Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə27/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   23   24   25   26   27   28   29   30   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımım və işğalım pərdələyən yalan
bir  dəyənək  tutması  şərti  ilə,  Türkiyəni  tərcih  etdiklərini,  lakin 
İngiltərə  bunu  etməzsə  Türkiyəyə  Rusiyanı,  hətta  şeytanı  belə  tərcih 
edəcəklərini söylədiyini''209 danışırmış.
Təbliğat işinin təşkili və nəticələri
Ermənilər  "millət  davasında”  qandan  (qırğına  məruz 
qoyduqları xalqların qanı daxil deyil) çox mürəkkəb axıtmışlar.  Onlar 
bütün  dövrlərdə  tərxis  bilmədən  təbliğat  aparmışlar.  Təbliğatı 
milli  məslək  halına  gətirmişlər.  Zamamn  böyük  dövlətlərinə 
müraciətlər  göndərmiş,  şəraitə  uyğun  olaraq  dərnəklər, 
birliklər,  komitələr  qurmuş,  qəzet  və  jurnallar  nəşr  etmişlər. 
Erməni  təbliğatı  məhdud  olaraq  bir  coğrafiya  ilə  əlaqədar 
olmamışdır.  Dünyanın harasında erməni  yaşamışsa o yerlərdə 
də təbliğat işi təşkil edilmişdi.
Türklərin  də,  azərbaycanlıların  da  tarixən  ən  zəif 
olduqları sahələrdən biri təbliğat işinin təşkilidir. Tarixin bütün 
dövrlərində  bu  xalqlar  danışmaqdansa  iş  görməyə  əhəmiyyət 
vermişdilər. Onlar bir müharibəyə getdikdə belə „qaçaq-quldur 
metodu"  ilə  deyil,  kişilik  qanunları  ilə  döyüşməyi  qəbul 
etmişlər.  Türklərin  də,  azərbaycanlıların  da  onlara  edilənləri 
dünyaya yaymaq kimi genetik vərdişləri olmamışdır.
Bundan  istifadə  edən  başabəla  qonşularımız  regionda 
olduqları gündən yalnız mübarizə meydamnda deyil, təbliğatla 
da bizlərə qarşı mübarizələrini davam etdirmişlər.  Əksər halda 
haqsız  olduqları  vəziyyətdə  müxtəlif  əsərlər  yazdıraraq 
hadisələrin  mahiyyətini  təhrif  olunmuş  halda  dünyaya 
çatdırmışlar.  „Əziyyət  çəkmiş",,,incidilmiş"  „qətl  edilmiş" 
insanlar  imici  yaratmağa  çalışmışlar.  Çox  halda  buna  nail  də 
ola biliblər. Biz həqiqətən də edilənləri milli adət-ənənələrimizə 
görə  dünyaya  bildirməyi  ayıb  hesab  etmişik.  Edilənlərin 
cavabını vaxtı gəldikdə vermək üçün arxivləşdirmişik.
204  The  Turkish  Empire  its  Groəth  and  Decay,  London, 1917,s.  341;  Esat  Uras.  g.  ,e.  s. 
426.
106
Həsənbala  Sadtqov
Yalnız məcbur olduqda utana-utana  (guya zəifliyimizin 
etiraf  edilməsidir)  bizə  qarşı  olan  saysız-hesabsız  böhtanlara 
cavab vermək üçün yazılanları təkzib etməyi düşünmüşük.  Bu 
münasibət  isə qarşı tərəfə  çox böyük üstünlük vermiş,  ataların 
„yalan  ayaq  tutar,  yeriməz"  demələrinə  baxmayaraq  qonşu­
larımız yalana ayaq da açdırmış və əksər halda onun dünyanın 
hər yerində doğru libasında tanınmasına nail olmuşlar.
Amerikada  türklər  əleyhinə  təbliğata  I  Dünya 
müharibəsindən  sonra başlanılmışdır.  Bunun  ən birinci  səbəbi 
ABŞ  və  Türkiyənin  I  Dünya  müharibəsində  fərqli  bloklarda 
iştirak etmələri olmuşdur Bu da bir çox əsərlərlə antitürk əhval- 
ruhiyyəsini  gücləndirmişdi.  Bunun  səbəblərini  daha  geniş 
olaraq  E.  Aleksandr  Povell  aşağıdakı  şəkildə  göstərmişdir: 
„Türklər  əleyhinə  kök  salmış  düşmənçiliyi  bu  səbəblərlə  əlaqələndirə 
bilərik.  Keçmişdə  xristian  azlığa,  xüsusi  ilə  də  ermənilərə  zülm 
siyasəti  başda  gəlir.  İkinci  olaraq  dini  günahlandırmalardır:  Ondan 
sonra  siyasi  təbliğat  gəlir  ki,  bunların  birinin  harada  tamamlanıb, 
digərinin  harada  başlandığını  söyləmək  çox  çətindir.  Üçüncüsü, 
məğlub və parçalanmış olduğunu qəbul etdiyimiz bir ölkənin yenidən 
ortaya çıxmasından duyduğumuz üzüntüdür.  Sonda türklərin israrla 
özlərini müdafiə etməkdən imtina etmələridir.''2
0
4
 210
Türklərin  və  azərbaycanlıların  „israrla  özlərini  müdafiə 
etməkdən  imtina  etmələri”  təsadüfə  bağlı  olmayıb  dərin,  tarixə 
dayanan  kökləri  vardır.  Yuxarıdakı  sətirlərin  müəllifi  1922-ci 
ildə  ulduz  köşkündə  sultan  Vahidəddin  ilə  görüşmiş  və 
irəlidəki tezislə əlaqədar olaraq sual verdikdə  aşağıdakı cavabı 
almışdı: „Sizin qəzetləriniz və jurnallarınız məqalə göndərsək belə bir 
türkün yazısını  nəşr etməzlər.  Əgər  nəşr edilmiş olsa  xalqınız  bunu 
oxumaz.  Əgər  oxuyarlarsa  inanmazlar.  Əgər  Amerikaya  türklərin 
görüşlərini sizin  dilinizdə anladacaq  bir nəfər göndərsək də o,  bitərəf 
dinləyici kütləsi tapa bilərmi?"211
Burada  sultan  bir  neçə  çox 
mühüm 
məsələyə
210 E.Alexander  Povell.  Göstərilən əsəri,  s.  22;  Kamuran Gürün.  Göstərilən əsəri,  s.  44-45
211  Yenə orada
107


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
toxunmuşdu. Bunun birinci səbəbi ondan ibarətdir ki, biz uzun 
illər heç bir ölkəyə şikayətçilər göndərməmişik. Xarici ölkələrdə 
olanlar  bizimlə  tanış  olmasalar  da  erməni  təbliğatı  üzündən 
bizim  əziyyət  çəkənlər  deyil,  əziyyət  verənlər  qrupunda 
olduğumuzu  fikirləşmişlər.  Bir də  ermənilər bizim bu  spesifik 
xüsusiyyətlərimizdən  istifadə  edirlər.  Faktiki  dünya  icti­
maiyyəti  qarşısında  etdikləri  qırğınlara  baxmayaraq  fərqli 
şəkildə  özlərini  təqdim  edə  bilirlər.  Ermənilər  hər  dəfə 
müsəlman  dünyasında  təzyiq  altında  qaldıqlarını  söyləyərək 
xristianların  qulaqlarını  doldurmuşlar.  İndi  bizim  ən  mühüm 
missiyamız  xalqın  uzun  illər  eşitdiklərinin  yanlış  olduğunu 
onlara anlatmaq və həqiqi vəziyyəti qəbul etdirməkdir.
Erməniləri  dəstəkləyən  ölkələr  dünyanın  inkişaf  etmiş 
ölkələri olmaqla yanaşı dini inanclarına görə xristiandırlar. Bu­
nunla,  onların  bir-birini  başa  düşmələri  üçün  bir  xristian  tə­
əssübkeşliyinə də sahibdirlər. Lakin bu qəti olaraq o demək de­
yildir ki, artıq dünyada ictimai rəyi itirmişik, heç bir tədbir gör­
məyə  ehtiyac yoxdur.  Bir  məsələni unutmamaq  lazım  gəlir ki, 
ermənilərə  vaxtilə  inanıb,  inamında  yanılmış  olduqlarını  dərk 
edənlər  də  çoxdur.  Bunlardan  istifadə  etmək  lazımdır.  Çox 
maraqlıdır  ki,  bu  gün  ölkələrdə  ermənilərə  qarşı  yazan  müəl­
liflər vardır.  Onları dəstəkləməli, haqq işimizə obyektiv yanaş­
dıqları üçün minnətdarlıq borcumuzu yerinə yetirməliyik.
Povellin  kitabında  çox  əhəmiyyətli  bir  fikir  vardır: 
„Vəhşilik hadisələri  böyük  ölçüdə  mübaliğə  edilmişdir.  Son  dövrlərə 
aid vəhşilik hadisələrinin bir hissəsi heç mövcud olmamışdır. Amerika 
yardım  təşkilatının  məhəlli  (İstanbul)  mətbuat  təmsilçilərindən  biri, 
dostlarına  açıqca  Amerikaya  sadəcə  türklər  əleyhinə  xəbərlər göndə­
rildiyini, çünki bu kimi xəbərlərin pul qazandırdığını söyləmişdir."212
Burada  son  „vəhşət"  hadisələri  -   1915-ci  il  ermənilərin 
yerdəyişdirilməsi ilə əlaqədar çox mühüm fikirlər söylənmişdi.
1.  Türkiyədən  Amerikaya  göndərilən  xəbərlərdə  həddən  atıq *
 1
0
8
212  Alexander Povell  Göstərilən əsəri,  s.  30
108
Həsənbala  Sadıqov
şişirtmə olduğu;
2.  Bəlli  təşkilat  və  şəxslərin  təsiri  ilə  yalnız  türklər  əleyhinə 
olan xəbərlər göndərildiyi;
3.  Üçüncüsü  isə  türklər  əleyhinə  olan  xəbərlərin  çox  pul 
gətirən olması məsələsidir.
Deməli,  əvvəldən  qeyd  etdiyimiz  kimi  marağında  olan 
insanlar  Osmanlı  dövlətindəki  müxtəlif  ölkələrin  mətbuat 
təmsilçilərini inhisara  almışlar.  Olan  hadisələr haqqında  deyil, 
onlara  lazım olan „hadisələr"  haqqında xəbər  göndərmələrinə 
nail ola bilmişlər. Bu səbəbdən də əsli, əsası olmayan qondarma 
hadisələr  dünyamn  mətbuat  kanallarında  verilirdi.  Bu,  dünən 
də,  bu  gün  də  sabah  da  lazım  olan  sənədlərdir.  Onları- 
faktları"  maraqları  olduğu  üçün  uzun  illər  mətbuatın 
gündəliyində saxlaya bilirlər.
Bir  məsələnin  də  aydınlaşdırılmasına  ehtiyac  vardır. 
Türklərə,  azərbaycanlılara  qarşı  ermənilərin  və  onların  tərəf­
darlarının  həyata  keçirmiş  olduqları  qətl  və  ona  bənzər 
hadisələrin  dünya mətbuatında  nəşr edilməsi  metodu  eynidir. 
„Hadisələr"  Türkiyə  və  Azərbaycanda  olduqdan  sonra  orada 
olan  təmsilçilər  kimsənin  xəbəri  olmadan  dünya  mətbuatına 
bəlli  məqsədlərə  xidmət  edəcək  xəbərlər  göndərirlər,  „Hadi­
sələrin" olduğu yerdə kimsənin xəbəri olmadığı halda müxtəlif 
yollarla nəşr olunan xəbərlər ölkəyə gətirilir. O zaman bu kimi 
xəbərlərə  qarşı  bir  təkzib  mexanizmi  yox  idi.  Olmayan, 
qondarma  hadisə  dünyanın  ictimai  fikrinə  olmuş  kimi 
yerləşdirilirdi. Xəbərlər isə mətbuatla arxivləşdirilirdi. Bilirdilər 
ki,  qondarma  hadisələrin  üzərindən  bir  müddət  keçdikdən 
sonra  onların təkzib  edilməsi imkansız olacaqdı. Doğrudan da 
bu  kimi  „hadisələr"  və  onların  qondarma  olması  haqqında 
məlumat istənilən qədərdir.  Lakin opponentlərimiz bu  gün də 
qondarma „hadisələrə" aid faktla dünyaya car çəkirlər.
Tanınmış  hərbi  müxbir  Mr.  Melton  Prior  Türkiyədə  olan 
„hadisələri"  işıqlandırmaq  üçün  gəldikdə  burada  heç  bir 
hadisənin  olmadığını  görür  və  gördükləri  haqqında  məlumat
109


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə