Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə25/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   21   22   23   24   25   26   27   28   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımını və  işğalını pərdələyən yalan
həyatım ortaya qoymağı bacarmaz.  Erməni kilsəsi ilə erməni milləti o 
dərəcədə  iç-içədir  ki,  birisi  olmadan  başqasını  düşünmək  mümkün 
deyildir."195
Erməni kilsəsi tarix boyunca fəaliyyətlərini qorumaq üçün 
bir qüvvətə, bir dövlətə ehtiyac duymuşdu. Başqa bir ifadə ilə, 
erməni  dövləti  fikrini  meydana  gətirənlər,  erməni  tarixçisi 
Bashrmaçıyana  görə  „Erməni  kilsəsi,  erməni  millətinin  kilsə 
tərəfindən  can  verilən  ruhunun,  yenidən  dünyaya gələ  bilmək  üçün 
yaşadığı vücuddur "deyir.196
Xristianlığın  ilk  günlərindən  dünyanın  müxtəlif 
ölkələrində  İsanın  ikili  şəxsiyyəti  ilə  əlaqədar  bir  fikir  ayrılığı 
meydana  çıxmışdır.  Bu  fikir  ayrılıqlarını  aradan  qaldırmaq 
üçün Bizans imperatoru Konstantin 318-ci ildə bütün dünyada 
olan  xristian  rəhbərlərini  -   piskoposları  izni kə  bir  toplantıya 
çağırmışdı.  Həmin  toplantı  325-ci  il  may  ayının  20-dən  iyul 
ayının  25-nə  qədər  davam  etmişdi.  Bu  toplantı  xristianlıq 
tarixində  ilk  Sinod  toplantısı  olaraq  qəbul  edilir.  Erməni 
kilsəsindən  bu  Sinod  toplantısına  Qriqorinin  oğlu  Aristakes 
gəlmişdi.
Bundan  sonra  381-ci  ildə  İstanbulda  və  431-ci  ildə 
Efesdə  Sinod  toplantısı  təşkil  edilmişdi.  Erməni  kilsəsi  burada 
iştirak etməmiş,  toplantıların aldığı qərarlarla razılaşmamışdır. 
451-ci  ildə  Kalcedon  toplantısına  getməyən  erməni  kilsə 
rəhbərləri onun qərarlarını da qəbul etmədilər. Belə bir hərəkət 
ilə  erməni  kilsəsi  həm  Roma,  həm  də  Bizans  kilsəsi  ilə  olan 
əlaqələrini  qoparmış  duruma  gəlmişdi.  Bu  ayrılıq  haqqında 
fərqli fikirlər olduğu da məlumdur. Lakin gerçək olan budur ki, 
ayrılıq erməni kilsəsinin xeyrinə idi.
Osmanlı dövlətində ermənilərin yerli hakimiyyətə  qarşı 
üsyana  hazırlanmasında  ən  çox  ruhani  rəislər  fəaliyyət 
göstərirdilər.  O zaman Osmanlı dövlətində erməni  camaatımn 
kilsə  rəhbərləri  tərəfindən  idarə  edilməsi,  onların  camaat
195  Dikran Boyacıyan а к ə.s.  84.
196  Bastırmacıyan.  a.  k.  ə.  s.  290;  Kamuran Gürün.  а к ə.  s.  23.
98
Hasənbala  Sadıqov
arasında  çox  böyük  nüfuza  sahib  olmalarına  səbəb  olmuşdur. 
Buna görə də lazım olduqda bundan istifadə edərək xalqa təsir 
göstərə bilirdilər.
Kilsənin „erməni din adamlarının dini təhsil ilə əlaqədar 
fəaliyyəti yoxdur.  Bunun əvəzinə millətçilik fikirlərini yaymaq 
üçün  çox  əmək  sərf etmişlər.  Yüz illərdən bəri,  ilahi xidmətlər 
yerinə,  müsəlmanlara  qarşı  xristianların  dini  düşmənliklərinin 
aşılandığı  əsrarəngiz  kilsə  divarları  arasında  bu  kimi  fikirlər 
inkişaf etmişdi."197
İdarəetmədəki  rollarına,  xüsusən  də  dini  mövqelərinə 
görə  onların  fikirlərinin  xalq  içərisində  daha  böyük  təsiri  var 
idi.  XIX  əsrin  80-ci  illərində  Hrımyan  patriarxlığından  sonra 
Osmanlı  dövlətinin  müxtəlif  vilayətlərinə  səfərlər  edirdi.  Bu 
səfərlər  dövründə  müxtəlif  yerlərdə  xalqa  müraciət  edirdilər. 
Din  xadimlərinin  xalqla  münasibətləri  yalnız  onların  müqəd­
dəs  kitab  ilə  əlaqədar  vəzifələrini  yerinə  yetirməsi  demək 
deyildi.
Din  xadimlərinin  xalq  arasındakı  fəaliyyəti  siyasi 
xarakter  də  daşıyırdı.  Hrımyamn198  Vanda  və  oradan  geri 
qayıdarkən  Üsküdarda  (Surp  Haç)  kilsələrdəki  vəəzləri  bu 
mənada çox məşhurdur.  Hrımyan daha sonra üsyan rəisləri ilə 
birlikdə  işləmişdir. Osmanlı  dövlətində və başqa yerlərdə  olan 
üsyançı  dəstələr  arasında  xəbərləşmədə,  əlaqələrin  saxlanma­
sında da əsas rol oynamışdı.
İzmirliyan  da  patriarxlığı  dövründə  fəaliyyəti  ilə  ad 
qazanmış  və onun nəticəsi olaraq o zaman ona Dəmir patriarx 
deyilmişdi. 
1877-78-ci 
illər  Osmanlı-rus 
müharibəsinin 
sonunda  erməni  patriki  Nerses  və  İzmirliyanın  rəhbərliyi 
altında  erməni  məclisi  gizli  şəkildə  toplanmışdı.  Rus  çarına 
təqdim  edilmək  üçün  Eçmiadzin  katolikosuna  bir  məktub 
göndərilməsini  qərara  aldılar.  Məktubda  Türkiyədəki  ermə­
nilər adından aşağıdakılar xahiş olunurdu:
1  Mayevski,  a.  k.  ə.  s.  14.
'  Esat Uras.  а.  к.  ə.  s.  422
99


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalını pərdələyən yalan
1. 
Fırat  çayına  qədər  olan  bölgə  türklərə  geri 
verilməsin.  Bu  yerlər Ararat  ilə birləşdirilərək 
çar Rusiyasının bir hissəsi halına gətirilsin;
2. 
Ərazinin Rusiyaya birləşdirilməməsi haqqında 
bizə məlumat verilmişdir.  Belə olacaqsa bolqar 
millətinə verilən imtiyazlar bizə də verilsin;
3. 
İşğal olunan torpaq boşaldılacaqsa hökumətdən 
islahat  üçün  maddi  təminat  alınsın.  Yalnız 
islahatların  tətbiq  edilməsi  tamamlandıqdan 
sonra  rus  əsgərləri  işğal  etdikləri  torpaqları 
boşaltsınlar.199
Bu kimi fərqli sahələrdə fəaliyyət göstərmiş erməni  din 
rəislərindən  biri  də  Horen  Kalfayan 200  olmuşdur.  Horen 
Kalfayanm  da  fəaliyyət  sahəsi  çox  geniş  idi.  O,  olduğu 
məclislərdə  milli  duyğuları  hərəkətə  gətirən,  canlandıran 
şeirlər  söyləyirdi.  Vəəzlərində  milli  hisslərə  təsir  göstərir,  bir 
yandan da Osmanlı Sarayı ilə münasibətlərini davam etdirirdi. 
Kalfayan  Saraydan  yardımlar  alır,  eyni  zamanda  Sarayda 
olduqda  görüşdüyü  adamlardan  lazım  olan  məlumatları  əldə 
edir, onları beşikdaşlı Deroyan Vartabet vasitəsi ilə Marsiliyada 
nəşr  olunan  „Pro-Armenian"ın  sahibi  Portakalyana201  çatdı­
rırdı202.
Osmanlı  dövlətində  çıxan  üsyanlarda  Ərzurumda, 
Vanda,  Muşda,  Zeytunda,  Adanada,  Sisdə,  Haçində  və 
bunlardan  başqa  hər  yerdə  olan  üsyanlarda  ruhani  rəislərin 
payı  vardı.  Onlar  üsyanlarda  əsas  rol  oynamış  və  hər  yerdə 
üsyanları  da  özləri  idarə  etmişdilər.  Vanda  və  sonra  da 
Ərzurumda  baş  rus  konsulu  işləmiş  general  Mayevski  bu 
haqda aşağıdakıları yazmışdı:
„Məktəblər  və  kilsə  məktəbləri  də  bu  mövzularda  ruhani
199  Esat Uras.  a.  k.ə.  s.  199.
200  Esat Uras.  a.  k.  ə.  s.  422
201  Yenə orada, s.  422.
202 Yenə orada,  s.  422.
100
Hdsənbala  Sadıqov
rəislərinə  çox  kömək göstərmişdi.  Vaxt  keçdikcə dindarlıq  hisslərinin 
yerini düşmənçilik hissləri tutmuşdu."203
Bir  çox  tarixçilər  „erməni  kilsəsinin  erməni  millətini 
yaratdığım  və  onun  erməni  millətinin  ruhu  olduğu  ilə"  204 
həmfikirdilər.
Çox  maraqlıdır,  müəlliflər  yazırlar:  „ruhani  rəislərinə 
gəlincə,  bunların  din  ilə  əlaqədar  fəaliyyətləri  də  vardır"(?). 
Deməli,  ruhani olmalarına baxmayaraq  onların  əsas  işləri  dini 
işlər  deyil, başqa imiş.  Onlar vaxt tapdıqda  dini  işlərlə məşğul 
olurdular.  Onların  fəaliyyətlərində  dini  və  milli  işlər  o  qədər 
biri-birinə  qarışmışdı  ki,  birinin  harada  başladığı,  digərinin 
harada qurtardığını ayırd etmək mümkün deyildi.
Mayevski  düzgün  olaraq  uzun  illərdən  bəri  insanların 
əlinin  çata  bilmədiyi  yerlərdə  yerləşmiş  monastrlarda  görülən 
işlərin  də  milli  tərbiyə,  „millət  davası"  ilə  əlaqədar  olduğunu 
açıqlamışdır.  Deməli,  dağ  başlarında,  dəniz  və  göllərdə,  daha 
necə  əlçatmaz  yerlərdə  qurulmuş  monastrların  səssizlikləri 
arasmda  gələcəkdə  ən böyük  səsin-üsyanların  əsasımn  qoyul­
duğu gizli saxlanmışdı.
Bu  ideyalar  gerçəkdən  də  monastrlarda  çox  işlər 
görmüş, oralarda dini görüntülərin olmasına baxmayaraq uzun 
illər  xristian-müsəlmən  düşmənçiliyi  körüklənmişdir.  Bunun 
kölgəsində  erməni  millətçiliyi  böyüyüb  boya-başa  çatmışdı. 
Kilsə  xadimlərinə  görə  guya  ermənilərdə  cəmiyyətlərin 
meydana  çıxmasının  səbəbi  bir  sıra  Avropa  dövlətlərinə  olan 
inamlarının puç olması ilə əlaqədardır. Bu, kilsələrin rəhbərliyi 
və təsiri altında olan erməni təşkilatlarının meydana gəlməsinə 
və  qanlı  fəaliyyətinə  haqq  qazandırmaq  üçün  bəhanələrdir. 
Sonradan cəmiyyətlər vasitəsi ilə xalqı Osmanlı dövlətinə qarşı 
gizli olaraq mübarizəyə hazırlamağa başladılar.
Hər  dəfə  Osmanlı  dövlətinin  müharibəyə  başlamasım
203  Mayevski.  Van ve  Bitlis illerı ıstatistıgi.  Esat Uras.  Göstərilən  əsəri,  s.  422.
204  L.Angleterre  et  tes  Armeniens( 1839-1904),  S.  Granvenhage,  M.  Van  der  Beek. 
Hofboekhandel,  1918,  s.  8.
101


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə