«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə



Yüklə 1,55 Mb.
səhifə17/21
tarix26.09.2017
ölçüsü1,55 Mb.
#2131
1   ...   13   14   15   16   17   18   19   20   21

 

«a» bəndinə aşağıdakılar aiddir:

müalicənin nəticəsi qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, uşaqlığın və ya uşaqlıq yolunun tam düşməsi, aralığın tam cırılması, cinsiyyət orqanlarının cəlb edilməsilə yaranmış fistullar (sidik-cinsiyyət, bağırsaq-cinsiyyət).

Uşaqlığın düşməsi zamanı şaquli vəziyyətdə (və ya uzanmış halda — gücənəndə) bütün uşaqlıq öz arxasınca uşaqlıq yolunun divarlarını çevirərək, cinsiyyət yarığından bayıra çıxır.

Aralığın tam cırılması zamanı aralıq əzələlərinin bütövlüyü tamamilə pozulur və onlar düzbağırsağın divarına keçən çapıq toxuma ilə əvəz olunur, anus büzülüb-açılır və düzgün kənarlara malik olmur.

«b» bəndinə qadın cinsiyyət orqanlarının sallanması aiddir.

Uşaqlığın və uşaqlıq yolunun sallanması halında gücənmə zamanı cinsiyyət yarığı büzülüb-açılır və oradan uşaqlıq boynu, uşaqlıq yolunun ön və arxa divarları görünür, lakin bunlar cinsiyyət yarığı hüdudlarından kənara çıxmırlar.

Bu bəndə epitelin proliferasiyası ilə süd vəzilərinin xoşxassəli displaziyası da aiddir.

Cinsiyyət orqanlarının sidiyin saxlanmaması ilə fəsadlaşmış sallanması zamanı şəhadətləndirilmə müalicənin nəticələrindən asılı olaraq, «a» və ya «b» bəndi üzrə keçirilir.

Funksiyaların pozulması olmayan uşaqlığın qeyri-düzgün vəziyyəti bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə daxil olmağa mane olmur.

Menorragiyalarla, qəbizliklərlə, oma sümüyü nahiyəsində və qarının aşağısında ağrılarla müşayiət olunan uşaqlığın düzgün olmayan vəziyyəti ilə şəhadətləndirilmə «c» bəndi üzrə keçirilir.

«c» bəndinə aşağıdakılar aiddir:

uşaqlıq yolu divarlarının cüzi sallanmaları;

kiçik çanaq nahiyəsində, ağrı sindromu olmayan, çapıq və bitişmə prosesləri;

epitelin proliferasiyası olmayan süd vəzilərinin xoşxassəli displaziyası.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

77

Ovarial-menstrual funksiyanın pozulmaları:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

A

A

A

 

«a» bəndinə orqanların patologiyası ilə bağlı olmayan, anemiyaya gətirib çıxaran qanaxmalar aiddir.

«b» bəndinə oliqomenoreya, amenoreya (cərrahi əməliyyatdan sonrakı hallar istisna olmaqla) ilə təzahür edən, o cümlədən Şteyn-Levental sindromu zamanı ovarial-menstrual funksiyaların pozulmaları aiddir.

«c» bəndinə ümumi inkişaf kafi olduqda cinsi infantilizm, sonsuzluq aiddir.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

78

Sidik-cinsiyyət sisteminin kəskin xəstəliklərindən, xroniki xəstəliklərinin kəskinləşməsindən və ya cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar

Ç

Ç

Ç

 

Bu maddə ilə vətəndaşlar ilkin hərbi uçota götürülərkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən, əgər onlarda böyrəklərin keçirilmiş kəskin iltihabi xəstəliyindən sonra sidikdə patoloji dəyişikliklər qalırsa, 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.

Hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət (bir aydan az olmayaraq) verilməsinin zəruriliyi barədə qərar yalnız kəskin diffuz qlomerulonefritlərdən sonra, kəskin pielonefritlərin uzun sürən fəsadlaşmış gedişində, habelə qadın-cinsiyyət orqanlarının müalicə müddəti 2 aydan artıq olmayan kəskin iltihabi xəstəliklərindən (bartolinit, vulvit, kolpit, endometrit, andeksit) sonra çıxarılır.

Böyrəklərin kəskin iltihabi xəstəliklərindən sonra böyrəklərin funksiyasının pozulması və sidikdə patoloji dəyişikliklər olmadıqda, şəhadətləndirilənlər hərbi xidmətə yararlı hesab edilirlər. Xroniki nefritin (pielonefritin) olub-olmaması barədə son nəticə təkrar stasionar müayinədən sonra çıxarıla bilər.

Sidik daşı xəstəliyinə (böyrəklərin, sidik axarlarının, sidik kisəsinin daşlarına) görə aparılmış cərrahiyyə əməliyyatlarından sonra hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır.

Cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən (xaya hidropsuna, xaya və ya toxum ciyəsinin kistasına, xayaların anadangəlmə distopiyasına görə aparılmış cərrahiyyə əməliyyatlarından) sonra hərbi xidmətə çağırış zamanı vətəndaşların 3 ay müddətinədək müvəqqəti yararsızlığı, hərbi qulluqçuların isə azad edilməsinin zəruriliyi barədə qərar çıxarılır.

 

Hamiləlik, doğuş və doğuşdan sonrakı dövr

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

79

Hamiləlik, doğuşdan sonrakı dövr və onların fəsadları

Ç

Ç

Ç

Hamilə qadınların yüngül və orta ağır dərəcəli toksikozu olduqda, hərbi xidməti vəzifələrini icra etməkdən azad edilməsi, ağır dərəcəli toksikoz olduqda isə xəstəliyə görə məzuniyyət verilməsi barədə qərar çıxarılır.

Hamiləliyin pozulması (abort) təhlükəsi olduqda, xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar stasionar müalicədən sonra çıxarılır.

Hərbi qulluqçu qadınlar, onlarda hamiləlik təyin edildikdə, xüsusi qurğularda hərbi xidmətə, RM, İŞM, RYK, EMS, lazer şüalanması mənbələri və I — II qrup patogenli mikroorqanizmlərlə işə müvəqqəti yararsız hesab edilirlər.

 

Anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozulmaları

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

80

Orqanların və sistemlərin anadəngəlmə inkişaf anomaliyaları:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda

A-3

A

A

 

Bu maddə anadangəlmə inkişaf qüsurlarının müalicəsinin mümkün olmadığı hallarda, müalicədən imtina edildikdə və ya onun nəticələri qeyri-qənaətbəxş olduqda tətbiq edilir.

«a» bəndinə aşağıdakılar aiddir:

ürək çatışmazlığının olub-olmamasından asılı olmayaraq, kombinə olunmuş və ya müştərək anadangəlmə ürək qüsurları;

II — IV FS ürək çatışmazlığı ilə müşayiət olunan təcrid olunmuş anadangəlmə ürək qüsurları;

III dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs orqanlarının anadangəlmə inkişaf qüsurları;

qulaq seyvanının anadangəlmə olmaması, damağın və dodağın anadangəlmə yarıqları, həzm orqanlarının digər anadangəlmə anomaliyaları, mühüm dərəcədə ifadə olunmuş kliniki təzahürlərlə və funksiyaların kəskin pozulması ilə;

döş qəfəsinin kəskin deformasiyası (qabırğa donqarı və s.) və restriktiv tip üzrə III dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan onurğanın anadangəlmə təsbit olunmuş əyrilikləri (skoliozlar və s.);

osteoskleroz (osteopetroz, mərmər xəstəliyi);

dərəcəsindən asılı olmayaraq, bir böyrəyin funksiyasının pozulması ilə digər böyrəyin və ya onun funksiyasının olmaması;

ifrazat funksiyasının mühüm dərəcədə pozulması və ya xroniki böyrək çatışmazlığı ilə böyrəklərin polikistozu;

vazorenal arterial hipertenziya və böyrək qanaxmaları ilə müşayiət olunan böyrək damarlarının anomaliyaları (anqioqrafiya məlumatları ilə təsdiq olunmuş);

cinsiyyət orqanlarının anomaliyaları (cinsiyyət üzvünün olmaması, uşaqlıq yolunun atreziyası);

ətrafın 8 sm-dən artıq qısalması ilə sümüklərin deformasiyası;

ətrafın seqmentinin olmaması;

bud sümüklərinin içəri kondiluslarının çıxıntıları arasındakı məsafə 20 sm-dən artıq olduqda, qıçların O-şəkilli əyriliyi və ya baldırların içəri topuqları arasındakı məsafə 15 sm-dən artıq olduqda, qıçların X-şəkilli əyriliyi («Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilənlər üçün «b» bəndi tətbiq edilir);

funksiyaların mühüm dərəcədə pozulması ilə sümüklərin, oynaqların, vətərlərin, əzələlərin digər inkişaf qüsurları, xəstəlikləri və deformasiyaları;

anadangəlmə ixtioz, ixtioz formalı eritrodermiya.

«b» bəndinə aşağıdakılar aiddir:

I FS ürək çatışmazlığı ilə anadangəlmə ürək qüsurları;

botal axacığının bitişməməsi;

mədəciklərarası arakəsmənin defekti;

döş qəfəsinin deformasiyası və restriktiv tip üzrə II dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan onurğanın anadangəlmə təsbit olunmuş əyrilikləri (skoliozlar və digər);

böyrəklərin polikistozu;

ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə müşayiət olunan böyrəklərin displaziyaları, böyrəklərin və onların elementlərinin ikiləşməsi, nalabənzər böyrək, sidik axarlarının və ya sidik kisəsinin anomaliyaları;

xayalıq, yaxud aralıq hipospadiyası;

ətrafın 5 sm-dən 8 sm-ə qədər qısalması ilə sümüklərin deformasiyası;

bud sümüklərinin içəri kondilusları arasındakı məsafə 12 sm-dən 20 sm-dək olduqda, qıçların O-şəkilli əyriliyi və ya baldırların içəri topuqları arasındakı məsafə 12 sm-dən 15 sm-dək olduqda, qıçların X-şəkilli əyriliyi;

funksiyaların mülayim dərəcədə pozulması ilə müşayiət olunan sümüklərin, oynaqların, vətərlərin, əzələlərin digər inkişaf qüsurları və deformasiyaları;

resessiv ixtioz (qara və qaralan);

dövri xəstəlik.

«c» bəndinə aşağıdakılar aiddir:

ürək çatışmazlığı olmayan anadangəlmə ürək qüsurları;

ikitərəfli mikrotiya;

ətrafın 2 sm-dən 5 sm-dək qısalması ilə sümüklərin deformasiyası;

funksiyaların cüzi dərəcədə pozulması ilə müşayiət olunan sümüklərin, oynaqların, vətərlərin, əzələlərin digər inkişaf qüsurları və deformasiyaları;

funksiyaların cüzi dərəcədə pozulması ilə böyrəklərin tək-tək solitar kistaları;

cinsiyyət üzvünün kökündən ortasına qədər sidik kanalının fistulu;

xayaların qasıq kanallarında və ya onların xarici dəliklərində ilişib qalması (ləngiməsi);

bir xayanın qarın boşluğunda ləngiməsi;

büzdümün bir neçə dəfə (3 dəfə və çox) radikal cərrahi müalicədən sonrakı residivləşən dermoid kistaları;

dominant (sadə) ixtioz;

ovucların, əllərin funksiyasını pozan, habelə ayaqların altının yerişi və standart ayaqqabı gəzdirilməsini çətinləşdirən irsi keratodermiyaları.

«ç» bəndinə aşağıdakılar aiddir:

birtərəfli mikrotiya;

funksiyaların pozulması olmayan böyrəklərin anadangəlmə anomaliyaları;

bir xayanın qasıq kanalında və ya onun xarici dəliyində ləngiməsi;

qolun 5 sm-dək, qıçın 2 sm-dək qısalması ilə sümüklərin deformasiyaları.

Hemolitik anemiyalarla (mikrosferositoz və s.) və eritrosit membranının anomaliyaları, hüceyrədaxili enzimlərin çatışmazlığı, hemoqlobinopatiyalarla bağlı hemolitik anemiyalarla şəhadətləndirilmə qanyaradıcı sistemin funksiyalarının pozulma dərəcəsindən asılı olaraq «a», «b» və ya «c» bəndləri üzrə keçirilir. Qanyaradıcı sistemin funksiyalarının pozulması olmayan hallarda (eritrosit fermentlərinin çatışmazlığı və s.) «ç» bəndi tətbiq edilir.

Beşinci bel fəqərəsinin sakralizasiyası və ya birinci oma fəqərəsinin lümbalizasiyası, göstərilən fəqərələrin qövslərinin bitişməməsi, tac şırımı səviyyəsində hipospadiya, döş qəfəsinin I dərəcəli (2 sm-dən artıq olmayaraq) deformasiyası bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

Sinir sisteminin anadangəlmə qüsurları olan şəxslər «Xəstəliklər cədvəli»nin 23-cü maddəsi üzrə, ruhi pozuntuları olanlar isə qüsurun xarakterinə uyğun olaraq «Xəstəliklər cədvəli»nin 14-cü və ya 20-ci maddəsi üzrə şəhadətləndirilirlər.

Əlin və ya ayağın anadangəlmə qüsurları olan şəxslər funksiyaların pozulma dərəcəsindən asılı olaraq «Xəstəliklər cədvəli»nin 67-ci və ya 68-ci maddələrinin müvafiq bəndləri üzrə şəhadətləndirilirlər.

 

Travmaların, zəhərlənmələrin və xarici amillərin digər təsirlərinin nəticələri

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

81

Kəllə sümüklərinin sınıqları (kəllə sümüklərinin, üz sümüklərinin, o cümlədən çənə və əngin sınıqları, kəllə sümüklərinin digər sınıqları):

 

 

 

a) kəllə boşluğunda yad cismin olması ilə; kəllə tağı və kəllə əsası sümüklərinin plastik materialla əvəz edilmiş 20 sm2-dən artıq və ya plastik materialla əvəz edilməmiş 8 sm2-dən artıq sümük defektinin olması

D

D

D

b) kəllə tağı və kəllə əsası sümüklərinin plastik materialla əvəz edilməmiş 8 sm2-ə qədər və ya plastik materialla əvəz edilmiş 20 sm2-ə qədər defekti ilə

C

C

C və ya B FƏRDİ

 

«a» bəndinə habelə, aşağıdakılar aiddir:

üz-çənə nahiyəsinin yaralanma və travmalarından sonrakı transplantatlarla əvəz edilməmiş, defekt və deformasiyaları;

gicgah-çənə oynaqlarının ankilozları;

müalicənin, o cümlədən cərrahi müalicənin səmərəsi olmadıqda və ya ondan imtina edildikdə, çənənin yalançı oynaqları, üz-çənə nahiyəsinin kontrakturaları.

Kəllə sümüklərinin plastik materialla əvəz edilməmiş 8 sm2-dən artıq və ya plastik materialla əvəz edilmiş 20 sm2-dən artıq defekti, kliniki təzahürlər olmadan beyin maddəsində yad cisimlərin olması ilə hərbi xidməti vəzifələrini icraetmə qabiliyyəti saxlandıqda zabitlər, gizirlər və miçmanlar «b» bəndi üzrə şəhadətləndirilə bilərlər.

Kəllə sümüklərinin sümük-plastik trepanasiyasından sonrakı defekti kəllə sümüklərinin autosümüklə əvəz edilmiş defekti kimi təyin edilir. Kəllə-beyin zədələnməsindən sonra qoyulan diaqnostik frezer dəlikləri kəllə sümüklərinin birləşdirici toxuma çapığı ilə əvəz edilmiş defektinə cəmlənirlər.

Bu maddədə göstərilməyən üz-çənə nahiyəsi zədələnmələrinin nəticələri olan şəxslər «Xəstəliklər cədvəli»nin 56-cı maddəsi üzrə şəhadətləndirilirlər.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

82

Onurğanın, gövdə sümüklərinin, yuxarı və aşağı ətrafların sümüklərinin sınıqları (çanaq, kürək, körpücük, bazu, mil və dirsək sümüklərinin, bud sümüyü boynunun və bud sümüyünün, qamış və incik sümüklərinin, digər borulu sümüklərin, topuqların sınıqları):

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə