Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə26/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   22   23   24   25   26   27   28   29   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqtrtmtnt və işğaltnt pərdələyən yalan
erməni  liderləri  bir  imkan  olaraq  qiymətləndirirdilər.  Təbiidir 
ki,  dövlətlər  əksər  hallarda  müharibədə  çox  böyük  maliyyə 
imkanlarım  itirməklə  yanaşı,  əsgəri  baxımdan  da  çox  zəif 
vəziyyətdə  olurdular.  Bundan  istifadə  etməyə  çalışan 
cəmiyyətlər vəziyyətdən faydalanmaq istəyirdilər. Bu vəziyyəti 
çox halda  müstəqil  Ermənistan  qurulmasında bir  fürsət  hesab 
edir,  məqsədə  çatmaq  üçün  bütün  vasitələri  məqbul  hesab 
edirdilər.  Erməni  liderləri  iddialarım  Şərq  məsələsinin 
kölgəsində  həll  etmək  üçün  xarici  qüvvələrin  Osmanlı 
dövlətinə qarşı müdaxiləsini də əsas hesab edirdilər. Bu məsələ 
ilə əlaqədar erməni liderlərinin205 fikirlərindən iqtibas gətirmək 
maraqlı  olar:  Tomayan:  „Vətəndə,  milli  torpaq  üzərində 
hərəkat. Bu hərəkatlarla, fədakarlıqlarla güclənmiş olaraq siyasi 
və  yaxud  hər  hansı  bir  şəkildə  Avropa  dövlətlərinin 
müdaxiləsini  təmin  etmək:  Şərq  məsələsinin  bütün  tarixi 
budur" deyir.
Krisdofor Mikaelyan:  „1891-cı  ildə  Avstriya  Xarici  işlər 
naziri Kalnokyımn Türkiyə ermənilərinə, „Avropa yox, erməni 
torpağı qana bulanmadıqca,  ermənilər bilsinlər ki, bir şey əldə 
edə bilməzlər" dediyini söyləyirdi.
Varantyan: „Rusiya-Türkiyə erməniləri arasında  sərhəd 
aradan qalxdı.  Rus-Osmanlı müharibəsi erməni komandanları, 
köçlər,  1670-ci  ildən  bəri  Van  yanğını,  Hrımyanın  bölgələri 
gəzmələri,  Berlin təmsilçilər heyəti,  erməni  məsələsi və bunun 
dövlətlərarası  bir  şəkil  alması,  illərdən  bəri  mövcud  olan 
ayrılığı  qaldırdı.  Raffinin,  Arzuninin,  Türkiyə  ermənilərindən 
Hrımyanın,  K.  Odyanın  ideyalarım  hərəkətə  keçirdi,  birləş­
dirdi.  Hər  şeydən  əvvəl  millət  düşüncəsi  inkişaf  etdi.  İlk  iş 
olaraq  Qarabağdan  Muşa,  Zeytuna  qədər  olan  ermənilər,  bir
205  Erməni  liderlərinin  fikirləri  erməni  dilində nəşr  edilmiş  mənbələrdə  verilmişdir.  Onları
görkəmli  türk  tarixçisi  tərcümə  etmişdir.  Biz  burada  onun  əsərində  olan  iqtibaslardan 
istifadə  etmişik.  Tomayan.  Doğu  şorunu  tarihı.  Londra  ,cilt  :2  ,  s.  604;,  Krisdafor 
Mikaelyan.  Halk  kitlesinin  mantığı.  Taşnaksutyun  yaymlarından  1909  s.  92;  Varantyan 
Taşnaksutyun  tarihı,  s.  38;  Aknuni.  Qafqaz  yaraları,  s.  215;  Esat  Uras  göstərilən  əsəri,  s. 
423-425;
102
Hdsənbala Sadıqov
torpaq, bir qan, bir dil, bir mədəniyyət, bir  din, bir tarix sahibi 
olduqlarını  hiss  etdilər.  Millət  eyni  zamanda  hərəkat  və 
fəaliyyətdə birləşməyi təmin etdi," -  deyə yazır.
Daşnaksutyun  komitəçilərindən  Aknuni:  „Müharibə 
illərində  Osmanlı  ermənilərinin  xeyrinə  Qafqazda,  konkret 
halda  Tiflisdə  başlanan  təbliğat  bütün  şiddəti  ilə  davam  etdi. 
Qafqazdakı  erməni  qəzetləri,  Osmanlı  idarəsinin  təzyiqinə 
qarşı fəryad və şikayətlər edirdilər, erməni qaçqınlarına, müha­
cirlərinə,  Türkiyədəki  erməni  cəmiyyətlərinə  kömək  göstə­
rilirdi."
„Erməni  könüllüləri,  təbliğatçılan  sərhəddi  keçir,  əsir 
həyatı  sürən  Türkiyə  erməniləri  arasında  üsyan  çıxarırdılar. 
Raffi  romanlarında  bu  üsyanın  proqramını,  planlarını  çəkir, 
ayrıntılarını  da  göstərirdi.  Arzruni,  qızışdırıcı  məqalələrlə  çox 
çəlbedci  olan  erməni  müstəqilliyini  aydınlaşdırırdı.  Kamar 
Katiba  mübarizə  edənlərin  ürəklərində  atəşi  partladırdı. 
Türkiyə  erməniləri  fəal  təbliğata  girişmək  üzrə  Qafqaza 
sığınırdılar.  Bu  dövr  xəyali  müstəqillik  proqramının  hazırlan­
dığı bir birləşmə, qaynaşma dövrü idi" deyə bildirirdi.
Burada  bir  məsələnin  də  aydınlaşdırılmasma  ehtiyac 
vardır.  Osmanlı  dövləti,  Rusiya  və  İran  torpaqlarına  dağılmış 
ermənilər,  fəaliyyət  və  hərəkat  sahəsi  olaraq  Anadolunu 
seçmişdilər.  Dünyanın  müxtəlif  ölkələrində  yaşayan  lider­
lərinin bu məsələ ilə  əlaqədar fikirlərinin xülasəsinin verilməsi 
dünyada  və  regionlarda  erməni  məsələsinin  həqiqi  mahiy­
yətinin açılmasında faydalı ola bilər.
Mikael  Ohannesyan;206 „Ruslar  kimi  müdhiş  pəncəli  bir 
canavara  qarşı  gəlmək çox  zordur.  Türkiyə, fəaliyyətimiz  üçün  daha 
əlverişlidir.  Oradakı  ermənilər,  iztirab  içərisindədilər.  Xüsusilə  də, 
Türkiyədə ermənilik dövlətlərarası bir şəkil almış,  bu səbəbdən  də  bir 
təminat  əldə  etmişdir.  Bu  halda  orada  fəaliyyətə  başlamaq  daha 
uyğundur.  Rusiyada  millətə,  təlim  və  təhsilə,  ruslaşdırnıa  siyasətinə
’ M.Ohannesyan.Taşnaksutyun ve  muhalifleri. Tiflis,  1906;  Esat Uras.a.  ç.  ə s.  424.
103


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
qarşı  da  mətbuatla,  təbliğatla  iş  görmək,  Rusiyadakı  hərəkatları  bu 
formada dəstəkləmək daha doğru olacaqdır" 
-
 deyirdi.
S.Qabrielyan  „Xatırlanmalıdır  ki,  erməni  məsələsinin 
meydana  çıxdığı  rayonlarda  və  hökumət  mərkəzində  təşkil  edilən 
nümayişlər,  daima  Qafqaz  ermənilərindən  olan  səxslər  tərəfindən 
həyata  keçirilmişdir,  inqilab  vədlərinə,  fikirlərinə  görə  də  Rusiya 
ermənilərinə  borcluyuq.  Rusiya  osmanlıları  məğlub  etmişdi.  Bunun 
nəticəsi  olaraq  rusların  osmanlılara  qarşı  almış  olduqları  fərqli 
münasibətə  görə  Qafqaz  erməniləri  də  fəaliyyətə  başlamışdılar. 
Halbuki,  Türkiyə erməniləri,  Osmanlı hökumətinin qarşısında davam 
gətirilməsi  mümkün  olmayan  qüvvəsindən  xəbərdar  idilər.  Fəqət 
Qafqazlı  deyilən  ermənilər,  izah  etdiyimiz  psixoloji  vasitələrdən 
istifadə edərək yavaş-yavaş inqilabi fəaliyyətə keçirdilər"207 
-
 yazırdı.
K.  Mikaelyan:  „  İnqilabçılar  nümayişlər  və  hərəkatlarla
İstanbulda  və  türk  dünyasında  bilinirdilər,  istanbulda  inqilabçılar 
yalnız  Türkiyənin  qəlbində  deyildilər,  istanbul,  bütün  dünyanın 
marağına  səbəb  olan  bir  nöqtə  idi.  Bütün  Avropanın  gözü  önündə, 
onların  mənfəətləri  olan  yerdə  bir  tapança  səsi,  ölkənin  içərilərində, 
uzaq yerlərində partlayacaq yüzlərcə silahdan daha artıq hiss edilirdi. 
Sərhədlər  üzərində  çarpışmaqla  biz  eşidilməz  künclərdə  deyildik. 
Əksinə,  oralar  elə  yerlər  idi  ki,  heç  olmadıqda  iki  dövləti  maraq­
landırırdı."208
Ermənilərin  müstəqilliyini  təmin  etmək  üçün  hansı 
dövlətdə -  Osmanlı  və ya  Rusiya  dövləti  ərazisində  fəaliyyətə 
başlamaq  məsələsi  də  uzun  illərdir  mübahisə  mənbəyidir.  Bu 
məsələnin  əsas  mahiyyəti  ondan  ibarət  idi  ki,  Osmanlı  və 
Qafqaz  erməniləri  həmin  fikirlərə  fərqli  şərtlər  daxilində 
baxırdılar.
Osmanlı  dövlətində  olan  ermənilər  istanbul  mühitində 
yaşamışdılar  və  Rusiyada fəaliyyət göstərmək  onlara çox  çətin 
görünürdü.  Onlar,  ermənilər  işə  başladığı  təqdirdə  Rusiyanın 
müdaxiləsindən  çox  çəkinirdilər.  Lakin  Osmanlı  dövlətinin
Ermeni  bunalımı  ve tekrar doğuş,  1905  Boston  s.  75;  Esat liras a. ç.  ə s.  424. 
K.Mikaelyan.  Halk  kütlesinin  mantığı, s.  38-41; Esat Uras.  a.  ç.  ə s.423-425
104
Hasanbala  Sadıqov
mərkəzindən uzaq, əsasən Şərqi Anadoluda olanlar rus amilinə 
fərqli  şəkildə  yanaşır,  onu  özlərinin  hamisi,  dostu  olaraq 
görürdülər.
Burada  iki  məsələni  bir-birindən  fərqləndirmək  lazım 
gəlirdi.  Ermənilər  Rusiyada  çarın  təəbəsi  mahiyyətində 
olduqlarından  onların  milli  və  ya  başqa  şüarlarla  hərəkata 
başlamaları  Rusiyanın  daxili  təhlükəsizlik  işi  olduğundan 
başqa  millətlərə  qarşı  tətbiq  edilən  siyasət  -   „qanla  boğma" 
siyasəti onlara da  tətbiq ediləcəkdi.  Ona görə də rus çarlarının 
bu  siyasəti  təbii  olaraq  Rusiya,  o  cümlədən  Qafqaz 
ermənilərinə Ermənistanın müstəqillik xəttinin Rusiyadan keçə 
bilmək imkanının çətin olduğunu qəbul etdirirdi.
Bu  vəziyyət 1917-ci il fevral burjua və 1917-ci il oktyabr 
sosialist  inqilablarından  sonra  dəyişiləcəkdir.  Lakin  Şərqi 
Anadoluda  Rusiyanın  münasibətdə  olduğu  ermənilər  onun 
təəbəsi  olmayıb,  düşmən  olduğu  bir  ölkənin  vətəndaşları  idi. 
Buna  görə də özünü onlara hami, dost kimi göstərirdi. Onların 
müxalifətindən  istifadə  edərək  Osmanlı  dövlətinin  daxilən 
dağılmasına  çalışırdı.  Bu  səbəbdən  də  Rusiyada,  o  cümlədən 
Qafqazda  olan  ermənilər  Rusiyaya  qarşı  hərəkata  başladıqları 
zaman Osmanlı dövlətinin dəstəyini almayacaqlarım bilirdilər. 
Osmanlı  dövlətində  başlanan  hər bir  hərəkat  ilə  Rusiyanın  və 
başqa Avropa ölkələrinin fərqli şəkildə köməyini görürdülər.
Bu,  səbəbdən  liderlər  müstəqillik  hərəkatının  Osmanlı 
dövlətindən  başlanmasını  daha  münasib  hesab  edirdilər. 
Ermənilər  Rusiyanın  mürtəce  milli  siyasətinə  görə  ondan 
çəkinirdilər.  Bu  səbəbdən  də  Türkiyədəki  ermənilərin  xüsusi 
statusda  -   hər  cür  haqlara  sahib  olmalarına  baxmayaraq 
Rusiyadakı  ermənilərin  guya  daha  rahat  olduqlarını  söylə­
yirdilər.
Lord  Eversley  1890-cı  ildə  mühüm  vəzifə  sahibi  olan 
ermənidən  bir  suala  cavab  verməsini  istəmişdir.  Erməninin 
cavabı  aşağıdakı  şəkildə  olmuşdur.  „Ermənilərin  Rusiyanın 
təəbəsi olmağı  arzu  etmədiklərini,  İngiltərənin,  sultanın  təpəsində  iri
105


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə