Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə18/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   14   15   16   17   18   19   20   21   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
Böyük elçi Morgentaunun xatirələri və erməni məsələsi
Artıq yüz  ilə  yaxın  bir müddətdir  ki,  dünya  ictimaiyyəti 
bir dilemma qarşısında qalmışdır. 1915-ci ildə Türkiyənin Şərqi 
Anadolu  vilayətlərində  nələr  olmuşdu?  Orada  olanlar  doğru- 
darrnü  erməni  üsyanları  idi?  Türklər  erməniləri  yaşadıqları 
vilayətlərdən  daha  təhlükəsiz bölgələrə  köçürməkdə nə  qədər 
haqlı idilər?  Bu  sualların  sayını  artırmaq  da  olar.  Lakin bu bir 
gerçeklikdir  ki,  ermənilərin  xəyanəti  və  onları  pərdələmək 
üçün  dünyaya  təqdim  olunan  yalanların  nəticəsi  olan  həmin 
hadisələr  ilk  gündən  olduğu  kimi  deyil,  təhrif edilmiş  şəkildə 
dünyaya yayılırdı.
Burada  böyük  dövlətlərin  dəstəyini  alan  ermənilərdən 
başqa  fərqli  ölkələrin  müxtəlif  dərəcəli  təmsilçiləri  də  vardı. 
Ermənilər  yalnız  özləri  deyil,  müxtəlif  səbəblərdən  I  Dünya 
müharibəsinə  daxil  olan  və  Alman-Türk  blokuna  qarşı  olan 
ölkələrin  də  güclərindən  istifadə  etməyə  çalışır,  çox  halda  da 
onların  vasitəçiliyindən  istifadə  edirdilər.  Artıq  1915-ci  ildə 
hadisələr  davam  etdiyi  vaxtda  belə  yalanlar,  qondarma  və 
uydurma  „məlumatlar"  isti-isti  dünyanın  xəbər  qaynaqlarına 
çatdırılırdı.
Bu sahədə müharibə illərində ABŞ-ın Osmanlı dövlətində 
Böyük  elçisi  olmuş  ermənilərlə  əhatə  olunmuş  Henri 
Morgentaunun müstəsna rolu olmuşdur. O, dünya müharibəsi 
illərində yarı gizli, yarı açıq şəkildə erməni əsilli katib, müşavir 
və  tərcüməçi  tərəfindən  hazırlanan  müxtəlif  məsələlər,  o 
cümlədən  türk-erməni  münasibətləri  haqqında  böyük  miq­
darda  məlumatları,  sənədləri  dünyanın  müxtəlif  mətbuat 
agentliklərinə  göndərmişdi.  Bununla  da  bütün  dünyada  olan 
və ya olmyan hadisələrin yayılmasında böyük rol oynamışdır.
Tarixi  mənbələrə  görə  I  Dünya  müharibəsi  boyunca 
ermənilərin  „çəkdiklərini"  dünyaya  yayan  üç  nəfərin  adı 
göstərilir.  Bunlardan  birincisi  1916-cı  ildə  ermənilər  haqqında
70
Həsənbala  Sadıqov
sənədləri nəşr etmiş Lord Brcedir.157 İkincisi,1917-1918-ci illərdə 
erməni  məsələsini  Avropamn  qalan  hissəsində  bəyan  edən 
alman  protestant  keşişi  Yohannes  Lepsius158  dur.  Üçüncüsü, 
Amerikada  və  Avropada  eyni  vaxtda  nəşr  edilən  „Böyük  elçi 
Morgentaunun  xatirələri"  kitabıdır  ki,  onun  müəllifi  əsərin 
adından  da  göründüyü  kim  Henri  Morgentaudur.159 Daha  az 
görünən, daha az bilinən cəhətlərdən biri də bu əsərlərin ortaya 
çıxmasında  Amerikanın  Osmanlı  dövlətində  böyük  elçisi  olan 
Morgentaunun həmin əsərlərin nəşrinədək olan xidmətləridir.
Bu  əsər  yalnız  I  Dünya  müharibəsindən  sonra  deyil,  bu 
gün  də  Amerikada  və  dünyanın  başqa  yerlərində  türk 
əleyhdarlığının  ən  mühüm  mənbələrindən  biri  sayılır.  Əsərin 
ilk  „məziyyəti"  ondan  ibarətdir  ki,  müəllifi  erməni  deyildir. 
İkincisi,  I  Dünya  müharibəsinə,  „məcbur"i  daxil  olmasına 
baxmayaraq  uzun  illər  bitərəfliyini  qorumuş  Amerika  vətən­
daşı  və  onun  inanılmış  səlahiyyət  sahibi,  Osmanlı  dövlətində 
olan  böyük  elçisidir.  Onun  xatirələrinin  mərkəzində  belə  bir 
əsassız  fikir  durmaqdadır:  Türkiyədə  İttihat  və  Tərəqqi 
hökuməti  ermənilərlə  olan  „haqq-hesablarını  həll  etmək  istəmiş
erməni azlığına  qarşı  milli yoxetmə160 *
 siyasətini  həyata  keçirməyə 
çalışmışdır.
H.  Morgentau  məqsədini  fərqli  şəkildə  açıqlamışdı.  Ona 
görə  bu  kitabın  yazılmasında  əsas  məqsəd  Amerika  icti­
maiyyətinin  hökumətin  müharibə  siyasətinə  dəstəyini  qazan­
maqdır.  Alman  və  türk  əleyhdarı  bir  kitab  yazaraq,  ABŞ-m 
müharibəyə  girməsinə  haqq  qazandırır.  Morgentau  dostu, 
Amerika  prezidenti  Vilsona  olan  dəstəyini  daha  da  təsirli 
etmək  üçün  kitabın  əsasında  bir  film  çəkilməsi  ideyasımn 
ortaya çıxdığını ona bildirirdi.
157  L.  Bryce.  The Treatment o f Armenians in the  Ottoman  Empire.  Dokuments Presented 
to Viscount Grey o f Fallodon,  Sekretary o f State  for Foreign  Affairs.  London  1916
158  Lepsius, Johannes, Le Rapport sekret du Dr. Johannes Lepsius  sur les Massacres
dArmenie.  Paris  1918
is?  Henry Morgentau.  Ambassador Morgentaus  Story.
so  Soyqınmı bunun əsasında meydana çıxacaq
71


Ermoni məsələsi: xəyanəti,  deportasiyam, soyqırımım və işğaltm pərdələyən yalan
Müharibənin  sonlarına  doğru  Morgentaunun  sənədləri 
əsasında  „Orta  Şərq  haqqında"  bir  film  çəkmək  təklifi  də  var 
idi.  Lakin  Amerikanın  müharibəyə  girməsindən  qısa  müddət 
sonra  müharibənin  başa  çatması  filmin  çəkilməsinə  imkan 
verməmişdi.  Əslində,  Morgentaunun  sənədləri  əsasında  film 
çəkilməməsi  yalnız  müharibənin  başa  çatması  ilə  əlaqədar 
deyildir.
ABŞ-ın  prezidenti  V.  Vilson  Türkiyəyə  qarşı  mübarizə 
aparılmasına  tərəfdar  deyildi.  Burada  o  zaman  prezident 
Vilsonun  Morgentauya  14  iyun  1918-ci  il  tarixli  məktubu 
fikrimizi  təsdiqləmək  baxımından  çox  əhəmiyyətlidir.  Vilson 
yazırdı:  „Kitab  dsasında  film  çəkilməsi  haqqında  mənə  məlumat 
verməyindən  çox  məmnun  oldum.  Açıq  söyləmək  lazımdırsa  bunu 
qəbul  etməməyini  arzu  edirəm.  Bu  sahədə  mən  şəxsən  çox  irəli 
getdiyimizə  əminəm.  Bu  sadəcə  bir  hissiyyat  məsələsi  deyil. 
Məlumdur ki, bu kimi mövzularda hisslərimə bağlı qalmaq istəmirəm. 
Qismən də prinsip məsələsini gözləmək lazımdır.  İndi,  erməni qırğını 
mövzusunda edə biləcəyimiz bir şey yoxdur.  Ölkənin  Türkiyəyə qarşı 
münasibəti  məlumdur  və  bunun  ayrıca  nümayiş  edilməsinə  ehtiyac 
yoxdur".161
H.  Morgentau  əvvəldən  göstərildiyi  kimi  Amerikanın 
Osmanlı dövlətində böyük elçisi olmuşdur. Onun böyük elçilik 
müddəti  27  noyabr  1913-cü  ildən  1  fevral  1916-cı  ilə  qədər 
davam etmişdir. H. Morgentau Osmanlı dövlətində 26 ay ABŞ- 
ın böyük elçisi olmuşdur. Bu müddət ərzində böyük elçiliyi ilə 
əlaqədar  olaraq  gündəlik  tərtib  etmiş,  əslində  tərtib  etməmiş, 
etdirmişdi.  Onun  gündəliyi  yazı  makinası  ilə  katibi  tərəfindən 
yazılmışdı.
ABŞ  səfiri  H.  Morgentaunun  katibinin  kim  olması  da 
maraqlıdır.  Bunu  başqa  mənbədə  axtarmağa  ehtiyac  yoxdur. 
Bu  haqda  məlumatlar  H.  Morgentaunun  əsərində  də  vardır. 
Müəllif ABŞ-ın böyük elçiliyində işləyənlərdən lazım bildikləri
161  Böyükelçi  Morgenthaunun öyküsünün perde arkası  İstanbul  1991,  s.  5
72
Həsonbala Sadıqov
haqqında  məlumat  almışdı.  Morgentaunun  katibi  Türkiyə 
ermənisi  olan  Akop  S.  Andoniyandır.  Mənbələrdən  məlum 
olur  ki,  Morgentaunun  gündəliklərinin  ortaya  çıxması  böyük 
elçidən  olduğu  qədər,  onun  katibi,  erməni  Andoniyandan  da 
asılı olmuşdur.
Səfirin  müəyyən  etdiyi  qaydalara  görə  o,  gündəlik 
gördüyü işləri, görüşləri, mühüm hadisələr haqqında məlumatı 
Andoniyana  bildirirdi.  Katib  isə  böyük  elçinin  məlumatı 
əsasında  gündəliyi  və  səfirliyin  sənədlərini  tərtib  edirdi. 
Morgentaunun  gündəliyində  ən  çox  məlumat  „İttihat  və 
Tərəqqi"  partiyasının  liderləri  Tələt Paşa,  Sait  Paşa,  Xəlil  Paşa 
və  Ənvər  Paşa  haqqındadır.  Morqentau  xatirələri  üçün  əsas 
mənbənin  gündəliyi  olduğunu  dəfələrlə  bildirmişdi.  Lakin 
onun gündəliyi  ilə xatirələri  arasında  tədqiqatçılara*
 7
2
 162 görə çox 
böyük uyğunsuzluqlar da vardır.
İrəlidə  əsərin  əsas  ideyası  haqqıda  danışılacaqdır.  Lakin 
burada  əsərdən  heç  də  az  maraqlı  olmayan  daha  bir  məsələ 
vardır ki, onun da aydınlaşdırılması bir çox mətləblərin aşkara 
çıxarılmasına  kömək göstərə bilər.  Sual  çox qəribə  səslənsə  də 
Morgentaunun  adına  olan  kitabı  kim  yazmışdır?  Qəribə  odur 
ki, bütün nəşrlərdə müəllif aydın görünür.  Lakin çoxları əsərin 
Morgentaunun  gündəliyi  əsasında  yazılmasına  baxmayaraq 
onun  Morqentau  tərəfindən  yazılmasına  şübhə  ilə  yanaşırlar. 
Hətta  bir  çoxları  əsərin  onun  yazmadığını  iddia  edirlər. 
Şübhələrin  meydana  çıxması  əsərə  Morgentaunun  ön 
sözündəki  qeydlərindən  irəli  gəlir.  O  yazırdı:  „Bu  kitabın 
hazırlanmasında  dəyərli  köməyi  üçün  dostum  Burton  J.Hendrıkə 
təşəkürlərimi bildərmək istəyirəm."
Morgentaunun  Amerikaya  geri  dönərkən  yanında 
apardığı  türk ermənisi A.  Andoniyan163 *
 da  kitabın yazılmasın­
162 Yenə orada,  s.  10
163  H,  S.  Andoniyan  XX  əsrin  əwələrində  İstanbuldakı  Robert  kollecində  tələbə
olmuşdur.  Morqentaunun  səfirliyi  dövrünə  aid  sənədlər  içərisində  Andoniyanm  30
73


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə