Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə15/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   11   12   13   14   15   16   17   18   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımını və işğalını pərdələyən yalan
Erməni  tarixçilərində  də  etiraflar  vardır. 
A. 
Ş. 
Mnasakanyan  M.  Qoşun  əsəri üzərində  aparılan  əməliyyatları 
əslində  qəbul  etmir.  Lakin  bununla  yanaşı  bildirir  ki,  Mxitar 
Qoşun  əlyazması  „Mxitar  Qoşun  qanunnaməsi"  adı  ilə 
məlumdur.  „Erməni"  sözünü  isə  B.  Bastamyans  (Qoşun 
əsərinin naşiri) „nəşr olunan mətn üçün yanlış seçmişdir."133
Bu  əsərin  müzakirələrə  mövzu  olmasına  təsir  edən 
amillərdən  biri  də  Qafqazın  etnik  coğrafiyasına  aid  məlumat­
larıdır.  M.  Kalankatlının „Ağvan tarixi"  kitabında  etnik vəziy­
yət  aydınlaşdırılarkən  ermənilərin  ələnməsi134  və  çıxarılması 
haqqında  iddialar"  doğru  deyildir.  Azərbaycan  ərazisində 
ermənilərin  məskunlaşması  gec  -   XIX  əsrin  30-cu  illərində 
meydana  çıxmışdır.  Albaniyamn  əhalisi,  albanlar  aborigen 
olmuşdular.  Bununla  yanaşı  olaraq  daima  türk  xalqları  bu 
bölgələrə daxil olur və məskunlaşırdılar.  Bir sıra vaxtlarda İran 
qəbilələri də bu yerlərə yerləşirdilər."
Məlum  olduğu  kimi,  Qoş  bu  „Qanunnamə"ni  „Alban 
sülalə  kilsələrinin  nəcib  başçısı",  Albaniya  katolikosu  III 
Stepannosun  dəfələrlə  etdiyi  xahişinə  görə  yazmışdır.135 „Qa- 
nunnamə"yə  heç  bir  sistem  və  rəhbər  rabitə  olmadan  Şərqi 
Roma imperiyası qanunları  ilə yanaşı Albaniya kilsə qanunlan, 
„Musanın  qanunları"  və  erməni  xalq  adətləri  daxil  edilmişdir 
ki,  bu  da  „Qanunnamə"nin  erməni  hüququ  sənədlərinə  aid 
olduğunu əsla təsdiq etmir.
Arran  tarixinə  dair  bir  çox  digər  orta  əsr mənbələri  kimi 
Qoşun „Qanunnaməsi" və Kirakos Qandzaketsinin „Tarix"i də 
alban  ədəbiyyatı  abidələri  hesab  edilməlidir.  Azərbaycanda 
Arran  (Albaniya)  tarixinin  xristian  dövrü  tədqiqatçılarının 
olmaması nəticəsində ortada dildən başqa heç bir əsas olmadığı 
halda,  bütün  bu  ədəbiyyat  nədənsə,  erməni  ədəbiyyatı  hesab
133 Z.  Bünyadov.  Azərbaycan  VII-IX  əsrlərdə.  Bakı  1989,  səh.  98-99.
134  Ф.  Мамедова.  Политическая  история  и  историческая  география  Кавказской 
Албании.  (3  в.до  н.е.-8  в.н.  е.) Баку  1986, стр.40.
135  Z.  Bünyadov.  Azərbaycan VII-IX  əsrlərdə.  Bakı  1989,  səh.  97
58
Həsənbala Sadıqov
edilmişdir.  Geniş  yayılmış  alban  ədəbi  abidələrinin  mövcud 
olduğu,  Ermənistanın  Matenadaran  kitab  anbarında  tapılmış 
əlyazmaları  ilə  təsdiq  olunur.  Məsələn,  A.  D.  Anasyan  bu 
yaxınlarda belə bir əlyazması tapmışdır.(siyahı N101, səh. 386a-389a; 
siyahı  N2121,  səh.341b-343b);  „Müqəddəs  və  ilahi  mərhəmin  tarixi 
haqqında";  bunu  müqəddəs keşiş  babalar Şərqdə (yəni Albaniyada-Z. 
B.) alban dilində tapmış və erməni dilinə tərcümə etmişlər. "m
Alban yazı mətnlərinin və əsərlərinin yoxa çıxması alban 
kilsəsinin  bütün  hüquqlarım  zorakılıqla  qəsb  etmiş  qriqoryan 
katolikosluğunun  albanlara  zidd  olan  siyasəti  ilə  bağlıdır. 
Alban  kilsəsini  təqib  etməkdə  və  onun  müstəqil  olmaq 
hüququnu  məhdudlaşdırmaqda  erməni  qriqoryan  kilsəsi 
xüsusi  rol  oynamışdır.  Erməni  katolikosu  həmişə  özünün 
ilkinliyini  və  alban  kilsəsindən  üstün  olduğunu  iddia  edirdi. 
Erməni  və  alban  ruhaniləri  arasında  əsrlər  boyu  mübarizə 
olmuşdur.1
3
6
 137 Erməni  katolikosları  alban  kilsəsini  öz  nüfuzuna 
tabe etmək üçün, əvvəlcə Sasanilərin, sonra isə Ərəb xilafətinin 
silahlı qüvvələrinin köməyinə əl atırdılar.138
Alban  dili  ərəb  istilası  dövründə  ərəblərin  nüfuz  dairə­
sindən  kənarda  qalan  vilayətlər  əhalisinin  qriqoryanlaşdırıl- 
ması  nəticəsində  yox  olmuşdur.  Bu  hal  ermənilərin  albanların 
yaşadıqları  bölgələrə  köçürüləndən  sonra  baş  vermişdir. 
Ərəblərin  işğal  etdikləri  yerlərdə  isə  alban  dili  X  əsrdən  sonra 
yox olmağa başladı.
Mənbələrə yaxınlaşmanın bu  forması  az  saylı  ermənilərə 
özlərinə  aid  olmayan  mənbələri  mənimsəməyə  imkan  ver­
mişdi.  Burada  çox  mətləblər  gizlənir.  Ermənilərin başqa  xalq­
ların  tarixi  mənbələrini  mənimsəmə  formasından  biri  orta  əsr
136 C.  Т.Еремян.  Идеология  и  культура  Албании  III-VII  вв,  стр.329;  Ziya  Bünyadov. 
Azərbaycan VII-IX  əsrlərdə.  Bakı  1989,  səh.  97
137 Alban  kilsəsi  b.e.  74-cü  ilindən mövcuddur.  (История  Агван,  1  ql.6)
138  Bu  mübarizə  1836-cı  ilə qədər davam etdi.  Alban kilsəsi erməni  katolikosunun xahişi 
əsasında  1836-cı  ildə  Peterburq  Müqəddəs  Sinodunun qərarı  ilə  ləğv edildi  və daha 
yaşamadı.  М.Орманян.  Армянская  церковь, ее история,  учение,  управление, 
внутренний  строй, литература, ее настоящее.  Москва,  1913,  стр  118.
59


Ertnəni mssəhsi; xəyanət i, deportasiyam, soyqırımım və işğaltm pərdələyən yalan
alban  mənbələrinin  erməniləşdirilməsi  şəklində  olmuşdur.  Bu 
mənbələrin  mənsubiyyətinin  müəyyən  edilməsi,  onun  ermə- 
niləşdirilməsinin sirrini aça bilir.
X  əsrə  qədər  hazırlanmış  alban  mənbələri  başlanğıcda 
alban  dilində  yazılmışdır.  M.  Kalankatlının  „Ağvan  tarixi  " 
kitabı da əvvəlcə alban dilində hazırlanmışdır.
N. Vartapetovun qeyd etdiyi kimi, erməni kilsəsi „həmişə 
özü  üçün  yeni  şəraitə  bacanqla  uyğunlaşırdı  və  siyasi 
vəziyyətdən  asılı  olaraq,  Səfəvilərə,  sonra  da rus çarına qulluq 
göstərirdi;  necə  ki,  vaxtilə  eynilə  həmin  qaydada  hərəkət edib 
Bizans  imperatorları,  İranın  sasani  şahları,  ərəb  xəlifələri, 
monqollar və digərləri qarşısında baş əymişdi."139
Alban  mədəniyyət  nümunələrinin 
tarixi 
taleyinin 
müəyyən  edilməsi  də  mühüm  əhəmiyyət  kəsb  edir.  Alban 
mədəniyyət  nümunələri  çox  təcavüzlərə  məruz  qalmışdır.  Bu 
mədəniyyət  nümunələri  ilk  olaraq  alban  xalqı  üçün  alban 
dilində  yazılmışdır.  Lakin  bir  çox  müharibələr  alban  mədə­
niyyət nümunələrinin məhv edilməsi ilə nəticələndi. Bunlardan 
başqa  ərəblərin  və  ermənilərin  məqsədli  fəaliyyəti  nəticəsində 
xeyirli  mənbələr  erməni  dilinə  çevrilməklə  „canlarını  qurtara" 
bilmişdilər.  Lakin  istifadə  edə  bilmədikləri  mənbələrin  məhv 
edilməsini  məsləhət bilmişdilər.  Həqiqət nə  qədər inkar edilsə 
də ortaya çıxır.
Heç təsadüfi deyil ki, alban əlifbasına  qarşı olan iddialara 
baxmayaraq  XIII  əsr  erməni  tarixçisi  Etum  (Qayton)  məlumat 
verir ki,  hələ  XIII  əsrdə  albanların bir  hissəsi alban yazısından 
istifadə  edirdilər.  Bundan  başqa  alban  yazısı  haqqında 
mənbələrlə  əlaqədar  olaraq  A.  D.  Anasyan  tərəfindən  Mate- 
nadaranda  aşkar  edilən  „Müqəddəs  və  ilahi  elegiyaların  tarixi 
haqqında"  qədim  erməni  əlyazması  da fikrimizi  isbat  etməkdə  bizə 
kömək edə bilər. Onu müqəddəs atalar Şərqdə alban dilində tapdılar və 
erməni dilinə tərcümə etdilər. *
 6
0
139  H.  C.  Вартапетов.  Христианские памятники  Карабаха стр.  11.
60
Hosanbala  Sadtqov
Erməni mənbələrinə və tarixi mövzuda kitablarına tənqidi 
yanaşılmalıdır. 
Onların  başqa  xalqlara 
aid 
mənbələri 
erməniləşdirmə  metodlarım  yaddan  çıxarmaq  olmaz.  Dünya 
kitabxanalarında  çox  erməni  mənbələri  və  tarix  kitabları  var. 
Onlardakı  faktları  ciddi  təhlil  etdikdən  sonra  tarixi  mənbə 
olaraq  istifadə  etmək  mümkündür.  Erməni  mənbələrinin  bir 
spesifik  xüsusiyyəti  də  müəyyən  edilmişdir.  Erməni  dilində 
olan mənbələrin heç də harrusı erməni mənbələri deyil. Erməni 
mənbələrini  iki  qrupa  ayırmaq  çox  ədalətli  olar.  Onlardan bir 
hissəsi qədim erməni mənbələridir.  İkinci hissəsi  alban dilində 
və  ya  başqa  qədim  dillərdə  yazılmış  mənbələrdir  ki,  erməni 
dilinə  çevrilmişdir.  Bu  çevrilən  mənbələr  üzərində  hökmən 
„əlavələr"  olmuşdur.  Bu  da  qəbul  edilməlidir  ki,  „əlavələrə" 
ehtiyac  olmasa  o  mənbələr  erməni  dilinə  çevrilməzdi.  Həmin 
mənbələr erməni deyil, erməni dilli mənbələrdir.
Jacgues de Morqan və „Erməni xalqının tarixi"nin yazılması
Hadisələrin tarix ola bilməsi üçün tələb olunan əsas şərtlər 
onun elmi və obyektiv işıqlandırılmasıdır. Tarix kitabları tarixi 
gerçəkliklərdən qidalanmazsa o tarix deyil, əfsanə, nağıl, bəlkə 
də  hekayə  ola  bilər.  Lakin  bütün  zamanlarda  tarix  yazanların 
mütləq  obyektiv  olmaları  müxtəlif  amillərlə  əlaqədar  olaraq 
çox  halda  mümkün  olmamışdır.  Tarixçi  də  insandır,  onun  da 
milli,  siyasi  və  psixoloji  xüsusiyyətləri  olduğundan  həmin 
hisslərin  əsərlərinə  də  təsiri  olur.  Bu,  bütün  amillər  nəzərə 
alındıqda təbii sayıla bilər.
Buna  görə  də  tarixi  hadisələri  yalnız  bir  qaynaqdan 
obyektiv,  tərəfsiz  öyrənmək  imkansızdır.  Tarixi  həqiqətlərin 
bütün  tərəfləri  ilə  aydınlaşdırılmasında  tarixi  müqayisə 
metodundan istifadə etmək lazım gəlmişdir. Bir tarixi hadisəni 
öyrənmək  üçün  eyni  dövrdə  yaşamış  müxtəlif  dil,  din,  siyasi, 
dövlət  xüsusiyyətlərinə  sahib  olan  tarixçilərin  eyni  mövzu
61


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə