Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə16/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   12   13   14   15   16   17   18   19   ...   142

Erməni məsələsi: xəyanəti,  deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
haqqında fakt və onlardan meydana çıxan fikirlərin müqayisəsi 
ilə doğru nəticə çıxarmaq mümkündür.
Tarix  yaratmaq,  tarix  yazmaq  bütün  xalqların  varlığının 
əsas  şərtlərindən  biridir.  Tarixsiz  xalq  yoxdur.  Bütün  xalqlar 
dünya,  qitə,  bölgə  tarixinin  yaradılmasında  mütləq  iştirak 
etmişlər. Az və ya çox dərəcədə baş verən hadisələrin iştirakçısı 
olmuşlar.  Bu  səbəbdən  də  xalqların  tarixdə  rolunun  inkar 
edilməsi  kimi,  şişirdilməsi  də  haqsızlıq  olub  tarixin 
mühakiməsində ortaya çıxacaqdır.
Lakin qəribə olsa da tarixi yazılmamış, ya da zəif yazılmış 
çox  sayda  xalqlar vardır.  Tarix  səhnəsində  olan bütün  xalqlar 
az  və  ya  çox  dərəcədə  yaşadıqları  coğrafiyadakı  hadisələrdə 
iştirak etmişlər. Xalqlar seyrçi və ya birbaşa hadisələri yaratmış 
olsalar  da  „milli  paylarına"  görə  tarixdə  yaşamaq  hüququna 
sahibdirlər.  Kiminsə  bir  adamın  haqqım  əlindən  almaq  hüququ 
olmadığı  kimi,  bir  xalqın  tarixi  haqlarının  qəsb  edilməsi  də  bəşəri 
cinayətdir.
Tarixi  hadisələri  yaradan  insanlardır.  Tarixi  hadisələri 
tarixləşdirənlər  isə  tarixçilər  olmuşlar.  Xalqın  tarixinin 
yazılmasının  mühüm  və  vacib  şərtlərindən  biri  əlifbanın 
olmasıdır. Ona görə də „tarix əlifbanın ortaya çıxması ilə başlayır" 
fikri  yaranmışdır.  İndi  bütün  tarixçilər  bu  qaydam  qəbul 
etmişlər.
Əlifba  hər  bir  xalqın  həyata  keçirmiş  olduğu  mühüm 
inqilabdır. Onun kəşfi ilə müqayisə edilə biləcək çox az hadisə 
ola  bilər.  Bəlkə  də  müqayisəsi  mümkün  deyildir.  Xalqın  şərəf 
fondunu zənginləşdirən bütün hadisələr yalnız əlifbadan sonra 
tarixləşmək  imkanı  tapır.  Tarixin  vəzifəsi  manqurdlaşdırmaq 
olmadığı  kimi,  nifaq,  düşmənçilik toxumu  səpmək də deyildir.  Çünki 
hər iki halda insan təbiiliyini itirir, düşüncə yerini hisslərə, duyğulara 
verir.  Duyğularla görünən  işlərdə sevincdən  əvvəl əzab gəlir.  Bu  bir 
adam  üzərində  deyil,  bir  xalq,  üzərində  sınaqdan  keçirilirsə  bəşəri 
faciələrə imza atılmış olur.
Heç bir xalq  əlində  əlifba  dünyaya  gəlməmişdir.  Hər  bir
62
Həsanbala Sadıqov
xalqın  dinsiz  də,  əlifbasız  da  dövrü  olmuşdur.  Türklər  də, 
ermənilər də, farslar da, ərəblər də, hindlilər də, azərbaycanlılar 
da bu qanunun gücünü hiss etmişlər.
Ermənilər  əlifba  ilə  əlaqədar  olaraq  bir  çox  xalqlardan 
fərqli  olaraq  bəxtləri  gətirmişdir.  Daha  doğrusu  əlifbanı 
yaratmaq  bir  dəyərdirsə,  onu  qoruyub  bu  günə  qədər 
yaşatmaq  ondan  da  böyük  xidmətdir.  Ermənilər  xristianlığı 
301-ci  ildə  qəbul etmişlər.  Belə  iddia  irəli sürürlər  ki,  onlar ilk 
xristian  millətidirlər.  Halbuki  tarixi  mənbələr  ermənilərin  bu 
"birinciliyini"  qəbul  etmir.  "Amma  erməni  tarixçiləri  Ermə­
nistanın 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci 
olaraq  qəbul  etmiş  ölkə  olması barədə  mif yaratmışlar  və  onu 
inadla təbliğ edirlər, hərçənd elmə çoxdan məlumdur ki, hələ II 
əsrin  axırlarında,  yəni  ermənilərdən  bir  əsrdən  də  çox  əvvəl 
ərəmeydilli  Edessa  çarlığında  (Osroyenada)  xristianlıq  rəsmi 
din olmuşdur."140
Tarixçilər göstərirlər ki, xalqların, o cümlədən ermənilərin 
də  əlifba  yaratmaları  ehtiyacın  məhsuludur.  Tarixçilərə  görə 
ermənilər  xristianlığı  qəbul  etdikdən  sonra  dinin  yayılmasını 
asanlaşdırmaq  üçün,  xristian  dini  kitablarının  yayılmasını 
düşünmüşlər.  Belə  olduqda  əlifba yaratmaq  ehtiyacı  meydana 
çıxmışdır.
Ermənilərin  əlifba yaratmaları  tarixi də fikrimizi bir daha 
təsdiq  edir.  46  hərfli  erməni  əlifbasını  Mesropun  406-cı  ildə 
yaratmış  olduğu  qəbul  edilmişdir.141  Beləliklə,  ermənilərin 
əlifba  yaratmaları  xristianlığın  qəbul  edilməsindən  sonra 
kilsənin fəaliyyətinin nəticəsində  olmuşdur.  Erməni  əlifbasının 
siyasi  dəstəyini  III  Trdat verdiyi  halda,  onu  icad  edən,  erməni 
kilsəsinin 10-cu katolikosu I Sahakm əmri ilə hərəkət edən, din 
adamı olan Mesrop Maştoz idi. Erməni kilsəsinin xalq üzərində 
təsirinin böyük olması əslində bu tarixdən qaynaqlanmışdır.
İlk  erməni  tarixçisi  olaraq  III  Trdatın  katibi  olan
’  Ramiz Mehdiyev.  Gorus-2010 Absurd teatr mövsümü.  Bakı,  “Şərq-Qərb”,  2010,  s.24.
Kamuran Gürün.  Ermeni  dosyası.  Ankara.  1985, s.  4
63


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
Agathangenin adı çəkilsə də tarixçilər bir səslə Xorenli Moiseyi 
ilk  klassik  tarixçi  qəbul  etmişlər.  Lakin  bizim  məqsədimiz 
erməni tarixçilərinin siyahısını müəyyən etmək deyildir.
Erməni  xalqının  tarixinə  aid  dünya  kitabxanalarının 
fondlarında nadir kitablar vardır.  Dünya  erməniləri  tarixlərini 
o kitablardan öyrənirlər. Tarix bulağından su  içənlər çox halda 
onun  qaynağından,  yolda  bulağa  gələnə  qədər  qarışanlardan 
xəbərsiz  olduqlarından  „zəhərlənib"  dərdlərini  bilmədən  də 
ölə  bilərlər.  Tarix  „bulağından"  çox  insanlar  istifadə  etdikləri 
halda  onun mənbələrinin nə  qədər  obyektiv,  doğru  olduğunu 
əksər  halda  müəyyənləşdirə  bilmirlər.  Dünən  təbiətdə 
bulaqdan  zəhərlənənlərin  olduğu  kimi,  bu  gün  də  dünyanın 
müxtəlif  ölkələrində  insanlar  kitablarm  necə  yazıldığını 
bilmədiklərindən  gerçək  olmayan  faktlardan  „zəhərlənirlər." 
Mənəvi müdaxilə ekoloji müdaxilədən daha dağıdıcıdır.
Hər  kəs  qəbul  edər  ki,  təbiətdəki  bulaqlardan  zəhər­
lənərək ölənlər  (belə  fikir var  ki,  təbiətdə bulaq  zəhərləndikdə 
tədricən  quruyur.  Bu,  təbiətin təhlükəsizlik tədbiridir.)  mənəvi 
zəhərlənmələrdən  ölənlərdən  milyon  dəfələrlə  azdır.  Çox 
təəssüflər  olsun  ki,  təbiətdəki  hikmətdən  (özünüqurutma) 
siyasi həyatda istifadə edilmir.  Əksinə uzun illərdir ki,  xalqları 
daha  çox  təsirləndirmək  üçün  tarix  yazmamn  fərqli  üsulları 
işlənib hazırlanmışdır.
Morqan  tərəfindən  yazılmış  əsər  erməni  tarixinin  necə 
yazıldığını  anlamaq  baxımından  çox  mühüm  nümunədir. 
Morqanın erməni xalqının  tarixi  kitabı sonradan dəfələrlə  nəşr 
edilmişdir. Hər dəfə də nəşr edilərkən səlahiyyətləri olmasa da 
müxtəlif şəxslər tərəfindən „əlavələrə"  məruz qalmışdır.  Əsərə 
olan „əlavələrə" görə erməni xalqının tarixi üç məqsədə xidmət 
etməlidir:
1.  Fransa  və  dünya  xalqlarını  maarifləndirmək  və
diqqətlərini çəkmək;
2.  Ermənilərə  öz  müqəddəratını  təyin  etmələri  hissini 
aşılamaq;
64
Həsənbala  Sadıqov
3.Müstəqil  dövlət  qurmalarının  səbəbini  aydınlaşdırmaq 
və onlarda haqlı olmaq duyğusu yaratmaq.
Erməni  xalqının  tarixi  Morqan  tərəfindən  yazılmasına 
baxmayaraq  onun  ideyası  Arşak  Çobanyana  142  aiddir. 
A.Çobanyan  erməni  tarixini  yazdırmaq  üçün  Fransada 
bizansşünas  alim,  tarixçi  Qustav  Şlumbergerə  müraciət  edir. 
Qustav Şlumberger təklif olunan kitabı yazmaqdan imtina edir. 
Lakin  imtina  etməsinə  baxmayaraq  bu  əsərin  Morqan 
tərəfindən yazılmasının mümkünlüyünü söyləyir.
A. Çobanyanın istəyi ilə əlaqədar olaraq Q. Şlumberger 
1916-çi  il  martın  14-də  Morqana  bir  məktub  göndərmişdi. 
Q.  Şlumbergerin  məktubu  erməni  tarixinin  necə  yazılmış 
olduğunu  açıqlamağa  imkan  verir.  Aşağıda  Q.  Şlumbergerin 
Morqana  olan  məktubunun  verilməsini  məqsədəuyğun  hesab 
edirik:  „Məktubumun  əsas  məqsədi  Çobanyanın  sizə  olacaq 
müraciətini  qəbul  etməyinizdir.  Dünən  bu  məqsədlə  Çobanyan  məni 
görməyə  gəlmişdi.  Pion  nəşriyyatında,  başqa  birisində  də  ola  bilər. 
Xristian  Ermənistanın143 *
 tarixini əhatə edəcək mükəmməl bir kitabın 
yazılması  mütləq  lazımdır.  Fransa  xalqı  bir  erməni  tarixi  kitabına 
(Baqraditlər,  Rupenlər,.  Türk  idarəsi)  sahib olmalıdır.  Bu  tarix kitabı 
usta bir əl  tərəfindən  canlı  bir şəkildə yazılmalıdır.  Bu  kitabın  tez və 
yaxşı  şəkildə  arıcaq  sizin  yaza  bilcəyinizi  Çobanyanla  söhbətləşdik. 
Sizə  hər  xidməti göstərəcəkdir.  Çobanyan  sizə  təkrar yazacaq.  Xahiş 
edirəm müsbət cavab verin. Sizin müsbət cavabınız, bizim üçün 18 ay
142  Arşak  Çobanyan  1872-ci  ildə  İstanbulda  doğulmuş  və  təhsilini  mərkəzi  erməni 
məktəbində  tamamlamışdır.  Yazıçıdır.  Bir  müddət  İstambulda  qəzetçiliklə  məşğul  olmuş 
və  1895-ci  ildən  Parisdə  yaşamağa  başlamışdır.  A.  Çobanyan  Parisdə  Osmanlı  dövləti 
əeyhinə  çalışan  qruplara rəhbərlik etmişdir.  Birinci  Dünya müharibəsi  başlandıqda məlum 
olmayan  səbəblə  əlaqədar  olaraq  erməni  xalqının  tarixini  yazdırmaq  üçün  tarixçi 
axtarmağa  başlayır.  A.Çobanyan  erməni  xalqının  tarixini  yazdırmaq  üçün  ilk  dəfə 
görkəmli  alman  tarixçisi  Şlumbergerə  müraciət  edir.  Şlumberger  imtina  etməsinə 
baxmayaraq  A.  Çobanyanın  Morqanla  tanış  olmasına  şərait  yaradır.  Morqan  uzun 
yazışmalardan  sonra erməni  xalqının tarixini  yazmağı  qəbul  edir.
143  Ermənistan dövləti  1918-ci  ilin may ayında yaradıldığı  halda,  1916-cı  ildə olmayan
dövlət haqqında danışılır.
65


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə