Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə19/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   15   16   17   18   19   20   21   22   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalını pərdələyən yalan
da  ona  köməklik  göstərmişdi.  Bu  haqda  Morgentau  yazırdı: 
„Andoniyan bu əsərin yazılmasında mənə köməklik göstərir. Şərqi çox 
yaxşı  tanıması və fövqəladə təcrübəsi, məni köməyindən vaz keçilməsi 
mümkün olmayan vəziyyətə çatdırmışdır.'464
Morgentaunun 
kitabının 
hazırlanmasında 
mühüm 
isimlərdən  biri  də  Amerikanın  böyük  elçisinin  hüquq 
məsləhətçisi,  elçinin  ifadəsincə  „erməni  xalqına  həmişə  sadiq 
qalmış"  türk  ermənisi  Arşaq  K.  Şmovanyan  idi.  Şmovanyan 
Morqentau  Osmanlı  dövlətində  böyük  elçi  olduğu  illərdə 
hüquq  müşavirliyi  etmiş,  böyük  elçinin  Osmanlının  yäiksək 
vəzifə sahibləri ilə olan görüşlərində onu müşayiət etmişdi. Bu 
səbəbdən  də  Morgentau  böyük  elçiliyi  dövrünə  aid  olan 
sənədlərin  hazırlanmasında  Şmovanyanın  da  böyük  köməyi 
olduğunu bildirir.
ABŞ-ın  böyük  elçisi  Morgentau  işlədiyi  müddətdə 
istanbulda  danışılan  4  dildən  (türkcə,  fransızca,  ermənicə  və 
rumca)  heç  birini  bilmirdi.  Bunun  üçün  dilə  olan  ehtiyacını 
Şmovanyan  vasitəsi  ilə  ödəyir,  ona  görə  də  onu  „gözü  və 
qulağı"165 kimi  qəbul  edirdi.  Şmovanyan  böyük  elçinin  bütün 
işlərində  ona  yardım  edirdi.  „İttihat  və  Tərəqqi"  partiyasının 
rəhbərləri  ilə görüşlərində də onunla birlikdə olurdu.  Amerika 
iş  adamlarının  Türkiyədə  təşkil  etdikləri  yığıncaqlarda  iştirak 
edirdi.  Onların  Türkiyədə  hüquq  işlərinə  baxırdı.  Amerikan 
missionerlərinin  fəaliyyətində  yaxından  çalışırdı.  Onların 
fəaliyyətlərinin hüquqi tərəfi ilə maraqlanırdı. Bunlardan başqa 
böyük  elçinin  Vaşinqtona  göndərəcəyi  teleqramlarla  da  o,  bir 
köməkçi kimi məşğul idi.
Morgentaunun  sənədləri  içərisində  1914-1921-ci  illəri 
əhatə edən dövrdə Şmovanyanın ona göndərdiyi məktublar da 
vardır.  1917-ci  ildə  Morgentau  Türkiyədən  ayrılıb  Avropaya
yaşlarında  olan  bir  şəkili  vardır.  8  fevral  1916-cı  ildə  Morqantau  ilə  birlikdə  Türkiyədən 
ayrılmışdır.  Onun Türkiyədən  ayrılmasını o dövrə aid qeydlər də təsdiq edir.
164  Büyükelçi  Morgenthaunun  öyküsünün perde arkası.  İstanbul.  1991,  s.  13 
,6S  Yenə orada,  s.  15
74
Həsərıbala Sadıqov
göndərildiyində  o,  „16  il  Osmanlı  dövlətində  qeyrətlə  işləmiş 
bir ermənini də" tərcüməçi olaraq özü ilə aparmışdı. Ölümünə, 
yəni  1921-ci  ilə  qədər  şəxsi  müşavir  olaraq  vəzifəsini  davam 
etdirmişdi.  Kitabın  yazıldığı  dövrdə  Morqentau  Şmavonyana 
tez-tez  müraciət  edirdi,  ondan  Osmanlı  dövlətinin  Nazirlər 
kabineti  haqqında,  İstanbulda  işlədiyi  müddətdə  göndərdiyi 
teleqram və raportlarla əlaqədar bir sıra sənədəri(?166) almışdır.
Maraqlıdır  ki,  Şmovanyan  Morgentaunun  kitabı  yazılar­
kən  bir  tərəfdən  onun  müşaviri  olmuş,  digər  tərəfdən  də 
Osmanlı  dövləti  üzrə mütəxəssis kimi  Amerikanın Daxili İşlər 
Nazirliyi  tərəfindən  kitabın  rəyçisi  təyin  edilmişdir.167  Lakin 
diqqəti cəlb edən ən mühüm məsələlərdən biri ondan ibarətdir 
ki, Morgentau əsərdə Şmovanyanın adının çəkilməsini(?) lazım 
bilməmişdir.  Morgentaunun  erməni  məsələsi  ilə  əlaqədar 
yazdığı başqa kitablarda da hüquq müşaviri Şmovanyandan və 
katibi  Andoniyandan  bəhs  etməməsi  bir  çox  mətləblərin 
açılmasında mühüm arqument ola bilir.
Morgentau  əsərində  bu  iki  türk  ermənisindən  -   Şmo­
vanyan və Andoniyandan asılı olduğunu kitablarda gizlətməyə 
çalışmışdı.  Böyük  elçiliyin  sənədlərində  onlardan  Şmovanyan 
və  Andoniyandan  ağız 'dolusu  danışdığı  halda  çox  təəccüb­
lüdür  ki,  onu  zəruri  sənədlərlə  (?)  təmin  edənlərin  adının 
çəkilməsini uyğun hesab etməmişdir.
Morgentaunun kitabının nəşr edilməsinə izn verən və onu 
dəstəkləyənlərdən biri də ABŞ-m xarici işlər naziri Robert Lan- 
sinqdir.  Lakin bir məsələ  də  düşündürücüdür ki,  kitabın müs­
bət rəy almasında və yardımçı olmasına baxmayaraq o öz adı­
nın nəşrdə hiss edilməsinin əleyhinə çıxmışdır. Bunu R. Lansin- 
qin  Morgentauya  olan  məktublarının  birində  onun  təşək­
kürlərini  qəbul  etdiyini  bildirib,  lakin  hansı  səbəbləsə  „bu 
kitabla  əlaqədar  olaraq  adımın  olmamasının  daha  uyğun
166 Morgentauya  lazım  olan  „sənədlər”  Şmovanyanda  imiş.  Çox  maraqlıdır.  Bu  sənədlərin 
nə qədər əsl  olması üzərində görəsən düşünən olmuşmu?
167 Yenə orada s.  18
75


Ermaııi masalasi: xayanati, deportasiyam, soyqırımım va işğalını pardalayan yalan
olacağını" yazmasından daha aydın görmək olar.
Tarixi  qaynaqlarda  Morgentaunun  əsərinin  müəllifi  də 
mübahisə  mövzusudur.  Bütün  tənqidçilərin  rəğbətlə  qarşı­
ladıqları  bu  kitab  ədəbi  məziyyətlərinə  görə  bir  nəfərə 
Hendrixə168  borcludur.  Doğrudur,  kitabxana  kataloqlarında 
Hendrixin  adı  Morgentau  ilə  yanaşı  çəkilməmişdir.  Bu  kitab 
onun müəlliflik uğuru sayılmasa da başqa bir tərəfdən maraqlı 
fikirlər  də  yox  deyildir.  Artıq  bir  neçə  dəfədir  ki,  müxtəlif 
adamların  müxtəlif  kitabları  sifarişlə  yazmaları  haqqında 
danışırıq.  Doğrudan  da  etiraz  etməyə  heç  bir  əsas  qalmır  ki, 
istər Avropada, istərsə də Amerikada muzdlu yazıçılar var imiş.
Bir  qrup  insanlar  bəlli  bir  siyasi  məqsədlə  əllərində  olan 
sənədlərə dayanaraq muzdlu yazıçılar tapa bilirmişlər. Deməli, 
əsas  məqsəd  imiş.  Doğrudan  da kimsə Morgentaudan belə bir 
əsər  yazacağım  gözləmirdi  və  gözləyə  də  bilməzdi.  Onu 
tanıyanlar  bu  əsərin  onun  qələminin  məhsulu  olmadığını 
bilirlər.  Mogentaunun  Hendrixə  5  iyul  1918-ci  il  tarixli 
məktubundan göründüyü kimi əsəri yazmasının muzdu olaraq 
çox miqdarda pul əldə etmişdir.
Morgentau  Hendrixə  aşağıdakıları  yazmışchr:„Doubleday, 
Pade*Co.  Nəşriyyatı  tərəfindən  nəşr  edilmək  üzrə  olan  „Böyük  elçi 
Morgentaunun  xatirələri"  adlı  kitabın  gəlirindən  sənə  pay  vermək 
niyyətində  olduğumu  yazılı  olaraq  bildirmək  istəyirəm.  Kitab 
üzərində çalışmam bitirdiyin  zaman  bu  mövzuda son  olaraq  razılığa 
gələcəyik,  lakin  arada  mənə  bir  şey  olması  halında169,  vəkillərimə, 
nəşriyyatdan  payıma  düşən  10  000  dollar  olduqda  beşdə  ikisini, 
bundan  başqa,  ilk  alacağını  5000  dolların  hamısının  sənə  verilməsi
168  Hendrix  Amerikada  adi  bir  yazıçı  deyildi.  O,  Amerikada  tarix  və  biblioqrafiya 
sahəsində  tanınmış  yazıçı  idi.  Onun  məziyyətim  daha  ətraflı  başa  düşmək  üçün 
tanımağımız  lazımdtr.  Hendrix  Morgentaunun  əsərinin  yazılmasından  keçən  10  il 
müddətində  Amerikada  ən  yüksək  mükafatı  -   Pulitzer  mükafatını  almışdır.  Admiral 
Villiam  S.  Sims  ilə  birlikdə  yazdıqları  kitab  üçün  1920-ci  ildə  Pulitzer  tarix  mükafatını, 
1922  və  1928-ci  illərdə  Pulitzer  mükafatlarım  almışdır.  Onun  ölümü  ilə  əlaqədar 
başsağlığında  „tarixi  mövzularda  çox-çox  qabiliyyətli  tədqiqatçı  olduğu  göstərilirdi. 
Böyükelçi  Morgenthaunun öyküsünün perde  arkası  İstanbul  1991,  s.  122-23
169 Morgentau da tez-tez bir şey olmasından  narahat idi.
76
Həsənbala Sadıqov
üçün təlimat verdim".170
Hendrixin  alacağı  muzd  bununla  da  tamamlanmamışdı. 
Morgentau ilə Hendrix arasında son müqavilə imzalanmış və kitab nə 
qədər  nəşr  edilərsə  onun  gəlirinin  60%-i  Morgentauya,  40%-i 
Hendrixə  verilməsi  nəzərdə  tutulmuşdu.  Bu  müqavilə  1932-ci  ilə 
qədər,  yəni  ilk  nəşrdən  14  il  sonra  da  qüvvədə  olmuşdur.  Əslində 
əsərin  Hendrix  tərəfindən  yazıldığım  ölümündən  bir  neçə  ay 
əvvəl  Kolumbiya  universitetində  iştirak  etdiyi  seminarda  özü 
də bir  neçə  kəlmə ilə etiraf etmişdi.  Onun  dediklərinin kitabın 
mətninə  daxil  edilməsinin  xeyri  olacağını  düşünürəm.  Çünki 
bu  kitabın  gerçək  müəllifinin  kim  olduğunu  aşkara 
çıxaracaqdır.  Hendrix  demişdir:„Bzr  dəfə  başqasının  adma  kitab 
yazmışdım.  Bu,  Morgentaunun  xatirələri  idi.  Kitab  olduqca  yaxşı 
qarşılandı.  Uzun müddət Henri ilə birlikdə çalışmışdım".171
Əslində  bir  məsələnin  də  aydınlaşdırılması  lazımdır.  Bu 
əsərin yazılmasında əməyi olan kimlərdir və onların hər birinin 
yaradıcılıq  nisbəti  nə  qədərdir.  Bu  sualların  həqiqi  cavabım 
Amerika  mətbuatında  vermişlər.  İlk  dəfə  Heath  V.  Lovry172 
Morgetaunun xatirələri və Türkiyədə böyük elçi işlədiyi dövrə 
aid  arxiv  sənədlərini,  əsərin  yazılmasında  iştirak  edənlərin 
məktublarını  araşdıraraq  bu  nəticəyə  gəlmişdir.  Bu  əsər 
üzərində 
İstanbulda 
Morgentau-Andoniyan 
çalışmasına 
Amerikada  Hendrix  də  qoşulmuşdur.  Bu  üçlüyün  hazırlamış 
olduğu  əsəri  Amerika  Birləşmiş  Ştatları  Xarici  işlər  nazirliyi 
adından  Şmovanyan  gözdən  keçirmiş,  bundan  sonra  Xarici 
işlər  naziri  R.  Lansinq  son  razılığım  və  qeydlərini  verdikdən 
sonra Burton J. Hendrick qələmə almışdır.
Amerikanın  böyük  elçisi  Morgentaunun  əsərinin  ideyası 
onun  hər  kəlməsindən  görünür.  Belə  olduqda  təbii  olaraq  bir 
suala  cavab  verməli  olursan.  Görəsən Morgentau  bu  fikirləmi, 
dilini  bilmədiyi,  heç  vaxt  olmadığı  bir  ölkəyə  gəlmişdir?
170  Büüyükelçi  Morgenthaunun öyküsünün perde arkası  İstanbul  1991, s.  21
171  Yenə  orada,s.  22.
172  Heath  Lowry.  The  Story  Behind ambassador Morgentaus  Story,  İ990.
77


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə