Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə24/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   20   21   22   23   24   25   26   27   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımını və işğalım pərdələyən yalan
haqqına  toxunulmayacağına  müsəlman  müqəddəslərinə, 
sonda  qılıncına and  içmişdi.  Bu  fərmanın sayəsində  xristianlar 
Osmanlı dövlətində bir hürriyyət şəraitində yaşamışdılar.
Həmin  fərmandan  500  il  sonrakı  dünyada  çox 
təşkilatlarda,  beynəlxalq  məclislərdə  insan  haqlarına  aid  külli 
miqdarda  qərarlar  çıxarılmasına  baxmayaraq  insan  haqlarının 
pozulması,  hətta,  müasir  dünyanın  gözləri  qarşısında  insan­
ların  soyqırımı  davam  edir.  Tarix  arxivlərində  qondarma 
iddialara  əsaslanaraq  soyqırımının  günahkarlarını  axtaranlar 
özlərinin  həyata  keçirdikləri  soyqırımı  tədbirlərini  görmək 
istəmirlər.  Azərbaycanda,  xüsusən  Xocalı  soyqırımı  müasir 
dünyanın  gözü  qarşısında  baş  vermişdir.  Soyqırımı  iddia 
edənlər sanki bundan xəbərsizdirlər.
XX əsrin sonlarında soyqırımı və qırğın hadisələrini tarixi 
ardıcıllıqla  qısa  olsa  da  verməyə  ehtiyac  vardır.  Dili,  dini, 
kilsəsi,  məktəbləri,  yaşayış  təminatı  Fatih  Sultan  Mehmetin 
fərmanı ilə 500 il davam edən Balkanlarda bu gün bosniyalıları, 
alban  əsilli  müsəlmanları,  makedoniyalıları  və  Bolqarıstan 
türklərini  yurdlarından  qovub  çıxarmışlar.  Onların  müasir 
dünyada  insan  haqları  normaları  ilə  müəyyən  edilmiş  adi 
yaşam,  yaşatma,  yeni  nəsilləri  davam  etdirmək  haqqı 
tanınmamışdır.  Bu  hərəkətləri  dayandırmaq,  günahkarları 
cəzalandırmaq  üçün  yüz  illərmi  keçməlidir?  Göz  qarşısında 
olanları  arxivlərdə  axtarmağa  nə  ehtiyac  var?  Gəlin,  nə  qədər  gec 
deyil,  qondarma  soyqırımı  günahkarlarını  axtarmaqdan  əl  çəkib, 
gözümüzün önündəki soyqırımı nümunələrinin cavabdehlərini müha­
kimə  edək.  Bımunla  da  dünyada  soyqırımı  düşüncəsini  dağıtmış 
olarıq,  insan  nəslinə  soyqırımı  qorxusu  ilə  üzləşməyəcəyi  bir  dünya 
verəyin. Bu, insan oğlunun təbii haqqıdır.
XX  əsrin  əvvəllərində  dünyaya  „türklər  erməniləri  qətl 
etdilər"  iddiası  ilə  dağılan  ermənilərin  böyük  bir  qismi  də 
Azərbaycana gəldi.  Türklərin Anadoluda  onlara etmədiklərini, 
lakin dünyaya  yaydıqları  qırğınlara  Azərbaycana  girər  girməz 
başladılar.  Yalnız  1918-ci  il  hadisələrində  ermənilər  100.000
94
azərbaycanlım  öldürmüşdülər.  Təkcə  1918-ci  ilin  martında 
Bakıda 30.000 azərbaycanlını qətlə yetirmişdilər.
Ermənilərin bütün Qafqazda  Azərbaycan türklərinə  qarşı 
həyata  keçirdikləri  qırğınlarda  ölənlər  haqqında  Azərbaycan, 
rus  arxivlərində  məlumatlar  vardır.  Türk  arxivlərində 
Qafqazda  ermənilərin  azərbaycanlıları  qətl  etmələri  haqqında 
mühüm  sənədlər  mühafizə  edilir.  Türkləri  ermənilərə  qarşı 
qırğında  günahlandırmağa  çalışanlar,  uzun  illərdən  bəri 
günahkar  ovunda  olanlar  bu  faktlardan  istifadə  etmiş  olsalar 
kimin soyqırımı törətmiş olduğunu çətinlik çəkmədən isbat edə 
bilərlər.
Dünyanın  qanı  kəsməyən  yaralarından  biri  də  Azərbaycanın 
tarixi  torpaqları,  hazırda  Ermənistan  tərəfindən  işğal  edilmiş 
Qarabağdadır.  Arüq  20  ilə  yaxmdır  ki,  müasir  informasiya 
şəraitində,  dünyanın,  o  cümlədən  insan haqlarının  qorunması 
vəzifəsindən  cavabdeh  olan  təşkilatların  gözü  qarşısında, 
televizorlardakı  proqramların  şahidliyi  ilə  qırğın  və  soyqırımı 
həyata  keçirilir.  Azərbaycanda  son  illərdə  ermənilərin  ən  dəhşətli 
soyqırımları Dağlıq Qarabağa daxil olan Xocalıda olmuşdur.
Bu  bir  tarixi  gerçəklikdir  ki,  soyqırımı,  qırğın  iddiaları 
məruz  qalmadıqları  halda  ermənilərdən  gəlmişdir.  Buna  görə 
də  atalarımız  „yalan  elə  bağırdı,  doğrunun  bağrı  yarıldı" 
müdrik  kəlamım  yarada  bilmişlər.  Son  yüz  ildə  ermənilər 
tərəfindən dəfələrlə qırğınlara məruz qalmağımıza baxmayaraq 
onun  haqqında  çoxlu  kitablar  yazmamış,  yazdırmamış, 
müvafiq dünya təşkilatlarına da müraciət etməmişik.
Bizim insanların bu xüsusiyyətlərini günahkar olmağımız 
kimi  qiymətləndirənlər  az  olmamışdır.  Buna  haqq  qazan­
dırmaq  və ya qazandırmamaq müxtəlif səbəblərlə  əlaqədardır. 
Kədərimizi, faciəmizi ətrafımızda olan  insanlardan gizlətmək biz  türk 
insanının  genetik  xüsusiyyətidir.  Bütün  tarixi  dövrlərdə  belə 
olmuşdu.
Türk-erməni münasibətləri ilə əlaqədar görkəmli Amerika 
tədqiqatçısı  Justin  Makarti  ABŞ-da  Təmsilçilər  məclisində
Iiəsənbala Sadıqov
95


Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımım və işğalını pərdələyən yalan
Müdafiə  və  Məlumatlandırma  mövzusundakı  çıxışında  türk 
insanının  müxtəlif  dövrlərdə, 
o  cümlədən  I  Dünya 
müharibəsində böyük müsibətlər yaşadıqlarını faktlar əsasında 
göstərmişdir.  Bildirmişdir  ki,  çoxlarından  fərqli  olaraq  türklər 
müsibətlərini  nümayiş  etdirmək  istəməmişlər,  onları  ətrafda  olan­
lardan, dünyadan gizli, ürəklərində saxlamağa çalışmışlar.
O  demişdir:  „Müharibədə  hər  şeyini  itirənlərin  ağıllarında 
intiqam  hissi  yer  tutmuşdu.  Yeni  Türkiyə  cümhuriyyətini  bu 
hisslərin  idarə  etməsi  halında  daha  çox  ölüm  hadisəsi  yaşanacaqdı. 
Mustafa  Kamal  hökuməti  bu  səbəblərlə  də  keçmişdəki  itkiləri  nəzərə 
almadan,  sabiq  düşmənlərlə  sülh  imzalayan  bir  siyasət  yeritmişdir. 
Türk hökuməti,  ermənilərə və başqalarına qarşı  türk davasında təzyiq 
göstərilməsinin  köhnə  nifrətləri  canlandıracağım  və  yeni  müharibə 
şəraiti  yaradacağını  hiss  etmişdir.  Bu  səbəbdən  türklər  dərdləri  ilə 
əlaqədar heç bir şey söyləməmişlər.  Bu o dövr üçün alına bilinəcək ən 
doğru qərar idi.  Heç kimsənin  türklər adına danışmaması  bu  nöqtədə 
meydana fərqli  bir  nəticə  çıxarmışdır.  Etmədiklərinə  inandıqları  bir 
şey  ilə  əlaqədar  haqsız  yerə  tənqid  edilən  türklərin  nə  düşünmələri 
lazımdır. "ш
Bu məsələlər Justin Makartinin başqa bir ifadəsində də öz 
əksini  tapmışdır.  Beynəlxalq  Əlaqələr  Məclis  komitəsinin, 
Beynəlxalq  Əməliyyatlar  və  İnsan  Haqları  komitəsinin 
Lousville  universitetində,  Orta  Şərq  tarix  professoru  və  Sənət 
Elm sahəsinin məşhur professoru Justin Makartinin 14 sentyabr 
2000  tarixli  ifadəsində190 də  bu  məsələlərə  bir  aydınlıq  gətiril­
mişdir.
189  Hüsamettin Ytldırım.Ermeni  iddiaları  ve gerçekleri.  Aıık.2000,  s.  46-47
190 Yens orada, a.  k.  e.  s.  167-172
96
Həsənbala Sadıqov
III FƏSİL
ERMƏNİ KİLSƏSİ ERMƏNİ 
TARİXİNDƏ
Kilsələrin rolu haqqında
Eçmiadzin  katalikosu191  I  Vazgen  1964-cü  il  16  avqust 
tarixli  bəyannaməsində  bunları  yazmışdı:  „Erməni  millətinin 
tarixi  V  əsrdə,  erməni  yazısının  meydana  gəlməsi  və  Avaray 
qəhrəmanlıq  savaşı  ilə  başlayır.
"
192  Katalikosun  adım  çəkdiyi 
Avaray  savaşı  2  iyun  451-ci  ildə  olmuş,  ermənilərin  məğlub 
olmaları  ilə  nəticələnmişdir.  Bu  tarixdə  Ermənistan  Bizans  ilə 
Sasanilər  arasında  ikiyə  bölünmüşdü.  Deməli,  insanlar 
məğlubiyyətlərini də qəhrəmanlıq kimi təqdim edə bilərlər.
Əslində  Ermənistan  tarixində  əsas  mövzu  hər  şeydən 
əvvəl  erməni  kilsəsidir.  Erməni  kilsə  dövlətindən  bəhs  etmək 
daha  çox  ədalətli  olar.  Erməni  kilsəsi  öz  mövcudluğunu 
qorumaq üçün bir qüvvəyə, bir  dövlətə ehtiyacı vardı.  Erməni 
dövləti  fikrini  meydana  gətirən  erməni  milləti  deyildi,  erməni 
kilsəsidir.193
„Bu millətçilik mücadiləsində ən böyük rolu, bəzi liderlər 
istisna  edilərsə,  bəlli  başlı  monastırlar  vasitəsi  ilə,  həm  dini, 
həm  də  intellektual  bir  qüvvət  olaraq  çalışan  erməni  kilsəsi 
oynamışdır.  Siyasi  müstəqilliyin  yox  olduğu  vaxtlarda, 
katalikos,  millətin  əməllərini  təmsil  etmiş  və  diaspor  ilə 
ermənilər arasında bir bağ halına gəlmişdilər."194
Boyaçıyan belə  yazır:  „Nə qədər geniş olursa olsun erməni 
kilsəsini  eyni  ölçüdə  ələ  almayan  erməni  tarixi,  ermənilərin  həqiqi
Bu  söz  ermənilər  tərəfindən  millətin  təmsilçisi  mənasını  ifadə  edən  „katogıgos” 
formasında  istifadə  edilməkdədir. *
 5
4
192 Kamuran  Gürün.  Ermeni  dosyası..  Ankara  1985 
s. 
30 
1 Yenə orada,  s.  30.
54 L. Nalbaııdyan  a.  k.  ə.  s.  30-31.
97


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə