Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə23/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   19   20   21   22   23   24   25   26   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımını və işğalım pərdələyən yalan
nlmasına  aid  müqavilə  imzalanmışdır.  Müqavilənin  2-cı 
maddəsinə görə soyqırımının tərifi verilmişdir.
Sənədə görə soyqırımının şərtləri aşağıdakılardır:
1. 
ölkə,  etnik,  irqi  ya  da  dini  bir xalqı  kütləvi  və  ya  da 
onun  bır  bölümünü  yox  etmək  niyyəti  ilə  qrup 
üzvlərinin öldürülməsi;
2. 
Qrup  üzvlərinin fiziki və ya əqli bütünlüyünün böyük 
ölçüdə zədələnməsi;
3. 
Qrupun fiziki varlığının hamısının və ya bir bölümü ilə 
yox  edilməsi  nəticəsi  verəcək yaşayış  şəraiti  içərisində 
yaşamağa məcbur edilməsi;
4. 
Qrup içində doğuma mane olacaq tədbirlər alınması;
5. 
Bir  qrupun  uşaqlarının  başqa  bir  qrupa  zorla  keçiril­
məsi də bu kimi fəaliyyətlər qrupuna daxildir;
6. 
Soyqırımında  planlı,  dövlət  siyasəti  halım  almış 
tədbirlərdən bəhs edilir.
Ermənilərin 1915-ci ildəki hadisələrə, xüsusən köçürmə ilə 
əlaqədar  iddialarına  soyqırımı  müqaviləsi  ilə  əlaqədar 
baxıldığında tarixdəki bir sıra hadisələrin də təhlilini vermədən 
keçmək  mümkün  deyildir.  Soyqırım  çox  böyük  tarixi 
cinayətdir.  O,  təsadüfi  olaraq  heç  bir  xalqın  tarixində  ortaya 
çıxa  bilməz.  Belə  bir  cinayəti-soyqırımını  həyata  keçirə  bilən 
xalqin  tarixində  buna  meylin  və  onu  təsdiq  edəcək  nümu­
nələrin olması lazımdır.
Dövlətlərlə  xalqlar  arasında  cinayətə  meylliliyə  görə  oxşar 
cəhətlər vardır.  Bir fərdin  cinayətə meylli olduğu kimi,  dövlətlərin də 
genetik-rejim  olaraq  bu  kimi  cinayətlərə  tarixən  meylli  olması  lazım 
gəlir.  Osmanlı  imperatorluğunun  uzun  müddət  davam  etməsi  də 
onun  tarixinin  heç bir dövründə soyqırımına  və assimilyasiyaya yer 
verməməsi  ilə  əlaqədardır.  Bunu  Osmanlı  imperatorluğunun 
tarixindən də aydın şəkildə görmək olar.
Məlum  olduğu  kimi  Osmanlı  dövləti  orta  əsrlərdə 
dünyanın  ən  böyük  dövləti  olub  üç  qitəyə  yayılmışdı.  Lakin 
xarici  tarixçilərin,  o  cümlədən  ermənilərin  uzun  illər  müxtəlif
90
Həsənbala Sadıqov
ölkələrdə  tədqiqatlar  apardıqlarına  baxmayaraq  osmanlının 
soyqırıma məruz qoymuş olduğu,  tam yox etmiş olduğu və ya 
bu  təşəbbüsdə  olduğu  xalq  olmamışdır.  Osmanlı  dövlətinin 
dini  tərəfinin  əsas  olduğu  dövrlərdə  də  ən  qədim  xristianlıq 
məzhəbi  olan  süryanilik,  tovuz  quşuna  və  atəşə  sitayiş  edən 
yezidilik kimi inanclar yaşayarkən,  1800-cü illərdən başlayaraq 
dini  hökmlərə  qarşı  olmasına185 baxmayaraq  kilsələr  açılmağa 
başlamışdı.
Bunlardan  başqa  Osmanlıda  dünyanın  heç  bir  yerində 
bərabəri olmayan hadisələr də baş vermişdir. İki qardaşdan biri 
Osmanlı sədrəzəmi Sokullu Mehmet Paşa olduğu halda,  o biri 
qardaşı  Makarije  Serb  kilsəsinə  patrik  təyin  edilmiş  və  Serb 
xalqının ruhunu diriltmişdi.
Halbuki bu dövrdə dünyanın bir çox yerlərində, xüsusən 
Avropada  dinə  dayanan  müharibələr baş  alıb  gedirdi.  Bu  gün 
ifadə  edilməməsinə  baxmayaraq  çox  böyük  miqdarda  insan­
ların  həqiqi  soyqırıma uğradıqlarını  görürük.  Bunlara  Avropa 
tarixində  fərqli  adlar  verilmişdir .Ya  imperatorlarla  papaların 
mübarizəsi,  ya  da  din  inqilabları  deyilməsi  əslində  məsələnin 
mahiyyətini  dəyişmir.  Avropada  bu  dövrdəki  məzhəblər 
mücadiləsi  soyqırımılardan  daha  dəhşətli  olmuşdur.  Bu 
müharibələr  Avropamn  yalnız  dini  deyil,  siyasi  ilə  bərabər 
etnik xəritəsində də əsaslı dəyişikliklər həyata keçirmişdir.
Uzaq  Şərqdə  dilini  dəyişən  xalqların  olmasını  (Hindu- 
Peştun), bütöv olaraq dilini və dinini dəyişən Afrikanı, Cənubi 
Amerikanı  nümunə  olaraq  göstərmək  olar.  Halbuki  bu 
hadisələr,  gerçək soyqırımı və ya ona oxşar hadisələr Osmanlı 
tarixində  olmamışdır.  Bu  bir  tarixi  həqiqətdir  ki,  Osmanlı 
imperatorluğu  çox  sayda  və  dində  xalqları  bir  hakimiyyətin 
idarəsində,  bir  sərhədlər  içərisində  sülh  və  qarşılıqlı  inam 
şəraitində saxlaya bilmişdi.
Müxtəlif  tarixlərdə  Osmanlı  dövlətinə  daxil  olan  torpaq­
Hüsamettin Yıldırım.  Ermeni  iddiaları  ve  gerçekleri.  Ankara 2000,  s.  44.
91


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
larda  da  milli  azadlıq  hərəkatı  başlamışdı.  Milli  azadlıq 
hərəkatına  başlamış  xalqlar  mübarizələri  dövründə  belə  Os­
manlı  dövlətinə  qarşı  müxalifətdə  olduqlarmı  ifadə  etsələr  də 
onlara  qarşı  Osmanlı  dövləti  tərəfindən  soyqırımı  edildiyi 
iddiasında  olmamışlar.  Halbuki  Osmanlı  dövlətinə  qarşı 
mübarizəyə başlayan  milli  güclər bu  cür  faktlar olsaydı  onları 
dünya ictimaiyyətinə təqdim etməkdən çəkinməzdilər. Çünki o 
xalqların  çoxunun  dünyada  olmuş  qırğınlarda  imzaları  aydın 
şəkildə görünür.
Türk  idarəçiləri  hakim  olduqlan  yerlərdə  digər  xalqlara 
sahib  olduqlan  haqlardan istifadə etməyə  şərait yaratmışdılar. 
Onlara  tarixi  adət  və  ənənələrini  davam  etdirməyə  imkan 
vermişdilər.  Əslində,  bu  xüsusiyyətləri  idarəçilik  qaydalarına 
çevirə  bilmişdilər.  Osmanlı  dövlətinin  uzun  müddət  davam 
edə  bilməsi  yalnız  bir  idarəçilik  forması  ilə  əlaqədar  deyildir. 
Müxtəlif  coğrafiyada,  müxtəlif  mədəniyyətləri  təmsil  edən 
xalqları  və  mədəniyyətləri  bir  yerdə  tuta  bilmək  kimi  çox 
mühüm spesifik xüsusiyyətlərə sahib olmaq bacarığıdır.
Türk  dövlətçilik  tarixində ədalət vardı,  müxtəlif xalqların 
və  mədəniyyətlərin  bir  yerdə  yaşadılması  vardı,  qırğın  və  ya 
soyqırımı  örnəkləri  olmamışdır.  Amerikalı  elm  adamı  Justin 
Makartinin  „Ölüm  və  sürgün"186 kitabında  bu  məsələlər  açıq 
şəkildə  verilmişdir.  Bu  kitabda,  Balkan  və  Qafqaz  xalqlarının 
ölümdən  qurtarmaq  üçün  Osmanlı  idarəsinə  qəbul  edilmək 
istədiklərini  görürük.  Burada  Avropada  olan  soyqırımı 
nümunələri də göstərilir.
1469-cu  ildə  İspaniya  və  Portuqaliyadan  musəvi  və 
müsəlmanlar,  1680-ci  ildə  Tökölmre  və  adamları  Macarıstan­
dan,  1711-ci  ildə  Rakoczli  şahzadəsi  və  adamları,  1849-cu  ildə 
Layoş  Kosut  və  2000  nəfərlik  macar  qrupu,  İsveç  kralı  Şarl 
(Karl)  1500-2000  nəfərlik adamları,  1917-ci ildə  135.000  ordusu
186  Justin  McCarthy.  Ölüm  ve  Sürgün.  (Death  and  Exile)  Osmanlı  Müslümanlarına  karşı 
yürütülen  ulus  olarak  temizleme  işlemi  (1821-1922),  çevireni  Bilge  Umar.  İnkilap 
Kitabevi, Ankara,  I  yayın,  1995
92
H əsənbala  Sadıqov
ilə  rus  sərkərdəsi  Vrangel  haraya  sığınmışdılar?187 Osmanlı 
ölkəsinə.
1915-ci  ildən  türklərin  erməniləri  soyqırımına  məruz 
qoydular  deyə  bağıranlar  1930-cu  illərdən  etibarən  Polşa  və 
Almaniya əsilli musəvilərin Türkiyəyə sığındıqlarını bilirlərmi? 
Osmanlı  imperatorluğunun  tarixində  belə  bir  hadisənin- 
soyqırımının olduğuna inananların Türkiyəyə sığınmalarına nə 
ad  vermək  olar?  O  zaman  dünyada Türkiyənin  bu  iddialarda 
günahsız  olduğunu  hər  kəs  bilirdi.  İnsanlar  bu  gün  də 
Türkiyənin  günahsız  olduğuna  inanırlar.  Lakin  maraqlı 
dövlətlərin  siyasəti  insanların  başını  qarışdırır.  Belə  olduğu 
üçün bu məsələlər sırf siyasət vasitəsinə çevrilmişdi.
Soyqırımından  başqa  danışmağa  mövzu  tapa  bilmə­
yənlərə müraciət etmək üçün çox mövzu olduğunu bildirirəm. 
Doğrudan  da  Birləşmiş  Millətlər  Təşkilatının  və  əlaqədar 
təşkilatların  müasir  dünyada  insan  haqları  normaları  ilə 
əlaqədar  almış  olduqlan  qərarlar  çox  əhəmiyyətlidir.  Lakin 
digər  xalqların  tarixində  insan  haqlarının  tənzim  edilməsi 
haqqında  dövlət  qanunvericiliyinin  az  olmasına  baxmayaraq 
Osmanlı dövlətində Sultan Fatih dövründən başlayaraq ölkədə 
yaşayan  qeyri-müsəlman  xalqlara  bugünkü  insan  haqlarını 
əhatə edən hüquqlar verilmişdi.
Burada  Fatihin  28  may  1463-cü  ildə  Bosniyanı  işğal 
edərkən  Osmanlı  dövlətinin  insan  haqları  il  bağlı  siyasətinin 
çox  mühüm  nəticəsi  görünür.  Fatih  bölgə  xalqına  dini 
sərbəstlik  gətirmişdi.  Fatih  Sultan  Mehmet  Bosniyadakı  latın 
keşişlərinə  1463-cü  il  tarixli  833N-İİ  fərmanla188 dini  sərbəstlik 
vermişdir.  Orada  Bosniya  rahiblərinə  verilən  imtiyazlar 
sıralanır,  fərmanda  adı  keçən  rahiblərə  və  onların  kilsələrinə 
kimsənin  toxunmaq  haqqı  olmadığı  bildirilir.  Onların  can­
larına,  mallarına,  kilsələrinə,  xaricdən  gətirdikləri  adamların
187  Hüsamettin Yıldırım.Ermeni  iddiaları  ve gerçekleri.  Ankara,  2000,  s.  45.
188  Hüsamettin  Yıldırım.Ermeni  iddiaları  ve  gerçekler.  Ankara  2000,  .  Fatih  Sultan 
Mehmetin 28  mayıs  1463  tarixli  fermanı.  Fermanın  imzalandığı yer.  Bosna, s.  166
93


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə