Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə20/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   16   17   18   19   20   21   22   23   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
Ətrafındakı  „gözləri  və  qulaqları"  olan  türk  ermənilərinin- 
Andoniyan və Şmovanyanın onun üzərində təsirlərinin nisbəti 
nə qədər olar? Təbiidir ki,  Morgentau Osmanlı  dövlətinə  turist 
kimi  gəlməmişdi.  Osmanlı  dövləti  nə  qədər  dağılma  dövrünü 
yaşamış  olsa  belə,  600  ildən  artıq  bir  müddətdə  üç  qitədə 
yerləşmiş  olan  imperatorluğun  kəşfiyyat  idarəsi  yatmış  ola 
bilməzdi.  Necə  ola  bilər  ki,  onlar  belə  bir  türk  düşməninin 
Osmanlı dövlətində işləməsinə imkan vermişdilər?
Çox  maraqlıdır  ki,  Osmanlı  arxiv  sənədlərində  Morgen- 
taunun  türk  düşməni  olması  haqqında  qeydlərə  rast  gəlmək 
mümkün  deyil.  İşlədiyi  müddətdə Osmanlı  dövlət liderləri  ilə 
yaxşı  münasibətlər  quran,  dəfələrlə  onların  səmimi  söhbət­
lərində  iştirak  edən  Morgentau  26  ay  özünü  necə  gizləyə  bil­
mişdi?  İnanılası  deyil!  Bəs  necə  oldu  ki,  26  aydan  sonra 
Amerikaya dönən Morgentaunun  türk  düşməni,  erməni  dostu 
olduğu  məlum  oldu.  Hər  halda  onda  olan  bu  dəyişmələr  bir 
təsadüfə bağlı olmayıb dərin köklərə dayandığı şübhəsizdir.
Morgentaunun kitabının 4 ana fikri vardır.
1. 
Tdcrübdsiz  „İttihat  vo  Tərəqqi"  partiyası  hökumətini 
müharibəyə Almaniyanın imperialist əməlləri cəlb etmişdi;
2.  ittihadçı  liderlər,  xüsusi  ilə  də  Tələt  Paşa  və  Ənvər  Paşa 
müharibəni fürsət  bilərək  Osmanlı  imperatorluğunu  türkləşdirməyi 
qərarlaşdırırlar.  Məqsədlərinə  çatmaq  üçün  ruslara  kömək  etməkdə 
ittiham  etdikləri  Osmanlı  ermənilərini  yox  etmək  üçün  plan 
hazırlamış və həyata keçirmişlər;
3.  „Bədxah  ruhlu"  Tələt  Paşa  və  Ənvər Paşanı  erməniləri  yox 
etmə planlarından çəkindirmək üçün yalnız Morgentau çalışmışdır;
4.  Təşəbbüsləri  nəticə  vermədi.  Ona  görə  ki,  türkləri  inandıra 
biləcək  adam  yalnız  Almaniyanın  Osmanlı  dövlətində  böyük  elçisi 
Baron  Vangenhaym idi.  O da biçarə ermənilərin haqqını qorumaqdan 
imtina etdi.  "173
Bu  düşüncədə  olan  Morgentaudan  nə  gözləmək  olardı. *
 7
8
173  Büyükelçi  Morgenthaunun  öyküsünün perde arkası  ist. 1991 ,s.  26
78
Həsəııbala  Sadıqov
Ona görə  də kitab boyunca  Vanderhaym, Tələt Paşa və Ənvər 
Paşa  „öz  sözləri"  ilə  məhkum  edilirlər.  Müəllif  oxucuları 
inandırmaq  üçün  çox  təsirli  bir  metod  seçmişdir.  Kitab  hər 
məsələdə  irəlidə adlarım çəkdiyimiz üç nəfərin  "danışıqlarını" 
dırnaq  içərisində,  yəni  öz  sözləri  kimi  verir.  Maraqlıdır,  iki  il 
keçdikdən  sonra  Morqentau  necə  ola  bilər  ki,  bilmədiyi  dildə 
olan  bu  danışıqları  bu  qədər  dəqiqliklə  yaddaşında  qoruyub 
saxlamış  və  kitabı  yazana  da  onları  olduğu  kimi  çatdıra 
bilmişdir.
Lakin bir faktda məsələnin bu şəkildə olmadığını göstərir. 
İrəlidə  bu  məsələ  haqqında  danışacağıq.  Demək  kitabdakı 
sözlər  Andoniyan  və  Şmovanyan  tərəfindən  tərtib  edilmiş, 
lazım  gələndə  onların  „əlavələrindən"  bəhrələnmişdir.  Elmi 
tədqiqaün  qaydalarına  sığmayan  bir  həqiqət  budur  ki, 
müəlliflərə  görə  Morgentaunun  alman  və  türk  liderlərinin 
adından  dırnaq  içərisində  verdiyi  fikirlərin  heç  biri 
Morgentaunun  Osmanlı  dövlətində  böyük  elçi  işlədiyi  26  ay 
müddətində  tərtib  edilmiş  gündəliyində  yoxdur.  Müəlliflər 
oxuculara  daha  qüvvətli  təsir  göstərmək  və  onları  arqu­
mentlərinə  inandırmaq  üçün  bu  metoddan  istifadə  edilməsini 
lazım bilmişdilər.
Əsərdə  müəllifin  məqsədi  özünə  uyğun  metod  da 
meydana  gətirmişdir.  Bu  əsərlə  müəllif  əslində  dünya 
ictimaiyyətinə  yeni  bir  fikrin  istinad  etdiyi  siyasi  hadisələri 
çatdırmaq  düşüncəsində  idi.  Onun  təsirliliyini  artırmaq  üçün 
yaşayan  liderlər  və  „cərəyan  edən"  qondarma  hadisələr 
haqqında  elə  yazmalı  idi  ki,  dünyanı  dediklərinə  inandıra 
bilsin.  Morgentau  xarici  tarixi  ədəbiyyatda  ermənilərin 
Osmanlı  dövlətində  yox  edilmələri haqqında  ilk  kitab  yazırdı. 
İlk  gedənlərin  yolu  isə  həmişə  təhlükəli  və  daima  diqqətdə 
olur. Bunları müəllif adlanan da, yazan da, olan-olmaz faktların 
kitaba  və  gündəliyə  daxil  edilməsində  xidmətləri  olanlar  -  
Andoniyan  və  Şmovanyan  da  bilirdilər.  Buna  görə  də  onlar 
qarşılarında  nə  qədər  ağır  vəzifənin  durmuş  olmasının
79


Erməni məsələsi: xəyanəti,  deportasiyam, soyqırımım və işğalını pərdələyən yalan
fərqində idilər.
Bir  də  onlar  bir  məsələnin  də  fərqində  idilər  ki,  bu 
yazılanlar  bu  gün  üçün  deyil,  gələcəkdə  ermənilərin  „millət 
davasına"  köməklik  göstərmək  üçündür.  İndi  dünyanın  hər 
yerində  ölkələrin  və  dünyanın  mötəbər  təşkilatlarının  yüksək 
məclislərinin gündəliyinə  qondarma soyqırımı məsələsi gəlirsə 
bu  şəkildə  yazılmış  kitablar  məclis  üzvlərinin  stolüstü 
kitablarına  çevrilir.  Ona  görə  ki,  o  əsərlərin  bir  „məziyyəti" 
vardır:  hadisələr isti-isti,  müəlliflərin „gözü  qarşısında  cərəyan 
edən  hadisələrin"  qələmə  alınması  nəticəsində  ortaya  çıx­
mışdır.
Morgentau  „İttihat  və  Tərəqqi"  partiyasının  liderlərinin 
onların  „bədxah  adam"  174  portretlərini  yaratmaq  üçün 
arzuladıqları  və  olan  olmayan hər  günahı  onlara  aid  etmişdir. 
Demək mümkünsə,  burada onların bir  günahı var idi.  Belə ki, 
indi  dünyada  dəbdə  olan  „soyqırımı''  ifadəsindən  istifadə 
etməmişdilər.  Burada  müəllifin  günahını  zəruri  edən  səbəb 
ondan  ibarətdir  ki,  o  zaman  dünyanın  siyasi  və  diplomatik
174  Morgentaunun  Tələt  Paşanın  „bədxah  adam  “  obrazını  yaratması  onun  haqqında  daha 
irəli  gedənlərin  meydana  çıxmasına  səbəb  olmuşdur.  Sonra  Morgentaunun  və  onun  kimi 
başqa  əsərlərin  təsiri  altında  olan  və  ya  onlardan  yararlanan  bir  çox  müəlliflər  fərqli 
şəkildə  erməni-türk  minasibətlərini  mövzu  olaraq  seçmiş,  birtərəfli  şərh  etmişlər.
Morgentaunun Tələt  Paşadan  „bədxah  adam” yaratmaq  estafetini  ələ alan F.Verfel  „Musa 
dağında  40  gün”  romanında  mərkəzi  rolu  Tələt  Paşaya  vermiş  və  ondan  „Lənətlənmiş  bir 
irqin”  qatili  olaraq  bəhs  etmişdir.  F.Verfel  „Lənətlənmiş  irqin  qatili”  ifadəsinin  Tələt 
Paşaya  aid  olduğunu  iddia  edir  və  buna  görə  də  onu  həmin  adla  tanıtmağa  çalışır.  Guya 
Tələt  Paşanın  ermənilərə  bu  münasibətini  bildiklərinə görə onun  tabeliyində olan  adamlar 
da  ermənilərlə  çox  amansız  davranırlarmış.  Verfel  əsəri  boyu  türk  dişmənçiliyini  davam 
etdirmiş,  roman  yazmasına  baxmayaraq  tez-tez  „statistikaya  müraciət  etmiş”,  guya  bütün 
Anadoluda  türklərin  sayı  6  milyon  belə  deyilmiş.  Bundan  başqa  türk-islam  xalqlarına 
münasibətini  gizlətməyən  Verfel  qlobal  bir  dəyərləndirmə  də  vermiş  və  göstərmişdir  ki, 
Şimali  İranda,  Qafqazda,  Türküstan  və  başqa  bu  kimi  bölgələrdə  onun  yazdığına  görə  20 
milyona qədər „köçəri  at oğrusu yaşayırmış”.  Roman müəlifınin bu  kimi  faktlar verməkdə 
və  insanlığa  yaraşmayan  münasibətini  bildirməkdə  məqsədi  o  bölgələrdə  türklərin 
aborigen  olmaması  fikrini  ortaya  qoymaqla  erməni  dəyirmanına  su  tökməkdir.  Halbuki 
tarixi  araşdırmalarda  isbat  edilmişdir  ki,  ermənilər  Anadolunun  heç  bir  bölgəsində  heç 
vaxt  çoxluqda  olmamışdılar.  (Erməni  şorunu.-Talat  Paşa.  Verfelin  bir  devlet  adamım 
karalaması.Pearpalas  konferansı-FORSNET 25.  02.  2003)
Verfel  „Lənətlənmiş  irq  “ olaraq guya „şəhit xalqı”- erməniləri göstərir.
80
Həsəııbala  Sadıqov
leksikonunda bu kəlmə vətəndaşlıq hüququ qazanmamışdı.
Morgentau  Osmanlı  dövlətində  böyük  elçi  işləmiş  oldu­
ğundan  bu  „əməlin"  kimin  adına  yazılmasının  da  hay-küyə 
səbəb  olacağının  fərqində  idi.  Bu  səbəbdən  də  ilk  hücuma 
məruz qalan şəxs gündəliyində nazirlər kabinetinin „ən dindar 
üzvü"  175 olan  Tələt  Paşadır  ki,  əsərdə  onu  „bütün  papaz, 
haham176 və hocalardan nifrət edirəm"  fikri  olaraq  göstərməyə 
çalışmışlar.  Burada  müəllif  düşünərək  bu  məsələnin  əhatə 
dairəsini  genişləndirmişdi.  Kitabın  nəzərdə  tutulduğu  oxucu 
kütləsi çoxdinli,  çoxinanclı oduğundan elə etmək istəmişlər ki, 
bütün  dinlərdən  olanların  maraqlarına  səbəb  olmaqla  yanaşı 
„günahkara" nifrət etdirə də bilsinlər.
Morgentau  kitabında birbaşa  Osmanlı  dövlətinin  azlıqda 
olan  xalqlar  ilə  əlaqədar  siyasətini  irqçi  siyasət  kimi  tənqid 
etmişdir.  Özü  haqqında  belə  bir  imic  yaratmaq  istəmişdir  ki, 
guya  müsəlman  türklərin  əlində  əzilən  bütün  azlıqda  qalan 
xalqların müdafiəçisidir. Halbuki gündəliyində bu haqda rəsmi 
xronikadan başqa bir fakta rast gəlmək mümkün deyil. Azlıqda 
olan xalqlar ilə əlaqədar olaraq kitabda ilk məsələ Anadolunun 
Ege  dənizi  sahillərində  yaşayan  rumlarm  (yunanların) 
gəldikləri  adalara  geri  qaytarılması  məsələsidir.  Müəllifin 
kitabından fərqli olaraq gündəliyində rumları müdafiə etdiyinə 
aid  heç bir  qeydi  yoxdur.  Buna  baxmayaraq  orada  rumlar  ilə 
əlaqədar dövlətin  zəruru bildiyi  tədbirin səbəbləri  açıqlanır və 
ona müəllifin heç bir münasibəti bildirilməyir.
Kitabda  Tələt  Paşa  ilə  əlaqədar  tez-tez  işlənən  ifadə 
„Türkiyə  türklərindir"  ifadəsidir.  Həmin  ifadənin  bu  qədər 
qabarıq  verilməsinə  müəllifi  nə  məcbur  etmişdi?.„Türkiyə
Büyükelçi Morgenthaunun öyküsünün perde arkası,  s.  29
Morgentaunun  gündəiyində  isə  məsələ  tamamilə  başqa  şəkildə  qoyulmuşdur.  Əslində 
Tələt  Paşa  ilə  Osmanlı  musəvi  camaatının  başçısı  Hahambaşı  Naum  arasında  yaxın 
münasibətlər  olduğunu  gündəikdə  olan  qeydlər  də  təsdiq  edir.  Tələt  Paşa  ilə  Haham 
arasında  ailəvi  yaxınlıq  olduğu  da  bəlidir.  Morqentau  Osmanlı  dövlətində  böyük  elçi 
işlədiyi  müggətdə,  gündəikdə  tarix  10  iyul  1914- cü  il  olaraq  göstərilir.  Hahambaşı  Naum, 
onun arvadı və Şmovanyan  ilə birlikdə Tələt Paşanın yeməyinə də dəvət olunmuşlar.
81


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə