış, atmosfer şəraitində və ya yüksək təzyiqdə – istehsal 
oluna bilər. 
Bituroks
© 
prosesi – xammalın 240ºC-dən 270ºC-dək temperaturda və 2 bar təzyiqdə oksidləşdirilməsidir. 
Reaksiyanın yüksək effektivliyi üçün xammal və oksigen arasında hava qabarcıqları üçün geniş səth tələb 
olunur. Buna görə də Bituroks reaktoru daxil olan hava qabarcıqlarını ayırmaq üçün üçpilləli qarışdırıcı (23-
MX-101) ilə təchiz olunub. Reaksiyanın bütün müddəti ərzində istiqamətləndirici slindirdəki mayeni kiçik 
qabarcıqlarla  təmin  etmək  üçün  hava  qabarcıqları  hər  bir  qarışıq  diskinin  altında  yerləşmiş  toplayıcı 
boşqabların köməyi ilə toplanır və yenidən bölünür, bununla da reaksiyanın səthi bərpa olunur. 
 
Şəkil 3.2 
Bituroks
©
 prosesinin ümumi sxematik təsviri 
Digər tərəfdən hava ötürücülərin böyük ölçüləri nəticəsində texnoloji hava maye məhsula iri qabarcıqlar 
şəklində, reaksiya üçün kiçik səthlə verilir. Bununla yeni xammal ilə oksigenin tez reaksiyaya girməsinin 
qarşısı alınır və bu da öz növbəsində koks əmələ gəlmənin qarşısını alır. 
Hazırkı texnologiya qısa iş müddəti ərzində koks əmələ gəlmənin nəticəsində tutulan hava ötürücülərini 
kiçik deşikli konvensional ilə əvəzləyir. 
 
 
EKOLOGİYA İDARƏSİ 
25 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
3.4.2  Bituroks
©
 reaktoru 
Bituroks
©
 prosesinin getdiyi reaktor bloku 3 əsas komponentdən təşkil olunub: 

  Bituroks© Reaktoru (23-R-101) 

  Üçpilləli diskvari Bituroks© qarışdırıcısı (23-MX-101) 

  İstiqamətləndirici slindir – iki toplayıcı boşqabı var, biri qarışdırıcının orta qarışma diskinin digəri isə 
üst qarışma diskinin üzərində yerləşir. 
Ölçülən həcmdə xammal, hava və su ilə eyni zamanda reaktora verilir və müəyyən temperatur və təzyiqdə 
emal olunur. 
 
3.4.3  Texnoloji havanın dispersiyası 
Hava şaquli hava boruları vasitəsilə ötürücü silindrə vurulur, borular vasitəsilə reaktorun alt hissəsinə daxil 
olur və burada daxil olan xammala üfürülür. Hava ötürücülərin diametri böyük olduğuna görə (4”) reaktorun 
aşağısında  yaranan  hava  qabarcıqları  böyük  ölçüyə  malik  olur,  bununla  da  daxil  olan  havada  oksigen 
minimallaşdırılır, prosesin bu mərhələsində həddən artıq qızma və koks əmələ gəlmənin qarşısı alınır. 
Oksigenin həcmini artırmaq və ondan istifadəni optimallaşdırmaq üçün hava qabarcıqlarının diametrinin 
kiçiltmək, yəni proses üçün yüksək həcmdə oksigen ayrılması ilə müşayiət olunan reaksiya səthini artırmaq 
lazımdır. 
Böyük  həcmli  hava  qabarcıqları  reaktorun  aşağı  hissəsindən  prosesə  verilərkən,  yuxarı  qalxmağa 
başlayırlar və birinci qarışma diski vasitəsilə dispersiya olunurlar. Bu mərhələdə xammal, kiçik ölçülü hava 
qabarcıqları və buxarın iştirakı ilə intensiv reaksiya başlayır. Kiçik ölçülü hava qabarcıqları istiqamətləndirici 
silindir  daxilində  yuxarı  qalmaqda  davam  edirlər,  böyüyürlər  və  yenidən  toplayıcı  boşqablara  yığılırlar, 
parçalanırlar və qarışdırıcının növbəti pilləsinə dispersiya olunurlar. 
Yuxarıda qeyd olunan hərəkət ardıcıllığı dövrü olaraq daima təkrarlanır, belə ki, emal olunan məhsul tez bir 
zamanda  istiqamətləndirici  silindir  daxilində  yuxarı  hərəkət  edir,  sonra  istiqamətləndirici  silindirin  xarici 
örtüyü ilə reaktorun daxili divarı arasından aşağı enir. Bu fasiləsiz dövran prosesin dinamikası ilə birlikdə 
reaksiyanın yekcinsliyini və yüksək keyfiyyətli məhsul istehsalını təmin edir. 
 
3.4.4  Prosesin temperaturu 
Bituroks
®
 prosesində tətbiq edilən mayenin standart temperaturu - 250ºC. 
Proses ekzotermik reaksiya olduğu üçün reaktordakı işçi temperatura diqqətlə nəzarət olunmalıdır. Bunun 
üçün kiçik həcmli su hava ötürücülərə injektə olunur. Hava ötürücülərdə suyun buxarlanması nəticəsində 
reaktorun  içərisindəkilər  soyudulur  (texnoloji  hava  borularının  daxilindəki  havanın  köməyi  ilə  reaktorun 
aşağı hissəsinə enir), bununla da temperaturun dəqiq tənzimlənməsi təmin olunur. 
Bundan əlavə havaya çilənən və buxarlanan suyun distillə effektinin köməyi ilə yüngül karbohidrogenlər 
istehsal olunan məhsuldan ayrılır. Bu effekt reaksiyalar zamanı alınan reaksiya suyunun köməyi ilə güclənir. 
Qaz bölməsində temperatur reaktorun yuxarı hissəsində quraşdırılmış temperatur çeviricilərlə tənzimlənir. 
Temperaturda  uyğunsuzluq  olduqda  həyəcan  siqnalının  işə  düşməsinə  və  çox  yüksək  temperaturda 
bloklama ilə prosesin dayandırılmasını həyata keçirir.  
Maye fazanın göstərilən temperaturu prosesin texnoloji temperaturu kimi təyin olunur. 
Prinsip etibarı ilə normal istismar zamanı reaktorun qaz bölməsində temperatur bitumun temperaturundan 
40ºC-80ºC (reaktorun həcmindən asılı olaraq) aşağı olur. 
 
3.4.5  Prosesin təzyiqi 
Prosesin təzyiqi qaz çıxışı xəttində ölçülür və nəzarət olunur. Bituroks
®
 qurğusu 2 bar normal işçi təzyiq 
üçün layihələndirilir (qaz çıxışı bölməsində). 
Əlavə olaraq reaktorun üst hissəsində təzyiq dəyişdirici quraşdırılıb ki, yüksək və alçaq təzyiqlərdə həyəcan 
siqnalı verir. 
Reaktorda həddən artıq yüksək təzyiqin qarşısını almaq üçün qoruyucu klapanla birlikdə qırıcı disk nəzərdə 
 
EKOLOGİYA İDARƏSİ 
26 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə