Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə21/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   17   18   19   20   21   22   23   24   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımım və işğalını pərdələyən yalan
türklərindir" ifadəsi ilə Morgentau Osmanlı dövlətində „İttihad 
və  Tərəqqi"  partiyası  hökumətinin  milli  siyasətinin  177 
leytmotivini  vermək  istəmiş,  onları  həddən  artıq  millətçi 
göstərməklə, erməniləri yox etməyə bu  amilin səbəb olduğunu 
qəbul etdirməyə çalışmışdır.
Müəllif  kitab  boyunca  Tələt  Paşanın  dili  ilə  Osmanlı 
dövlətinin  guya  milli  siyasətinin  ən  mühüm  tezislərini 
aşağıdakı  şəkildə  oxucularına  çatdırır.  „Türkiyə  türklərə  aid 
olan  bir  ölkədir,  başqa  xalqları  aşağı  görməkdəydi"  „Bütün 
imperatorluğu  türkləşdirməyə  qərarlı  idi.",  „Sadəcə  türklərin 
yaşadığı  bir  ölkə  yaratmağa  qərarlı  idilər",  „Ölkənin 
türkləşdirmə  adətlərinin  məntiqi  nəticəsi  bütün  xristianların 
yox edilməsi idi" və „Türkiyəni yalmz türklərin yaşadıqları bir 
ölkə  vəziyyətinə  gətirmənin  zamanı  ən  sonunda  gəlmişdir" 
ifadələri  Morgentaunun  gündəliyində  olmayıb  xatirələrində 
eninə  boyuna  dünya  oxucularına  çatdırılır  ki,  bu  gerçəkləri 
deyil,  müəllifin  „xidmət  göstərmək"  kimi  bir  düşüncəsinin 
şikəst məhsulu id i.
Tez-tez  ermənilərin  yox  edilməsi  siyasətinin  gerçək 
olduğunu  göstərmək  üçün  Tələt  Paşa  ilə  olan  „görüşlərində" 
birincinin  olmayan-xəyali  danışıqlarından  sitat  gətirir.  Onun 
əsasında  fikrini  isbat  etməyə  çalışır.  Burada  Tələt  Paşanın 
Morgentau  ilə  olan  bir  „söhbətini"  verməklə  müəllifinin 
özünün  nə  dərəcədə  inandığı  bəlli  olmasa  da  oxucunu  fakt 
qarşısında  qoyur.  Guya  Tələt  Paşa  bir  gün  ona  „ən  şaşırdıcı 
təklifini" edib. New York Life Insurance Company və Equitable 
Life  of  New  York178  sığorta  şirkətlərinin  illərdir  ermənilər
177  Osmanlı  dövlətinin  milli  siyasətinin  nə  olduğunu  bilmək  istəyənlər  onun  600  illik 
tarixinə  baxsınlar.  Osmanlı  dövlətində  əhalinin  ciddi  bir  siyahıya  alınması  olmuşdur. 
Lakin  burada  əhalinin  siyahıya  alınmasında  başlıca  amil  olaraq  milli  mənsubiyyət  deyil, 
dini  mənsubiyyət  əsas  götürülürdü.  Türklər  və  kürdlər  arasında  dini  mənsubiyyətlərinə 
görə  heç  bir  fərq  yox  idi.  Onlar birlikdə  müsəlman  olaraq  göstərilirdi.  Bununla  həqiqətən 
də  hər  şey  anlaşılır.  Türklərdə  tariximizin  heç  bir  mərhələsində  irq  ayrılması  anlayışı 
olmamış,  onun təzahürlərinə də rast  gəlmək mümkün  deyildir.(FORSNET)
178  Bu  fakt  da  maraqlıdır  ki,  Morgentau  Amerikan  sığorta  şirkətləri  ilə  əlaqədar  da  işini
möhkəm  tutmağa  çalışmışdır.  O,  təsadüfi  bir  sığorta  şirkəti  haqqında  deyil,  özünün  də
82
arasında  çox  sayda  müştəriləri  vardır.  Bu  insanların  özlərini 
sığorta etmələri onlarm sadəcə özəllikləri imiş.
Tələt  Paşa  guya  Morgentauya  müraciət  edibmiş. 
„Amerikan  sığorta  təşkilatlarından  ermənilərdən  sığorta 
olunanların  siyahısını  onlar  üçün  almağımı  xahiş  etdi.  Artıq 
onlarm  hamısı  ölmüş  və  geridə  qalan  pulları  alacaq  varisləri 
qalmamışdı.  Təbii  ki,  onların  mal  varlıqları  böyləcə  dövlətə 
keçir  və  bu  sığortadan  yararlanan  hökumət  olur."179 Bu  qədər 
artıq idi.  Hirsimə hakim ola bilmədim.„Məndən belə bir siyahı 
ala  bilməyəcəksiniz"  deyərək  qalxdım  və  onu  tək  qoyub 
getdim."  Bu  düşündüklərini  və  planlarını  həyata  keçirmək 
üçün  Tələt  Paşaya  qarşı  qaralama  kampaniyasının  başlan­
masının tərkib hissəsi idi.
Məncə  gündəliklərin  Tələt  Paşanm  xeyrinə  işləməsi 
Morgentauya  və  onun  köməkçilərinə  görə  mümkün  olma- 
malıydı.  Lakin  böyük  elçinin  sənədlərində  Tələt  Paşanı  nə 
qədər qaralamaq  istəsələr də orada həqiqətin ortaya  çıxmasına 
imkan  verəcək  faktlar  da  vardır.  O  faktlardan  müqayisəli 
şəkildə  istifadə  edilərsə  kitabın  faktiki  müəllifi  və  onu 
sənədlərlə  təmin  edənlərin  nə  qədər  yanılmış  olduqları  aydın 
görünər.
Morgentaunun  kitabmda  ermənilərin  yoxedilmə  tezisini 
əsaslandırmaq və isbatlamaq  üçün müxtəlif faktlardan istifadə 
etməyə  çalışmışlar.  Ermənilərin  ölmüş  olmasını  „etiraf  "  edən 
Tələt  Paşa  indi  də  onların  varislərinin  qalmadığını  əsas  götü-
H əsənbala  Sadıqov
idarə  heyətinin  üzvü  olduğu  Equitable  Life  Society'  o f   Nev  York  haqqında 
saxtalaşdırmalardan  istifadə  etmişdir.  Gerçəkdən  vəziyyət  nə  ilə  əlaqədar  olmuşdur? 
Həqiqət  bundan  ibarətdir  ki,  o  zaman  Osmanlı  dövlətində  haqqında  danışılan  sığorta 
şirkəti  fəaliyyət  göstərmiş  və  kifayət  qədər  üzvləri  olmuşdur.  Kompaniya  ölkənin 
mərkəzin  yerləşdiyi  Fransa  ilə  müharibə  etdiyini  və gələcəkdə  Amerikanın  savaşa girmək 
ehtimalının  ola  biləcəyini  və  kompaniyanın  qeydiyyatının  Türkiyədə  olmaması  ilə 
əlaqədar  olaraq  istənilən  vaxt  pul  varlığını  təhlükədən  qurtarmaq  haqqında  düşünürdü. 
Osmanlı  dövlətinin  liderlərinə  də  kompaniyanın  bu  fəaliyyəti  məlum  imiş.  Ona  görə  də 
Tələt  Paşa  sığorta  kompaniyasının  ödəməli  olacağı  sığortalan,  pulu  ölkədən  çıxardıqdan 
sonra  zərərlərin  ödəməsinin  mümkün  olmayacağı  fikri  ilə  ölkədən  çıxanlmasına,  bank 
hesablanmır  sərbəst buraxılmasına  imkan vermək istəmirdi,
Büyükelçi  Morgenthaunun öyküsünün  perde arkası  1st.  1991,  s.  39-40
83


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
rərək  Amerikan  sığorta  kompaniyalarından  onlara  çatmalı 
pulları  dövlət  üçün  almaq  istəyirmiş.  Çox  maraqlıdır  ki, 
Morgentaunun  istanbulda  böyük  elçilik  dövründə  tərtib 
edilmiş  sənədləri  içərisində  kitabın „təsirli  faktlarının"orijinalı 
yoxdur.  Morgentau  hər  yerdə  „mənim  kitabım  İstanbulda 
Amerikanın  böyük  elçisi  işlədiyim  dövrdə  tərtib  olunan 
gündəliyimə  əsaslanır"  deyir.  Buna  baxmayaraq  kitabda 
istifadə  edilmiş  „sənədlərin"  böyük  bir  hissəsinin  gündəlikdə 
olmadığı dəfələrlə isbat edilmişdir.
Bunlar  okeanın  o  taymda  xəyali  olaraq  Hendrix 
tərəfindən  yazıçılıq  və  jumalistlik  fantaziyaları  əsasında 
yazılmışdır.  Morgentaunun  gündəlik  sənədlərinin  yalnız  bir 
yerində  böyük  elçi  ilə  Tələt  Paşa  arasındakı  söhbətlərində 
Amerika kompaniyalarının adı çəkilmişdir. Burada da təşəbbüs 
Tələt Paşadan  deyil,  Morgentaudan  gəlmişdir.  Morgentaunun 
İstanbulda  səfirliyin  materiallarında  aşağıdakı  qeydlərinə  rast 
gəlirik:  „Ticarət  nazirliyində  Tələt  Paşanı  ziyarət  etdim.  Ona 
Nev  York  Life  insurance  Companiyamn  fondlarından  bəhs 
etdim".180
Buradan  təbii  olaraq  belə  nəticə  çıxmalıdır.  Morgenta­
unun  məlumatından  sonra  Tələt  Paşa  müəllifin  kitabındakı 
fantaziyaları  söyləmiş  olsaydı  böyük  elçi  şərtsiz  onları 
gündəliyinə  yazdırardı.  Özü  yazdırmaq  istəməsə  belə  katibi 
Andoniyan  iddialarına  kömək  edəcək  fakh  diqqətdən  qaçır­
mazdı.  Tarix  olaraq  aydınlaşdırmaq  lazım  gəlirsə  bunların 
meydana  çıxmasının  həqiqi  səbəbləri  pərdə  arxasında  saxlan­
maqda  idi.  Morgentau  onlardan  çox  ötəri  bəhs  edir. 
Oxucularınm  bu  məsələni  başa  düşmələrinə  heç  cəhd  də 
göstərmirdi. Tarixi həqiqət bundan ibarətdir ki, hökumət (Tələt 
Paşa)  Amerikanın  Osmanlı  dövlətində  olan  və  mərkəzi 
müharibə  etdiyi  Fransada  olan  şirkətlərin  hesabını  müxtəlif 
səbəblərlə  bağlamışdı.  Bütün  bu  qaralamaların  mərkəzində
180 Büyükelçi  Morgenthaunun öyküsilnün perde  arkası  İstanbul  1991,  s.  41
180 Yenə orada s.  51
84
Həsənbala  Sadıqov
duran arqumentlərdən biri də budur.
Tələt  Paşamn  Amerikanın  sığorta  şirkətinin  bank 
hesablarını  bağlamaqda  məqsədi  Morgentaunun  dediyi  kimi 
ölmüş  və  varisi  olmayan  ermənilərin  pullarından  dövləti 
faydalandırmaq deyildi. Əksinə, Tələt Paşa istər türk, istərsə də 
erməni  olsun,  sığorta  şirkəti  üzvlərinin  gələcəkdə  zərərləri 
ödəmə  tələblərinin  yerinə  yetirilməsi  ilə  əlaqədar  olaraq 
dövlətçilik  qaydaları  və  vəzifəsi  tələb  edirdi.  Buna  görə  də 
hesabları bağladı.  Morgentau  da  Amerika  sığorta  şirkətlərinin 
idarə  heyətinin  üzvü  idi.  Osmanlı  hökumətinin  bu  tədbiri 
sığorta  şirkətlərinin  həyata  keçirmək  istədiyi  maxinasiyanın 
qarşısını  alırdı.  Bu  tədbirin  Tələt  Paşa  tərəfindən  alınması  da 
Morgentauda  antitürk  mövqeyinin  meydana  gəlməsinə  təsir 
edirdi.
Kitabda Tələt Paşaya istinad edilərək nələr deyilməmişdi? 
Kitabın  təqdimatına  görə  Tələt Paşa etdiklərini heç bir ehtiyac 
olmadığı  halda  hər  kəsə  etiraf  edə  bilərmiş.  Bunula  əlaqədar 
Morgentaunun  Tələt  Paşaya  istinad  edərək  verdiyi  aşağıdakı 
fikirlərin sirr pərdəsinin qaldırılmasına, bir sıra  mətləblərə işıq 
tutmuş  olar.  Morgentauya  görə  bir  tanışı  ona  Tələt  Paşamn 
sözlərini  çatdırıb.  Tələt Paşanın  sirrini  vermiş  olduğu  görəsən 
kim  imiş?  Tələt  Paşanm  fikir  mübadilə  etdiyi  adamların  sayı 
məlum  olduğu  kimi  çox  az  olmuşdur.  Guya  Tələt  Paşa 
İstanbulda Robert kollecinin rəhbəri Gatesə „Erməni məsələsini 
həll  etmək  mövzusunda  Abdülhəmidin  30  ildə  edə 
bilmədiklərindən daha artığım etdim"181deyibmiş.
Tələt  Paşa  kimi  bir  adamın,  bundan  böyük  olmayan 
sirrini  bir  kollecin  rəhbərinə  açıqlaması  heç  bir  dövlətçilik  və 
diplomatiya  məntiqinə  uyğun  gəlmir.  Bir  də  ölkənin  birinci 
adamı  olan  Tələt  Paşaya  məlum  olmamış  deyildir  ki,  Gates 
Robert kollecinin rəhbəri olmaqla yanaşı, həm də bir Amerikan 
missioneri  idi.  Bir  anlığa  qəbul  edək  ki,  Tələt  Paşa  bu  sirri
Yenə orada s.  48
85


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə