Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə17/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   13   14   15   16   17   18   19   20   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
səngərlərdə  vuruşmaqdan144 min  dəfə faydalı  olacaqdır,  indi hər şeyi 
bir tərəfə buraxıb bu faydalı işə girişin."145
Şlumbergerin  Morqana  olan  məktubu  erməni  tarixini 
fransızlara  və  fransız  dilində  danışan  xalqlara  necə  təqdim 
edildiyini  anlamaq  baxımından  çox  ibrətamizdir.  Məktubda 
xristian  təəssübkeşliyi  aydın  şəkildə  görünür,  xristian 
Ermənistanın  tarixinin  fransızlar  üçün  lazım  olduğu  xüsusi 
vurğulanır.  Ermənilərin  milli  tarix  yazdırmalarının  „meto­
dologiyasının"  əsasında  yazılacaq tarixi  hadisənin  mövcudluq 
dərəcəsindən daha əhəmiyyətlisi yazamn,  tarixçinin ustalığı və 
„yaradılacaq" tarixin canlı olması məsələsidir.
Tarixçinin  yazı  „mətbəxində"  əsas  şey  tarixi  sənədlər, 
arxiv  və  başqa  xarakterli  məlumatlardır.  Sifarişçilərə  görə 
tarixçinin  yazacağı  sahədə  peşəkarlığı,  sənədlərə  sahib  olması 
deyil,  daha  çox  usta  olması  lazımdır.  Yazılacaq  əsərin  adı  və 
əhatə edəcəyi dövr bəlli olduqdan sonra ermənilər tarixçini  öz 
düşüncələrini  tarixləşdirə  biləcək  „sənədlər'Tə  təmin  edə 
bilirlər.  Bu,  çox  asandır. Ona görə ki,  ənənəvi olaraq ermənilər 
istənilən  dövrə  aid  „sənədlər"!  tərtib  etməkdə  usta  adamları 
seçməyi  bacarmışlar.  Bu  barədə  irəlidə  çox  faktları  sizin 
mühakimənizə verəcəyik.
Tarixi əsərin yazılmasında ermənilərin metodologiyasının 
ikinci şərti məktubda göstərildiyi kimi tarixçi üçün „əliaçıqlıq" 
göstərməkdir.  Əliaçıqlıq  göstərilməzdisə  Morqamn  belə  bir 
əsəri yazmağa razılıq verə biləcəyi də imkansız idi.
Erməni tarixinin meydana gəlməsi yolunun izlənməsində 
çox  əhəmiyyətli  olacaq  məktub  Morqamn  Şlumbergerə 
cavabından götürülmüş aşağıdakı hissədir; „Mənim düşüncəmdə 
yazacağım  erməni  tarixi,  hər  yerdə  mənbələrə  istinad  edilməklə, 
sənədlərlə  təmin  edilməli  və  təkzibçi  olmalıdır.  Ancaq  Çobanyanın 
istədiyinin və sizin məsləhət gördüyünüzün bu olmadığını anlayıram.
I44I  Dünya  müharibəsinin  səngərlərində  18  ay  vuruşmanın  min  mislini  erməni  xalqının 
tarixinin yazılması  ilə bərabərləşdirir.  Əhsən,  xristian təssübkeşliyinə.
145  Kamuran Gürün.  s.  XXXV 
66
Hdsənbala  Sadıqov
Biblioqrafiyası  dəqiq  olmayan,  Fr.Lenormantın  Böyük  Yunanıstanı 
kimi bir kitab istəyirlər. Bu mənim baxışlarımı bir az dəyişdirir."146
„Ayrıca burada mənim heç bir sənədim yoxdur. M. Çobanyanın 
mənə lazım olan hər şeyi göndərəcəyini söyləyirsiniz.  Əgər mən yan 
yolda  dayanmaq  məcburiyyətində  qalsam  başlanmış  çalışmaları 
davam etdirmək və tamamlamaq lazım gələcəkdir." 147
Başqa  məktublarında  tarix „yazmağın"  sirlərinə  aydınlıq 
gətirəcəyini,  gələcəkdə  lazım  olacağını  nəzərə  alaraq  iqtibasın 
verilməsini  lazım  bilirəm:  „Birincisi,  erməni  tarixi  yazmağım  ilə 
əlaqədar lazım olan əsərlər haqqında sizə məlumat verim.  İkincisi, bu 
günə qədər hansı əsərlərin nəşr edilmiş olduqları haqqında məlumatım 
aşağıdakı kimidir.  Parisdəki kitabxanamda sadəcə qədim tarixə, Moise 
de Korenə,  Zenob və başqalarına qədər olan dövrlərə aid kitablar var. 
Halbuki  yazacağım  kitabda  əhəmiyyət  verməli  olduğum  dövr  orta 
əsrlər  olmalıdır.  Aninin  yıxılmasına  qədər  Böyük  Ermənistanla 
əlaqədar olaraq yaddaşımda bir kitab adı yoxdur, amma bu şübhəsizdir 
ki, siz bu mövzu ilə əlaqədar daha çox məlumata sahibsiniz."148
Morqan sonra  aldığı kitabların  siyahısını verərək yazmış­
dır:  „Bütün  kitabların  üz qabığına karandaşla adınızı yazdım,  beləcə 
başıma bir qəza gəlirsə149!?) sizə qaytara bilərlər. "150I
Erməni  tarixinin  sifarişçisi  Çobanyanın  hərəkət  tərzinin 
də öyrənilməsi sənədlərin təhlil edilməsi üçün çox mühümdür. 
Sifarişçi ilə icraçı arasında olan razılaşmaya görə icraçı Morqan 
erməni xalqının tarixini yazdıqca  Çobanyana verməli, ikinci də 
isti-isti  yazıları  gözdən  keçirməli  idi.  Lakin  mənbələrdən 
görünür  ki,  sifarişçi  ilə  icraçı  arasındakı  müqavilədə  mühüm 
məqamlar  da  var  imiş.  Sifarişçi  Çobanyan  Morqamn  əlyaz­
maları  ilə  münasibətdə  sərbəst  idi.  Bu  səbəbdən  də  Çobanyan 
əlyazmada  lazım  bilmədiyi  -   kitabın  ümumi  ideyasına  xidmət
146  Kamuran  Gürün.  s.  XXXV
Belə  bir  tarixin  əsərin  yazılmasının  mümkün  olmayacağma,  bitirmədən  əl  çəkə 
biləcəyinə  işarə edir.
148  Kamuran Gürün.  s.  XXXV
Əsərin təzyiq  və hədə altında yazılmasına işarə edir.
’ Kamuran Gürün.  s.  XXXVI
67


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqmmtnt və işğalım pərdələyən yalan
etməyən  sənədləri,  fikirləri  çıxara  bilər  və  ya  istədiyi  əlavələri  edə 
bilərdi.  Çobanyanm  Morqanın  əlyazmalarının  passiv  oxucusu 
olmadığı aydın görünür151.
Morqan  sonrakı  məktublarında  Çobanyanın(?)  əlyazma 
mətni üzərində ciddi işləmiş olmasını və „əlavələr"  etdiyini də 
göstərmişdir.  Əslində  Morqamn  əlyazma  mətni  „açıq  qapı" 
prinsipi  ilə  tərtib  edilir  və  ora  arzuladıqlarını,152  əlavələri 
Çobanyanm  vasitəsi  ilə  edirdilər.  Morqan  yazırdı:  „Mənim 
yazdığım  mətnə  əlavələrinizi  diqqətlə  oxudum...Ən  qədim  zaman­
lardan  bəri  müxtəlif erməni  krallıqlarının,  Şərqin  mədəniləşdirilməsi 
istiqamətində  ermənilərin  oynadığı  rol  üzərində  mənə  aydınlaş­
dırdığınız153 1
5
4
 fikirlərdə daha çox duracağam. "m
7  mart  1917-ci  il  tarixli  məktubunda  Morqan  Çobanyana 
у azırdı: „Gözəl  və  yaxşı  bir  kitabımız155 olacaq.  Amma  onu  gözdən 
keçirmək üçün sizə güvənirəm(?)  (Güvəndən  çox  danışılan yerdə 
güvən  olmayır.  Necə  demişlər  cəza  evlərində  azadlıq, 
xəstəxanalarda  sağlamlıq  olmadığı  üçün  onun  haqqmda 
oralarda  daha  çox  danışılır.)  Çox  şey  gözümdən  qaça  bilər. 
Əslində  Morqan  üçün  gözdən  qaçanlar  Çobanyana  lazım  idi. 
Gözdən  qaçma  adı  altında  istənilən  sənədi  əlyazma  mətninə 
daxil edir, Morqamn təşəkkürünü qazanır, erməni tarixini tarix 
meydanından,  coğrafiyadan  çox-çox  uzaqlarda  Parisdə, 
tarixçinin yazı masasımn üzərində dünyaya „gətirirdilər."
18  iyul  1917-ci  il  tarixində  Morqan  başqa  bir  məktubunda 
yazırdı:  „Çox  qısa  hesab  etdiyiniz  fəsilləri  yenidən  gözdən  keçirə-
151  Çobanyana kömək edən  başqa  erməni  tarixçilərinin,  liderlərinin  də  pərdə  arxasında ola 
bilməsi  istisna edilmir.
152  olanları,  gerçəkləri  deyil
153 N ə yazmalı  olduğunu tarixçi  Morqana Çobanyan aydınlaşdırır.  Paradoksa,bax.
154  Kamuran  Güriin.  s.  XXXVI
155  İfadəyə  bax.  kitabımız.  Kitabın  üzərində  m üəllif  olaraq  Morqamn  adının  olmasına
baxmayaraq,  kitabın  ortaya  çıxmasında  arxasında  duranlarla birlikdə  Çobanyan  da vardır. 
Çobanyana erməni  milli  tarixini  erməni  tarixçisinin və ya  adi  bir erməninin  yazması  deyil, 
„tərəfsiz”  bir  əcnəbi  tarixçinin  yazması  bir  sıra  səbəbdən  çox  əhəmiyyətli  idi.  Morqan 
erməni  deyil  əcnəbi  olduğundan  onun  yazdıqları  daha  mötəbər  hesab  ediləcəkdir.  Digər 
tərəfdən xalqin tanınmasında,  davasında da belə əsərin əvəzsiz əhəmiyyəti  olacaqdır.
68
Hasonbala  Sadıqov
çəyəm.  Tələbləriniz  (sifarişləriniz?)  əlimdə,  lazım  olan  sənədlər  də 
hazır, asan olacaq."
Bu  şəkildə,  muzdlu  tarix  yazan  Morqan  tərəfindən 
hazırlanan  „Erməni  xalqının  tarixi"  1917-ci  il  oktyabr  ayında 
tamamlanmış  və  nəşriyyata  təhvil  verilmişdi.  Bu  məktub- 
laşmalar və onlardan alınan iqtibaslar erməni xalqının tarixinin 
klassik  əsərlərindən  birinin  -   J.Morqanın  əsərinin  nə  qədər 
xalqın  tarixini  əks  etdirdiyini  aydın  görürük.  Əslində  bu 
kitabda  uyuşmayan  J.  Morqamn  üstüörtülü  şəkildə  olsa  da 
„Sezarın haqqının Sezara verilməməsidir" kəlamıdır.
Lakin  Edmond  Kayacıyamn nəşr etdirdiyi  məktublardan 
göründüyü  kimi:  „Erməni  xalqının  tarixinin  necə  hazırlandığını, 
redaktənin  (əlavələrlə)  kimin  etdiyini,  gözdən  keçirdiyini,  hətta 
nəşriyyat  xərclərinin  səxavətlə  kim  tərəfindən  ödəndiyini  görməmək 
mümkün deyildir."156
Burada çoxlarını bir məsələ ciddi maraqlandırır.  Necə ola 
bilmişdir  ki,  Edmond  Kayacıyan bu  məktubları  nəticəsini  dü­
şünmədən nəşr etdirmişdir.  İlk baxışda belə görünür ki,  E.  Ka- 
yacıyan  bu  məktubları  nəşr  etməklə  Çobanyamn  ermənilərin 
millət  davasına  olan  xidmətlərini  göstərmək,  tarixləşdirmək 
istəmişdir. Lakin əks reaksiya -  bu həqiqətləri ortaya qoyarkən 
Morqamn  elm  adamı  adına  ala  biləcəyi  zərbəyə  əhəmiyyət 
verməyə bilməzdi.
Əslində  E.Kayacıyan  üzərində  dayandığımız  məktubları 
nəşr  etdirməklə  yalnız  Morqana  deyil,  onun  yazmış  olduğu 
„Erməni  xalqının  tarixi"  kitabı  ilə  Arşak  Çobanyana  da  zərbə 
vuraraq  bu  üçlüyü  tarix  arxivinə  göndərmiş  və  unudulmağa 
məhkum  etmişdir.  Bununla  da  E.  Kayacıyan  tarixin  obyektiv, 
ədalət məhkəməsindən bəraət  almış,  pozulmuş  tarixi  həqiqət­
lərin  ortaya  çıxmasına  kömək  etmişdir.  Bu  şəkildə  hazırlanan 
„Erməni xalqının tarixi" 1919-cu ildə nəşr edilmişdir.
K.  Gilrün.  s.  Llll
69


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə