Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə22/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   18   19   20   21   22   23   24   25   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
Gatesə  vermiş,  o  da  Morgentauya  çatdırmışdır.  Şübhəsiz  ki, 
Amerikan  missioneri  o  zaman  bu  faktın  dəyərini  bilməmiş 
deyildi.  Necə  olur  ki,  belə  bir  faktı  sonradan  çap  etdirmiş 
olduğu  kitaba  nəinki  daxil  etməmiş,  heç  Tələt  Paşa  ilə  olan 
„görüşü ", onun ən gizli sirrlərini ona etibar etdiyi haqqında da 
məlumat  verməmişdir.  Əslində  onun  Osmanlı  dövlətinin 
paytaxtında  kollec  rəhbəri  olduğu  dövrdə  Tələt  Paşa  ilə 
görüşmüşsə  ondan  böyük  xatirəsi  ola  bilməzdi.  Xatirə  yazan 
amerikalı  onu  zənginləşdirmək  üçün  bu  imkanı  əldən 
verməzdi.
Kitabda  Tələt  Paşamn  ermənilərlə  əlaqədar  siyasətinin 
nəzərdə  tutulan  tədbirlərinin  „ifşa  "  edilməsində  o  dövr 
Almaniyanın Osmanlı dövlətindəki böyük elçisi Vangenhaym- 
dan  da  istifadə  edilmişdir.  Guya  Vangerhaym  Morgentauya 
Tələt Paşa „Türkiyədə qalmış olan bütün erməniləri köçürmək 
niyyətində  olduqlarını  "  söyləmişdi.  Kitabdan  fərqli  olaraq 
istanbulda yazılan gündəlikdəki qeydlər bu fikri  təkzib edir və 
Tələt  Paşamn  yazılan  dövr  alman  böyük  elçisi  ilə  görüşmə­
diyini göstərir.
Şmovanyana  görə  „türklər  qalan  erməniləri  də  köçürüb 
dosyanı  bağlamaq  fikrində  olduğunu"  söyləmişdir."182 Əsası 
olmayan  bu  dedi-qoduları  Morgentau  Tələt  Paşadan  deyil, 
Andoniyan  və  Şmovanyandan  eşitdiyini  də  etiraf  etmişdir.
'  Morgentaunun  xatirələri  nə  qədər  müəliflər  üçün„tarixi”  mənbə  olmuşdur.  Onlardan 
biri  də  F.Verfelin  „Musa  dağında  40  gün”  kitabıdır.  Müəlifin  Morgentaunun  əsərindən 
faydalanmış  olmasına  heç  bir  şübhə  qalmır.  Romanda  m üəllif  eyni  ilə  Morgetaunun 
metodundan  istifadə  edərək  tarixi  məsələni  aydınlaşdırmaq  üçün  Tələt  Paşanın  ağzı  ilə 
aşağıdakını  ifadə  etdiyini  göstərir.  Guya  Tələt  Paşa  „Bir  daha  erməni  məsələsi  ortaya 
çıxmayacaq”(FORSNET)  demişdi.  Tarixi  əsərlərdə  olduğu  kimi  romanda  da  tarixçi  kimi 
hərəkət  edilir,  tarixi  .faktlardan”  da  istifadə  edilir.  M üəllif romanda  Tələt  Paşa  ilə  Ənvər 
Paşa  arasında  görüşmədə  olan  „söhbətlər”-in  ana  mövzusunu  oxucularına  çatdırır.  „Bu 
zaman  Tələt  Paşamn  mətbuat  üzrə  köməkçisi  məlum  teleqramı  (Andoniyanm  Tələt 
Paşaya  aid etdiyi teleqram nəzərdə tutulur.  Burada Morgentau,  F.Verfelin fikirləri  üst-üstə 
dişür)  Hələb,  Antakya  və  bütün  Anadoluya  poçt  və  teleqraf  idarəsi  məmurlarına 
göndərdi”(FORSNET).  Burada  bir məsələnin  aydınlaşdırılması  lazım  gəir.  Tələt  Paşa  ilə 
Ənvər  Paşanın  söhbətində  heç  bir  şahid  və  onların  danışıqlarım  yazan  aparatın  olmadığı 
halda bu  iki  adam arasında olan  „danışığı” kim müəyyən edə  bilmişdi.
86
Həsənbala  Sadıqov
Lakin  necə  olmuşsa  kitabda  dedi-qodular  qanad  açmış.  Tələt 
Paşanın  sözlərindən  meydana  gələn  bir  təbliğat  bombasına 
çevrilmişdir. 
Əslində 
Morgentaunun 
Andoniyan 
və 
Şmovanyandan  eşitdiyi  dedi-qoduları  olduğu  kimi  kitabda 
verməsi  oxucuları  inandırmaz  və  o  qədər  də  təsirli  ola 
bilməzdi. Heç şeydən böyük səs çıxarmaq və ya bir stəkan suda 
fırüna yaratmaq siyasəti əslində elə bu deməkdir.
Morgentaunun  xatirələri  gətirilən  faktlardan,  araşdırma­
lardan  göründüyü  kimi  xatirə  adlanmasına  baxmayaraq 
fərqlidir.  Kitabın  böyük  elçinin  fəaliyyətinə  daxil  olan 
sənədlərdən fərqli „bazaya" dayandığı da aydın olur. Ola bilsin 
ki,  bizləri  qınayan  adamlar  da  tapılar  ki,  „85  ildən  sonra  bu 
əsərin  olan-olmaz  „dəyərlərinin"  müəyyən  edilməsinə  nə 
ehtiyac vardır?" desinlər. Araşdırmalardan görünür ki, 85 ildən 
sonra bu  əsər mühüm bir iddiada,  guya ermənilərin soyqırıma 
məruz qalmalarında əsas mənbədir.
Əsərin  bu  „dəyəri"  bütöv  türk  xalqini  neçə  illərdir  ki, 
günahkar  vəziyyətində  dünyaya  təqdim  edir.  Nə  qədər  ona 
qarşı  əsərlər  yazılmış  olsa  da  müəllifin  missionu,  ABŞ  kimi 
bitərəf  ölkənin  Osmanlı  dövlətində  böyük  elçisi  olması, 
„gördüyü",  „şahid  olduğu"  hadisələri  yazdım  müraciəti  hələ 
də  oxucuları  maraqlandırır.  Hətta  Amerikanın  orta  məktəb­
lərində „Soyqırımı və kütləvi qətl araşdırmaları dərs kitabında" 
kiminsə  yadma  Morqetaunun  xatirələri  düşmüş  və  onu  dərs 
proqramına daxil etmişlər.183
Burada  Morgentaunun  əsərinin  və  müəllifinin  başqa  bir 
cəhətini  də  qeyd  etmək  lazım  gəlir.  Bu  əsər  mühüm  kitab 
olaraq  ilk  vaxtdan  dünyamn  müxtəlif  ölkələrində  maraq 
obyektinə  çevrilmişdir.  Burada  ilk  olaraq  onu  göstərmək 
lazımdır ki, Morgentaunun türk düşmənliyi yalnız kitabın nəşr 
edilməsi  ilə  başlanmamışdır.  Morgentaunun  bu  sahədəki 
fəaliyyəti kitab nəşr ediləndən əvvələ təsadüf edir.
183  Büyükelçi  Morgenthaunun öyküsünün perde arkası  İstanbul  1991,  s.  65
87


Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımını və  işğalım pərdələyən yalan
Morgentaunun Osmanlı dövlətində bitərəf ölkənin böyük 
elçisi  olmasına  baxmayaraq  o  bitərəflik  statusundan  fay­
dalanmış,  əslində  müharibə  dövründə  türklərə qarşı  təbliğatın 
əsas  mənbələrindən  biri  olduğu  son  araşdırmalarda  müəyyən 
edilmişdir.  Morgentau  böyük  elçi  olmasına  baxmayaraq  o, 
çalışdığı  dövrdə  müxtəlif  ölkələrin  xəbər  agentlikləri  ilə  gizli 
işbirliyində  olmuşdur.  Buna  nümunə  kimi  Morgentaunun 
ingilis  xəbəralma  agentlikləri  ilə  olan  ortaq  işləri  isbat  edil­
dikdən sonra onun nə dərəcədə "bitərəf" olduğu aydın olur.
Morgentau  agentliklərə  lazım  olan  xəbərləri  İstanbulda 
tərtib  edərək  onlara  göndərmişdir.  Onlar  da  bu  „faktlara" 
istinad  edərək  türklər  və  almanlar  əleyhinə  təbliğat 
kampaniyası  aparmışlar.  İngilis hökumətinin  əsas  məqsədi bu 
kimi  xəbərlərlə  ABŞ-ın  ictimaiyyətini  Türkiyə  və  Almaniyaya 
qarşı  müharibəyə  hazırlamaq  idi.  Bu  da  öz  növbəsində 
Amerikanın  gələcəkdə  I  Dünya  müharibəsinə  girməsində  çox 
mühüm amil olmuşdur.
Morgentaunun  sənədlərindən  onun  özündən  də  əvvəl 
istifadə  edərək  türklərə  qarşı  əsərlər yazmışlar.  Bunlardan biri 
tarixçi  və  kütləvi  qırğın  sahəsinin  mütəxəssisi  hesab  edilən 
Arnold  J.Toynbedir.  Müəllif  haqqında  danışılan  „faktlardan" 
istifadə edərək türkləri tənqid etmişdir. Müəlliflərə görə 1915-ci 
ildə  qırğın  haqqında  olan  sənədləri  Morgentaudan  başqa 
kimsənin  verməsi  mümkün  deyildi.  Bu  faktların  Morgentau 
tərəfindən vasitəçilərlə verilməsi də mümkün idi.184.
I  Dünya  müharibəsi  dövründə  türklərin  ermənilərə  qarşı 
gördükləri  „tədbirlərlə  "  əlaqədar  əsərlərin  ortaya  çıxmasında 
Morgentaunun mühüm „xidməti" olmuşdur. Bunu yalnız türk 
müəllifləri deyil, Amerika tənqidçiləri də təkzibedilməz şəkildə 
şərh  etmişlər.  Bu  əsərlərdə qaynaqlar Morgentaunun sənədləri 
ruhundadır. Bu  da çoxlarına onların hər ikisinin bir mənbədən 
gəldiyi  fikrini  söyləməyə  imkan  verir.  Bundan  başqa  Toynbe *
 8
8
184 Yenə orada,  s.  71.
88
Həsənbala Sadıqov
kitabla  Amerikada  Türkiyə  və  Almaniya  əleyhinə  bir  ictimai 
fikir formalaşdıra bilmişdi.
Tarixi əsərlərin dəyəri, yaşarlılığımn əsas şərtlərindən biri 
onun  obyektivliyi,  hisslərdən  deyil,  həqiqətlərdən  qidalan­
masıdır.  Lakin  haqqında  danışdığımız  kitabda  tərəfsiz  elmi 
araşdırma  prinsipinin  yerini  ibtidai  hissiyyat  tutmaqdadır. 
Ciddi  bir  məsələdə  tarixi  gerçəkliyə  istinad  edib  problemin 
tənzim  edilməsi  üçün ideal proqramın olması lazım idi.  Lakin 
əksinə,  Morgentau  bu  yüksək  missiyanın  ona  vermiş  olduğu 
imkanlardan  faydalanaraq  təbliğat  xarakterli  əsərləri  təqdim 
etdi.  Bu  kimi  əsərlər  xalqlar  arasına  sülh  gətirmir,  kəskin 
münasibətlərə xroniki xarakter verir.
Bu  əsərlərin  ən  mühüm  nəticəsi  dünyada  insanları 
xalqlara  və  dinlərə  görə  cəbhələşdirərək  orta  əsrlərin  xaçlı 
ruhunun  bu  gün  də  davam  etməsinə  fürsət  verməkdir.  Bu 
faktların  təsirindən  sonra  qətl  edilənlərin  günahları  kimlərin 
boynuna yazılmalıdır? I Dünya müharibəsini yalnız dərsliklər­
dən  öyrənmiş  olan gənclik Morgentaunun  yazdıqları  əsasında 
tərbiyə  aldıqlarından  onlar  bizim  gözlədiklərimiz  deyil, 
Morgentaunun arzuladığı kimi olmağa daha çox meyllidirlər.
Bir  çox  müəlliflərin  iddiası bundan  ibarətdir  ki,  Morgen­
tau  kimi  müəlliflərin  günahları  terror  və  ona  oxşar  hadisələri 
yaradanlardan  heç  də  az  deyildir.  Elm  adamları  həqiqətləri 
yazmış  olarsa  insanların  nifrət  deyil,  qarşılıqlı  əməkdaşlığa 
söykənən bir dünya qurmalarına yardım etmiş olarlar. Əslində 
artmaqda  olan  xarabalıqlara  deyi,  abad,  sakit,  kin  və  nifrətin 
olmadığı bir dünyaya insanların daha böyük ehtiyacı vardır.
BMT-nin 1948-ci il Soyqırımı Bəyannaməsi işığında
Soyqırımı termini, millətlərarası münasibətlərdə Birləşmiş 
Millətlər Təşkilatının 1948-ci il tarixli Bəyannaməsi ilə müzakirə 
mövzusuna çevrilmişdir.  Birləşmiş Millətlər Təşkilatında  1948- 
ci  ildə  Soyqırımı  cinayətinin  qarşısının  alınması  və  cəzalandı
89


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə