Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə28/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   24   25   26   27   28   29   30   31   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və  işğalını pərdələyən yalan
verir.  Lakin  o  zaman  da  Osmanlı  dövlətinə  göndərilən 
müxbirlərin  hamısının  obyektiv  olduqlarını  söyləmək  çox 
çətindir.  Prior  heç  bir  qətl  olmadığı  halda  „İtalyan  qəzetlərində 
Türkiyədə  bir  kilsə  içərisində  qadın  və  uşaqların  qətl  edilməsini 
göstərən qorxunc rəsmlər"213 gördüyünü yazırdı.214
Başqa  bir  təbliğat  məhsulu  olan  ibrətamiz  fakt  da 
göstərmək  olar.  Bu  fakt  1895-1896-cı  illər  erməni  hadisələri 
(üsyanları)  ilə  əlaqədardır.  O  zaman  yüksək rütbəli  hərbçilərə 
qarşı  təbliğat  kampaniyaları  aparılırdı.  Burada  əsas  məqsəd 
onları  qorxutmaq  və  vəzifələrini  yerinə  yetirməyə  imkan 
verməmək  idi.  1895-ci  ilin  oktyabrında  Müşir  Şakir  Paşaya 
Anadoluda erməni islahatlarının yerinə  yetirilməsinin gedişini 
yoxlamaq  məqsədi  ilə  müfəttişlik  səlahiyyəti  verilir.215 Bunula 
əlaqədar  olaraq  Müşir  Şakir  Paşa  müxtəlif  yerlərdə  olduğu 
kimi  Ərzuruma  da  gəlir.  Onun  Ərzurumda  olması  çox böyük 
qondarma,  ,saxta"  hadisələrin  mövzusuna  çevrilmişdi.  Bütün 
dünyada  belə  bir  xəbər  yayılmışdı  ki,  Müşir  Şakir  Paşa 
Ərzuruma  gəlmiş,  üsyançı  erməniləri sıraya düzdürmüş,  əlinə 
saatını  alaraq  ondan  əmr  gözləyənlərə  „saat  yarım,  ya  da  iki 
saat sonra bu ermənilərin başı uçacaq" deyirmiş.216
Bu hadisələrin olub olmamasını öyrənmək istəyən Sidney
O  zaman  rəsmlər  də  ən  mühüm  təbliğat  və  saxtakarlıq  mənbəyi  idi.  İnsanlar
məqalənin,  xəbərin  saxta,  yalan  olduğu  haqqında  düşündükləri  halda  ilk  fotoaparatın 
meydana  çıxdığı  dövrdə  bu  möcüzə  aparatı  ilə  saxtakarlıq  edilməsinə  çox  az  adam  inana 
bilərdi.  Fotoaparatla çəkilən  şəkillər kimsədə  hadisənin  gerçəkliyinə  şübhələnməyə  imkan 
vermirdi.  Bu  səbəbdən  də  düşmənə  qarşı  ən  əhəmiyyətli  təbliğat  vasitəsi  sənədlərdənsə
ictimaiyyətə  qorxunc  bir  şəkil  təqdim  etmək  daha  təsirli  idi.  Bəli,  təbliğat  və  təxribat 
mərkəzlərində  fotomontaj  işlərini  həyata  keçirəcək  mütəxəssislər  var  idi.  „Müharibə 
dövründə  fotoların  montaj  edilməsi  bır  sənaye  halına  gəlmişdi.  Bütün  dövlətlər  bu  işi- 
şəkillərin  montaj  edilməsini  mənimsəmişdilər.  Bu  işin  başında  fransızlar dururdu.”  Başqa 
bir  nümunə  də  çox  maraqlıdır.  Bu  metoddan  əvvələr də,  indi  də  istifadə  olunur.  „1905-ci 
ildəki  qırğınlar  sırasında  Rusiyada  çox  rəsmlər  çəkilmişdi.  Ətrafında  insanlar  toplanmış 
bir sıra  cəsədə  aid  rəsmlər  14  iyun  1915-ci  ildə  „Le  Mıroır”də  (alman  sürülərinin  Polşada 
cinayətləri;  başlığı  ilə  verilmişdir.  Buna  bənzər  hadisələr  başqa  qəzetlərdə  də  yer 
almışdı.’’Arthur Ponsby,  Falsehood  in Əar-Time.  Neə York.  1971,  s.  135-136 
' ,4  Sydey  Vhıtman.  Turkish  Memories,  s.  120-121
Ali  Karaca.  Anadolu  islahatı  ve Ahmet  Şakir Paşa(1838-1899) İstanbul,  1993 
2,6 Yenə  orada,  s.  70-94
110
H əsənbala Sadıqov
Vitman  və  başqa  müxbirlər  Türkiyəyə  gəlirlər.  Gördüyü  və 
eşidə  biləcəyi  ehtimal  edilən  səlahiyyət  sahibi  olanlardan 
soruşmağa başlayırlar. İlk dəfə İngiltərənin Osmanlı dövlətində 
olan  elçisi  Mr.Graveni,  Ərzurumun  valisi  Mehmed  Şerif  Rauf 
Paşanı, fransız elçisi M.Rogueferrieri və Rusiyanın böyük elçisi
M.V.  Maximovu  ziyarət  edirlər.  Bu  görüşdüklərindən  Müşir 
Şakir  Paşa  haqqında  yazılanlara  münasibətini  soruşurlar. 
M.Rogueferrier  bunun  gülünc  və  zövq  üçün  uydurulmuş 
hekayələr olduğunu  söyləmiş və Şakir Paşa haqqında bir neçə 
təqdiredici sözlər də demişdir.
Rusiyanın  böyük  elçisi  M.Maximov  bildirmişdir  ki,  belə 
hekayələrin  təkzib  edilməsi  mənim  vəzifəm  deyildir.  Sizə 
söyləyə  biləcəyim  Şakir  Paşanın  mərd  və  gözəl  qəlbli  insan 
olduğudur. Onu illərdir ki, tanıyıram, dostumdur.
ingilis  səfiri  Mr.Graves,  "o  sıralarda  burada  olmamışam, 
bu mövzuda Şakir Paşa ilə də danışmamışam, fəqət vali bunun 
doğru  olmadığım  söylədi,  bu  mənim  üçün  yetərlidir,  Rauf 
Paşanın dediklərinə tərəddüdsüz inanıram" -   demişdi.217 Təəs­
süflər olsun ki, bu kimi gerçək məlumatlar Avropa və Amerika 
mətbuatında  nəşr  edilməmişdi.  Ola  bilər  ki,  nəşr  edilməsinə 
imkan verilməmişdi.
Bir  çox  hallarda  Avropa  və  Amerika  mətbuatı  gerçəkləri 
verməkdən  imtina  etdikləri  halda  saxta  xəbərlər  üçün  səhi­
fələrini  çəkinmədən  açırdılar.  İngilislər  1918-ci  ilin  sentyab­
rında  oradakı  vəziyyətə  uyğun  olaraq Bakını  tərk  etmək məc­
buriyyətində  qalmışdılar.  Avropa  qəzetlərində  ingilislərin 
Bakım  tərk  etmələrinə  çox  geniş  yer  ayrılmışdı.  Bu  hadisə 
haqqında xəbər verilərkən ermənilərin o zaman da onlarla olan 
münasibətlərindəki xəyanətlərə də geniş yer verilmişdi.
Həmin  xəbərlərlə  əlaqədar  olaraq  çox  təlaşlanmış  və  bu 
xəbərin təsirini azaltmaq üçün onun təkzibinə çalışmışdılar. Bu 
məqsədlə  hazırlanmış  olan  bir  memorandumdan  alınmış
m
Yenə orada,  s.  70-94
111


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımını və işğalını pərdələyən yalan
aşağıdakı  parçalarla  tanış  olmaq  maraqlı  olacaq.  „Ermənilərin 
nüfuzdan  salınması  türk  əleyhdarlığı  davasını  zəiflətmək 
deməkdir.  Türkün  başı  fəlakətdən  qurtarmayan,  əsl  bir  insan 
olduğu fikrini öldürmək (?) çox çətin olmuşdur. Bu vəziyyət bu 
düşüncəni  (türklərin əsl bir insan olması fikrini)  canlandıracaq və 
ermənilərin olduğu qədər sionistlərin və ərəblərin mövqelərinə 
çox zərər gətirəcəkdir."
„Türklərin ermənilərə etdikləri,  türk məsələsinin  radikal şəkildə 
həllini ölkədə və xaricdə ictimaiyyətə qəbul etdirmək üçün Majesteleri 
hökumətinin  ən  böyük  sərmayəsidir." 218  Bu  sətirlərin  müəllifi 
A.J.Toynbe memorandumu  yazdığı  26  sentyabr  1919 -  cu  ildə 
ingilis təbliğat təşkilatında çalışmaqda idi.
Bu  zaman  ingilislər  çox  böyük  təbliğat  aparatı 
qurmuşdular. Onların təbliğatı gizli, o zamana qədər çoxlarının 
istifadə  etmədikləri  bir  formada  həyata  keçirilirdi.  Təbliğatın 
əsas  istiqaməti  ona  qarşı  vuruşan  dövlətlərə  -   Almaniya  və 
Osmanlı  dövlətinə  qarşı  çevrilmişdi.  Onların  təbliğatında 
dünya  müharibəsinin  səbəbləri  açıqlanırdı.  Almaniyanın  və 
müttəfiqlərinin  günahları  və  vəhşətləri  göstərilirdi.  Alma­
niyanın su altında apardığı döyüşlərdəki uğurları ingilisləri çox 
narahat  edirdi.  Buna  görə  də  sualtı  döyüşlərin  qeyri-insani 
olduğunu  dünyaya  yayırdılar.  İstifadə  olunan  vasitələrə 
gəldikdə  onlar  kitablar,  broşürlər,  məcmuələr,  diaqramlar, 
xəritələr, poçt markaları, rəsmlər, şəkillər və sərgilər idi.
İngilislər  almanlardan  fərqli  olaraq  bu  nəşrləri  yollarda, 
nəqliyyat  vasitələrində  yaymayır,  ictimaiyyət  içərisində  söz 
sahibi ola biləcək insanlan seçərək219 onlarla sövdələşmə həyata 
keçirirdilər.  Hazırladıqları saxta  xəbərləri  müəyyən,  razılaşmış
218  Kamuran Ğürün.Ermeni  dosyası,  s.  47
219  İngilislər  bu  işi  o  qədər  məharətlə  gizlədirdilər  ki,  çox  halda  onlarla  əməkdaşlıq 
edənlər uzun  illər bunu anlaya bilmirdilər.  Mastermanın  bürosunun  soxsahəli  fəaliyyətinin 
bir  sahəsi  də  15  gündən  bir  nəşr  edilən  „Həqiqət”  (ada  bax,  məqsədə  fikir  ver.  Məqsəd 
vasitəni  yaradırmış.)  adında  rəsmli  qəzet  idi  ki,  ərəbcə,  türkcə,  farsca  və  hindcə  nəşr 
edilirdi.  „  Argentinada  köhnə  türk  elçisi  qəzeti  orada  yaşayan  müsəlmanlar  arasında 
yayırdı.  Vellinqton  houze 6 rəsmli qəzet nəşr etdirirdi.  Qəzetin  8  bölümü var idi.
112
Həsanbala  Sadıqov
olduqları adamların əli ilə yaymağa, xüsusən tərəfsiz ölkələrdə 
təbliğat  aparılmasına  əhəmiyyət  verirdilər.  Bundan  başqa 
tərəfsiz  ölkələrdə  nəşriyyatları  ələ  alırdılar.  Bitərəf  kimi,  olan 
hadisələrdə  heç  maraqları  yoxmuş  kimi  oralarda  istədiklərini 
nəşr  etdirib  yaymağı  bir  üsula  çevirmişdilər.  Təbliğat  aparatı 
(sənədlərdə  Vellinqton  House  Masterman bürosu  adlanırdı)220 *
 
ictimai  fikrə  əsaslı təsir göstərərək Amerikanın  İngiltərə  ilə bir 
blokda  müharibəyə  daxil  olması  üçün  xalqı  səfərbər  etməyə 
təminat yaratmaq təşəbbüsündə idi.
„Həqiqət"  başlıqlı mətuatda  saxta  sənədlərin  çap  edilmə­
sindən  əvvəl  onların  hazırlanmasının  metoduna  fikir  vermək 
lazım  gəlir.  Masterman  bürosundan  İngiltərənin  səlahiyyətli 
adamlarının  tələbi  həqiqətlər  deyil,  lazım  olan  yalanlarm \  həqiqət 
deyə  təqdim  etmək  tələb  edilirdi.  Bu  büro  ilə  işləyənlərin 
hamısı  onların qəti  tələblərini bildiklərindən  ya  onlarla  işlərini 
davam  etdirməli,  ya  da  yüksək  gəlirli  vəzifələrindən  imtina 
etməli  idilər,  ikincilərin  az  olduğu  saxta  sənədlərin 
çoxluğundan təxmin edilir.
Bu  məsələ  ilə  əlaqədar  G.  Mastermanın  -   ərinin  tərcü­
meyi-halını  yazmış  L.  Mastermamn 222  fikirlərini  göstərmək 
məqsədəuyğundur.  O,  istəməsə də yazdığı  kitabda  ərinə  qarşı 
istifadə  ediləcək  faktlar  və  fikirlər  də  vardır.  Onun  kitabında 
belə bir  cümləyə  rast gəlmək  olar.  „Onun  (əri G.  Mastermanın )
220  Luey Masterman,C.F.O.  Masterman,  Londra,  1968, s.  272.
2:1  Bu  haqda  1910-1918-ci  illərdə  Avam  Kamarasının  Liberal  partiyadan  üzvü olan,  sonra 
İşçi  partiyasına  keçərək  müharibə  əleyhinə  mübarizə  aparmış  Artur  Ponsobun  „Müharibə 
dövründə  yalanlar”  kitabında  çox  xarakterik  fikirlər  verilmişdir.  M üəllif kitabını  1928-ci 
ildə  nəşr  etdirmişdir.  Müdafiə  nazirliyi  hərbi  hissələrə  bir  təlimat  göndərərək,  zabitlərə, 
düşmənlə əlaqədar müharibə  səhnələri  haqqında məlumat  verməyi  tapşırmışdır.  Təlimatda 
müharibə  səhnələrinin  mütləq  doğruluğuna ehtiyac  olmadığı  xatırlanır, normal  bir ehtimal 
əsasında  müharibə  səhnələri  yaratmağın  kifayət  olduğu  bildirilir.  M üəllif  ölkənin 
siyasətinin  Osmanlı  dövlətinə  qarşı  çevrilmiş  olmasını  açıqlamasa  da  bildirirdi  ki, 
cəbhələrdən  qətl  hadisələri  haqqında  „məlumatlar”  göndərilməsinə  xüsusi  əhəmiyyət 
verilirdi.  Müəllif,  “qətl  yalanları  ən  çox  qəbul  edilənlər  idi”  -  deyirdi.  Xüsusi  ilə  də  bu 
ölkədə  (İngiltərədə-kursiv  Artur  Ponsobundur)  və  Amerikada  onlarsız  müharibə  edə 
bilməzlər.  Düşmənin  pislənməsi  bir  vətəndaşlıq  vəzifəsi  hesab  edilirdi.”  Arthur  Ponsby. 
Falsehood  in Əar-Time.  Ncə York.  1971, s.  20-22
222  G.  Mastermanın arvadı  sonra ərinin  tərcümeyi-halını yazmışdı.
113


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə